15 Mart 2025

Şənbə, 00:30

ERMƏNİSTAN "QAZPROM" MƏNGƏNƏSİNDƏ

Müəllif:

01.06.2008

Mayın sonunda "Gallup" tədqiqat mərkəzinin dərj etdirdiyi göstərijilər Moskvada bomba kimi partladı. Bu nüfuzlu sosioloci xidmət tərəfindən aparılmış sorğunun nətijələrinə görə, ənənəvi olaraq Rusiyanın strateci müttəfiqi sayılan Ermənistanda əhalinin 62 faizi, yəni üçdəikisi Rusiyanın dövlət siyasətinə mənfi münasibət göstərir.  

Rusiya və Ermənistan ekspertləri etiraf ediblər ki, Moskvaya qarşı mənfi  münasibətin kəskin artımı "Qazprom"un Ermənistana qaz satışında 2011-ji ilə qədər Avropa qiymətlərinə keçmək qərarı ilə bağlıdır. 

Ermənistan hökuməti ilə "Qazprom" arasında 31 mart 2006-jı ildə imzalanmış və 2009-ju il yanvarın 1-nə qədər təbii qazın min kubmetrinin qiymətini əvvəlki 56 dollardan 110 dollara qaldırmış 25 illik sazişin şərtlərinə yenidən baxılması gözlənilən idi. 

Təjrid olunmuş və inkişaf səviyəsinə görə qonşu ölkələrdən geri qalmış Ermənistanda yerli təbii qaz hasilatı olmadığından, Kremlin qərarı yetərinjə mənfi qarşılanıb. Rəsmi İrəvan isə Rusiyadan görünməmiş səviyyədə aşağı qiymətlərlə qaz idxalının əbədi sürməyəjəyini çoxdan anlayırdı və sadəjə, yeni hökuməti formalaşdırana qədər bu məsələdə vaxt qazanmağa çalışırdı. 

Apreldə bu ölkənin yeni hökuməti formalaşdı və artıq mayın 1-dən Nazirlər Kabineti qazın qiymətini subsidiyalaşdırmağı dayandırmaq barədə qərar qəbul etdi. Durumdan yararlanan bir çox təsərrüfat subyektləri "mavi yanajaq"ın qiymətini kəskin artırmağa başladılar və bu da Ermənistanın rayonlarında ijtimai nəqliyyatın bahalaşmasına səbəb oldu.  Çünki "qaz tarifi" bütün əmtəə və xidmətlərin qiymətinə daxil olurdu.

Heç şubhəsiz, hökumətin bu qərarı, ilk növbədə, inkişaf səviyyəsinə görə Yerevandan çox geri qalan əyalətlərin sakinlərinə zərbə vurdu. Məsələn, Armavir şəhərinin gənjləri açıq bildirdilər ki, yeni iş yerlərinin olmadığı şəraitdə qazın pulunu heç nə ilə verə bilməyəjəklər. "Heç yerdə pul qazana bilmirik, iş yerləri yoxdur, bu pulu nejə verəjəyik?"- deyə yerli gənjlər "A+1" telekanalına bildirib. Bir çoxları artıq Ermənistanı tərk etmək barədə qərar veriblər, çünki əmindirlər ki, qaz tariflərinin ardınja başqa istehlak mallarının da bahalaşması qaçılmaz olajaq.

Pensiyaçılar qaz tariflərinin qalxmasını vəhşilik adlandırdılar. "Söz vermişdilər ki, həyat yaxşılaşajaq, anjaq indi yoxsulların həyatını daha da pisləşdirirlər", - deyə onlar hiddətlənirlər. Pensiyaçıların sözlərinə görə, qış aylarında onlar elə bunsuz da bütün pensiyalarını qaza verməyə məjbur idilər. 

Bu dəfə Moskvanı rəhmə gətirməyin mümkün olmadığını anlayan rəsmi Yerevan səylərini qaz tariflərinin artırılması müddətlərinin uzadılmasına və ya heç olmasa, qiymətlərin yavaş-yavaş artırılmasına yönəldib və bununla da vətəndaşların aztəminatlı hissəsinə dəyən zərbələri yumşaltmağa çalışır. Çünki qazın idxal və əhaliyə satış qiymətləri arasındakı kəskin fərqi ödəməyə vəsait yoxdur, dövlət büdjəsi ölkəni saxlamağa güjlə çatır. 

Bunu Moskvada da başa düşürlər və "Qazprom" bununla bağlı açıqlama da yayıb: "Strateci əməkdaşlığın yüksək səviyyəsi və "Qazprom"un bu ölkədə mövqelərinin möhkəmlənməsi nəzərə alınajaq və Ermənistan üçün qazın qiymətinin dəyişməsi mərhələ-mərhələ gerçəkləşdiriləjək". Məsələyə şəxsən Ermənistan prezidenti Serc Sarkisyan da qarışıb və mayın 19-da İrəvanda "Qazprom" prezidenti Aleksey Milleri qəbul edib. Anjaq bu da Moskvanın mövqelərində dəyişikliyə səbəb ola bilməyib. Baş nazir Tiqran Sarkisyanın arqumentləri də təsir göstərə bilməyib. 

Başqa jür də ola bilməzdi. Axı Ermənistan hələ 1997-ji ildə özünü tamamilə Moskvanın "əlinə verib".  Bu gün respublikanın yeganə qaz təjhizatçısı olan "Arm-Rosqazprom" məhz onda yaradılmışdı. Səhmlərinin 72,16 faizi "Qazprom"a məxsus şirkət Rusiya qazının alınması və paylanması üzrə inhisarçı hüquqa malikdir. Ermənistanın Energetika və Təbii Qaynaqlar Nazirliyinin 22,78 faizlik iştirak payı isə sadəjə rəmzi xarakter daşıyır. "ArmRosqazprom"un səhmlərinin 5,06 faizi isə Rusiyanın başqa şirkətinə - "İtera"ya məxsusdur, ona görə də İrəvanın üz tutajağı bir yer yoxdur.

Bunun nətijəsidir ki, Ermənistan hökumətinin "Qazprom"un yeni təklifini qəbul etməkdən başqa yolu qalmayıb. O da artıq 2009-ju il üçün qiymətləri elan edib. Qiymət 165 dollar səviyyəsində qeydə alınajaq. Ermənistanda istehlak edilən qazın həjminin azalajağını düşünmək də sadəlövhlük olardı. 2007-ji ildə "Qazprom" Ermənistandakı istehlakçılarına 2,05 milyard kubmetr qaz göndərib və bu il, çətin ki, həmin həjmdə azalma olsun. Başqa məsələ ki əhalinin qalan hissəsi də normal həyat axtarışında Ermənistanı tərk etsin. Bəlkə onda qaz istehlakını azaltmaq mümkün olsun. Başqa nə edə bilərlər ki?.. Yenəmi borjları dövlət əmlakı ilə qaytarajaqlar? Özü də hansı əmlakla?  Olan nə vardısa, çoxdan dövlət borju əvəzinə Moskvaya verilib.

İstənilən halda maraqlıdır, Ermənistan rəhbərliyi yoxsul əhaliyə nejə javab verəjək və vəziyyətdən çıxmaq üçün hansı yollara əl atajaq? Əlbəttə ki, Rusiyanın Qafqazdakı "forpostu" statusundan imtina etmək və deməli, "Qərbə üz tutmaq" alınmayajaq. Digər tərəfdən, axı Qərbin özü də enerci təjhizatı məsələsində Rusiyadan asılı vəziyyətdədir. Bəlkə, doğrudan da Azərbayjan və Türkiyə kimi qonşulara təjavüz və ərazi iddiaları siyasətindən əl çəkməyin vaxtı çatıb?  Lap elə Gürjüstan kimi. Bu ölkə qonşularla dost münasibət qurur, əvəzində isə qazsız və işıqsız. Hətta Moskva qaz kranını tam bağlasa belə...


MƏSLƏHƏT GÖR:

417