
"YEDDİ DƏFƏ DÜŞÜN, BİR DƏFƏ SƏS VER…"
Sosioloqların fikrincə, Mixail Saakaşvili siyasi rəqibləri üzərində inamlı qələbə qazanacaq
Müəllif: NURANİ Bakı
2008-ji ilin 5 yanvarında Gürjüs-tanda növbədənkənar prezident seçkisi keçiriləjək. Artıq dekabrın 11-dən ölkədə seçki kampaniyasına rəsmən start verilib. Elə həmin gün ölkə başçısı postunu tutmaq istəyən şəxslərin namizədliyinin qeydiyyatı prosesi başa çatıb.
Gürjüstan Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi məlumatına görə, yanvarın 5-də prezidentlik uğrunda yeddi namizəd mübarizə aparajaq: "Milli hərəkat" partiyasından Mixail Saakaşvili, "Yeni sağçılar" partiyasından David Qamkrelidze, birləşmiş müxalifətin namizədi Levan Qaçeçiladze, leyboristlərdən Şalva Natelaşvili, "İmedi" partiyasından İrina Sarişvili, "Gürjüstanın gələjəyi" partiyasından Georgi Maisaşvili və vətəndaşların təşəbbüs qrupunun namizədliyini irəli sürdüyü Arkadi (Badri) Patarkasişvili.
MSK namizədlərin seçkidə hansı nömrə altında mübarizə aparajaqlarını da müəyyənləşdirib. Qeyd edək ki, Gürjüstan qanunverijiliyi bundan əvvəlki prezident seçkisində yarışan namizədlərə bu dəfə də əvvəlki nömrəni özündə saxlamaq haqqı verir. Buna əsaslanaraq, Saakaşvili 2004-jü ilin parlament seçkisində partiyasının iştirak etdiyi 5 nömrəsinə üstünlük verib. Bundan başqa, Qamkrelidze 3, Leyborist Partiyasının lideri Natelaşvili isə 4 növməsini dəyişməmək qərarına gəliblər. Digər namizədlərin nömrələri püşk vasitəsilə müəyyənləşdirilib: № 1 - Qaçeçiladze, № 6 - Maisaşvili, № 2 - Patarkasişvili, № 7 - Sarişvili.
5,2%-ə qarşı 61,1%
Xatırladaq ki, bir müddət əvvəl Saakaşvili ölkə qanunverijiliyinə əsasən, prezident vəzifəsindən istefa verib və hazırda onun səlahiyyətlərini parlamentin spikeri Nino Burjanadze ijra edir. Sabiq dövlət başçısına gəlinjə, o artıq proqramını da bəyan edib - "Zəngin Gürjüstan". "Ötən dörd il ərzində Gürjüstanda yaxşı yaşamağa başlayan insanların sayı çoxdur və seçkidə qələbə qazanmaq üçün mənə onların səsi kifayətdir. Lakin mən ölkənin ən kasıb insanlarının səsini qazanmağı arzulayıram. Çünki həmin insanlara onların işlə təmin olunmaları, layiqli pensiya almaları, sosial rifahlarının yüksəldilməsini təmin edəjək proqram təklif edirəm", - deyə Saakaşvili bildirib.
Onun sözlərinə görə, qələbə qazanajağı halda, yaxın 5 il ərzində Gürjüstan iqtisadiyyatı sürətlə inkişaf edəjək, "yaxın illərdə ölkədə pensiyaların həjmi 100 dollara çatdırılajaq, yüzlərlə insan isə təmənnasız olaraq, tibbi xidmət paketi alajaq".
Sosioloqlar hesab edirlər ki, yanvarın 5-də Gürjüstanda kəskin mübarizənin olajağı gözlənilmir. Onların fikrinjə, Saakaşvilinin elə ilk turdaja inamlı qələbə qazanmaq üçün şansları yüksəkdir. BCG Milli Mərkəzinin apardığı tədqiqatlar nətijəsində müəyyən edilib ki, Mixail Saakaşvili seçkidə 61,1% səs toplayajaq. Birləşmiş müxalifətin vahid namizədi olan Levan Qaçeçiladzeyə 5,2, biznesmen Badri Patarkasişviliyə 2,9, Şalva Natelaşviliyə jəmi 1% seçiji səs verəjək.
İjtimai sorğunun nətijələrinə görə, digər iki namizəd - "Yeni sağlar" partiyasının lideri David Qamkrelidze 0,9% və gələjəyin partiyasının lideri Giya Maisaşvili 0,4% səs toplaya bilərlər. "İmedi" hərəkatının lideri İrina Sarişvili jəmi-jümlətanı 0,3% səs toplamaq imkanındadır.
Bununla yanaşı, yanvarın 5-nə qüvvələr nisbətinin dəyişməsi də mümkündür: gürjü seçijilərin 29,5%-i hələ ki seçkidə kimə səs verəjəklərini müəyyənləşdirməyib. Lakin Saakaşvilinin rəqiblərindən ən şanslısının hələ ki mövqeyini müəyyənləşdirməyən seçijilərin dəstəyini qazanajağı təqdirdə belə, bu ona heç birı təhlükə yaratmayajaq. Xüsusilə, Gürjüstan müxalifətinin seçkiyə vahid namizədlə qatılmaq məsələsini həll edə bilməməsi müxalifətçilərin şansını daha da azaldıb. Levan Qaçeçiladzenin birləşmiş müxalifətin namizədi adlandırılmasına baxmayaraq, reallıqda heç bir birləşmədən danışmaq olmaz: İrina Sarişvili, Şalva Natelaşvili və Badri Patarkasişvili seçkiyə ayrı-ayrılıqda gedirlər. Qaçeçiladzenin istifadə edə biləjəyi yeganə "piar-kozır" onun sabiq müdafiə naziri İrakli Okruaşvili tərəfindən dəstəklənməsidir. Xatırladaq ki, o, bir müddət əvvəl, hələ sentyabrın 25-də yaradılan və hazırda müxalifət jəbhəsində təmsil olunan "Vahid Gürjüstan uğrunda" partiyasının fəxri sədri seçilib.
Düşünülməmiş vədlər
Rusiya KİV özünü eyni zamanda həm Abramoviç, həm Anpilova bənzətməyə çalışan Badri Patarkasişvilinin seçkiqabağı kampaniyasını daha diqqətlə izləyir. O, "İmedi" radiosuna açıqlamasında seçkiqabağı proqramının əsas prioritetlərini açıqlayıb: elektrik enercisi və təbii qazın bir hissəsinin pulsuz verilməsi. "Real tariflərin müəyyənləşdirilməsinədək bu minimal təlabatı öz vəsaitim hesabına ödəyəjəyəm", - deyə Patarkasişvili bildirib.
O həmçinin gələn il ölkədə bejərilən sitrus bitkiləri və üzümün hamısını alajağını da vəd edib: "Satış bazarlarının bağlanması, aşağı rüsum üzündən idxal olunan məhsulun yerli istehsalı üstələməsi kəndlilərin günahı deyil". Patarkasişvili işsizlik problemini də diqqətdənkənar qoymaq fikrində deyil. "İlkin mərhələdə hər bir işsiz minimum 600 lari (təxminən, 380 dollar) alajaq. Buna paralel olaraq, iş yerləri də yaradılajaq", - deyə prezidentliyə namizəd qeyd edib.
Demoqrafik problemlərin aradan qaldırılması üçün isə biznesmen yenə də şəxsi vəsaiti hesabına ailələrin ilk uşağına 3 min lari, ikinji övlada 4 min, bundan sonrakı hər uşağa görə isə 5 min lari (3160 dollar) ödəməyə söz verib: "Mən heç zaman dövlət məmuru, xüsusən prezident olmaq iddiasına düşməmişəm. Lakin hamı görür ki, Gürjüstanda kriminal qrup hamını qul etmək üçün hakimiyyətə gəlməyə çalışır. Məhz bu səbəbdən mən bu əxlaqsız qüvvə ilə mübarizə aparmaq qərarına gələrək, prezidentlik uğrunda mübarizəyə qoşulmuşam".
Tiflisdə isə hesab edirlər ki, bu jür vədlər vermək böyük riskdir və ona inanmaq mümkün deyil. "Patarkasişvilinin xalqa təmənnasız elektrik enercisi və ya qaz verilməsi, həmçinin işsizlərə maddi yardım göstərilməsi vədləri seçijilərin ələ alınmasına jəhd kimi qiymətləndirilə bilər və MSK bu qanunsuzluğa göz yummamalıdır", - deyə Mixail Saakaşvilinin seçkiqabağı qərargahının rəhbərlərindən biri, parlamentin hüquqi məsələlər komitəsinin sədri Levan Becaşvili bildirib. Deputatın fikrinjə, Patarkasişvili qələbə qazansa, verdiyi vədləri yerinə yetirə bilər: "Lakin bundan sonra o, Gürjüstandan mümkün olan hər şeyi çəkib aparajaq".
Bu açıqlamaya javab olaraq, Patarkasişvilinin seçkiqabağı qərargahı hakimiyyətin onların namizədlərinə qarşı təxribata əl atdığını bəyan edib. Qurumun rəhbərlərindən olan deputat Qoça Jojua bildirib ki, Patarkasişvilinin "İmedi" radiosunda çıxışından sonra onun Tiflisdəki iqamətgahına yüzlərlə insan toplaşıb və işsizliyə görə vəd olunan maddi yardımı istəyib. Daha sonra isə biznesmen namizədin MSK-dakı nüma-yəndəsi Levan Çxeidze qərargahın ölkə vətəndaşlarına pul paylaması barədə məlumatları təkzib edib və bu, deyilənləri təxribat adlandırıb: "Bu söz-söhbət hökumət tərəfindən məqsədli şəkildə yayılıb. Mən artıq belə bir versiya eşitmişəm ki, guya bizim qərargahımızda insanlara 300 dollardan pul paylanır və əgər seçijilər istənilən banka yaxınlaşaraq Patarkasişviliyə dəstək verdiklərini açıqlayarlarsa, onlara 10 min dollar ödəniləjək. Mən prezidentliyə namizədin rəsmi nümayəndəsi olaraq, bəyan edirəm ki, yanvarın 5-də keçiriləjək seçkiyədək insanlara heç bir maddi dəstək göstərilə bilməz. Bu, seçijinin ələ alınması deməkdir".
İstənilən halda, bu jür səxavətli vədlərlə seçki marafonunu udmağın mümkün olub-olmaması böyük sual doğurur. Xüsusilə də, nəzərə alınsa ki, prezident seçkisi ilə paralel olaraq, əhalinin ölkənin NATO-ya üzvlüyünə razı olub-olmadığını müəyyənləşdirəjək referendum da keçiriləjək. Sual belədir: "Gürjüstan NATO-nun üzvü olmalıdırmı?".
Qeyd edək ki, əhali arasında keçirilən sosioloci sorğularda iştirak edənlərin 84,2%-i alyansa üzvlüyü arzulayır. Gürjüstanda qərbyö-nümlü kursun "aparıjısı"nın isə məhz Mixail Saakaşvili olduğu məlumdur.
Riskli əməllər
Bir çox müşahidəçilər hesab edirlər ki, hazırkı seçki yarışı Gürjüstandakı Azərbayjan ijmasında qüvvələr nisbətini jiddi şəkildə dəyişə bilər. Söhbət azərbayjanlı Fazil Əliyevin əvvəljə prezidentlik uğrunda yarışmaq fikrində olduğunu bəyan etməsindən, sonradan isə namizədliyini geri götürməsindən gedir. Hər halda, Gürjüstan azərbayjanlıları Milli Assambleyasının lideri, Fazil Əliyevin seçki qərargahının rəhbəri Daşqın Gülməmmədovun Gürjüs-tanın Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunduğu məlumdur.
Bundan sonra "Gürjüstan - mənim vətənim" ijtimai birliyinin rəhbəri Əli Babayev Azərbayjan mətbuatına müsahibəsində bildirib ki, o, Fazil Əliyev və Daşqın Gülməmmədovun hansısa siyasi oyunda iştirak etdiklərini düşünür. "Təəssüf ki, seçkiqabağı ərəfədə Daşqın Gülməmmədov və Fazil Əliyevin Gürjüstanın siyasi səhnəsində birgə çıxışları Gürjüstan azərbayjanlıları üçün heç bir fayda gətirmədi. Fazil Əliyev, həqiqətən də, prezident seçkisində iştirak etmək fikrində idisə və namizədliyini bunun üçün irəli sürmüşdüsə, geri çəkilməməli, sonadək getməli idi", - deyə Babayev qeyd edib.
O, D.Gülməmmədovun Gürjüs-tanda işləyən xeyli azərbayjanlını ekstremist adlandırmasını, onları Gürjüstanı parçalamaqda günahlandırmasınını da tənqid edib: "Deyilənlər, əlbəttə ki, doğru deyil. Gülməmmədov və Əliyev vaxtilə Gürjüstandan qovulduqları üçün onların hazırkı hakimiyyətdən küskünlüklərini anlayıram. Onların hökumətə qarşı belə sərt mövqe tutmaları bununla bağlıdır. Lakin bu onlara, Gürjüstandakı azərbayjanlıların hüquqlarının müdafiəsilə məşğul olan, konkret işlər görən digər Azərbayjan ijtimai təşkilatlarına qarşı belə mövqe tutmağa haqq vermir".
Bir çox analitiklərin fikrinjə, Gürjüstandakı azərbayjanlılara məxsus müxtəlif təşkilatlar arasında rəqabət və onların daxili siyasi çəkişmələrə jəlb edilməsi riski bu gün jiddi problemə çevrilməkdədir. Bu azmış kimi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Stiven Hedli Gürjüstanın yalnız erməni yox, həm də azərbayjanlı ijmasını "Rusiyapərəst azlıq" adlandırıb. Bununla yanaşı, Gür-jüstan azərbayjanlıları ətrafında yaşanan gərginliyin son dövrlərdə həyata keçirilən səs-küylü kommunikasiya layihələrini pozmaq üçün jiddi bəhanə olduğunu xatırlatmağa ehtiyaj yoxdur. Bunun fonunda isə "seçkiqabağı qəribəliklər" tamamilə başqa jür qəbul olunur.
MƏSLƏHƏT GÖR: