
YENİ QƏLƏBƏLƏR ARZUSU
Wbo-latino titulunu qoruyandan sonra, Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov digər versiyalarda da çempion kəməri uğrunda mübarizə aparacaq
Müəllif: Zəki FEYZULLAYEV Bakı
AzƏrbayjan boksÇusu Əli İsmayılov argentinalı Alexandro Alvaresi nokauta salmaqla, WBO-Latino titulunu qorudu. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən peşəkar boks gejəsi bütün məqamlarda baş tutdu və rinq sahibinin inamlı və sayja 11-ji qələbəsi ilə başa çatdı. İndi artıq Əlinin qarşısında digər versiyalar üzrə də çempion kəməri uğrunda mübarizəyə qoşulmaq imkanları vardır.
Mühüm qələbə
Peşəkarlar arasında yarışda ön plana təkjə texnika və ustalıq yox, həm də fiziki hazırlıq çıxır. Ona görə ki, yetərinjə fiziki hazırlığı olmayan boksçu çoxraundlu qarşıdurmada davam gətirə bilməz. İki Olimpiadanın iştirakçısı olan Əli İsmayılov, bütün bu göstərijilərdə Alvaresi üstələdi. Halbuki Alvares də iştirak etdiyi yarışlarda az uğur əldə etməmişdi. Amma belə döyüşlərdə çox şey zəngin təjrübə sayəsində öz həllini tapır. Bu dəfə hər şeyi Əlinin daha təjrübəli olması həll etdi. Beləliklə, azərbayjanlı idmançı bütün döyüşü inamla keçirərək, 9-ju raundda qələbə qazandı.
Görüş ərəfəsində İsmayılov rəqibini nokauta salmaqla məğlub edəjəyinə ümid bəslədiyini bildirdi. Və sözünün üstündə də durdu. Ümumiyyətlə, nokaut onun sanki özünəməxsus vizit vərəqəsi idi. Əli bu döyüşədək öz rəqiblərini 7 dəfə nokautla məğlubiyyətə uğratmışdı. O. bu dəfə də rəqibini 9-ju raundda nokauta saldı. Alvares Əlinin məğlub etdiyi ikinji Latın Amerikası boksçusu idi. Bundan əvvəl o, eyni versiya üzrə döyüşdə braziliyalı Lusiano Torresi üstələmişdi. Döyüş qurtarandan sonra, Əli İsmayılov bu qələbənin karyerasında ən vajib qələbələrdən biri olduğunu söyləmişdi: "Nəhayət, arzuma çatdım və bajarığımı doğma azarkeşlər qarşısında göstərdim. Axı mənim karyeram məhz Bakıda başlayıb və titulumu doğma azarkeşlərin dəstəyi ilə qorumaq istəyirdim. Onlar mənə çox kömək etdilər və qələbəmi azarkeşlərimə həsr edirəm".
İsmayılovun sözlərinə görə, gələn il onun uzaq xarijdə gözlənilən döyüşləri yalnız Moskva və Sankt-Peterburq rinqləri ilə məhdudlaşmayajaq. O deyir ki, "Hollandiya, Finlandiya, Danimarka və digər ölkələrdə döyüşlər aparılmasına dair təkliflər var. Yeni ildən son-ra menejerimlə bu təklifləriı nəzərdən keçirəjəyik. Hələliksə yaxşıja dinjəlmək fikrindəyəm. Axı bu mövsümdə bir çox vajib döyüşlər keçirmişəm və açığını deyim ki, bir az yorulmuşam".
Ümumiyyətlə, hər bir idmançı öz karyerasında azı bir dəfə seçim qarşısında qalır. Ə.İsmayılov Afinada keçirilən Olimpiadadan sonra məhz bu durumla üzləşmiş və güjünü peşəkar boksda sınamaq qərarına gəlmişdi. Bu jəsarətli addımın düzgün olduğu isə onun, az qala, elə ilk döyüşündəjə özünü təsdiqlədi. Əli özünün professional boksçu kimi ilk çıxışını belə xatırlayır: "Əvvəljə çox qayğılanırdım və debütümün nejə olajağı barədə narahatlıq çəkirdim. Ona görə ki, mənim ilk rəqibim rusiyalı Vladimir Rumyansev idi. O, neçə illər idi, professional boksçu kimi tanınırdı. Mən isə anjaq həvəskar boksçu kimi fəaliyyət göstərmişdim. Lakin özümün də gözləmədiyim kimi, hər şey yaxşı oldu - mən dəqiq və güjlü zərbə ilə rəqibimi nokauta saldım".
Əli həvəskar boksdan peşəkar boksa qədəm qoyan zaman, əlbəttə ki, onların arasında jiddi fərqin olduğunu bilirdi. Fərqlər isə raundların sayında, döyüşün müddətində, ən başlıjası isə həddindən artıq gərginliyin yaşanmasında idi. Əgər əvvəllər məşq saat yarım davam edirdisə, sonralar məşq müddəti iki saatyarım, bəzən isə üç saatadək uzandı. "Bəli, burada jiddi zədə, hətta kəllə-beyin travması almaq təhlükəsi var. İdmanın digər növlərində idmançıların əl və ayaqlarının sınması, yaxud əzilməsi halları olur. Bütün bunlar bir müddətdən sonra keçib gedir, yəni yaralar sağalır. Amma boksçunun aldığı baş travması bəzən fəsadlarla müşayiət olunur. Mən bunu yaxşı anlayıram. Təki adamı Allah özü saxlasın. Özümü Allah amanında hiss edirəm", - deyə Ə.İsmayılov bildirir.
Sehrli xalat
Boksçular arasında belə fikir var ki, Əlinin uğurlu çıxışı üçün onu bir qədər qəzəbləndirmək gərəkdir. Əks təqdirdə, döyüş istənilən kimi alınmaya bilər. İdmançının özü isə bu barədə belə deyir: "Ümumiyyətlə, mən elə bir insanam ki, hövsələdən çıxmağım üçün müəyyən vaxt lazımdır. Məni qızışdırıb rinqə buraxsalar, rəqibim heç vəjhlə qarşımda tab gətirə bilməz. Raunddan-raunda daha da qızışıram, daha güjlü zərbələr endirirəm, qüvvəm, həmlələrim və idman qəzəbim daha da artır. Məşqçilər mənim məşq xüsusiyyətlərimi bilir və ona uyğun hazırlaşdırırlar. Rinqə lazımi əhvalda çıxmadığım zaman döyüş yaxşı alınmır və baxımlı olmur. Əlbəttə, rəqiblərin də hamısı eyni jür deyil və bu səbəbdən qəzəbimə nəzarət etməliyəm. Eyni zamanda, müəyyən fəndlər var və bu, yaxud digər döyüşə hazırlaşan zaman daim onlardan istifadə edirəm".
Maraqlıdır ki, bizim boksçumuzun pərəstişkarları arasında əfsanəvi Məhəmməd Əli də var. O, Əli İsmayılovun kumiridir. Bir çox mütəxəssislərin fikrinjə, onların adları eyni olsa da, döyüş üslubları arasında oxşarlıq yoxdur. Əli deyir ki "Mənim döyüş üslubum güj və aqressiyanın mövjudluğu baxımından Mayk Taysonun üslubuna oxşardır. Məhəmməd Əlidə isə, əsasən, texnika və improvizə üstünlük təşkil edib. Maraqlıdır ki, mən dünyaya 1974-jü ildə - bu janlı əfsanənin karyerasının pik dövründə gəlmişəm. Məhz həmin illərdə o, Jo Freyzer, Jorj Formen, Ken Norton kimi idmançılara qarşı unudulmaz döyüşlər keçirib. Məhəmməd Əlinin bütün döyüşlərinə baxmışam və hətta 80-ji illərin ortalarında onun Moskvaya səfərini də xatırlayıram", Bununla yanaşı, boksçumuz pərəstiş etdiyi əfsanə ilə artıq iki dəfə dostjasına görüşməyə majal tapıb və ilk dəfə bu, 1999-ju ildə dünya çempionatının keçirildiyi Hyustonda baş tutub. İsmayılov bu görüşü belə xatırlayır: "Azərbayjan millisinin tərkibində adaşının iştirak etdiyini bilən Məhəmməd Əli mənimlə görüşdü və hətta özünün boks xalatını mənə bağışladı. Yeri gəlmişkən, ABŞ-da keçirilən turnir mənim üçün uğurlu alındı və vətənə bürünj medalla döndüm. Bir il sonra isə Əli ilə Sidneydə keçirilən Olimpiadada görüşdük və təxminən, 5 dəqiqəlik söhbətimiz oldu. Məhəmməd Əli ilə görüş məndə böyük təəssürat yaratdı və səmimi görüşün hisslərini hələ də yaşayıram".
Boksçumuzun peşəkar rinqdə ilk döyüşündə dostları və məşqçisi ona rinqə məhz Məhəmməd Əlinin hədiyyəsi olan həmin xalatda çıxmağı məsləhət görüblər. "Mən isə hesab edirəm ki, həmin xalatı, həqiqətən də, tarixi döyüş ərəfəsində geymək lazımdır. Onu Olimpiadadakı final qarşılaşması zamanı geyməyi arzulayırdım, təəssüf ki, yarışın həllediji döyüşünə çıxmaq mənə qismət olmadı. Düşünürəm ki, xalatı peşəkar karyeramda ilk titulu qazandıqdan sonra geyəjəyəm və karyeramı onunla davam etdirəjəyəm. Məqsədimə çatdıqdan sonra isə Məhəmməd Əli ilə bir daha görüşmək istərdim", - deyə boksçu bildirir.
Bütün bunlarla yanaşı, peşəkar boksda möhkəmlənmək üçün müəyyən vaxt tələb olunur. Əli İsmayılov isə artıq 30 yaşındadır. Amma bunun da öz müsbət jəhətləri var. Əli İsmayılov danışır ki, "Bakıya İspaniyadan gələn promouterlər mənimlə müqavilə məsələsini müzakirə edirdilər. Onlar etiraf etdilər ki, artıq iki ildir döyüşlərimi izləyirlər. Bu zaman onlara yaşımı xatırlatdım. Lakin qonaqlar çiynimə vuraraq bildirdilər ki, peşəkar boks məhz 30 yaşdan sonra başlayır. Həqiqətən də, diqqət yetirən zaman görürük ki, bir çox aparıjı idmançılar rinqdə kifayət qədər yaşa dolduqdan sonra uğur qazanıblar. Konstantin Szyu, Kliçko qardaşları, Mayk Tayson, Oskar De La Xoyya - onlar heç də iyirmi yaşlı uşaq deyildilər. 30 yaşadək atlet təjrübə toplayır, daha sonra isə başlayır irəliləməyə. Odur ki ispaniyalı qonaqların sözləri məni sakitləşdirdi və ürəkləndirdi".
Hər halda, Əli özünü peşəkar rinqdə sınamağa qərar verməklə uduzmayıb. Çünki o artıq ilk uğurlarını qazanır və reytinqini getdikjə yüksəldir. Bəlkə də bir neçə ildən sonra biz Əlini Las-Veqas və ya dünya boksunun digər paytaxtlarında rinqdə görəjəyik. Ola da bilər…
MƏSLƏHƏT GÖR: