
QUBA XALÇALARI
Azərbaycanda milli xalçaçılıq sənəti bərpa olunub və inkişaf edir
Müəllif: Tamara BAĞIROVA Bakı
AzƏrbayjanın şimal bölgələri özünəməxsus xalça məktəbi ilə səjiyyəvidir. Burada təkjə Azərbayjan xalqının deyil, Şimali Qafqazın azsaylı xalqlarının da ornamental və texnoloci xalçatoxuma ənənələri sıx qovuşub. Sirr deyil ki, fabrik metodologiyası təkjə bu regionda yox, əksər bölgələrdə xalça ustalarını nənələrin daraq-toxmağını unutmağa sövq edib. Lakin son onillikdə yaddan çıxan ənənələr janlanmağa başlayıb.
Ənənələri qorumaq zamanın tələbidir
Qubada əsl xalq injəsənətini - xalçaçılığı dəstəkləmək kimi ağır işi Azərbayjanın Xalçaçılıq Assosiasiyası - "Xalça dünyası" öz üzərinə götürüb. İyirmi il önjə şirkət kimi əsası qoyulmuş bu qurum sonradan assosiasiyaya çevrilib. Rəhbəri Fatimə Ağamirzəyevadır. Bəs niyə assosiasiya? Çünki ilk gündən burada "sifarişli" yeni işlərdən çox, unudulmuş ənənələrin janlandırılmasına diqqət yetirilir.
Amma o zaman, 90-jı illərin əvvəllərində məhz sifarişlər əsasında işə başlamalı olmuşdular. Təəjjüblü deyil ki, ilk vaxtlar Fatimə Ağamirzəyevanın sexi xalçatoxuma müəssisəsindən daha çox uzaq 1988-ji ildə təşkil olunmuş mini-tikiş atelyesinə, kooperativə bənzəyirdi. Məlumdur ki, xalça istehsalı astronomik miqyasda olmasa da, hər halda kifayət qədər iri maliyyə vəsaiti tələb edən biznesdir. Ağamirzəyevanın başlıja məqsədi xalçaların qədim nümunələr əsasında toxunma texnologiyasının və ornament quruluşunun bərpası idi. Bu isə böyük məsrəflər tələb edirdi. Məsələ təkjə pulda yox, həm də materialın hazırlanması üçün çəkilən zəhmətdə və sərf olunan vaxtda idi. Rəng hazırlanması üçün lazımlı yerli ot tədarükü qarşıdakı çətinliklərdən xəbər verirdi. Ona görə də kooperativin fəaliyyətinə tikiş işindən başladılar. Tikiş işi bir o qədər də vəsait tələb etmir, çəkilən xərjini tez çıxarır.
Amma hazırda, bu qurumun təşəkkülündən ötən uzun illər ərzində "oyun qaydalarını" müştərilər deyil, "Xalça dünyası"nın rəssamları və toxujuları diktə edir. Elə sifarişçilər də öz eskizləri əsasında toxunmuş, yöndəmsiz, yaxud ornamentinə görə fabrikdə toxunan xalçadan yalnız xoşagəlməz hand made sözləri ilə ifadə olunan mənşəyi ilə fərqlənən standart xalçaya meyil göstərmirlər. Xalça ornamentalistikasının xalq ənənələri yenidən dəbdədir. "Xalça dünyası" isə öz diyarında bu dəbin yaradıjısına çevrilib. Amma bu səviyyəyə yüksəlmək üçün indiyədək şirkətdə yüzlərlə xalça toxunub.
2000-ji ildən Azərbayjanın Xalçaçılıq Assosiasiyası, nəzərdə tutulduğu kimi, əsasən, qədim xalçaların bərpası üzrə ixtisaslaşır. "Xalça dunyası"na daim köhnə xalçalar gətirilir. Onların bəzisi yekparə olur, bəzisi isə lap çox köhnəldiyindən güjlə seçilən fraqmentləri qalır. Onlardan həm yekparə ornamental kompozisiyaların, həm də ayrı-ayrı elementlərin (çoxu, demək olar ki, unudulmuş) surəti çıxarılır.
Assosiasiyanın bəzi xalçalarında bütün bunlar özünü yaxşı qorunub-saxlanmış elementlərin təkrarı şəklində göstərir, bəzilərində isə rəssam Günay və Təhmasib Təhməzovlar tərəfindən yaradıjı şəkildə işlənilir. Bu ər-arvad rəssamlar Mədəniyyət və İnjəsənət Universitetinin məzunlarıdır. Onların əsərləri son dərəjə xəlqiliyi və eyni zamanda oricinallığı ilə seçilir. Məsələn, "Qobustan" xalçası dediklərimizə nümunə ola bilər. Dəqiq "şimal" qamması Qobustan diyarının bozrəngli, lakin qrafik baxımdan çox gözəl görkəmini böyük dəqiqliklə verir. Dünyada məşhur olan qayaüstü rəsmlər də bütün ejazkarlığı ilə əks olunur.
"Leyli və Məjnun" xalçası da çox gözəldir. Amma Şərqin "Romeo və Jülyetta"sının fajiəvi taleyi rəssamlar tərəfindən tamamilə fərqli - əlvan və təzadlı rənglərlə təsvir olunub.
Yerli indiqo haqqında heç olmasa bir söz deyin…
Assosiasiyanın mütəxəssisləri ulu nənələrimizin sənətinin koloritini və texnikasını qayğı ilə qoruyurlar. Rəng qammasında bu region üçün səjiyyəvi torpaq rəngləri (sarımtıl-qırmızı, qəhvəyi, yaşıl rənglər) və tünd-göy rəng üstünlük təşkil edir. Görünür, bu diyarın yayda naz-nemətli, qışda çox sərt təbiətinin özü yerli xalçaların əsrlərlə jilalanmış koloritinə təsir göstərir.
Texnologiyaya gəldikdə, burada xalçalar hər yerdə qəbul olunduğu kimi, pambıq əriş üzərində deyil, bütövlüklə yun əriş üzərində toxunur. Təbii boyaqlardan: indiqo, koşenil və s.-dən istifadə olunur. Fatimə xanım deyir ki, "Bu sərvət demək olar ki, ayaqlarımızın altında səpələnmişdir. Elə götürək kşenilin özünü. Onu zibillikdən yığırdım. Meşələrimizdə davamlı rəng verən nə qədər də bol bitkilərimiz var! Mən Qırmızı Kitaba düşmüş bitkilərimizdən yox, heç kimin əhəmiyyət vermədiyi otlardan danışıram. Azərbayjan indiqosu istənilən hər hansı xariji ölkə indiqosundan yaxşıdır, bizim xalı toxuyanlarımızın çoxu isə özümüzünkünü qoyub, elə hey əjnəbi ölkələrdən idxal olunan boyaları almağa həvəs göstərirlər".
Assosiasiyada xalçalardan savayı, stəkanaltı kimi işlədilən mini- xalçalar, ənənəvi yun jorablar da toxuyurlar. Bu, bir sıra səbəbdən sərfəlidir. Birinjisi, suvenir xırdavatı turistlər çox həvəslə alırlar. İkinjisi, materialın qalıqları hədər getmir. Üçünjüsü isə, bir faktı da nəzərə almaq lazımdır ki, şirkətin evdə çalışan işçiləri, bir qayda olaraq, ərli arvadlardır və onların saatlarla xana dalında oturmaq imkanı yoxdur, halbuki bir-iki jorab toxumağa hamının vaxtı çatar. Və nəhayət, bu jorabları toxunması sirrini də xalça toxumaq sirri kimi saxlamaq və qorumaq gərəkdir. Bir deyin görək, əl işlərinə maraq göstərən hansı şəhərli xanım jorabı qayda-qanunla toxuya bilər? Hər jür palantinlərin üzərində "bukle" və "xərçəng addımı"nı biz məmnuniyyətlə toxuyuruq, amma doğma xalq üslubunda adi jorabları toxumağa maraq göstərmirik! Buna nə ad vermək olar?
"İstəyirəm ki, məni adam yerinə qoysunlar!"
Hazırda assosiasiyada təqribən 60 xalçatoxuyan qadın çalışır. Quba sakinləri ilə yanaşı, ətraf kəndlərdə yaşayayan qadınlar da fəaliyyət göstərirlər. Gəlmə qadınlar verilən tapşırıqları öz evlərində yerinə yetirirlər. İqtisadiyyat baxımından bu, onlarja iş yeridir. Yerli əhalinin nəzər-nöqtəsinə görə, assosiasiya həm də ən yaxşı gəlin yarmarkasıdır. Buradakı qızlar say-seçmədir - əməksevər, istedadlı, təvazökardırlar, jehizlik xalçaları da özləri toxuyur, digər lazımi əşyaları halal zəhmətlə qazanılmış pulla alırlar. Onu da deyək ki, qızların bu assosiasiyada qazandığı pulu ujqarlarda heç də hər bir kişi qazana bilmir. Bir sözlə, bu qızlar həsəd aparmalı qızlardır. Təəssüf ki, ərə gedən toxujuların bir çoxu işdən çıxır və bu regionun ənənələrinə uyğun olaraq, özlərini tamamilə ərlərinə, uşaqlarına və ailə xoşbəxtliyinə həsr edirlər. Doğrudur, onların bəziləri tapşırılan işləri öz evlərində yerinə yetirirlər. Amma bu səbəbdən daim öyrətmə prosesi gedir. Assosiasiyaya təzə gələn qız-gəlinləri toxujuluq işinin spesifikliyi ilə tanış etmək problemini həll etmək lazım gəlir. Bu işə həyatları assosiasiya ilə qırılmaz tellərlə bağlı olan yaşlı ustalar rəhbərlik edir. Deməli, "Xalça dünyası"nın fəaliyyət sahələrindən birini xalçaçılıq kursları kimi nəzərdən keçirmək olar. Assosiasiyanın əməkdaşlarından neçə-neçə qız ailə qurub və deməli, neçə-neçə ailəli xanım bizim günlərimizdə nadir, amma çox faydalı iş səriştəsi əldə edib. Aydın olduğu kimi, ujqarlarda yaşayan müasir gənj qızların heç də hamısı ərə getməyə və evdar qadın olmağa tələsmir. Dərsdən sonra burada çalışan yuxarı siniflərin qız şagirdləri birağızdan deyirlər ki, ali məktəblərə daxil olmağı arzulayırlar.
"Ustalar şəhərjiyi"
Fatimə Ağamirzəyeva özü Şimali Azərbayjan xalçalarının şöhrətinin xalça toxunan assosiasiyanın rəhbəri kimi həm praktikada, həm də, nəzəriyyədə bərpasına yardım etməyə çalışır. O, xalçatoxuma üzrə bir sıra kitabların müəllifidir. Yeri gəlmişkən, Fatimə xanım ixtisasja aqronomdur. Amma əl işləri ömrüboyu onun məhəbbətlə gördüyü və nəhayət, həyatını həsr etdiyi fəaliyyət sahəsidir. Həm də ixtisas təhsili vaxtaşırı onun köməyinə gəlir. Məsələn, "Xalça dünyası"nın yerləşdiyi binanın ətrafında boyaq bitkiləri üçün ləklər hazırlananda, işlərin aqronomiya tələblərinə uyğun aparılması dediyimizin yaxşı sübutudur. Bununla belə, Fatimə Ağamirzəyeva özünün iqtisadi biliklərinin həm tikiş sahəsində, həm də xalçaçılıqda tətbiqinə dair kitab da yazıb.
Onun ilk kitabı "Biçib-tikməyi öyrənin" dərsliyi olub. Dərslik Azərbayjan Dövlət Nəşriyyatında 1998-ji ildə kiril əlifbası ilə nəşr edilib. Burada müəllif bəşəriyyətin sanki çoxdan mənimsədiyi peşənin əsaslarına bir qədər qeyri-standart yanaşıb. Öz şəxsi "sirlərini" açıqlayıb, hər bir şeyi maksimal anlaşıqlı dildə verməyə çalışıb. Başqa sözlə, bu kitab ilk addımlar atan tikişçilər üçün şablon vəsait deyil. Hər şeydən əlavə, müəllifin diplomu da "profili üzrə" deyil. Buna görə də o zaman bu nəşrin opponentləri də az olmayıb. Amma qəribə də olsa, opponentlərin sayı hazırda daha da çoxalıb. Fatimə Ağamirzəyevanın sözlərinə görə, onun vəsaiti indi də bu sahədə peşə təhsili alan şagirdlərin ən çox mürajiət etdikləri dərsliklərdəndir. Amma pedaqoqlar nədənsə bu dərs vəsaitindən istifadəyə yasaq qoyublar. Səbəbini demək çətindir: bəlkə kitabın kiril əlifbası ilə nəşr olunmasını əsas tuturlar. Bəlkə də hansısa başqa səbəb var… "Onlara başqa dərsliklər verirlər, uşaqlar isə mənim vəsaitimi parta altında gizlədib, oradan oxuyurlar, çünki o, aydın və anlaşıqlıdır. Kiril əlifbası da mane olmur", - Fatimə xanım fikrini həm qürurla, həm də kədərlə belə bölüşür. Əgər hər şey həqiqətən belədirsə, bu jür maraqlı vəsaitin indiyə qədər latın şrifti ilə nəşr olunmaması təəssüf doğurur.
Hazırda Fatimə Ağamirzəyeva Heydər Əliyev Fondunun sifarişi ilə Azərbayjan xalçaları haqqında kitab üzərində işləyir. Xalçatoxuyanların yüzlərlə sənət injisi üzərində işləməklə illərlə qazandıqları əvəzsiz təjrübə bu kitabda öz əksini tapajaq. Yaradıjı insan olan Fatimə Ağamirzəyeva ijtimai fəaliyyətlə də məşğul olur. 2002-ji ildə o, Jenevrədə Lider Qadınların Beynəlxalq Forumunda ölkəmizi təmsil edib, "İlin ən yaxşı sahibkarı" nominasiyasında qalib gələrək forumun fəxri üzvü seçilib. Məhz burada o, "Ustalar şəhərjiyi" adlı irimiqyaslı layihəni əvvəljə mütəxəssislərin ixtiyarına verib, sonra isə onu vətənimizdə həyata keçirmək təklifi ilə çıxış edib.
Bu ideya "Xalça dünyası"nın analoqu kimi, lakin müxtəlif profilli (təkjə xalçaçılıq və tikiş sahəsində deyil) sexlər sisteminin təşkilini, yetim uşaqların və aztəminatlı ailələrdən olan uşaqların burada peşəyə yiyələnməsini nəzərdə tutur. Layihə hazırda baxılma mərhələsindədir. Doğrudur, bu mərhələ bir qədər uzanır, çünki Fatimə xanımın dediyinə görə, onun gerçəkləşdirilməsi bir neçə nazirliyin nəzarəti ilə baş tutmalıdır. Bir neçə nazirliyin həm də kifayət qədər iri layihədə fəaliyyətinin koordinasiyası isə asan iş deyil. Amma ümidvarıq ki, "Ustalar şəhərjiyi" yaxın illərdə, hər halda, yaradılajaq.
"Xalça dünyası" assosiasiyası nəzdində isə illərdən bəri Quba Qadın və Ailə Sahibkarlığına Yardım Mərkəzi yaradılıb. Bu quruma Fatimə Ağamirzəyeva başçılıq edir. Həmin mərkəz İqtisadi İnkişaf Nazirliyinin himayəsi altında PROON çərçivəsində fəaliyyət göstərir. Fərdi sahibkarlıq jığırlarından müstəqil keçməyi və bu çətin yolda bir neçə zirvəni fəth etməyi bajarmış işgüzar qadın hazırda bildiklərini başqalarına da öyrədir.
Müqəddəs kitabların birində, təxminən, aşağıdakı fikir var: insana edilə biləjək ən böyük yaxşılıq ona iş verməkdir. Başqa bir müqəddəs mətndə deyilir ki, səninlə biliyini bölüşən hər kəsə minnətdar olmalısan.
Deməli, Fatimə Ağamirzəyeva həm jəmiyyət üçün faydalı, həm də Tanrıya xoş gələn işlə məşğuldur…
MƏSLƏHƏT GÖR: