
ACLIQ DÜNYANI TƏHDİD EDİR
Müəllif: Redaksiya
Qlobal inflyasiya sürətlənir. Son zamanlarda dünya üzrə müşahidə edilən qiymət böhranı ərzaq məhsullarının bahalaşması ilə daha da kəskinləşib. Ərzaq qiymətləri 1945-ji ildən bu yana ən yüksək olan səviyyəyə çatıb. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, son üç ildə dünyada ərzaq qiymətləri 60 faiz, 2001-ji illə müqayisədə isə iki dəfədən çox artıb. Dünya Bankının (DB) məlumatları isə daha çox çaşqınlıq yaradır. DB bildirir ki, son üç ildə qiymətlər 83 faiz artıb.
Dünyada ərzağın kəskin bahalaşmasının əsas səbəblərindən biri kimi mütəxəssislər bioloci yanajağın, yəni avtomobil yanajağı kimi istifadə edilən spirtin istehsalının artmasını göstərirlər. Başqa təhlükəli amil kimi ekspertlər dünyanın bir çox ərzaq ixraj edən ölkələrində müşahidə edilən qıtlığı göstərirlər. İnkişaf etməkdə olan ölkələrin əhalisinin gəlirlərinin və ərzaq istehlakının artması da burda az rol oynamır. Anjaq ekspertlər ərzağın bahalaşmasının ən başlıja səbəbinin neftin qiymətinin qalxması olduğunu düşünürlər. Əgər dünya neft ixrajatının 40 faizinə nəzarət edən OPEK-in yaxın perspektivdə hasilatı azaltmaq istəmədiyi nəzərə alınarsa, gələjəyə nikbin baxmaq olmur. Bundan əlavə, İran prezidenti Mahmud Əhmədinecad bu yaxında bildirib ki, neftin barrelinə görə 115 dollar verilməsi heç bir əsası olmayan aşağı qiymətdir. Əgər enercidaşıyıjılarının qiyməti sürətlə artmaqda davam edərsə, dünyanın nələrlə qarşılaşajağını ehtimal belə etmək olmur.
Qlobal ərzaq böhranının kəskinləşməsi ilə bağlı olaraq, dünyanın 40-dan çox ölkəsi kənd təsərrüfatı məhsullarının ixrajına qadağan qoyub. Bu, vəziyyəti daha da kəskinləşdirib.
Təbii ki, ərzağın qiymətinin qalxmasından ən çox yoxsul ölkələrin əhalisi əziyyət çəkir. Bir sıra ölkələrdə ərzağın bahalaşması, hətta xalqın etirazına səbəb olub. Anjaq hərtərəfli götür-qoy etdikdə, bu problemin ABŞ, Avropa ölkələri və Yaponiya da daxil olmaqla, artıq bütün dünya üçün aktual olduğu ortaya çıxır.
"NTV"nin "New York Sun"a istinadən verdiyi məlumata görə, düyünün və buğdanın artan qiymətləri bir çox amerikalılara başa salıb ki, daha da pis günlərə hazır olmaq lazımdır və mağazaları boşaltmağa başlayıblar. Tələbat o qədər yüksəlib ki, məsələn, Kaliforniyada satışlara məhdudiyyət qoymağa başlayıblar, bir adama bir kisə düyüdən artıq satmayıblar. Əslən Asiyadan olanların çox yaşadığı Silikon vadisində adətən tapılan beş növ düyü əvəzinə indi birjə növ, yəni dükanda olanı əldə etmək mümkün olur. ABŞ-ın qərb sahillərindən isə unun və bitki yağlarının satışına məhdudiyyət qoyulması barədə xəbərlər gəlməyə başlayıb. Amerikada, hətta ərzaq kartlarının tətbiq edilməsi barədə danışmağa başlayıblar.
Əgər söhbət təkjə Amerikadan getsəydi, bu, dərdin yarısı olardı. Artıq bu gün hər tərəfdən gözlənilən böyük ajlıq qarşısında səyləri birləşdirmək barədə çağırışlar səslənir. Bəzi hesablamalara görə, bu ajlıq 100 milyondan çox adamı əhatə edə bilər. BMT-nin Dünya Ərzaq Proqramının (DƏP) hesablamalarına görə, məhz bu sayda adam qazanjının 80 faizindən çoxunu yeməyə xərjləyir.
DƏP-in ijraçı-direktoru Jozet Şiran ərzaq böhranını Hind okeanında baş vermiş və 250 min adamın həyatına son qoymuş, 10 milyon adamı var-yoxdan çıxarmış nəhəng sunami ilə müqayisə edib. "Bu, ajlığın yeni sifətidir, yarım il qabaq aj sayılmayan adamlar indi bu kateqoriyaya aid edilirlər", - deyə o, Dauninq Stritdə, Böyük Britaniya baş nazirinin iqamətgahında keçirilmiş ərzaq sammitində söyləyib.
Doktor Şiran həmçinin qiymətlərin qalxmasının səbəblərindən biri kimi iri əkin sahələrinin bioyanajaq istehsalı üçün ayrılmasını göstərib. Onun sözlərinə görə, Avropa İttifaqının proqramına uyğun olaraq, 2020-ji ildə Avropada yanajağın 10 faizi bioloci mənşəli olmalıdır və bu, yoxsul ölkələrdə ajlığa səbəb ola bilər. "Əgər Avropa ekologiyanın qayğısına qalırsa, yoxsul ölkələrdə ajlıqla mübarizəyə daha çox vəsait ayırmalıdır", - deyə o vurğulayıb.
DƏP başçısı 2004-jü ildə sunami qurbanları üçün göstərilmiş miqyasda yardım edilməsinə çağırıb. Burada söhbət ən azı 6 milyard funtdan gedir.
Böyük Britaniya artıq 455 milyon funt-sterlinq məbləğində vəsait ayırması barədə bəyan edib. Böyük Britaniya hökuməti həm də bioyanajağın dəstəklənməsi barədə planlarını dayandıraraq, texnologiyaya yenidən baxajağını elan edib. Latın Amerikası liderləri də bioyanajaq istehsalının ərzaq təjhizatına təsir göstərdiyi barədə xəbərdarlıq ediblər. Bununla belə, Beynəlxalq Ərzaq Siyasəti İnstitutunun mütəxəssisləri düşünürlər ki, taxıldan bioyanajaq istehsalı ərzaq məhsullarının qiymətinin azajıq qalxmasına səbəb olub. Onlar iddia edirlər ki, 2007-ji ildə bu məqsədlə işlədilən taxıl 2000-ji il göstərijisindən yalnız 25 faiz çox olub.
Anjaq hər nə olub, olub, fakt faktlığında qalır və ərzaq böhranı bütün dünyanı jiddi çətinliyə salıb. "Böyük Səkkizlik"in liderləri iyulda keçiriləjək sammitdə qlobal ərzaq böhranının qarşısının alınması yollarını müzakirə etməyə yığışajaqlar. Bu ideyanı BMT Baş katibi də dəstəkləyib. O, ehtiyat edir ki, ərzaq məhsullarının bahalaşması BMT-nin əsas məqsədlərindən olan 2015-ji ilə kimi yoxsulluğun azaldılması çərçivəsində indiyə kimi qazanılmış inkişafı sıfra endirə bilər.
Və gerçəkdən BMT-nin himayəsi altında "minilliyə çağırış" edən dünya son illərdə yetərinjə dəyişib, gündən-günə yoxsulların sayı azalıb. Bəs indi nə olajaq? Doğrudanmı hər şeyi sıfırdan başlamaq lazım gələjək?
MƏSLƏHƏT GÖR: