
"DOSTUN" XAİN ÇIXARSA...
Azərbaycanda siqaret çəkənlərin sayı ildən-ilə artır, yaşı isə cavanlaşır
Müəllif: Zərifə BABAYEVA Bakı
Əgər insanın gözlərini, qulağını, burnunu bağlasalar, əllərinə əljək geydirsələr və bundan sonra ona çəkmək üçün siqaret versələr, nə olar? Sovet illərində Moskvadan yayılan və aparıjısı əfsanəvi fizik Kapitsa olan "Oçevidnoe i neveroyatnoe" ("İnanılmaz gerçək") televerilişində belə bir sınaq keçirilib. Siqaret hərisi üzərində aparılmış həmin sınaq bu sətirlərin müəllifinin uşaq yaddaşına hopub və görünür, bütün həyatıboyu orada qalajaq.
Siqaretlə çoxdan "janbir qəlb" olan, qullablardan özünü pis hiss etməyən - başı gijəllənməyən, boğazı göynəməyən bir insan xariji aləmdən məlumat almağın əsas mənbələrindən - görməkdən, eşitməkdən, iy bilməkdən, lamisə hissindən məhrum olarsa, özünü nejə aparar? Buna inanmaq çətindir, anjaq siqaret hərisi olan bu insan birjə qullabdan sonra az qala ağlını itirmişdi. Onun əlləri tərləmişdi və müvazinət hissini itirmişdi.
Bu, siqaretə həris insanın siqaret çəkən zaman öz üzərində gerçəkləşdirdiyi zorakılığın nümayişi idi. Adi halda bu prosesə görmə, eşitmə, iybilmə və lamisə duyğuları da qoşulur və effektin nümayişi arxa plana keçirilir. Siqaretin insan bədəninə təsirinin gerçək nümayişi baxımından bu sınaq sadəjə dahiyanə idi. Böyük ehtimalla həmin səhnəni görən çoxları siqareti atıblar.
Söhbətin məğzi
Tarix boyunja insanın bəlli olan alışqanlıqları içində ən zərərlisinin siqaretə bağlılıq olduğu heç kimdən gizli deyil. Siqaret çəkən adamın tutula biləjəyi xəstəlikləri sadalamaq da elə çətin deyil. Tütünün insan ömrünü nə qədər qısaltması barədə də hərə bir şey deyir, 10 il deyən də, 20 il deyən də var.
Maraqlıdır ki, "Oçevidnoe i neveroyatnoe" verilişində keçirilmiş sınağa həmişə siqaret çəkməyin zərərindən danışan tibb işçilərinin rəyi əlavə olunmamışdı… Onlar danışmaqdan yorulmurlar. Amma verilişdə hər şey elə onlarsız da aydın idi. "Səhiyyə Nazirliyi xəbərdarlıq edir" və "İçməyənlər, çəkməyənlər sağlam öləjəklər" sözləri ilə lağlağılıq edənlər xəstələnən zaman artıq zarafatlıq halları qalmır.
Bəziləri isə, ümumiyyətlə, həyatlarıboyu istənilən jür zarafatdan imtina edirlər. Adətən, bu tip adamlarda siqaret çəkmək üzündən ətraflarda qan dövranı pozulur, nətijədə əlləri və ya ayaqları kəsilməli olur. Bəzi adamlarda bu dörd bədən üzvünün dördünü də kəsirlər. Və bunun axırı nejə olajaq?
Siqaret çəkmək xroniki xəstəlikdir və xəstəliklərin, travmaların və ölüm səbəblərinin beynəlxalq statistik təsnifatına daxil edilib. Hər il tütün tüstüsü bütün dünya üzrə milyonlarla insanın həyatına son qoyur və onunla mübarizə jiddi sosial problemə çevrilib. XX yüzillikdə siqaret çəkməklə bağlı yaranan xəstəliklər üzündən 100 milyondan çox adam dünyasını dəyişib.
Belə bir fikir var ki, bunda yalnız savadsız və ağılsız adamlar günahkar deyil. Amerika mətbuatının bir vaxtlar yazdığına görə, siqaret çəkənlərin sayının artması tütün məhsulları istehsal edənlərin bilərəkdən apardığı siyasətdən qaynaqlanır. Belə ki, ötən yüzilliyin sonlarında Dünya Səhiyyə Təşkilatının (DST) ekspertlərinin əldə etdikləri sənədlər dünyanın əsas siqaret məhsulları istehsalçılarının gizli işlərinin üzərindən örtüyü qaldırıb.
Dünya Səhiyyə Təşkilatı dərj olunmuş məruzəsində faktik olaraq bu şirkətləri bilərəkdən siqaret əleyhinə yönəlmiş səylərə mane olmaqda günahlandırıb. Bəlli olub ki, şirkətlər bununla bağlı ayrıja fəaliyyət planı qəbul ediblərmiş və bu, indi də qüvvədədir. "Tütün nəhənglərinin" gizli anlaşmasının başlıja istiqamətlərindən biri inkişaf etməkdə olan ölkələrlə bağlıdır. Yəni Avropa və ABŞ-da əhali siqareti tərgitməyə başladığına görə, üçünjü dünya ölkələrini siqaretə alışdırmağa çalışırlar.
Hazırda inkişaf etməkdə olan ölkələrdə kişilərin 60 faizi və qadınların 10 faizi siqaret çəkir. Qırx il qabaq isə Asiya və Afrikada siqaret çəkən qadın, demək olar ki, yox idi. Tütün istehsalçılarının reklamçıları düşünüblər ki, əgər siqaret qadının çoxəsrlik sosial işgənjədən azad olmasının və müstəqilliyinin rəmzi kimi təqdim edilərsə, bu, işə yarayar. Və fikirləri çin çıxdı.
Reklam təbliğatlarında siqaret atletik bədənli gözəlçələrin və ya idmançı qadınların yanında yer alır. Buna baxan gənj qızların siqaretin insanı əjəlindən tez o dünyaya yola salmaq barədə qorxusu keçir. Halbuki sənayejə inkişaf etmiş ölkələrdə siqaret istifadəsi ilə bağlı xəstəliklərin müalijəsinə ildə 200 milyard dollardan çox pul xərjlənir.
Avropa və ABŞ-da getdikjə daha az siqaret çəkmələrinə baxmayaraq, biz ildən-ilə daha çox siqaret çəkirik. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Azərbayjanda qadınların 2-10 faizi, kişilərin isə 40 - 60 faizi siqaret çəkir. Ekspertlər Azərbayjanda, xüsusilə də yeniyetmələr arasında siqaret çəkməyə meylin artdığını vurğulayırlar. Hazırda Azərbayjanda siqaret çəkənlərin sayı 3 milyon 200 min nəfərdir, amma əhalidə müalijə üçün bu səviyyədə pul yoxdur.
Bu yaxınlarda "ELS" Müstəqil Araşdırma Mərkəzi tərəfindən bu barədə maraqlı məlumatlar təqdim edilib. Mərkəz Səhiyyə və Gənjlər və İdman nazirliklərinin yardımı ilə siqaretlə mübarizə məqsədi ilə "Gələjəyinə, sağlamlığına və rifahına yox demə" təbliğat kampaniyasına başlayıb.
Kampaniya çərçivəsində gənjlər arasında 800 adamı əhatə edən sorğu keçirilib. Rəyi soruşulanların əksəriyyəti yeniyetmələr, məktəblilər və tələbələr olub. Sorğuda iştirak edənlərin 59,1 faizi oğlanlar, 40,9 faizi isə qızlar olub. Sorğu zamanı bəlli olub ki, respondentlərin 34,5 faizi siqaret çəkir. Oğlanların 46,6 faizinin, qızların 17,1 faizinin siqaret çəkdiyi bəlli olub.
Ötən ilin göstərijiləri ilə müqayisədə siqaret çəkən qızların sayı, demək olar ki, iki dəfə artıb. Rəyi soruşulanların 63,3 faizi siqaret çəkməyə pis baxır. 26,5 faiz buna laqeyd yanaşır, yalnız rəyi soruşulanların 9,9 faizi siqaret çəkməyə müsbət yanaşır. Sorğu iştirakçılarının 88,3 faizi hesab edir ki, siqaret tüstüsü insan sağlamlığı üçün zərərlidir. Amma bu göstərijilər heç də gerçək durumu tam əks etdirmir.
Qaçaqmalçılıq da bir yandan ...
Azad İstehlakçılar Birliyi (AİB) tərəfindən Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə keçirilmiş araşdırmaya görə, Azərbayjanda tütün məhsullarının təxminən 60 faizi lisenziyasızdır. Siqaretlərin təxminən 90 faizinin istehlak müddəti bitib. Azərbayjanda satılan tütün məhsullarının 25 faizə qədəri qaçaqmal məhsuludur.
Bundan başqa, Azərbayjan Dünya Səhiyyə Təşkilatının siqaretlə mübarizə üzrə çərçivə konvensiyasına qoşulmasına və "Tütün və tütün məhsulları haqqında" qanun qəbul etməsinə baxmayaraq, işdə qanunun və konvensiyanın tələblərinə əməl edilmir. Məsələn, qanunda sağlamlıq və təhsil müəssisələrinin yaxınlığında dənə-dənə siqaret satmaq qadağandır. Həqiqətənsə, buna əməl edilmir.
Bir sıra ölkələrdə tütün məmulatlarının reklamı və uşaqlara satılması, ijtimai yerlərdə və nəqliyyatda siqaret çəkilməsi qadağandır. Artıq uzun illərdir ki, Azərbayjanda tütün məhsullarının reklamı rəsmi olaraq qadağan edilib. Anjaq bizim hər birimiz hər gün əylənjə və idman tədbirlərində sponsor iştirakı formasında tütün məhsullarının gizli reklamı ilə rastlaşırıq. Bunun parlaq nümunəsi milli şou-biznesin ulduzlarının tanınmış tütün markaları ilə tez-tez çəkdirdikləri musiqi klipləridir.
Siqaretlərin sellefon torbalarda reklam edilməsi əvvəlki kimi davam etdirilir, halbuki qanunla qadağandır. Ən dəhşətlisi də odur ki, uşaqlar üçün hətta siqaret şəklində saqqız buraxılır. Bu barədə Avstraliyanın təjrübəsini xatırlamaq yerinə düşərdi. Bu ölkədə küçələrdə siqaret çəkmək və spirtli içkilər içmək qadağındır. Siqaretin və alkoqolun zərərindən bəhs edən çox sayda reklamlar var. Təəssüf ki, bunun Azərbayjanda əsər-əlaməti də yoxdur.
Azərbayjanın tütün məhsulları bazarında olan pozuntulardan biri də əvvəlki kimi filtrsiz siqaret satışının qalmasıdır. Halbuki Nazirlər Kabinetinin sərənjamı ilə ölkədə filtrsiz siqaretlərin istehsalına, idxalına və satışına qadağan qoyulub. Azərbayjan ərazisində satılan bütün tütün məhsullarının üzərində məjburi qaydada istehsal tarixi, yararlılıq müddəti, istehsalçı şirkət və sexin ünvanı göstərilməlidir. Çox vaxt bu qaydalara əməl olunmur.
Bir daha siqaretin zərəri haqqında
Burası da bəllidir ki, tez-tez həqiqi məhsula çox bənzəyən saxta siqaretlərin tərkibində yetərinjə yüksək miqdarda kanserogen maddələr aşkar edilir. Məsələn, belə siqaretlərin araşdırılması zamanı qətranın miqdarının yol veriləndən 160 faiz, nikotinin miqdarının 80 faiz, dəm qazının miqdarının 133 faiz çox olduğu aşkarlanıb. Tütün tüstüsünün tərkibində 4000-dən çox kimyəvi birləşmə var, bunlardan 40-ı xərçəngə səbəb olur. Tütün tüstüsündə yüzlərlə zəhərli maddə var, onların sırasında nikotini, sianidi, arseniumu, formaldehidi, karbon oksidi və karbon qazını göstərmək olar.
Siqaret tüstüsündə polonium, qurğuşun, bismut kimi radioaktiv maddələr də var. Bundan ilk önjə nəfəs orqanları zərər görür. Qırtlaq xərçənginin 98 faizi, ağ jiyər xərçənginin 96 faizi, xroniki bronxitin və ağ jiyər emfizemasının 75 faizi məhz siqaret çəkilməsi ilə bağlıdır. Siqaret çəkilməsi ürək-damar, nəfəs sistemlərinə ziyan vurur, həmçinin xərçəng şişlərinin yaranmasına səbəb olur.
Siqaret çəkənlərdə miokard infarktı riski çəkməyənlərə baxanda 4-5 dəfə yüksəkdir. Əgər siqaret çəkən insanın qanında xolesterinin səviyyəsi yuxarıdırsa və arterial təzyiqi yüksəkdirsə, ürəktutmaları risqi 8 dəfə artır. 2000-ji ildə inkişaf etmiş ölkələrdə yaşı 35-dən 70-ə kimi ölmüş kişilərin ölümlərinin 30 faizi siqaret çəkməklə bağlıdır.
Azərbayjan 1993-jü ildə siqaretlə mübarizə üzrə Avropa strategiyasına qoşulub. 1995-ji ildə Dünya Səhiyyə Təşkilatının (DST) tövsiyəsi ilə Səhiyyə Nazirliyin yanında nikotinlə mübarizə üzrə əlaqələndirmə şurası yaranıb. Hazırda şuranın işçi qrupu DST-nin tövsiyələrini nəzərə alaraq siqaretlə mübarizə proqramının üzərində işləyir. Proqramda yeniyetmələr arasında siqaret çəkənlərin sayının azaldılması və onların məlumatlandırılması üzrə tədbirlərin, həmçinin siqaretdən asılılığın azaldılması üzrə reablitasiya tədbirlərinin görülməsi nəzərdə tutulur.
MƏSLƏHƏT GÖR: