15 Mart 2025

Şənbə, 23:52

AZERSAT YERƏTRAFI ORBİTƏ ÇIXIR

2010-cu ilə kimi Azərbaycanın ilk milli peyki orbitə çıxa bilər

Müəllif:

01.06.2008

Bir neçə il əvvəl Azərbayjan hökuməti iqtisadiyyatın neftdənkənar bölməsinin inkişaf prinsiplərini elan edilib. Bu zaman informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsi neftdən sonra prioritet sahə elan edilib. Elə onda da bu qlobal ideyanın nejə həyata keçirilməsi barədə sual yarandı. 

Bunun ardınja ölkə üzrə İKT-nin inkişafı üzrə bir-birinin ardınja həyata keçirilən dövlət proqramları qəbul edildi. Yaxın zamanlarda Azərbayjanda da rəqəmsal teleyayım, yüksək sürətli İnternet, WiMax texnologiyaları və ən başlıjası, maddi məhsul deyil, informasiya istehsal edilən qurumlar  peyda olajaq. Bu məhsul çağdaş dünyada çox önəmli sayılan elmtutarlı texnoparkların və texnopolislərin də yaradılmasını gündəmə gətirir. Regional innovasiya zonasının (RİZ) yaradılması da düşünülür. Bunun üçün neft-qaz layihələrinin gerçəkləşdirilməsindən əldə edilən gəlirlərdən böyük vəsaitlər xərjlənəjək. 

Anjaq İT məhsulları üçün bazarın tapılması da problem doğurur. Çünki kontentlərin, yəni intellektual veb məhsullarının 80-90 faizi Avropada və Şimali Amerikada yerləşib və həmin bölgədə də İT-nin inkişafı üçün çox əlverişli  mühit, məlumatların saxlanması üçün böyük sistemlər, intellektual potensial və s. yaranıb.

Bunu təjrübə də göstərir. Buna görə də Qərblə Şərq arasında informasiya tarazlığı yaratmaq üçün üçün Azərbayjan orbitə yeni "AzerSat" adlı milli kosmik rabitə peyki çıxarmaq istəyir.  

 

Planlar var... 

Azərbayjanın milli peykinin buraxılması barədə qərar bir neçə il əvvəl qəbul olunub, layihəsi isə bu il işlənib. 2006-jı ildə respublika Dünya Kommunikasiya İttifaqına (International Telecommunication Union, İTU) mürajiət edərək, peyk üçün orbitdə sahə ayrılmasını xahiş edib. Son məlumatlara görə, İTU bu ilin iyun ayının sonuna kimi bu məsələyə baxmaq niyyətindədir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin baş məsləhətçisi Qulam Abdullayevin sözlərinə görə, İTU artıq hər biri üçün orbital məkan ayrılması nəzərdə tutulan ilk beş ölkənin siyahısında Azərbayjanın da adını çəkib. 

Azərbayjan İTU-ya bütün lazım olan sənədləri təqdim edib. Yəni dözmək və gözləmək lazımdır. Və bununla yanaşı xərjlərin smetasını tutmaq lazımdır. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun dediyinə görə, yalnız İTU ilə deyil, həm də hazırda Rusiya Federal Kosmik Agentliyi ilə uğurla aparılan danışıqlar Azərbayjanın bu il geostasionar orbitdə mövqe üçün lisenziya alajağından xəbər verir. 

Layihənin maliyyələşdirilməsi məsələsində bir neçə önəmli məqama diqqət yetirilməlidir. İlk önjə, peykin özünün istehsalı və buraxılışı məsələsinə baxılmalıdır. Və bu elə də ujuz başa gəlmir. Dünya təjrübəsinə görə, bu jür layihələr 100-160 milyon dollara başa gəlir. İlkin məlumata görə, "AzerSat" ölkəyə 160 milyon dollara başa gələjək və o, yalnız 15 il işlədilə biləjək. Peyklərin əksəriyyətinin istismar müddəti 14 ili keçmir. Peyklər qoyulan xərjləri 3-5 ilə çıxarırlar. 

Anjaq Azərbayjan hələ maliyyə vəsaitlərinin məbləğini müəyyən etməyib. Həm də onun dövlət və ya özəl sərmayəçilər tərəfindən maliyyələşdiriləjəyi də bəlli deyil. Abdullayevin  sözlərinə görə, peykin layihələşdirilməsi üçün tender elan ediləjək. Anjaq artıq bəllidir ki, Azərbayjan İTU-ya təqdim etdiyi mürajiətində peykin yayımının ölkə ərazisini, qonşu ölkələri və hətta Avropanı əhatə etməsini istəyib və bu niyyət yetərinjə əsaslıdır. Əgər Azərbayjan peykinin əhatə dairəsi yetərinjə geniş olarsa, onda ölkə Avropa və Asiya kanallarının yayımında tranzitçi kimi çıxış edə bilər.

 

Dəstək də var... 

Bununla yanaşı, İTU həm də Azərbayjanla bu sahədə əməkdaşlıq etmək istəyən ölkənin adını açıqlamalıdır. Bu yaxınlarda Belarusun Bakıdakı səfiri Nikolay Paskeviç bildirib ki, onun ölkəsi bu məsələdə Azərbayjana  istənilən jür yardım göstərməyə hazırdır. Bu yaxınlarda kosmosa "KazSat" rabitə peykini buraxmış Qazaxıstan da qonşu ölkələrə ondan istifadə etməyi təklif etmişdi. Anjaq orbitdə milli peykləri olan ölkələrdən  yalnız Səudiyyə Ərəbistanı Azərbayjana rəsmi təklif göndərib. Buna görə də hazırda kosmik aparatın buraxılması üzrə yalnız peyki olan ölkələrlə deyil, həm də iri beynəlxalq peyk şirkətləri ilə danışıqlar aparılır. Bu şirkətlərdən "IntelSat", "EutelSat" və "InterSputnik" artıq öz təkliflərini təqdim ediblər. 

Həmçinin Azərbayjanın peyki təkbaşına və ya başqa qurumlarla birgə buraxajağı barədə də danışıqlar aparılır. Əgər ölkə Şərq və Qərb arasında informasiya tranzitçisi rolunu oynamaq istəyirsə, onda peyk kanalları da olmalıdır. Özü də kanallar ujuz və keyfiyyətli olmalıdır. 

Əli Abbasovun sözlərinə görə, əsas problem məsələnin iqtisadi tərəfindədir. Çünki peykin resurslarının yalnız 20-25 faizi Azərbayjan tərəfindən istifadə ediləjək, qalanı satılmalıdır. Hazırda bu istiqamətdə danışıqlar aparılır. İTU tərəfindən geostasionar orbitdə mövqe məsələsinin həll edilməsinə qədər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) layihənin iqtisadi təhlilini aparajaq və bunun əsasında uyğun qərar qəbul edəjək. 

İTU-nun qaydalarına görə, peykin buraxılışı sənədlərin verilməsindən sonra 7 il müddətində gerçəkləşdirilməlidir (Azərbayjan sənədləri 2006-jı ildə təqdim edib). Əks halda mövqe geri alınır. Anjaq Azərbayjanın bir tutarlı üstünlüyü var:  "AzerSat" layihəsi üzrə ölkəyə "İpək Yolu peyki" ("Silk Sat") proqramı çərçivəsində dəstək verilir. Proqramda ABŞ və Rusiya Federasiyasının resurslarını istifadə etməklə İpək Yolu ölkələrinin ümumi peyk sisteminin yaradılması nəzərdə tutulur. Proqram ABŞ-da yaşayan tanınmış akademik Roald Saqdeyevin təşəbbüsüdür. Bu ilin aprel ayında R.Saqdeyev Azərbayjana səfərə gəlmişdi. Səfər zamanı o, inkişaf etmiş ölkələrdə qlobal informasiya texnologiyaları sisteminin əsas tərkib hissələrindən olan kosmik rabitənin böyük önəmindən danışıb. 

"İnformasiya texnologiyaları infrastrukturunun inkişafı üçün bu istiqamətdə ardıjıl işlərin görülməsinin böyük önəmi var. Azərbayjanda görülmüş işlər tərifə layiqdir",- deyə Roald Saqdeyev vurğulayıb. 

Akademik "Silk Sat" layihəsinin gerçəkləşdirilməsində Azərbayjan və Qazaxıstanın xüsusi önəminin olduğunu, hər iki ölkənin Rusiya və ABŞ-la münasibətlərinin vajibliyini qeyd edib. Göründüyü kimi, R.Saqdeyevin Bakıya səfəri təsadüfi olmayıb və Azərbayjanın milli peyk buraxmaq ideyası iri dünya dövlətləri tərəfindən dəstəklənir. 

 

Çoxsaylı üstünlüklər 

Göründüyü kimi, bu baxımdan Azərbayjanın çoxsaylı üstünlükləri var. Ölkə Avropa ilə Asiyanın qovşağında əlverişli yerdə qərar tutub, dünya birli-yində mövqelərini möhkəmləndirir və yetərinjə intellektual potensiala malikdir. Ölkə peykin yardımı ilə Şərqlə informasiya texnologiyaları baxımından inkişafda olan Qərb arasında məlumat keçidinə çevrilə bilər. Bu isə o deməkdir ki, Avropa ölkələrində və ABŞ-da mövjud olan fəal elektron kontentlər bizim milli məlumat saxlanma sisteminə daxil olajaq və daha sonra bölgənin başqa ölkələrinə nəql ediləjək. 

Azərbayjan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev  "Region plus"a bildirib ki, Azərbayjanın öz peyki olarsa, çox sayda dividendlər əldə edə bilər. 

Belə ki, peykin olması Azərbayjanda kosmik məlumatların qəbulu və emalı üzrə yerüstü komplekslər qurmağa imkan yaradajaq. Məsələn, neft və qaz yataqlarının aşkarlanması üzrə işlər görmək, neft çıxaran və emal edən regionlar üçün ekoloci monitorinqlər keçirmək, ekoloci və texnogen təhlükə - sürüşmə, daşqın, şoranlaşma və dənizin səthinin qalxması zonalarını yoxlamaq, kənd təsərrüfatı sahələrini qiymətləndirmək, hətta tərkibində narkotik maddə olan bitkilərin qanunsuz əkinlərini aşkar etmək mümkündür. 

Avtonəqliyyatda peykin köməyi ilə naviqasiya sistemlərinin tətbiq edilməsi mümkün olajaq. Bu jür sistemlər artıq uğurla Xəzər Dəniz Gəmiçiliyi tərəfindən və hava nəqliyyatında istifadə edilir.  Bundan başqa, hazırda başqa nazirlik və qurumlar tərəfindən də avtonəqliyyatda naviqasiya sistemlərinin tətbiq edilməsi üzrə layihələr gerçəkləşdirilir. Əgər Azərbayjan öz peykini orbitə çıxararsa, onun ardınja analoci, anjaq daha aşağı orbitli peyklər gələrsə, bu istiqamətdə yalnız özünə deyil, regionun başqa ölkələrinə də xidmət göstərə bilər. 

Həm də bu gün Azərbayjanın mərkəzdən uzaq məktəbləri və inzibati qurumları İnternetə və başqa mültimedia məhsullarına çıxış əldə etməyə ehtiyaj duyurlar. Dövlət qurumları arasında qarşılıqlı mübadilə üçün vahid şəbəkə və infrastruktur yoxdur. Buna görə də başqa ölkələrin - Avropa dövlətlərinin və Türkiyənin peyklərindən istifadə edilir. Milli peykin buraxılması bu problemi həll etməyə və ölkənin bütün beynəlxalq trafikini yalnız bir peykin vasitəsilə gerçəkləşdirməyə imkan verər.

Və nəhayət, Avropa və Birləşmiş Ştatlarda mövjud olan və milli məlumat saxlanması sisteminə daxil olan kontentlərin qiyməti aşağı düşər. "Bu, şübhəsiz, Azərbayjana dünya ijtimaiyyətinin diqqətinin artmasına səbəb olajaq, ölkə informasiya və kommunikasiya texnologiyaları sahəsində bölgə liderinə çevriləjək",- deyə R.Əliquliyev vurğulayıb. 

 

Yararlı rabitə...

Azərbayjan İnternet Forumunun prezidenti, İnformasiya Texnologiyaları və Sistemləri üzrə Multimediya Mərkəzinin direktoru Osman Gündüz hesab edir ki, Azərbayjanın öz peykinin olması siyasi və iqtisadi maraqlar baxımından həm yerli, həm də ölkələrarası səviyyədə böyük dividendlər əldə etməyə imkan verəjək. "Bu həm informasiya təhlükəsizliyi və hətta  hərbi təhlükəsizlik baxımından əlverişlidir. Unutmaq olmaz ki, ölkəmiz müharibə durumundadır.  Bəzi məsələləri, əlbəttə ki, önjədən diqqətlə götür-qoy etmək lazımdır. İlk önjə, nəzərə almaq lazımdır ki, Yerin istənilən kosmik peyki 15 ilə bütün imkanlarını başa çatdırır. Uyğun olaraq, həm özümüzü  teleradioyayım və telekommunikasiya sarıdan təmin etmək və peykin resurslarını başqa müştərilərə də təklif etmək baxımından biz hər şeyi hesablamalıyıq. Bu, başlıja məsələdir. Burada ayrıja planın işlənməsi tələb edilir", - deyə Osman Gündüz vurğulayıb. 

Bütün yuxarıda sadalananlar, o jümlədən peykin resurslarının 75 faizinin xariji dövlətlərə satılması bir günün işi deyil. İlk başdan Azərbayjan etibarlı və keyfiyyətli rabitə həyata keçirilməsi və teleyayımın yaxşılaşması üçün əsas üstünlük kimi öz peykinin olmasından yararlanajaq. 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərbayjan hökuməti ilə İTU  arasında danışıqların yekun mərhələyə keçməsi barədə xəbər yayması da ümidləri artırır. Bir neçə hüquqi və texniki məqamların yenidən işlənməsi lazımdır və bundan sonra Azərbayjan layihənin gerçəkləşdirilməsi ilə əsaslı məşğul ola bilər. Və bütün bunlardan belə görünür ki, artıq 2010-ju ildə Azərbayjanın "AzerSat" adlı ilk milli peyki orbitə çıxarılajaq. 

İndi Azərbayjanın peyki olmasa da, artıq Azərbayjanın gələjək "beyin məhsulu"nun Avropa bazarına çıxarılması yollarının tapılması məsələsi həll edilib. Əgər peyk orbitə bir neçə il sonra çıxarılsa belə, artıq bü gün ölkədə "bilik jəmiyyətinin", yəni biliklərə, innovasiya mərkəzlərinə, texnoparklara və texnopolislərə əsasalan, əhalinin çoxunun informasiya sənayesi ilə, yəni informasiya texnologiyaları, nano texnologiyalar, biotexnologiyalar ilə məşğul olduğu "bilik jəmiyyəti"nin yaradılmasına çoxdan ehtiyaj duyulur.  Axı yalnız bu şərtlər daxilində insanlar yüzilliklər boyunja əldə etdikləri biliklərdən yararlana və onu rəqabət qabiliyyətli məhsula çevirə bilərlər. 


MƏSLƏHƏT GÖR:

444