
DÜNYA ŞAHMATÇILARI BAKIYA TOPLAŞACAQLAR
Qrossmeysterimiz Teymur Rəcəbov mövsümə qələbə ilə başladı
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Azərbayjanlı şahmatçılar üçün il uğurlu başladı. Yanvarın ilk günlərində qrossmeyster Teymur Rəjəbov Odessada rapid üzrə Dünya Kubokunda qələbə qazandı. Daha sonra Veyk-an-Zeedə "Corus chess-2008" superturnirində yarışa başlayan Rəjəbov artıq ilk turdaja hazırkı dünya çempionu Vişvanatan Anandı təslim olmağa məjbur etdi. Yarış hələ başa çatmasa da, Teymur mövsümün əvvəlini öz aktivinə yaza bilər.
Hamı Bakıda keçiriləjək Qran-priyə
Rəjəbov oyunu ilə növbəti dəfə sübut etdi ki, şahmatçıların mövjud reytinq jədvəli heç də həmişə onların real güjünə uyğun formalaşmır. Belə ki, o, FİDE-nin yanvar jədvəlində jəmi 12-ji yeri tutur. Bu durum isə heç də onun pis çıxış etməyə başlaması anlamına gəlmir. Teymurun Odessadakı uğuru da, Veyk-an-Zeedə Annan üzərində qazanılan qələbə də buna sübutdur. Bundan başqa, Xantı-Mansiyskdə keçirilən Dünya Kubokunun yarımfinal mərhələsində çıxış etmiş dörd şahmatçıdan üçünün sözügedən siyahıda ilk onluğa belə düşə bilməmələri də reytinq jədvəlinin şahmatçıların dərəjəsinin göstərijisi olmadığını deməyə əsas verir. Onluqda, hətta amerikalı şahmatçı, Vaselin Topalovla iddia qarşılaşmasında güjünü sınamaq hüququ qazanan Qata Kamski də yoxdur.
Bu arada isə dünyanın, demək olar ki, bütün aparıjı qrossmeysterləri bu ilin aprelində FİDE-nin Qran-pri yarışının ilk mərhələsində iştirak etmək üçün Bakıya toplaşa bilər. Beynəlxalq qurum hələ ki bununla əlaqədar rəsmi qərar verməsə də, onun rəhbəri Kirsan İlümcinov artıq Azərbayjan tərəfinin təşəbbüsünü dəstəkləyib. Çünki FİDE Avropa və dünya birinjilikləri, həmçinin, qadınlar arasındakı beynəlxalq turnirin yüksək səviyyədə təşkilini nəzərə alaraq, bu turnirin də Bakıda keçirilməsində maraqlıdır. Lakin yarışın əsas məğzi yüksək reytinqli şahmatçılar olan Teymur Rəjəbov və Şəhriyar Məmmədyarovun orada iştirakı məsələsidir. Bundan başqa, təşkilatçı ölkəyə daha bir əlavə yer də verilir ki, oranı da Vüqar Həşimov tuta bilər.
İki il ərzində altı mərhələsi keçiriləjək Qran-prinin təqvimini nəzərə alan milli federasiya apreldə keçiriləjək ilk mərhələyə üstünlük verib. Bu isə Azərbayjanın aparıjı qrossmeysterlərinin məhz ilin ilk yarısında kifayət qədər sıx oyun qrafiki ilə əlaqədardır. Söhbət Veyk-an-Zeedə keçirilən superturnirdən, həmçinin, Linares və Sofiyada düzənlənəjək yarışlardan gedir. Qran-prinin güjlü şahmatçıların qatılajağı ilk mərhələsi isə İspaniya və Bolqarıstanda təşkil ediləjək yarışların arasındakı fasilədə baş tutajaq. Bütün bunlarla yanaşı, turnirə qatılajaq potensial qonaqların adını indidən söyləmək çətindir. Çünki bəzi idmançılar hələ ki bu il üçün planlarını tam müəyyənləşdirməyiblər.
T.Rəjəbova qayıdaraq qeyd edək ki, o artıq ardıjıl olaraq ikinji mövsümə də son dərəjə uğurla başlayıb. Ötən il Rəjəbov Veyk-an-Zee turnirinin qalibi olmuşdusa, bu dəfə mövsümə Odessada keçirilən rapid üzrə Dünya Kubokundakı qələbə ilə başlayıb. Bu start Teymurun beynəlxalq arenadakı perspektivlərinə dair bəzi suallara aydınlıq gətirməli idi. Və idmançımız kifayət qədər intizamlı oyun göstərib - 1/4 finalda kubokun reytinq-favoriti olan Vasili İvançuk üzərində qazanılan qələbə də bunun göstərijisidir.
Maraqlıdır ki, Azərbayjan qrossmeysterləri əksər vaxt ukraynalı idmançılar üçün arzuolunmaz rəqibə çevrilir. Əgər ötən il İvançuku Şəhriyar Məmmədov iki dəfə üstələmişdisə, bu dəfə millidəki yoldaşının estafetini Odessada oyundan-oyuna artıran Rəjəbov davam etdirir. Məsələn, yarımfinalda Rəjəbov Rusiyadan olan rəqibi Dmitriy Yakavenkonu hər iki partiyada, nejə deyərlər, birnəfəsə məğlub etdi. Finalda isə o, Aleksandr Qrişşuku tay-brekdə mat etməklə qələbə qazandı.
Hazırda FİDE-nin reytinq jədvəlində altınjı yerdə olan Ş.Məmmədyarovu da çətin mövsüm gözləyir. Onun ən yüksək səviyyəli oyunçularla bir sırada dayandığını göstərən amillərdən biri Şəhriyarın Veyk-an-Zee turnirinə dəvət almasıdır. Yeri gəlmişkən, bu idmançımız hələ ki sözügedən yarışda qeyri-sabit nətijələr göstərir. Bu isə təbiidir. Çünki Məmmədyarov şahmat elitasına hələ yeni-yeni qədəm qoyur və onun belə yüksək səviyyəli turnirlərdə mübarizə aparmaq üçün sadəjə təjrübəsi çatmır.
Bununla yanaşı, bəzi mütəxəssislərin dediyi kimi, "özü oynayan və digərlərinə də oynamağa imkan verən" Ş.Məmmədyarovun oyun üslubu da nətijəyə mənfi təsir göstərən amillərdəndir. Teymur artıq yalnız reytinqdə yox, həm də göstərdiyi oyunda sözünü deyirsə, Şəhriyar oyununda hələ buna nail olmalıdır. "Mən rəqiblərim qarşısında özümü qətiyyən zəif saymıram və əksinə, kifayət qədər inamlı hiss edirəm. Üstəlik, turnirdə yarışan bir neçə şahmatçıya artıq qalib gəlmişəm. Ötən il iki dəfə ukraynalı Vasili İvançuku üstələməklə yanaşı, sabiq dünya çempionu Vaselin Topalova da iki dəfə qalib gəlmişəm", - deyə Ş.Məmmədyarov qeyd edib.
Azərbayjandan iki nəfər
Veyk-an-Zeedə keçirilən "Corus chess-2008" super-turnirinin dördünjü turunda Teymur Rəjəbovla Şəhriyar Məmmədyarov arasında baş tutmuş qarşılaşmanı tarixi oyun adlandırmaq olar. Bu iki idmançı indiyədək heç bir beynəlxalq turnirdə bir-birinə qarşı oynamamışdı və odur ki Hollandiyada baş tutan matç şahmatçılarımızın hesabat nöqtəsi və ustalıq nümayişi oldu. Hər halda, nüfuzlu beynəlxalq turnirdə bir massa arxasında eyni ölkədən olan iki idmançının əyləşməsi artıq ölkənin şahmat məktəbinin inkişafını bir daha ortaya qoyur.
Bundan başqa, Teymurla Şəhriyar gej-tez hansısa superturnirdə qarşılaşmalı idi. Ən azı ona görə ki, onların hər ikisi yüksək reytinqə malikdirlər. Yanvar ayı üçün açıqlanan reytinqdə T.Rəjəbov ilk onluqdan kənarda qalsa da, öz oyunu ilə göstərdi ki, tezliklə yenidən dünyanın ən güjlüləri sırasına qayıtmağa qadirdir.
Rəjəbov-Məmmədyarov qarşılaşmasına Azərbayjan azarkeşləri ilə yanaşı, əjnəbi mütəxəssislərin də böyük maraq göstərdiyini bir fakt ortaya qoyur: Rusiyaya məxsus olan, hər turda iki partiyanı təfərrüatı ilə işıqlandıran "chesspro.ru" portalı dördünjü oyun günündə liderlər - Maqnus Karlsenlə Levon Aronyanın qarşılaşmasına yox, məhz Rəjəbov-Məmmədyarov oyununa üstünlük vermişdi.
Bilavasitə, həmin qarşılaşmanın özünə gəlinjə, qeyd etmək lazımdır ki, Azərbayjan derbisində qalib müəyyənləşmədi və rəqiblər bir-birinə layiq oyun göstərdilər. "Nəzəri jəhətdən partiya çox maraqlı oldu: şahmatçıların çox nadir halda üstünlük verdikləri Qrünfeld müdafiəsi Ş.Məmmədyarova oyunu bərabərləşdirməyə imkan verdi", - deyə "chesspro.ru" portalının ijmalçısı Andrey Devyatkin bildirib.
Ş.Məmmədyarov isə öz növbəsində qarşılaşmanı belə şərh edib: "Açığını desəm, Teymurla biz artıq çoxdan beynəlxalq turnirlərdə birlikdə çıxış etməli idik. Axı hər ikimiz yüksək reytinqə malikik, nüfuzlu beynəlxalq turnirlərin daimi iştirakçılarıyıq. Bu səbəbdən də hər ikimizin bu turnirə dəvət almasında təəjjüblü bir şey yoxdur. Bu isə öz növbəsində Azərbayjan şahmatçılarının Veyk-an-Zeye turnirini qələbə ilə başa vurmaq şansının çox olması deməkdir".
Ümumiyyətlə, qeyd edək ki, sözügedən yarışda geniş heyətlə öyünə biləjək ölkələrin sayı bir o qədər də çox deyil. Azərbayjandan savayı, turnirə iki idmançı ilə yalnız Ukrayna (Vasili İvançuk və Pavel Elyanov) qatılıb. Belə yarışlarda qrossmeysterlər dəvətnamə vasitəsilə təmsil olunduqları üçün, turnirin təşkilatçıları orada Rəjəbov və Məmmədyarov kimi iştirakçıları görməkdə maraqlıdırlar. Xüsusən, Teymur Rəjəbovu Veyk-an-Zeye turnirinin fəaliyyətdə olan qalibidir və hazırda da baş prizə sahib olmaq zorundadır.
Ümumiyyətlə, müasir şahmatı fərqləndirən jəhətlərdən biri də orada sürətlə gənjləşmə prosesinin getməsidir. Əvvəllər qrossmeysterlərin böyük qələbələr əldə etməsi, şahmat ədəbiyyatını tamamilə mənimsəməsi üçün illərə ehtiyaj var idisə, İnternetin yaranması ilə çox şey sadələşib. Odur ki hazırda Rəjəbov, Məmmədyarov, həmçinin norveçli vunderkind Maqnus Karlsen, ukraynalı Sergey Karyakin daha yaşlı nəsil üçün jiddi rəqiblərə çevriliblər. Bu maraqlı tendensiyanı İlümcinov da bəyənib. O deyib ki, hazırda qrossmeysterlər peşəkarlıq baxımından daha sürətlə inkişaf edirlər.
Jari mövsüm, bizim aparıjı şahmatçılarımız üçün kifayət qədər dolğun keçəjək. Veyk-an-Zeye super-turnirinin başa çatmasından dərhal sonra Teymuru "Moreliya-Linares" yarışı, daha sonra isə Məmmədyarovun da çıxış edəjəyi Sofiyadakı beynəlxalq turnir gözləyir. FİDE-nin təşkil edəjəyi Qran-pri, Azərbayjan millisinin Drezdendə keçiriləjək olimpiadada iştirakı da gündəmdədir.
Odur ki yerli şahmat həvəskarları bu mövsümdə darıxmayajaqlar.
MƏSLƏHƏT GÖR: