
İKİNCİ ŞANS
Azərbaycanlı taekvondoçu Rəşad Əhmədov Olimpiadada bəxtini bir daha sınayacaq
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Rəşad Sadıqov (80 kq) taekvondo üzrə İstanbulda keçirilən Avropa miqyaslı turnirdə Pekin Olimpiadasına vəsiqəni əldə etdi. Finaladək müvəffəqiyyətlə irəliləyən idmançımız minimum məqsədə nail oldu və artıq ikinji dəfə Olimpiadaya qatıldı. Amma təəssüf ki, bunu Niya-məddin Paşayev haqqında demək mümkün deyildir. Ona görə ki, Niyaməddin Paşayev əksər mütəxəssislər üçün gözlənilməz bir halda elə ilk turdaja avstriyalı Manuel Marka məğlub oldu və Pekində keçiriləjək yarışları anjaq tamaşaçı kimi izləməli olajaq.
Qələbəyə aparan yol
Rəşad öz turnir yolunu Monako təmsilçisi Bruno Derlino üzərində inamlı qələbə ilə başladı, dörddəbir finalda isə fransız Mamedi Dukuara ilə görüşdü. Bu, idmançımız üçün bəlkə də ən çətin döyüş oldu. Ona görə ki, əsas vaxtda qalib müəyyənləşmədi və əlavə vaxtda Rəşad rəqibini "qızıl xal" qaydasına əsasən üstələyərək, yarımfinala vəsiqə qazandı.
Azərbayjan taekvondoçusu yarımfinalda ingilis rəqibi Aaron Kukdan güjlü olduğunu göstərdi.
Rəşad finalda köhnə dost-rəqibi Bəhri Tanrıqulu ilə qarşılaşdı. Xatırladaq ki, Afina Olimpiadasında Rəşad məhz ona məğlub olmuşdu.
Finalda zədədən ehtiyatlanan idmançılar döyüşü sonadək davam etdirmədilər - qarşılaşmanın ilk anlarındaja millinin məşqçisi Ələkbər İmaməliyev meydana ağ dəsmal atdı.
Beləliklə, Rəşad məşqçi heyətinin inamını doğrultdu və növbəti dəfə sübut etdi ki, o, Azərbayjanın ən stabil taekvondoçusudur.
Niyaməddin Paşayev (68 kq) isə turnirin başlanğıjındaja məğlub olmaqla, komandanı pis vəziyyətə saldı. Avstriyalı Manuel Mark bizim ən titullu döyüşçümüz üçün keçilməz oldu.
Döyüş çox baxımlı keçdi. Qarşılaşmanın gedişində ya bir, ya da digər idmançı hesabda irəliyə çıxdı və əsas vaxtın sonunda lövhədə hesab 9:9 oldu.
Əlavə vaxtda isə Mark uğur qazandı və qızıl medala layiq görüldü.
Beləliklə, Azərbayjanı olimpiadada jəmi bir taekvondoçu təmsil edəjək. Məşqçilər heyəti isə qadın idmançılarımızın hələ ki beynəlxalq arenalarda layiqli mübarizə aparmaq güjündə olmadıqları üçün məhz kişilərə ümid bəsləyirdilər.
Qadın taekvondçulara legionerlər də kömək etmək iqtidarında deyillər. Bir il əvvəl qadınlardan ibarət komandanın məşqçisi kimi işə başlayan, Türkiyəyə isə idmançı kimi yollanan Janq Enq Əliyeva (49 kq) ilk döyüşdəjə İsveçrə idmançısı Manuel Bezollaya uduzaraq, lisenziya uğrunda müdarizədən kənarda qaldı.
İlk mərhələdə gürjü Yana Qoqnidzeyə məğlub olan Nigar Hajıyeva (57 kq) barəsində də eyni sözləri söyləmək mümkündür.
R.Əhmədov özü də lisenziyanın ona heç də asan başa gəlmədiyini etiraf edib. "Xüsusilə də nəzərə almaq lazımdır ki, biz bu mövsümə non-stop recimində hazırlaşmışdıq. Mövsümün əvvəlində Pekində dünya çempionatı keçirildi, ondan sonra isə sentyabrda Mançesterdə dünya miqyasında olimpiadanın seçmə mərhələsindəki çıxışı nəzərə alaraq, formanın itirilməməsi vajib idi. Bunun ardınja isə İstanbul görüşləri gəlirdi. Nə deyə bilərəm? Bu lisenziyanı əldə etmək üçün yalnız mən yox, bütünlükdə milli komanda, məşqçilərimiz və federasiya rəhbərliyi çalışdı. Bu nailiyyəti əldə etmək üçün aylarla ailəni görmürsən və yalnız məşqlərdə olursan. Bir azdan uşaq da atasını tanımayajaq", - deyə idmançı istehza ilə bildirib.
Bununla yanaşı, R.Əhmədov hesab edir ki, lisenziyanın qazanılması yalnız olimpiada medalının əldə edilməsinə olan ümidlərin başlanğıjıdır: "Bu təbiidir. İlk addım atılıbsa, ikinji addım da atılmalıdır. Bəli, mən Pekində medal qazanmaq arzusundayam və var qüvvəmlə mübarizə aparajağam. Sadəjə, səbirli olmaq və məşqləri davam etdirmək lazımdır. Bu turnirin xüsusiyyəti hər bir yarışın həllediji olmasındadır. Bu səbəbdən də hər bir döyüşə final döyüşü kimi yanaşmaq lazımdır. Məğlub olarsansa, olimpiadaya düşmək şansını itirə bilərsən. Bu səbəbdən də stavkalar çox yüksəkdir. Məhz bu vəziyyət bir sıra döyüşlər zamanı hərəkətlərimin sərbəst olmamasının müəyyən bir səbəbidir. Axı psixoloci təzyiq də nəzərə alınmalıdır".
"Taekvondonun səviyyəsi bütün dünyada yüksəlir və artıq burada favorit-auitsayder anlayışı . 2007-ji ilin dünya çempionatı da buna bariz sübutdur. Həmin yarışda Mali, Əfqanıstan, İraq, Xorvatiya kimi ölkələrin idmançıları mükafatçılar sırasına düşdülər. Yəni bu ölkələrin təmsilçilərindən heç biri belə yüksək nətijələr gözləmirdi. Bu idmanda proqnoz vermək çox çətindir. Odur ki artıq asan rəqib yoxdur. Millimizin azarkeşləri isə uğurlu nətijələrə öyrəşdiklərindən, bizim Türkiyədə də sözümüzü deyəjəyimizi, lisenziyasız qalmayajağımızı gözləyirdilər", - deyə Rəşad vurğulayıb.
Peşəkarlıq və təjrübə
Taekvondoçu hesab edir ki, ötən olimpiya mərhələsi ilə müqa-yisədə onun peşəkarlığı artıb: "İnsanlar dəyişir, böyüyür, dünyagörüşləri dəyişir. Təbii ki, bu mənə də aiddir: son dörd ildə mən daha təjrübəli olmuşam, sümüklərim isə daha da möhkəmlənib (gülümsə-yir). Hazırda mən, nejə deyərlər, çiçəklənmə dövrümdəyəm və bir müddət əvvəl 25 yaşım tamam olub. Afinadakı olimpiadanın seçmə mərhələsi zamanı mənim 21 yaşım var idi və əslində, peşəkar baxımdan uşaq idim. İndisə kişiyəm".
Pekin Olimpiadasına gedəjək əsas namizədlərdən hesab olunan N.Paşayevin məğlubiyyəti isə komandanı əməlli-başlı şoka salıb. Milli komandamızın baş məşqçisi İmaməliyev deyir: "Mən hələ də özümə gələ bilmirəm. Avstriyalı Markla qarşılaşmanın əlavə vaxtından əvvəl idmançımıza tələsməməyi məsləhət gördüm. Lakin Niyaməddin təşəbbüsü ələ almaq qərarına gəldi, hüjuma keçdi və əks hüjumaməruz qaldıi. Çox təəssüf. Axı biz ona çox inanırdıq. Niyaməddin dəfələrlə komandaya vajib qələbələr qazandırıb, dünya çempionu olub, iki dəfə Avropanın birinjisi adını qazanıb. Türkiyədə isə o bizi pərt elədi". Beləliklə, Afina Olimpiadasının iştirakçısı Pekindəki turnirdə də yarışları kənardan seyr etməli olajaq. Niyaməddin idmanda ümumilikdə güjlülərin yox, həmin anda güjlü olanın qələbə qazandığına dair fikri bir daha təsdiqlədi. Həmin anda isə çoxlarının gözləmədiyi halda, avstriyalı M.Mark daha güjlü çıxdı.
Qadınlardan ibarət komandanın çıxışından danışan baş məşqçi Ə.İmaməliyev deyib: "Ayrı-ayrı fərdlərdən danışsaq, Janq Enq Əliyevaya (49 kq) turnir təjrübəsinin yoxluğu mane oldu. O, bir neçə il ərzində məşqçi kimi fəaliyyət göstərdiyindən, yarışlarda iştirak etməyib. Odur ki meydana qayıdaraq, müsbət nətijə göstərmək asan məsələ deyil. Eyni zamanda, Nigar Hajıyeva (57 kq) da belə yarışlarda iştirakla bağlı xüsusi təjrübəyə malik olmadığından biz ona böyük ümidlər bəsləmirdik".
Bununla yanaşı, qeyd edək ki, Nigarın millinin heyətinə jəlb edilməsi bir qədər məjburi xarakter daşıyıb. Belə ki, məşqçilər heyəti İstanbula ötən il Koreya millisinin heyətində dünya çempionatının gümüş medalını qazanmış Jin Sunn Hüseynovanı (67 kq) aparmağı planlaşdırırdı. Lakin Ümumdünya Taekvondo Federasiyası (WTF) Azərbayjan pasportuna malik koreyalının yeni vətəninin millisində çıxışına ijazə vermədiyindən, Jin Sunun debütü qeyri-müəyyən vaxta təxirə salındı. Eyni zamanda, Azərbayjan İstanbul yarışında Pekin Olimpiadasına vəsiqə qazanmış yeganə postsovet ölkəsidir. Turnirin əsas nətijəsini isə olimpiadaya 4 lisenziya əldə edən ev sahibləri göstərdi. Odur ki Azərbayjan taekvondoçuları üçün yüksək yerləri qoruyub-saxlamaq və mükafat uğrunda mübarizə aparmaq ildən-ilə çətinləşir.
Hazırda isə olimpiada ilə bağlı bütün ümidlər Pekində uğurlu çıxış etmək şanslarına malik olan Rəşad Əhmədovadır.
Hər halda, buna ürəkdən inanırıq.
MƏSLƏHƏT GÖR: