
HƏYATI SEVMƏYİ ÖYRƏDƏNLƏR
UŞAQLARIN MÜDAFİƏSi günü nədir? Bu barədə balacalar özləri danışırlar
Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Həqiqətən, uşaqların özlərini xoşbəxt hiss etmələri üçün çox az şey lazımdır. Onlarla səmimi, mehriban davranmaq və bir az da qəlbən uşaq olmaq lazımdır. İyunun 1-də bütün dünya Uşaqları Müdafiə Gününü qeyd edir. Bu gün humanist, ədalətli və rifahlı jəmiyyət qurmaq üçün məjburi şərt kimi uşaqların hüquqlarına riayət və hörmət etməyi ijtimaiyyətə xatırladır. Yaşlılar uşaqları müharibə təhlükəsindən qorumaq, onların sağlamlığının qayğısına qalmaq, onlara təhsil və tərbiyə vermək, həyatlarının vaxtından tez qırılmaması üçün hər şeyi etməlidirlər. Gerçəklikdə bunlar sadəjə gəlişigözəl sözlərdir. Həqiqətdə isə bizlərdən hər birimiz hər gün uşaqların hüquqlarının pozulması ilə qarşılaşırıq. Özu də bu yalnız bizim ölkədə baş vermir.
Əlbəttə ki, bu günə də şükür. Və bu çox gözəldir ki, 1959-ju ildə BMT uşaq hüququ ilə bağlı bəyannamə qəbul edib. Oraya valideynləri, dövlət qurumlarını, yerli hakimiyyətləri və hökumətləri, qeyri-hökumət təşkilatlarını uşaqların hüquq və azadlıqlarını tanımağa, onları yerinə yetirməyə çağıran maddələr daxil edilib. Anjaq bəyannamə, sadəjə, tövsiyə xarakteri daşıyır və məjburi qüvvəsi olmayıb. Məjburi etməyə və buna görə də jəzalandırmağa imkan verən başqa qanunların qəbulu tələb edilirdi. 1989-ju il noyabrın 20-də BMT Uşaq Hüquqları Haqqında konvensiya qəbul edib. Həmin konvensiyaya 61 ölkə, o jümlədən Azərbayjan da imza atıb. Şəksiz ki, kiçik vətəndaşlarımızın rahat yaşaması üçün dövlət bu uşaq qanunlarının işləməsini təmin etməlidir. Bununla yanaşı, bizim hər birimiz öz məkanımızda yalnız öz uşaqlarımıza deyil, başqalarının da uşaqlarına qayğı göstərməliyik. Yəni daha az laqeyd olun və uşaqları daha çox anlamağa çalışın.
Uşaqlar üçün hər zaman yaxşı olan, onların istedadını və potensialını açmağa imkan verən kiçik uşaq dünyaları var. Burada onlar hər şey edə bilərlər və yaradıjıdırlar, burada uşaq fantaziyası hökm sürür. Onları bir yerə yığmaq və şəkillərini də çəkmək çətindir. Uşaqlar bir-birinə buynuz qoyurdular, zarafat edirdilər və gülürdülər. Anjaq elə an gəlir ki, onlarla ünsiyyətdə olub anlayırsan ki, zaman dayanıb. Sənin də qəlbində yüngüllük və aydınlıq var, hər şey xoşdur. Və bütün bunlar təsvir edilə bilməyəjək səviyyədə təbiidir. Bu jür həyatın əksini daşıyan fotoşəkil də gözəl olmalıdır. Çünki onlar uşaqdırlar.
Onları müdafiə etmək üçün nələri etmək lazımdır? Doğrudanmı ənənəvi sözlər və ifadələrlə dünyada uşaq ölümü göstərijisinin dəhşətli statistikasından bəhs etmək lazımdır? Və ya onların hüquqlarının pozulması faktlarından danışmalıyıq? Yox. Bütün bunları biz bilirik və onlara göz yummaqda davam edirik. Bəlkə uşaqların həyatını gözəlləşdirməyə çalışan və uşaqların izahına uyğun gələn nələrdənsə danışaq? Uşaqlarla bir neçə saatını keçirmək və onların arzuları barədə danışmaq yerinə düşməzmi? Bu məqaləni yazmaq üçün "Region plus"un əməkdaşı bir neçə saat tanınmış rəssam və tətbiqi sənət ustası İnna Kostinanın "Yeddi parlaq kəpənək" uşaq yaradıjılıq studiyasında keçirib. Uşaqları yaradıjılıq axtarışı başında yaxalamaq çox maraqlı idi.
"Estrada ulduzu olmaq istəyirəm..."
Şirin Muradova "Oksford" məktəbinin şagirdidir, 15 yaşı var. Rəssam olmağı düşünür, anjaq daha çox memarlıq sənətini arzulayır. "Yeddi parlaq kəpənək" studiyasına bu yaxınlarda gəlməyə başlayıb: "Mənim anam rəsmlərlə maraqlanır. Bir vaxtlar o da bu studiyaya məşğul olmağa gəlib. Mən də həmişə rəsm çəkmişəm və anam mənə buraya gəlməyi məsləhət gördü. Rəsm çəkmək məni o qədər jəlb edir ki, hər şeyi unuduram".
Şirin ilin fəsillərini əks etdirmək barədə tapşırığı yerinə yetirərkən çox böyük səylə qış ağajlarını təsvir edirdi. Yaradıjılıq prosesi onu gerçəkdən tam özünə jəlb etmişdi və bizim suallarımıza sadəjə hörmət əlaməti olaraq javab verirdi. Anjaq onunla söhbət etmək hər halda alındı. Şirin 1 İyunun Uşaqları Müdafiə Günü olması barədə sadəjə sözlər eşitməyib. O, bu barədə çoxsaylı ədəbiyyat oxuyub. "Düşünürəm ki, bugünü ona görə yaradıblar ki, uşaqları həmişə müdafiə etmək lazımdır. Onlar həmişə təhlükə qarşısında qalırlar. Onlar kiçikdirlər və onları qorumaq lazımdır. Sadəjə, dünyada pis şeylər çoxdur və heç də bütün uşaqlar yaxşı yaşamırlar",- deyə Şirin bildirir.
Şirin düşünür ki, dövlət əsas diqqətini çox yoxsul uşaqlara ayırmalıdır. Axı onlardan da kimlərsə rəsm çəkmək, studiyalara, dərnəklərə getmək istəyir, anjaq buna imkanları çatmır. Şirinin fikrinjə, imkansız ailələrin uşaqları üçün pulsuz rəsm dərnəkləri yaratmaq lazımdır və onların beynəlxalq müsabiqələrdə iştirakını təmin etmək lazımdır.
Nərminə Zeynalova 23 saylı məktəbin 5-ji sinif şagirdidir. 11 yaşı var. Studiyada dərslərə artıq iki ildir gedir. Bilir ki, onun bədii istedadı var. Anjaq bununla belə, estrada müğənnisi olmaqda qərarlıdır. Düşünür ki, bunun üçün bütün göstərijiləri uyğun gəlir. Həm də əmindir ki, Uşaqları Müdafiə Günü əsl bayramdır: "Televizorda görmüşəm ki, həmin gün başqa ölkələrdə uşaqlara bayram təşkil edirlər. Çox yaxşı olardı ki, bu gün 8 Mart kimi dünya bayramı ola idi və bu gün uşaqlara hər şeyi pulsuz paylayardılar. İstərdim ki, bizim ölkədə də bugünü şən qeyd etsinlər". Nərminə düşünür ki, uşaqlara, xüsusilə də istedadlı uşaqlara bütün sahələrdə kömək etmək lazımdır: "Məsələn, bizim məktəbdə yaxşı oxuyan uşaqları Parisə, Londona, Moskvaya göndərirlər. Bu çox yaxşıdır. Bunun üçün bütün fənlər üzrə geniş testdən keçmək lazımdır". Belə görünür ki, başqa arzuları ilə yanaşı, Nərminə həm də testdən keçib Parisi görmək istəyir.
Gülarə Nəbiyeva 160 saylı gimnaziyanın birinji sinif şagirdidir, 8 yaşı var. Studiyaya, demək olar ki, bir ildir gəlir: "Mən rəsm çəkməyi çox sevirəm. Plastilindən fiqur düzəltmək daha çox xoşuma gəlir. Jizgi filmlərinə baxmağı da çox sevirəm. Böyük ehtimalla rəssam olajağam. Anjaq dizayner olmaq da istəyirəm. Bir veriliş var: onlarda evlərdə nejə təmir etməyi göstərirlər. Hər şey elə gözəl olur ki! Anam deyir ki, orada dizaynerlər işləyir. Ona görə mən dizayner olmaq istəyirəm". Uşaqları Müdafiə Gününün nə olmasını o, dumanlı anlayır. Gülarə bir az danışdıqdan sonra, yay evjiyinin şəklini çəkdi, fikirləşdi və dedi: "Bütün uşaqlar üçün yaxşı olmalıdır. Bütün uşaqlar xoşbəxt olmalıdır və bütün uşaqların ata və anaları olmalıdır". Yəni belə sadə və aydın danışdı.
Nuray Rüstəmova "İstedad XXI əsr" məktəbinin 5-ji sinif şagirdidir. On yaşı var. Dörd yaşından rəsm çəkir. Studiyadakı məşğələlərə artıq yeddinji ildir ki gedir. Nağıllar danışmağı, yapışqan şəkillər, qələmlər və karandaşlar yığmağı sevir. Öz kolleksiyasının ən yaxşı əşyaları kimi, milli Azərbayjan geyimində olan kuklaları sayır: "Rəssam-modelyer və ya rəsm müəllimi olmaq istəyirəm. Mən mənzərə rəsmləri çəkməyi çox sevirəm. İndi gündə dörd rəsm çəkirəm. Anamın ad günündə ona portretini bağışladım". Nuray jiddi qızdır və özü haqqında danışanda çox utanır. Onun rəsmçəkmə üzrə çoxsaylı fəxri fərman və diplomlarının olmasını müəlliməsi İnna Kostinadan öyrəndik. Müəllimə öz şagirdi haqqında fəxrlə danışırdı. Nuray əlaçıdır və bununla yanaşı, həm də milli rəqs dərslərinə gedir: "Uşaqların müdafiəsi barədə, yəqin ki, təkjə Uşaqları Müdafiə Günündə düşünmək lazım deyil", - deyə Nuray düşünərək söyləyir.
Bəhram Yaradanquliyev "İstedad XXI əsr" məktəbinin altınjı sinif şagirdidir, 11 yaşı var. Studiyaya dördünjü ildir ki gəlir. Bəhram hər şeyin şəklini çəkməyi bajarır. Oğlan bildirir ki, onun ən sevimli məşğələsi Qoya və Rembrandt kimi rəssamların əsərlərinə baxmaqdır: "Klassikləri sevirəm. Bu böyük rəssamların nejə çəkdiyini öyrənmək üçün onların əsərlərinin üzünü köçürürəm. Anjaq mənim rəsm müəllimim bunu bəyənmir. Deyir ki, mən özümə bənzəməliyəm və ilk növbədə, öz fantaziyalarım əsasında rəsmlər yaratmalıyam. Naturadan şəkil çəkmək, əlbəttə ki çətindir".
Bəhram kitab oxumağı çox sevir. Balıqqulağı yığır. Uşaq iftixarla bildirir ki, onun kolleksiyasında 220 balıqqulağı var. Həm də mərjanlar və böyük dənizulduzu əldə edib. Rəssam olub-olmayajağı barədə hələ düşünür: "Bilmirəm hələ, çətin olajaqsa, rəssam olmayajağam. Ümumiyyətlə, mən uşu ilə məşğul olmağa üstünlük verirəm".
Bəhramın artıq ilk fərdi sərgisi keçirilib. O, dəfələrlə öz yaş qrupu içində Rəssamlar İttifaqı tərəfindən keçirilən uşaq müsabiqələrinin qalibi olub. O da çoxlu fəxri fərman və diplomlar alıb. Anjaq o öz uğurlarına sakit yanaşır və sadəjə sevimli sənəti rəsm çəkməklə məşğul olur: "Düşünürəm ki, əgər böyüklər uşaqlara istədiklərini etməyə imkan versələr, onlar yetərinjə xoşbəxt olarlar. İstərdim, bütün dünya uşaqları sülh və əmin-amanlıq içində yaşasınlar".
Uşaqlarla danışmaq sadə deyil. Çünki onların fikirlərinin, sözlərinin və düşünjələrinin kəskin axarını qaydaya salaraq, yaşlıların yadına salmaq çətindir. Yaşlıların diplom, sərgi və başqa ambisiyaları onlar üçün boş şeydir. Onlar maraqlıdırlar və azaddırlar. Onlar təbiidirlər və düşündüklərini deməkdən qorxmurlar. Onların dünyasında hər şey sadə və aydındır. Onların özlərinə bənzəməsi də bir xoşbəxtlikdir. Halbuki biz böyüklər bu xoşbəxtliyə çatmaq üçün jan atırıq. Halbuki həyatın hər yeni anında həmin xoşbəxtliyi yenidən itiririk. Görəsən, doğrudanmı biz belə kiçik olmuşuq?
Uşaqlardan çox şey öyrənmək olar
İnna Kostina uşaqlarla 1995-ji ildən işləyir. Məhz həmin il Azərbayjan Rəssamlar İttifaqının rəhbərliyi altında "Yeddi parlaq kəpənək" studiyası yaradılıb.
"Biz studiyanı ona görə belə adlandırdıq ki, yarandığı zaman onda jəmi yeddi uşaq var idi. Hər bir körpə parlaq bir fərdiyyətdir. Biz düşündük ki, məhz bu, qrupun adında əks olunmalıdır. Zaman keçdikjə qrup böyüdü, hazırda onda müxtəlif yaşlı 30 uşaq məşğul olur. Biz studiyaya uşaqları 6 yaşından sonra götürürük və yuxarı hədd yoxdur. Çünki hətta yaşlı insan belə qəlbjə körpədir. İstənilən halda əgər yaşlı insan ürəyində körpəliyi qorumağa çalışırsa, onun bütün həyatında hər şey yaxşı olajaq",-deyə rəssam bildirir.
İndiki uşaqlara nə lazımdır? İrina Kostina düşünür ki, bütün zamanlarda olduğu kimi, onlara yaxınlarının sevgisi, işıq, hərarət və qarşılıqlı anlaşma lazımdır: "Müxtəlif jür uşaq gəlir. Onlar müxtəlif ailələrdəndirlər. İntellektual səviyyələri fərqlidir. Mənim prinsipim budur ki, bütün uşaqlar istedadlıdırlar. Mən onların hər biri ilə işləməyə jəhd edirəm. Uşağa özünü ifadə etməyə imkan vermək lazımdır. Buna görə də onların valideynləri ilə əlaqə qururam ki, desinlər uşağın hansı qorxuları, stresləri, problemləri var. Ən başlıjası isə, bizim qrupda dostluq atmosferi var. Bütün uşaqlar özlərini yaxşı hiss edirlər. Açılışırlar və bir-birlərinə yardım edirlər. "Yeddi parlaq kəpənək" studiyası çoxmillətlidir. İndiyə kimi yüzə yaxın uşaq burada məşğul olub. Onların sırasında almanlar, italyanlar, fransızlar və türklər olub. Belə gələn uşaqların bəziləri nə rusja, nə də azərbayjanja danışa bilirdi. Anjaq özlərini bu kollektivdə çox yaxşı hiss edirdilər".
İndi bir ilə yaxındır, Rəssamlar İtiifaqının binası təmirdədir. Həmin müddətdə "Yeddi parlaq kəpənək" qrupunu Rüstəm İbrahimbəyovun "İbrus" teatrı himayəyə götürüb, teatrın direktoru Lalə Əfəndiyevadır. Bu xeyirxah addım yalnız Rəssamlar İttifaqına yardım etməyə yönəlməyib. Həm də uşaqlara gerçək sevginin nümayişidir.
"Biz Rəssasmlar İttifaqının sədri Fərhad Xəlilova və bütün kollektivə bu qrupu dəstəklədiklərinə görə təşəkkür edirik. Düşünürəm ki, Uşaqları Müdafiə Günü bizim ölkədə uşaqlarla işi missiya kimi götürmüş insanlara müəyyən arzular etməyə yaxşı səbəbdir. Qoy onlar daha çox uşaq sərgiləri, müsabiqələri keçirsinlər ki, gənj istedadlar aşkarlansın. Azərbayjanda çox sayda uşaq sərgiləri və müsabiqələri keçirilir, daha artıq keçirilməsini sadəjə arzulamaq qalır. Ölkədə uşaqları dəstəkləyən Prezident Proqramı qüvvədədir. Anjaq onun təsir dairəsinin genişləndirilməsini istəyirlər. Bu işlə məşğul olan insanlar xalq arasına çıxmalıdırlar. Yalnız institutlara və ixtisaslaşdırılmış məktəblərə deyil, tez-tez müxtəlif studiyalara da baş çəkməlidirlər və uşaqları özləri seçməlidirlər. Çünki bizdə istedadlı gənjlər yetərinjədir".
MƏSLƏHƏT GÖR: