12 Mart 2025

Çərşənbə, 05:02

MARS XRONİKALARI

Əslən azərbaycanlı olan ABŞ vətəndaşı Alen Mirkadırov Qırmızı planetə uçmağa hazırdır

Müəllif:

09.06.2015

Alen Mir­ka­dı­rov əs­lən Azər­baycan­dan­dır. O, Mar­sa ek­s­pe­di­siy­a­nın sti­mul­laş­dı­rıl­ma­sı üzrə "Hawaii Space Ex­plo­ra­ti­on Ana­log and Si­mu­la­ti­on" (HI-SEAS) ad­lan­dı­rı­lan üçüncü ek­s­pe­ri­men­tin iş­ti­rak­çı­la­rın­dan­dır. NASA təd­qi­qat pro­qra­mı tə­rə­fin­dən ma­liyyə­ləş­di­ri­lən lay­i­hə Mar­sda ya­şay­an in­sa­nın im­kan­la­rı­nı, onun çər­çi­və­si­ni müəyyən­ləş­dir­mək məq­sə­di güdür.

HI-SEAS "Mars ba­za­sı" Ha­vay ada­sın­da, Ma­u­na Loa vul­kan dağı­nın ya­macın­da, də­niz sə­viyyə­sin­dən 2500 metr hündürlükdə­ki ay­rıca mə­kan­da yer­lə­şir. Hey­ət üzvlə­ri cə­mi 6 nə­fər­dən iba­rət­dir.

- Alen, ümu­miyyət­lə, in­sa­nın Mar­sa uç­ma­sı­na eh­tiy­ac var­mı?

- Şübhə­siz ki, var. Əg­ər biz uzaq gə­ləcək­də Mar­sdan in­sa­nın fəth et­diyi ikinci pla­net ki­mi ya­rar­lan­maq is­təy­i­rik­sə, tə­bii ki, oraya uç­ma­lı və bu­nu də­fə­lər­lə et­mə­liy­ik. Ha­zır­da Qır­mı­zı pla­net­də müxtə­lif mar­so­xo­dı, zon­d­lar, pey­k­lər təd­qi­qat apa­rır. On­lar bi­zi pla­net ha­q­da vacib mə­lu­mat­lar­la tə­min edir. La­kin bu ko­s­mik apa­rat­lar heç za­man in­sa­nı əvəz­ləyə bil­məz. On­lar pla­ne­tin sə­t­hi­ni təd­qiq edə bil­məz. Bu, in­sa­nın işi­dir. Mə­sə­lən, ti­pik mar­so­xod gündə bir ne­çə yüz metr mə­sa­fə qət edə bi­lir­sə, in­san ey­ni döv­rdə on də­fə­lər­lə ar­tıq mə­sa­fə­ni do­la­şa bi­lər. Ən vaci­bi isə təd­qi­qat vax­tı hər han­sı qu­rğu növ­bə­ti ad­dım haq­qın­da müstə­qil qə­rar qə­bul et­mə­li olar­sa, o, kompyu­ter pro­qra­mı­nın ica­zə­si ol­ma­dan bu ad­dı­mı ata bil­məz. Ey­ni və­ziyyət­də olan ko­s­mo­navt isə dər­hal qə­rar ve­rə, is­tə­ni­lən nə­ticə­ni qa­za­na bi­lər. Biz bu iş­də hə­mi­şə tex­ni­ka­nın qə­rar ver­mə­si­nə ümid ol­saq, kri­tik önəm da­şıy­an mə­lu­mat­lar, ya­xud həy­a­ti əhə­miyyət­li de­tal­lar itə bi­lər. Və in­sa­nın Mar­sa uç­ma­sı­nı zə­ru­ri edən da­ha bir sə­bəb (eh­ti­mal az ol­sa da)... Biz nə vaxtsa yad­pla­net­li can­lı ilə ras­tla­şa­rıq­sa, bu görüşdən apa­rat­lar yox, məhz ko­s­mo­nav­tlar da­ha cid­di uğur qa­za­na bi­lər­lər. Ko­s­mo­navt na­mə­lum var­lıq­la ünsiyyə­tə ça­lı­şa bi­lər­sə, apa­rat­lar han­sı ad­dı­mı at­maq­la bağlı kompyu­ter pro­qra­mın­dan tə­li­mat göz­ləy­əcək. Hal­bu­ki, bu cür vacib əla­qə bi­zim üçün bə­şər ta­ri­xi­nin, si­vi­li­za­siy­a­nın ta­ma­mi­lə ye­ni mər­hə­lə­si­nin baş­la­n­ğıcı ola bi­lər. Bu im­ka­nın əl­dən qa­çı­rıl­ma­sı bi­zim üçün çox böyük it­ki olar.

- Am­ma bu mis­siy­a­nın in­san həy­a­tı üçün ri­s­k­lə­ri də var. Yüksək ra­di­a­siy­a­nı, aşağı at­mo­sfer təzyi­qi­ni, me­te­o­rit təhlükə­si­ni və s. nə­zə­rə al­ma­maq ol­maz...

- Risk hər za­man olub, var və ko­s­­mo­sla bağlı hər bir cə­sa­rət­li mis­siy­a­da bun­dan so­nra da olacaq. Xüsu­si­lə, in­diy­ə­dək mö­vcud ol­ma­mış mis­siy­a­lar­da bu risk da­ha yüksək­dir. Bə­li, Mar­sa uç­maq asan ol­may­acaq. Yer­də­ki ki­mi at­mo­sfer müda­fi­ə­si ol­ma­dığın­dan biz Mar­sda ra­di­a­siy­a­dan qo­run­ma­lı olacağıq. At­mo­sfer­siz şə­ra­i­tə, da­i­mi me­te­o­rit zər­bə­si təhlükə­si­nə uyğun­laş­maq la­zım­dır. Ha­zır­da biz bu ri­s­k­lə­ri mümkün qə­dər çox öy­rən­mək üçün əli­miz­dən gə­lə­ni edi­rik. Məq­səd son­da hey­ət üzvlə­rini Mar­sda bütün mümkün təhlükə­lər­dən qo­ruya bil­mək­dir. Əmi­nəm ki, Mar­sa yol­la­nacaq ilk mis­siya ən cid­di sı­naq­lar­la üz-üzə qa­lacaq. Bu­ra­da söh­bət həm fi­zi­ki yüklən­mə­lər­dən, həm də Yer­dən, di­g­ər in­san­lar­dan psi­xo­lo­ji təcri­d­ol­ma­dan ge­dir. Bütün təhlükə­lə­rə, if­las eh­ti­mal­la­rı­na bax­may­a­raq, in­san ko­s­mo­sda təd­qi­qat­la­rı da­vam et­di­rəcək. Mar­sa yol­la­nacaq ilk ko­s­mo­nav­tlar ara­sın­da bəl­kə də həy­a­tı­nı iti­rən­lər də olacaq. Am­ma bu da in­ki­şa­fın qar­şı­sı­nı al­may­acaq. Ri­s­k­lər hər za­man olub və olacaq...

- Mə­lu­mat­sız­lıq si­zi qor­xut­mur?

- Əl­bət­tə, müəyyən qə­dər qor­xu­dur. Bu, ta­ma­mi­lə nor­mal in­san re­ak­siy­a­sı­dır. La­kin ma­raq, ye­ni mə­lu­mat­lar al­maq hə­ris­liyi is­tə­ni­lən mə­lu­mat­sız­lıq qor­xu­su­nu üstə­ləy­ir.

- Si­zi gündə­lik həy­at­dan im­ti­na edə­rək bu lay­i­həyə qo­şul­mağa nə va­dar et­di?

- Mar­sa və da­ha uzağa uçacaq hey­ət üzvlə­ri­nin psi­xo­lo­g­iy­a­sı, fi­zio­lo­g­i­y­a­sı sa­hə­sin­də bi­lik­lə­ri­mi­zin ar­tı­rıl­ma­sı­nın vacib­liy­i­ni an­la­mağım. He­sab edi­­rəm ki, bu ek­s­pe­ri­ment ek­s­pe­di­si­y­a­sı da di­g­ər­lə­ri ki­mi, in­sa­nın im­kan­la­rı, məh­du­diyyət­lə­ri haq­qın­da bi­l­g­i­lə­rin ar­tı­rıl­ma­sı­na böyük töh­fə olacaq. Bu, bi­zə Qır­mı­zı pla­ne­tə təhlükə­siz və uğur­lu uçuş ger­çək­ləş­dir­mək, ey­ni də­rəcə­də uğur­la ge­ri dön­mək im­ka­nı ve­rəcək.

- Bu ek­s­pe­ri­ment iş­ti­rak­çı­la­rı­nın qar­şı­sın­da han­sı tə­ləb­lər du­rur? Psi­xo­fi­zi­o­lo­ji, əq­li, etik və sa­ir?

- Hey­ət üzvlə­ri­nin se­çi­mi ilə bağlı qay­da­lar çox sərt­dir. Ko­man­da­nın hər bir üzvü bütün as­t­ro­nav­tlar ki­mi, NASA-nın stan­dart tib­bi müay­i­nə­sin­dən uğur­la ke­ç­mə­li­dir. Bun­dan baş­qa, se­çi­lən şəx­slər ame­ri­ka­lı as­t­ro­nav­tlar­la ey­ni mühən­dis­lik və ya el­mi bi­lik­lə­rə ma­lik ol­ma­lı­dır­lar. Tib­bi müay­i­nə­dən və sa­vad sə­viyyə­si­nin tə­ləb­lə­rə ca­vab ver­diy­i­nin müəyyən­ləş­di­ril­mə­sin­dən so­nra bir sı­ra psi­xo­lo­ji test­lər­dən, sı­naq­lar­dan ke­ç­mək la­zım gə­lir. Bu, na­mi­zəd­lə­rin han­sı hey­ə­tə uyğun gəl­diy­i­ni müəyyən­ləş­dir­mək üçün la­zım­dır. Ar­tıq bu, hey­ət üzvlə­ri­nin se­çi­mi üzrə rə­s­mi ko­mis­siy­a­nın işi­dir. Lay­i­hə­nin hər bir iş­ti­rak­çı­sı fi­zi­ki, psi­xo­lo­ji və el­mi stan­dar­t­lar­la ya­na­şı, mütləq şə­kil­də 10 günlük ha­zır­lıq ke­çir. Söh­bət açıq tə­bi­ət­də, kol­lek­tiv ara­sın­da sağ qa­la bil­mə sı­nağı­dır.

- 8 ay ər­zin­də qa­pa­lı mə­kan­da qa­lacaq­sı­nız. Fi­k­rimcə, bu, çox çə­tin­dir. Axı ət­raf­da ən ele­men­tar şey­lə­ri - sə­ma­nı, ai­lə­ni, do­stla­rı­nı görmürsən. Üstə­lik bu, yə­qin ki, psi­xo­lo­ji ba­xım­dan da çox çə­tin­dir...

- Ta­ma­mi­lə haq­lı­sı­nız. İn­san üçün qa­pa­lı mə­kan­da qal­maq çə­tin­dir. Bu ek­s­pe­ri­men­t­lə­rin məğzi də elə bun­da­dır. On­lar təd­qi­qat­çı­la­ra in­san psi­xo­lo­g­iy­a­sı­nın mö­vcud şə­ra­it və məh­du­diyyət­lə­rin tə­si­ri ilə necə dəy­iş­diy­i­ni gö­s­tər­mə­li­dir. Bu in­for­ma­siya gə­ləcək­də NASA-ya pla­net­lə­ra­ra­sı uçuş­­lar üçün ide­al ko­s­mo­nav­tla­rın se­çi­min­də kö­mək edəcək.

- Məh­dud mə­kan­da "mil­çək fi­lə çe­v­ri­lir". Lay­i­hə iş­ti­rak­çı­la­rı ara­sın­da müna­qi­şə­lər olur­mu?

- Biz­də de­mək olar ki, da­im ki­çik müba­hi­sə­lər ya­şa­nır. Mən on­la­rı mü­na­qi­şə ad­lan­dır­maz­dım. Çünki be­lə hal­lar bir ne­çə sa­at so­nra, hət­ta da­ha tez unu­du­lur. Üzr is­tə­mək­lə hər kəs hər kə­si bağış­layır. Ha­mı­mız ba­şa dü­şürük ki, uzun müddət əsə­bi ol­maq, incik gəz­mək ol­maz. Hər hal­da, ya­şa­mı­mız, mö­vcud­luğu­muz hey­ə­tin bütün üzvlə­rin­dən ası­lı­dır. Ara­mız­da nə qə­dər düşmən­çi­lik apa­ra­rıq­sa, ek­s­pe­di­siy­a­nı uğur­la ba­şa vur­maq şan­sı­mız o qə­dər aza­lar.

- Ek­s­tre­mal və­ziyyət­lər­də necə da­v­ra­nır­sı­nız? Mə­sə­lən, kim­sə xə­s­tə­lə­nib­sə, ya­xud, tro­pik fır­tı­na baş ve­rib­sə?

- Ek­s­tre­mal və­ziyyət­lər­də özü­nü­təx­liyə, hət­ta ek­s­pe­di­siy­a­nı tam da­y­an­­dır­maq hüqu­qu­muz var. Da­im şə­bə­kə­si və ener­ji­si olan mo­bil te­le­fon­la­rı­mız var. Ek­s­tre­mal və­ziyyət­lər­də on­lar­dan is­ti­fa­də olu­nur. Kim­sə cid­di xə­s­tə­lə­nib­sə, ya­xud cid­di zə­də alıb­sa, hə­kim çağı­rı­rıq və o, 2 sa­a­ta ya­nı­mı­za ça­tır. Tə­əssüf ki, bi­zə yar­dım 2 sa­at­dan tez ça­ta bil­məz. Bir də­fə hey­ət üzvlə­rin­dən bi­ri bar­mağı­nı kə­s­miş­di və ya­ra­sı çox cid­di idi. Özünü ye­ti­rən hə­kim onun bar­mağı­nı elə qal­dığı­mız günbəz­dəcə tik­mə­li ol­du. Tro­pik fır­tı­na­lar, qa­sı­rğ­a­lar, vul­kan püskürmə­lə­ri və ya di­g­ər tə­bi­ət ha­di­sə­lə­ri za­ma­nı isə günbə­zi tərk edir, ver­tolyot en­mə mey­dan­ça­sı­na doğru hə­rə­kət edi­rik. O, biz­dən bir ne­çə metr ara­lı­da yer­lə­şir. Ora­da bi­zi ver­tolyo­ta min­di­rir­lər və bütünlükdə he­y­ət­lə təhlükə­siz zo­naya uçu­ruq. Bu­ra­da tə­bi­ət ha­di­sə­lə­ri­ni əv­vəl­dən ki­fay­ət qə­dər də­qiq­lik­lə pro­qnoz­laş­dır­maq olur. Odur ki, bi­zə hər gün gün­bəz­dən kə­nar­da ha­va­nın necə ol­duğu, ye­ral­tı tə­kan­lar və s. ha­q­da mə­­lu­mat çat­dı­rı­lır.

- Ya­şa­dığı­nız "Mar­s evi" nə­dən iba­rət­dir?

- İki­mər­tə­bə­li ev­dir. O, di­a­me­t­ri, təx­mi­nən, 11 metr olan, 1000 kva­d­rat­metr əra­ziyə ma­lik günbəz­dir. Bi­rinci mər­tə­bə­də mət­bəx, qo­naq ot­ağı, ha­mam və la­bo­ra­to­riya yer­lə­şir. İkinci ot­aq­da isə ki­çik ya­taq ot­ağı və bir ay­aqyo­lu var. İs­tə­sə­niz www.hi-se­as.org say­tı­na da­xil ol­maq­la onu gö­rə bi­lər­si­niz.

- Yə­qin ki, "Mar­sda gə­zin­ti"yə çı­xır­sı­nız. Bu­nun üçün ok­si­gen ba­lo­nu­na ma­lik ska­fandr gey­i­nir­si­niz?

- Günbəz­dən kə­na­ra ki­fay­ət qə­dər tez-tez çı­xı­rıq. Ge­o­lo­ji, mühən­dis və mi­k­ro­bio­lo­ji iş­lə­ri­miz olur. Günbə­zi tərk edən za­man ska­fandr gey­i­rik. Am­ma on­lar ok­si­gen ba­lo­nu­na ma­lik dey­il. "Gə­zin­ti" za­ma­nı adi ha­va ilə nə­fəs alı­rıq. O, ska­fand­rdan asan­lıq­la ke­çir. Ska­fandrla­rı­mız ger­me­tik qa­pan­maya ma­lik dey­il və on­la­ra süni təzyiq yox­dur.  Bütün si­mulya­siy­a­lar adi at­mo­sfer təzyi­qi şə­ra­i­tin­də, adi ok­si­gen həcmi ilə baş tu­tur. Bəl­kə də gə­ləcək si­mulya­siy­a­lar­da ska­fandrlar ok­si­gen ba­lon­la­rı və Mar­sda olacaq di­g­ər re­al əşya­lar­la tə­min edi­ləcək.

- Alen, gə­lin ye­mək ha­q­da da da­nı­şaq. Bi­li­rəm ki, mis­siya iş­ti­rak­çı­la­rı ara­sın­da borş, Mə­ra­keş ta­ji­ni, fa­ba­da çox məş­hur­dur. On­la­rı ha­zır­la­maq asan­dır­mı?

- Biz re­sur­sla­rın, tə­xəyyülümüzün im­kan ver­diyi hər şeyi ha­zır­layı­rıq. Əl­bət­tə, ye­mək­lər nor­mal­da ol­duğu ki­mi alın­mır. Mə­sə­lən, bi­zim "borş"u­­muz tünd-qır­mı­zı may­e­dən olur. Onun ha­zır­lan­ma­sın­da lio­fi­li­zə edil­miş (qurudulub və sonradan don­durulan və vaakumda saxlanan ərzaq) çuğun­dur­dan  is­ti­fa­də olu­nur. Hər bi­ri­miz ma­sa ar­xa­sın­da di­g­ər­lə­ri­ni tə­əccüblən­dir­mək, məy­us et­mə­mək üçün əli­miz­dən gə­lə­ni edi­rik. Bu səy­lər bi­zə əla xö­rək­lə­rin ha­zır­lan­ma­sın­da kö­mək edir. Biz­də ən se­vim­li xö­rək­lə­ri­mi­zin siy­a­hı­sı var və za­man-za­man on­la­rı ha­zır­layı­rıq.

- Hər bi­ri­niz həf­tə­də bir də­fə xö­rək bi­şi­rir­si­niz. Do­stla­rı­nı­za nə tək­lif edir­si­niz? On­la­rı Azər­baycan mət­bə­xi ilə ta­nış edə bil­mi­si­niz­mi?

- Mən adə­tən ya­nın­da qar­nir olan ət və ya ba­lıq xö­rək­lə­ri ha­zır­layı­ram. Qohumları və onun ana­sı­nın (Meh­ri­ban və Ni­g­ar Rüstə­mo­va­lar) re­sep­ti əsa­sın­da də­fə­lər­lə Ba­kı kot­le­ti bi­şir­mi­şəm. On­lar mə­nə də­fə­lər­lə öz re­sep­tlə­ri, tə­li­mat­la­rı ilə kö­mək edib­lər. On­la­rın ver­dik­lə­ri re­sep­tlər­lə ət­li pi­roj­ki, na­nə qo­xu­lu düyü ilə kar­tof ha­zır­la­mı­şam. Bu xö­rək­lər hi­tə çe­v­ri­lib və uşaq­lar də­fə­lər­lə mən­dən o xö­rək­lə­rin tə­k­ra­rən ha­zır­lan­ma­sı­nı xa­hiş edib­lər. Sırf Azər­baycan mət­bə­xi­nə gə­lincə, hər kə­si xə­ng­əl ilə ta­nış et­mi­şəm. Xi­ng­a­lı mal əti (lio­fi­li­zə edilmiş) ilə ha­zır­la­mı­şam. Bu, mə­nim ən sev­diy­im xö­rək­dir. Bu­ra­da əli­mə ilk im­kan düşən ki­mi, xi­ng­al bi­şir­dim. O, hər kə­sin xo­şu­na gəl­di. Xüsu­si­lə So­fi Mi­lan (hey­ət üzvü - red.) xə­ng­ə­li çox bəy­ən­di. O, hə­lə də mən­dən ku­li­na­riy­a­mı­zın sirrlə­ri­ni so­ru­şur... Azər­baycan mət­bə­xin­dən növ­bə­ti xö­rəy­im qu­tab olacaq. On­la­rı Ba­kı­da­kı doğma­la­rı­mın re­sep­tlə­ri əsa­sın­da bi­şir­məyə ça­lı­şı­ram. Gö­rək necə alı­nacaq. Qu­tab bi­şir­məyi çox­dan is­təy­ir­dim. Am­ma, bu­ra­da su­max yox idi. Ona gö­rə göz­lə­mək qə­ra­rı­na gəl­miş­dim.

- Siz lio­fi­li­zə edilmiş məh­sul­lar­dan is­ti­fa­də edir­si­niz. Tər məh­sul­lar üçün da­rıx­mır­sı­nız?

- Əl­bət­tə da­rı­xı­rıq. Bir ne­çə ay yal­nız lio­fi­li­zə edilmiş qi­da­lar ye­mək­lə vax­ti­lə ye­diy­i­miz mey­və­lə­ri, tə­rə­vəz­lə­ri, əti, yu­mur­ta­nı və s. da­ha çox xa­tır­la­mağa baş­la­mı­şıq. Al­la­ha şükür ki, 4 ay so­nra ilk tər məh­su­lu­muz gə­lib çıx­dı - göy­ər­ti! Keş­niş idi. Onu bir anın içə­ri­sin­də ud­duq. Keş­ni­şin ar­dınca şüyüdümüz, da­ha so­nra gö­bə­lək, son­da cə­mi 1 də­nə po­mi­dor da ye­tiş­di. Bu, hey­ət üzvlə­ri üçün tər tə­rə­vəz­lər və göy­ər­ti ye­tiş­dir­mək mis­siy­a­sı­nı üzə­ri­nə götürmüş ka­na­da­lı qa­dı­nın xid­mə­ti­dir. Onun ma­saya son ola­raq gə­tir­diyi tər qi­da ya­şıl soğan olub. Onu da böyük məm­nun­luq­la bir an­da aşır­dıq...

Ən çox da­rıx­dığı­mız məh­sul­lar yu­mur­ta, tə­zə ət, mey­və-tə­rə­vəz, bir də toy­uğun döş əti­dir. Əl­bət­tə ki, soy­uq pi­və, qır­mı­zı və ağ şə­rab və di­g­ər iç­ki­lər üçün də da­rı­xı­rıq.

Eti­raf edim ki, mən Ba­kı­nın şo­ko­lad­lı-va­f­li­li tor­tu üçün də çox da­rıx­mı­şam. Yax­şı xa­tır­layı­ram, əla şo­ko­lad­lı-va­f­li­li tort 1980-ci il­lər­də Ba­kı­da 3 ma­nat 5 qə­piyə sa­tı­lır­dı.

- Bəs Mar­sda han­sı məh­sul­lar ol­ma­dan ke­çin­mək mümkün dey­il?

- Mar­sda tam mükəm­məl ya­şa­maq və iş­lə­mək üçün fi­k­rimcə, qi­da­lan­ma üçün bütün zə­ru­ri məh­sul­lar ol­ma­lı­dır. Bu, ilk növ­bə­də çö­rək­dir. Ona ən adi peç­dən is­ti­fa­də et­mək­lə bi­şir­mək çox asan­dır. Bu­ra­da hər 3-4 gündən bir çö­rək bi­şi­ri­rik. İkinci zə­ru­ri məh­sul kon­ser­v­lər­dir. Əv­və­la, on­lar uzun müddət xa­rab ol­mur, ikinci­si, on­la­rın ha­zır­lan­ma­sı­na əmək sərf et­məyə eh­tiy­ac yox­dur - açır­san və yey­ir­sən. Qoz-fın­dıq, sıyıq da vaci­b­dir. Lə­pə­də zülal çox­dur və o, qi­s­mən əti əvəz­ləyə bi­lər. Sıyığı isə ha­zır­la­maq çox asan­dır. Bu­nun üçün ona yal­nız qay­nar su əla­və et­mək ki­fay­ət­dir. Sıyığı uzun müddət sax­la­maq olur və o, in­sa­na çox ener­ji ve­rir.

 

 

HAQQINDA

Alen Mirkadırov 5 may 1979-cu ildə Bakıda doğulub. 1991-ci ilin yayında onun ailəsi ABŞ-a köçüb. Alen Amerika Hərbi-Hava Akademiyasında (USAFA) kosmik texnika üzrə bakalavr, San-Diyeqo Dövlət Universitetində (SDSU) isə aerokosmik texnika üzrə magistr dərəcəsi alıb. Təhsilini başa vurduqdan sonra, 10 il ABŞ HHQ-də xidmət çəkib. 2010-cu ildə aerokosmik mühəndis kimi işləməyə başlayıb. O, NASA-nın orbital missiyalarının uçuşlarında təhlükəsizliyə cavabdehdir.



MƏSLƏHƏT GÖR:

635