15 Mart 2025

Şənbə, 00:35

MƏLƏK VƏ ŞEYTANIN QƏLƏBƏSİ

Azərbaycanı "Avrovision-2008" müsabiqəsində, nəhayət ki, Elnur Hüseynov və Samir Cavadzadə təmsil edəcəklər

Müəllif:

15.02.2008

Qanadlar vƏ quyruqlar, rƏqs edən mələklər və şeytanlar, yağan gümüşü yağış və şölələnən alov, Xeyirlə Şərin əbədi mübahisəsi - "Day after day". Maraqlıdır, kim kimi yorajaq? Ağ geyimli, yoxsa qara geyimli oğlan? Xalq nətijənin intizarında  idi. Nəhayət, gizli konvert açıldı və aydın oldu ki, bu qeyri-adi tandem bütün rəqiblərini geridə qoyaraq birinjilik qazanıb. Canr  qanununa görə , musiqi müsabiqəsində istedad və xarizma qalib gəlir. Bu günlərdə "Odlar Yurdu" mayın sonunda  Belqradda keçiriləjək "Avrovision-2008" müsabiqəsində onu təmsil edəjək ifaçıların adlarını açıqladı. Milli seçim turunun finalçıları Elnur Hüseynov və Samir Javadzadə oldular.

 

Dolu zal və şadyanalıq    

 Fevralın 2-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmiş şou ətrafında aciotac xeyli əvvəldən başlamışdı. Mətbuat musiqi yarışının müxtəlif nətijələrini "proqnozlaşdırır", çoxsaylı internet forumlarının iştirakçıları öz  mülahizələrini  bildirir, paytaxt gənjləri isə müsabiqənin potensial qaliblərinin hitlərini yazdırırdılar. Azərbayjandakı final konsertində üç ulduzun - "Avrovision" müsabiqəsinin müxtəlif illərinin qalibləri Sertab Erenerin (Türkiyə), Ruslananın (Ukrayna) və Mariya Şerifoviçin (Serbiya) iştirak  edəjəklərinixəbər verən gözoxşayıjı reklam lövhələri ehtirasları bir az da qızışdırırdı. Nətijədə rəmzi "Land of Fire" ("Odlar Yurdu") adlı final konsertinə biletlər isti kökələr kimi tez bir zamanda satılmışdı. Azərbayjanın musiqi həyatında tarixi məqamın şahidi olmaq istəyənlərin sayı  xeyli çox idi. Kompleksin çoxminlik zalı tamamilə dolmuşdu, arzu edənlərin isə ardı-arası kəsilmirdi. Məlum oldu ki, hansı səbəbdənsə biletlərin və dəvətnamələrin sayı zaldakı oturajaqlardan xeyli çoxdur. Kompleksin ətrafında "tıxajlar" yaranırdı, kompleksi əhatəyə almış paytaxtın asayiş keşikçiləri də  məsələnin özünəməxsus həllini tapdılar. "Kütlə yoxdursa, problem də yoxdur" qaydasına əməl edən polislər "artıq tamaşaçıları"  binanın yaxınlığından uzaqlaşdırmağa başladılar. Ən dözümlülər zala yol tapa bildi, qalanlar isə evlərinə qayıdıb şounu İjtimai telekanalın birbaşa yayımında izlədilər. 

Konsertin birinji hissəsində "Avrovision-2008"də iştiraka iddialıların hərəsi bir mahnı ifa etməli idi. Şounu "Sing your song" musiqili telelayihənin "məzunu", "If you*re never bajk" (musiqisi İsa Məlikovun, sözləri Paulina Volodkovskaya-Məlikovanındır)  kompozisiyasını ifa edən Elnur Hüseynov açdı. Sonra "Azəristar" telelayihəsinin iştirakçısı Aynur İsgəndərli və "Unformal" qrupu öz istedadlarını nümayiş  etdirdilər. Aynurun ifası zalı həyəjanlandıra bilməsə də, rokerlər müəllifi olduqları  "La-la-la" (musiqi Fərid Jəfərova, sözlər Dilarə Kazımovaya və Toğrul Manafova məxsusdur) kompozisiyası  ilə fərqləndilər. Təjrübəsiz tamaşaçılar öz favoritlərini seçənə qədər, peşəkar  münsiflər təkjə ifaçıların vokal imkanlarını deyil, çoxminlik auditoriya qarşısında inamlı çıxışlarını da qiymətləndirirdilər. Qeyd edək ki, milli münsiflər heyətinin tərkibinə İjtimai televiziyanın baş direktoru İsmayıl Ömərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, "İTAR-TASS" agentliyinin baş direktor muavini Mixail Qusman, "Qaya" dövlət ansamblının bədii rəhbəri Rauf Babayev, bəstəkarlar Vaqif Gərayzadə və Eldar Mansurov, xoreoqraf Təranə Muradova və digər mədəniyyət və injəsənət xadimləri daxil idilər.

 

Qonaqlar…

Konsertin ikinji hissəsi ulduz sayılan qonaqlara - Sertab Erenerə, Ruslana və Mariya Şerifoviçə həsr olunmuşdu. Müsabiqə təşkilatçılarının vəd etdiyi kimi, Azərbayjandakı final turuna "Arovision" müsabiqəsində müxtəlif illərdə fərqlənmiş üç qalib qatılmışdı.  Onların hər biri bakılılara həm köhnə şlyagerlərdən, həm də yeni  kompozisiyalardan ibarət proqram təqdim etdi. Ukraynalı Ruslananın "Vəhşi enerci" şou proqramı - əlvan, qeyri-adi kostyumları, ritmik rəqsləri və ekrandakı məzəli animasiya videosırası xüsusilə yadda qaldı. Sonda serbiyalı Mariya Şerifoviç çıxış etdi. Qısa qara saçlı, jins şalvar və tünd rəngli penjək geyinmiş bu xanım çoxsaylı paltar dəyişmələrinin həvəskarı deyil. Mariya Şerifoviç özünün bir neçə romantik mahnısını ifa etdi. Bunlardan "Dua" adlı  mahnı ötən il keçirilmiş "Aurovision" müsabiqəsində ona qələbə gazandırmışdı. Müsabiqənin son mərhələsində   ifaçı gənjlərin hərəsi tamaşaçı və münsiflərin mühakiməsinə bir kompozisiya təqdim etdi. Məhz onların uğurlu ifası səsvermənin nətijələrini müəyyənləşdirəjəkdi. "Unformal" yenə səhnədə öz mahnısını - "Muse"ni (musiqisi Fərid Jəfərov və İqor Qaraninin, sözləri Fərid Jəfərov və Toğrul Manafovundur) ifa etdi. Azərbayjan rokerlərinin ifası səhnənin  yanında əsl diskoteka təşkil etmiş şən gənjlərin çox xoşuna gəldi.  Həmin  gün həddən artıq həyəjanlanmış Aynur  İsgəndərli  qışqırığa çevrilən səsi və rəqs müşayiəti ilə eyni taktda hərəkət etməkdən ötrü zəif jəhdləri ilə  tamaşaçıları qayğılandırdı. Darıxan auditoriya sonunju iştirakçının - Elnur Hüseynovun çıxışını gözləyirdi. Artıq məlum idi ki, ifaçı səhnəyə tək yox, müğənni Samir Javadzadə ilə birlikdə çıxajaq.   

 

Qaliblər və sair 

Qəfildən səhnə narınjı rənglə işıqlandı, haradansa yerin altından alov dilimləri qalxdı, meydançanın mərkəzində isə şəbəkəli taxt ujaldı. Musiqi səsləndi və gözlənilmədən səhnədə iki  qəribə varlıq peyda oldu. Birinin kürəyində iki ağappaq qanadı vardı, digəri isə al-qırmızı, gözlərinin qırmızı rənginə həmahəng plaş  geymişdi. Gənj müğənnilərin belə gözlənilməz metamorfozaları bu gün artıq əsl şou görəjəklərinə ümidləri qalmamış tamaşaçıları şənləndirdi. "Mələk" - Elnur qanadlarını "açana" qədər "Şeytan" - Samir  taxtda yerini  saymazyana rahatladı və onu heç kimə güzəştə getməyəjəyini göstərdi.  Səma və Yeraltı dünya sakinlərinin musiqili "mübahisəsi"  muğamın gözəl opera ifası  ilə yekunlaşdı. Estradanın, rokun, opera və muğamın sintezindən ibarət kompozisiya - "Day after day"  məhz bu duet üçün Gövhər Həsənzadə və Zəhra Bədəlbəyli tərəfindən yazılıb. Çıxışın quruluşunda Xeyir və Şərin əbədi qarşıdurması mövzusundan istifadə ifaya müzikl elementləri qatdı.

Müsabiqə iştirakçılarımızın xüsusi hazırlıq keçdiyi Ukraynadan gəlmiş peşəkarlar  "Aurovision" müvəffəqiyyətinin formuluna, sözsüz ki, əməl etmişdilər. Yaxşı mahnı, effektli çıxış və əlbəttə, istedad  birlikdə müsabiqədə qələbə qazanmağın rəhni idi. Ukraynada Azərbayjan ifaçılarının hazırlanması layihəsinin koordinatoru İnna Vişnyakın sözlərinə görə, tələb olunan bu keyfiyyətlərin hamısı  Elnur Hüseynovda da, Samir Javadzadədə də var və deməli, Azərbayjan qələbəyə şanslıdır.

Azərbayjan nümayəndə heyətinin "Aurovision" müsabiqəsinə yüksək səviyyədə hazırlaşmasına Heydər Əliyev Fondu  böyük dəstək vermişdi. İştirakçıların kastinqi ilə eyni zamanda bütün Avropa tamaşaçılarının ürəklərini  fəth edə biləjək  hit üçün müsabiqə elan olunmuşdu.  Bu məqsədlə milli təşkilat komitəsi Eldar Mansurova, Vaqif Gərayzadəyə və digər tanınmış Azərbayjan bəstəkarlarına mürajiət etmişdi. Bizim maestrolar potensial Avropa şlyageri üzərində işləyərkən, kütləvi informasiya vasitələrinin bir çoxunda məlumat verildi ki,  "mədəni" plagiat həvəskarları olan ermənilər müsabiqəyə  "Sarı gəlin", "Dilbərim" və "Qaragilə" kimi Azərbayjan mahnılarının motivləri əsasında quraşdırılmış növbəti "erməni mahnısı" təqdim etmək  məramındadırlar. "Piratlar"a qarşı  hər hansı tədbir görməzdən əvvəl, Azərbayjan nümayəndə heyəti  "erməni hiti"nin rəsmi qeydiyyata alınmasını gözləməyi lazım bildi. Müsabiqənin şərtlərinə görə, iştirakçı ölkələr hazır kompozisiyaları martın 15-dək təşkilat komitəsinə təqdim etməlidir. Ermənistan da daxil olmaqla, on bir ölkə bunu hələ etməyib. "Avrovision-2008"də  nümayəndə heyətimizin rəhbəri Adil Kərimlinin sözlərinə görə, belə şayiələrin buraxılması çox vaxt ermənilərin bizim emosional reaksiyamıza  hesablanmış  adi priyom-larından olur. Axı nüfuzlu "Aurovision" müsabiqəsin-də ilk dəfə iştirak edən Azərbayjan, nə az, nə çox, birinji yerə iddialı-dır. Ümid edək ki, həqi-qətən belə olajaq.  


MƏSLƏHƏT GÖR:

473