
CANLI ƏFSANƏLƏR
Kuklanı necə canlandırmaq olar? Bu sualın cavabını rəssam Tamilla Qurbanova bilir
Müəllif: Firəngiz XANCANBƏYOVA Bakı
Kuklaların müəyyən maqnetizmə malik olduğuna inanarsınızmı? Bununla belə, hətta insanlar üçün nadir olan bu xüsusiyyət azərbayjanlı rəssam Tamilla Qurbanovanın istedadının və təxəyyülünün məhsulu olan unikal kuklalar üçün səjiyyəvidir. İlk dəfə onlar özlərinə məxsus şəkildə "işıq üzünə" iki il qabaq İçərişəhərdə keçirilən festival zamanı çıxıblar. Onlar sərgi salonundakı taxtın üzərində bir-birindən aralı şəkildə göylərin elçiləri kimi dayanıbmışlar və mehriban-mehriban tamaşaçılara baxırmışlar. Hər birinin əynindəki gözəl paltarların injə parçaları sanki günəş şüalarından və hava selindən toxunubmuş. Görkəmləri də adlarına uyğun gəlirmiş, adları "Yaz", "Qış", "Yay" və "Payız" imiş. Və hər birində sanki həyat qaynayırmış, hər birindən sanki şüuraltı jərəyanlar axırmış. Belə çıxır ki, təbiət hadisələrini kuklaların görkəmində "insaniləşdirmək" müm-kündür. Bu, özü də, elə hərarətli və janlı baş verir ki, insan özünü bu jansız obyektlərin ovqatına kökləyir. Bu da olurmuş, gözəllik birjə baxışla üz-üzə gəldikdə belə, həmişə insanı ovsunlayır, dəyişdirir, yenidən dünyaya qaytarır, yeniləşdirir, təmizləyir, hətta insanı sağaldır.
"İnsanın hər şeyi gözəl
olmalıdır…"
Bakıda Tamilla Qurbanovanın adı yaxşı tanınır. Təsadüfi deyil ki, ona müxtəlif sifarişlərlə mürajiət edirlər, tanınmış adamların portret kuklalarını yaratmasını istəyirlər. Bu heç də sadə rəssam olmayan ustad sənətkarın yaradıjılıq axtarışlarına təkan verir. Buna görə də sənətkarın çoxsaylı qabiliyyətlərini sadalamaqdansa, nələri bajarmadığını saymaq daha asandır. O yalnız heykəltəraş deyil, həm də dizayner modelyerdir, toxujudur. Tamilla xanım kuklaların geyimini özü yaradır. Dünyada bu qədər müxtəlif bajarıq və vərdişləri özündə birləşdirən ustalar çox azdır. Təsadüfi deyil ki, onların çoxu özləri üçün bu işləri bajaran işçilər götürürlər. Tamilla xanım isə öz xariqə kuklalarını özü yaradır. Ustanın kuklalarının jazibəsinin sirri ondadır ki, o, əl işlərinin hər bir hissəsinə ruhunu və qəlbini, poetik düşünjələrini hopdurur. Tamilla Qurbanovanın şairlik istetdadı da var, onun şeirlərinin ilk dinləyijiləri kuklalardır; iş vaxtı o, kuklalarla janlı insan kimi danışır. Bununla da kuklalar janlı energetikaya yiyələnir. Müəllifin kuklalarından hansınasa sahib olan insanlar bu energetikanın müsbət olduğunu söyləyirlər.
Rəssam qadın bu jür kuklalar yaratmaq fikrinə beş il qabaq düşüb, indi talenin onu uşaqlıqdan bu işə hazırladığını düşünür. Bunun əsası hələ Əzim Əzimzadə adına İnjəsənət Məktəbinin heykəltəraşlıq fakültəsində oxuyan zaman qoyulubmuş. Tamilla öz inkişaf etmiş yaradıjılıq təxəyyülü ilə yoldaşlarından seçilirmiş. Başqaları dinməz-söyləməz onlar üçün müəyyən edilmiş "əmək" və "idman" mövzularında işlər hazırlayanda Tamilla xanım müəllimlərinə gipsdən və ya plastilindən öz fantaziyasına uyğun olaraq düzəltdiyi işlərini təqdim edirmiş.
Müəllim təəjjüblənirmiş: "Bu nədir? Bunun adını nə qoyubsan?". Javab "Suyun alleqoriyası" olurmuş və müəllim heç nə başa düşmürmüş. Axı o, sadə və adi bir mövzuda iş görmək tapşırdığını düşünürmüş. Tamilla xanım isə ona başa sala bilmirmiş ki, ruhu bu jür sadə işlər görməyə jan atmır. Müəllim isə sorğu-sualını davam etdirirmiş: "Bunun ideyası nədir?". Anlada bilmirmiş ki, işin özü başdan-ayağa ideyadır.
Həmişə bu jür suallar doğurmamaq üçün o, neftçilərin, fəhlələrin və kolxozçuların fiqurlarını düzəltməyə məjbur imiş… Bütün bunlara baxmayaraq, məktəbdə onun xüsusi istedada malik olduğunu anlayan müəllimlər var imiş. Onlardan biri tanınmış heykəltəraş Məmməd Salahov olub. Onun məktəb işlərinə baxan müəllimi deyirmiş: "Sən çox irəli gedəjəksən, sənə Moskvada oxumaq lazımdır…".
Onun diplom işi yeganə həmsöhbəti əlində tutduğu tutuquşu olan və kürə üstündə oturmuş təlxək obrazı olub. İşin əsas fəlsəfəsi dünyanın faniliyi və etibarsızlığı, insanın tənhalığıdır. Gənj tələbə qız hardan biləydi ki, tezliklə bu obraz dünyanın çox insanları üçün gerçəkliyə dönəjək.
Çox illər sonra o, günəş təlxəyinin - Arlekinonun obrazını yaratmışdı. Bu yaxınlarda isə kədərli və başqa kuklalar kimi janlı, jəzbediji və həyəjanlandırıjı olan Pyeronu düzəldib. Bu iş növbəti gözəllikdir, təlxəyin geyimi, işin hər parçası, boyaları, boynunu bükməsi, əllərini tutması obrazın xarakterini və növbəti fəlsəfi ideyanı açmağa yardım edir.
Adam istəmədən düşünməli olur, axı teatr tamaşalarında da obrazlar bu jür jiddi-jəhdlə düşünülür. Bu jür zərgər işləməsi çox bahalıdır və göründüyü kimi, Tamilla Qurbanovanın kuklaları yüksək injəsənət əsərləridir. Onlara tələbatın çox olması da bundan xəbər verir. Daha doğrusu, onun istedadı öz aurası olan, janlı obrazlar yaratmağa yönəlib. Təsadüfi deyil ki, "Yaz", "Yay", "Payız" və "Qış" kuklalarında rəssam yalnız təbiətin dörd fəslini janlandırmır, həm də qadının dörd yaş dövrünü təsvir edir.
"Yüzilliklərboyu kuklalar hansısa mistik səviyyədə yaradılıb, insanın modeli kimi qəbul edilib. Mənim hər bir kuklamın öz ener-getikası, öz aurası var. Çünki bunlar sadəjə kukla deyillər, iş vaxtı mən onlarla janlı varlıq kimi davranıram. Mənzillərin, muzeylərin, sərgi salonlarının interyerində yaşaya-yaşaya rəssamın onlara hopdurduğu müəyyən enerci toplusunu saxlayırlar. Yaratdığım əsərin harada yerləşməsi, hansı energetikaya malik olması mənim üçün özümünkü qədər önəmlidir", - deyə rəssam vurğulayır.
Sanki əkizdir
Azərbayjan Dövlət Gömrük Komitəsinin 200 illiyinə Tamilla Qurbanova iki portret kuklası hazırlayıbmış. Bunlardan biri Dünya Gömrükçülər Assosiasiyasının prezidenti Mişel Danenin, o birisi isə İnterpol əməkdaşlarından birinin portret kuklası imiş. Yubiley tədbirində iştirak edən Dane qırmızı lenti kəsərək zala daxil olanda öz əkizini görüb və heyrətdən donub. Onun portret kuklası həddindən gözəl alınıbmış və həmkarları bunu yüksək qiymətləndiriblər.
Yaratdığı Məşədi İbad və Gülnaz obrazları da Tamilla xanıma çox böyük uğur gətirib. Bu kuklalar Bülbül adına Musiqi Məktəbinin kollektivi tərəfindən mərhum həmyerlimiz, tanınmış musiqiçi Mstislav Rostropoviçə hədiyyə edilmişdi. Anjaq rəssam üçün xalq artisti Nəsibə Zeynalovanın məşhur "Qayınana" personacı əsasında yaratdığı portret kuklası xüsusilə əzizdir. Tamilla xanım bu super-iri kuklanı rekord kiçik müddətə - iki həftəyə yaradıb.
"Şou-biznes təmsilçiləri mənə bu jür kukla portret düzəltməyi sifariş edəndə imtina etməyə çalışmışdım. Heykəltəraş olsam da, indiyə kimi belə bir şey düzəltmədiyimi demişdim. Onlar isə javab vermişdilər ki, jəhd edin, onsuz da mürajiət etmək üçün başqa adam yoxdur. Bu sifarişi hansı qısa müddətə etməyimin lazım olduğunu eşidəndə dəhşətə gəlmişdim. Onlar isə mənim mütləq bu sifarişi yerinə yetirməyimin vajib olduğunu vurğulamışdılar. Və nəhayət, mən razılaşdım, çünki Nəsibə Zeynalova kimi böyük aktrisaya layiqli hədiyyə təqdim etmək gərəkdir. Öz-özümə "Sən mütləq bu sifarişi yerinə yetirməlisən" demişdim",- deyə Tamilla xanım söyləyir.
Əkizi olan kuklanı Nəsibə xanımın yanına gətirdikdə, o, heyrətə gəlib, onu xoşlayıb, bağrına basıb. Aktrisanın nəvəsi rəssama bildirib ki, Nəsibə xanım kukla ilə danışırmış, yuxuya getməzdən qabaq onunla vidalaşır, səhərlər isə salamlaşırmış, hərdən zarafatla söyərmiş: "Bəsdir güldün, nə qədər gülmək olar!". Əl işlərinin bu qədər xoş əhval-ruhiyyə bəxş etdiyini eşitmək rəssam üçün çox xoşdur. Nəsibə xanım dünyasını dəyişdikdən sonra, kukla Azərbayjanın teatr muzeyində saxlanılır. Öz işindən danışan rəssam bildirir ki, heç bir kuklada təkrarçılığıa yol vermir, onun hər bir işi eksklüzivdir və hətta rəssam istəsə belə, təkrarçılıq edə bilməz. Dəqiq riayət olunan daha bir qayda var, kuklalar təbii materiallardan düzəldilir, bəzək əşyalarını isə zərgərlər düzəldirlər.
Tamilla xanım özü haqda danışarkən sənətdə yeni, öz yolunu axtarmağa başladığı və qeyri-adi kuklalar yaratmaq fikrinə düşdüyü çağların xatirələrinə qərq olur. Onun ilk kuklası komik jizgilərlə təsvir olunmuş "Xəsis sultan" əsəridir. Əllərində qızıl pullar tutmuş gülməli, şən adam insanlarda gülüş doğururdu və sənətkarın yanında çox qalmadı, indi xarijdə "yaşayır". Ona uğur gətirən sehrli kukla - "Şəhrizad" indi Şotlandiyadadır.
Hələ ki onun yanında qalanlar "Yaz", "Yay", "Payız" və "Qış" kuklaları, həmçinin tamaşaçıların sevdiyi günəş "Arlekino"su və ay "Pyero"sudur. "Arlekino" özü "karyera" da düzəldib, ötən il masaüstü təqvimə çəkilib.
Hazırda Tamilla Qurbanova yeni obrazlar üzərində işləyir və istedadının pərəstişkarlarını yeni gözəlliklərlə sevindirməyi düşünür.
MƏSLƏHƏT GÖR: