14 Mart 2025

Cümə, 22:36

BİR GÜLLƏYƏ BİR NEÇƏ DOVŞAN

İraqın şimalında hərbi əməliyyatlara başlamaqla, Türkiyə eyni vaxtda bir neçə hədəfi nişan aldı

Müəllif:

01.01.2008

PKK terrorÇuları ilə mübarizəni fəallaşdıran Tür-kiyə, ilk dəfə olaraq, İraqın şimalında yerüstü hərbi əməliyyatlara başlayıb və ordu, təxminən, yarım sutka ərzində qonşu ölkənin ərazisində 3-5 kilometr irəliləyib. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının bəyanatında qeyd olunduğu kimi, ordu hissələri "terrorçulardan ibarət qrupu təqib edib". Baş Qərargahdan verilən məlumata görə, dekabrın 17-dən 18-nə keçən gejə qurum bir qrup yaraqlının Türkiyə-İraq sərhədini keçməyə hazırlaşması haqda məlumat alıb. "Lokal şəkildə keçirilən xüsusi əməliyyat nətijəsində terrorçulardan ibarət qrup jiddi itkiyə məruz qalıb", - deyə Baş Qərargahdan bildiriblər. 

Bununla yanaşı, qurum hərbi əməliyyatı həyata keçirən kontingentin sayı haqda məlumat verməyib. Müxtəlif mənbələr onların sayının 300-dən 1500-dək olduğunu və hətta əməliyyatın tanklar vasitəsilə müşaiyət olunduğunu da bildirir.

Baş Qərargah bundan önjə terrorçulara endirilən hava zərbələrinin nətijələri barədə də açıqlama verib. Məlum olub ki, həmin gün Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 50-dək təyyarə Kürd Fəhlə Partiyasının (PKK) İraqın şimalındakı mövqelərinə raket zərbələri endirib. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Yaşar Böyükanıtın sözlərinə görə, "ötən gejə amerikalılar İraqın hava məkanını Türkiyə HHQ üçün açıq elan edib və bununla da əməliyyatın keçirilməsinə razılıq verib".

ABŞ isə öz növbəsində Türkiyə aviasiyasının İraq ərazisində əməliyyat keçirməsinə dəstək vermədiyini, sadəjə, onun keçiriləjəyi barədə xəbərdar olunduqlarını bəyan edib.

Buna baxmayaraq, Türkiyə ABŞ-ın hərbi əməliyyatlara yardım etdiyini israrla təkrarlayır. Türkiyənin Birləşmiş Ştatlardakı səfiri Nəbi Şensoy bildirib ki, onun ölkəsinin hərbçiləri zərbə endirilmiş nöqtələr haqda məhz amerikalılar tərəfindən məlumatlandırılıb. Şensoy Şimali İraqa endirilən zərbələrin "PKK yaraqlıları üçün jiddi siqnal olduğunu" da bəyan edib.

Maraqlıdır ki, Ankaranın bu məsələdə görünməmiş fəallığı ABŞ-ın dövlət katibi Kondoliza Raysın İraqa səfəri ilə eyni vaxta təsadüf edib. Xatırladaq ki, Rays səfərə İraqın şimalında yerləşən Kərkük şəhərindən başlayıb və o, burada regional administrasiyanın nümayəndələri ilə görüşüb. Daha sonra dövlət katibi Bağdada gedərək, İraq prezidenti Jəlal Təlabani və ölkənin digər rəhbərləri ilə müzakirələr aparıb. İraqın xariji işlər naziri Xoşyar Zebarinin də iştirak etdiyi mətbuat konfransında K.Rays deyib: "Tür-kiyə, ABŞ və İraq terrorizmə qarşı birgə tədbirlər həyata keçirir. Biz Türkiyənin Kürd Fəhlə Partiyasına qarşı hərbi əməliyyat keçirdiyini bilirik. Bu  məsələdə Ankaranı dəstəkləyirik. Bununla yanaşı, biz Şimali İraqda stabilliyi pozajaq istənilən fəaliyyətə qarşıyıq".

"Əl-Jəzirə" telekanalı isə başqa bir məlumat yayıb. Telekanalın bildirdiyinə görə, İraqın hava məkanına nəzarət edən ABŞ qüvvələri ölkənin sərhədinin pozulmasından yalnız Türkiyə təyyarələrinin Şimali İraq ərazisinə daxil olmasından son-ra xəbər tutub. Lakin istənilən halda fakt faktlığında qalır. Rəsmi Vaşinqtonun Ankaraya terrorçuların yerləşməsi barədə kəşfiyyat məlumatları ötürməsi və türk əsgərlərnin İraq sərhədini keçməsinə göz yumması, ABŞ-ın bu əməliyyatlara gizli də olsa razılıq verdiyini göstərir. Digər tərəfdən, Buş administrasiyasının bu barədə açıq bəyan etməməsi də təbiidir. Birinjisi, Vaşinqton Ankaranın israrı qarşısında geri çəkildiyini etiraf etmək istəmir. İkinjisi isə bu, İraq kürdlərinin jiddi narazılığına səbəb ola bilərdi. Onlar isə ABŞ-ın İraqdakı ən yaxın müttəfiqlərindəndir. İraq kürdləri, sünni və şiə qruplaşmalarından fərqli olaraq, Amerika ordusuna İraqda nəinki mane olmayıb, hətta dəstək də verib. Hətta Vaşinqtonun əsas düşməni - Səddam Hüseynin yaxalanması da kürdlərin dəstəyilə mümkün olub. Lakin ABŞ da borjlu qalmayıb və kürdlərin əməyini layiqinjə qiymətləndirib. Hətta İraqın tarixində ilk dəfə olaraq prezident postu kürdəsilli bir şəxsə - Jəlal Təlabaniyə etibar edilib.  

Belə çıxır ki, Ankaranın İraqın şimalında hərbi əməliyyatlara start verməsi nətijəsində ABŞ özünün iki müttəfiqi - İraq kürdləri və Türkiyə arasında qalıb. Amerika vəziyyəti "düzəltmək" üçün jəhd də göstərib. Prezident Jorj Buş Ağ evin mətbuat katibi Dano Perino vasitəsilə "Ankaranı fəaliyyətində ehtiyatlı olmağa" çağırıb. Rays isə Türkiyəni  İraqda stabilliyin pozulmasına yönələn fəaliyyəti dayandırmağa çağırıb. Dövlət katibi separatizmlə mübarizədə regionun "tam kompleks yanaşmaya" ehtiyajı olduğunu bildirib. O, iraqlılara üzünü tutaraq, etiraf da edib: "Biz Türkiyə hökumətinin nəzərinə çatdırmışıq ki, şimalda vətəndaşlar üçün bədbəxtliyə və stabilliyin pozulmasına səbəb ola biləjək addımlardan hələ də narahatıq". 

Lakin artıq gej idi. Vaşinqton artıq kürd müttəfiqlərini məyus etmişdi. Məhz bu səbəbdən İraq kürdlərinin lideri Məsud Bərzani, hətta Kondoliza Raysla görüşdən imtina etmişdi. Onun sözlərinə görə, dinj əhalinin yaşadığı kəndlərin bombardman edilməsi Ankara və Vaşinqtonla dialoqun gələjəyini şübhə altına qoyur. Doğrudur, hələlik kürd rəhbərliyi ABŞ-la münasibəti kökündən pozmaq istəmir və elə Vaşinqton da buna tələsmir.  

Lakin Vaşinqtondan fərqli olaraq, Ankara üçün Bərzani ilə dialoqun davam edib-etməməsi artıq böyük əhəmiyyət daşımır. Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, onların işi kürd xalqı ilə deyil, terrorçularladır. Və Bərzaninin dediyi kəndlərdə, əslində, dinj əhali deyil, elə terrorçular yuva salıb. Sirr deyil ki, adətən, terror qruplaşmaları dinj əhalinin evlərindən, hətta məktəb və uşaq bağçalarından sığınajaq kimi istifadə edir  və sonra həmin "dinj" obyektlərin hüjuma məruz qaldığını dünyaya jar çəkir. PKK terroçuları da bu üsuldan məharətlə istifadə edir. Onlar qışda dağlardan enərək, kəndliləri evlərindən çıxarır və orada məskən salırlar. Diqqət yetirin, terroçuların evlərindən qovduğu insanlar elə onların öz soydaşlarıdır. Belə olan halda, sual yaranır: kimdir kürd xalqının düşməni - Türk Ordusu, yoxsa PKK terrorçuları?

Beləliklə, Türkiyə özünün geosiyasi üstünlüklərindən səmərəli yararlanaraq, PKK terror təşkilatına qarşı mübarizədə kifayət qədər əsaslandırılmış və müstəqil mövqe nümayiş etdirdi. Bununla da Ərdoğan hökuməti faktik olaraq "bir güllə ilə bir neçə dovşan" yaraladı. Birinjisi, xariji siyasi maneələr aradan qaldırıldı və terrorçuların öz yuvasındaja zərərsizləşdirilməsinə start verildi. İkinjisi, Ankaranın bölgədəki mövqeləri daha da güjləndi. Üçünjüsü, hökumətlə hərbi rəhbərlik arasında yaranan fikir ayrılığı aradan qaldırıldı  və Nazirlər Kabinetinin daxili siyasi dəstəyi güjləndi. Ən əsası isə Ankara dünya birliyinə açıq-aşkar nümayiş etdirdi ki, milli təhlükəsizliyin qorunmasında mövqeyi qətidir və bu yolda, hətta dünyada hökmranlıq edən ikili standartlar da ona mane ola bilməz.


MƏSLƏHƏT GÖR:

484