15 Mart 2025

Şənbə, 00:43

LENT VƏ QURŞAQ

Bədii gimnastika üzrə azərbaycan çempionatının qalibi Aliyə Qarayeva oldu

Müəllif:

15.03.2008

Azərbaycanın bədii gimnastika millisinin liderləri öz səviyyələrini son ölkə çempionatında da nümayiş etdirdilər və yarış Aliyə Qarayevanın qələbəsi ilə başa çatdı. Müxtəlif növlər üzrə yarışda qızıl medal əldə etmiş Qarayeva turnirin son günündə ip və toppuzla nömrələrdə də qələbə qazanaraq, yeni beynəlxalq turnirlər ərəfəsində idman formasının pikində olduğunu nümayiş etdirdi. Milli Federasiya mükafatçılar sırasına düşmək üçün rəqabəti və mübarizəni gücləndirmək məqsədilə yarışa açıq çempionat statusu verdi və bu da özünü tam doğrultdu. Xüsusilə, bir neçə medal qazanan və Rusiya millisinin güclü ehtiyat qüvvələrinin yaranmaqda olduğunu nümayiş etdirən Yana Seledçik özünü yaxşı tərəfdən göstərdi. Birincilik uğrunda əsas mübarizə isə Aliyə Qarayeva və  mütləq çempion titulunu qorumaq istəyən Dinara Gimatova arasında getdi. Lakin son illər qüvvələr nisbəti dəyişib və iplə yarış üzrə Avropa çempionatını qazanmış, həmçinin Qran-pri yarışının müxtəlif mərhələlərində mükafatçılar sırasına düşmüş Aliyə Qarayeva göstərdi ki, hazırda "nömrə bir" məhz odur. 

Qeyd edək ki, turnir ərəfəsində gimnast xəstələndiyindən, hətta yarışın ilk gününü buraxaraq, dörd əşya ilə çıxışların hamısını müxtəlif növlər üzrə yarışın son günündə nümayiş etdirdi.

Buna baxmayaraq, naxoşluq Qarayevaya mane olmadı və o, ikinciliklə kifayətlənməli olan Gimatovanı üstələyərək birinci oldu. 

Qurbanova və Gimatovanın müxtəlif növ proqramların finalındakı qiyabi qarşıdurması isə heç-heçə nəticələndi: Aliyə ip və toppuzla, Dinara isə lent və qurşaqla yarışda birinci oldular. Özü də nəzərə alsaq ki, bu mübarizədə Anna Qurbanova da fəal iştirak edirdi, onda qaliblər mükafatları son dərəcə gərgin mübarizə şəraitində qazandılar. Komandadakı rəfiqələrindən fərqli olaraq, Anna Pekin Olimpiadası ilə yüklənməyib, çünki Dünya çempionatının nəticələrinə əsasən, həmin turnirə vəsiqələri Aliyə və Dinara əldə ediblər.

Çempionatdakı çıxışının yekunlarından danışan Aliyə bildirib ki, o, turnirdə iştirakdan son dərəcə məmnundur. "Bacarığını hər hərəkətdən sonra səni dəstəkləyən doğma azarkeşlər önündə nümayiş etdirmək həmişə xoşdur. Ölkənin mütləq çempionu adını qazanmaq əlavə məsuliyyət deməkdir və yeni zirvələrin fəth edilməsi üçün insana impuls verir. Odur ki son dərəcə vacib beynəlxalq turnir ərəfəsində motivasiya qazandım", - deyə Qarayeva qeyd edib.

Qeyd edək ki, Azərbaycan gimnastları üçün ən yaxın çıxış Kiyevdə keçiriləcək Dünya Kuboku olacaq. Orada çıxış edəcək heyət isə hələ müəyyənləşməyib.


MƏSLƏHƏT GÖR:

348