15 Mart 2025

Şənbə, 00:42

HƏR GECƏNİN BİR GÜNDÜZÜ DƏ VAR

Azərbaycanın adlı-sanlı şahmatçılarının Xantı-Mansiyskdəki uğursuzluğuna baxmayaraq, onlar qran-pri yarışlarında şahmat tacına iddia edə bilərlər

Müəllif:

15.12.2007

Xantı-MansiyskdƏ keÇirilƏn Dünya Kuboku azərbayjanlı qrossmeysterlər üçün uğursuz olub. Yarışın favoritlərindən hesab olunan Şəhriyar Məmmədyarov və Teymur Rəjəbov turniri ilkin mərhələdəjə tərk ediblər. Bu, müəyyən mənada, yarışın keçirildiyi nokaut-sistemlə də əlaqədar sayıla bilər -  bu sistemdə aparıjı oyunçuların dərəjəsi bəzən heç bir rol oynamır.

 

Uğur qazana bilmərikmi?

Yarışın gedişində, demək olar ki, bütün qrossmeysterlər belə bir fikirdə idilər ki, turnirin favoriti məhz Şəhriyar Məmmədyarovdur. Onun xeyrinə olan amillər yalnız iştirakçıların reytinq jədvəlində tutduğu ikinji reytinq yox, həm də Şəhriyarın vizit vərəqəsi sayılan sürətli hüjum oyunu idi. 

Əgər Ş.Məmmədyarov yarış qrafikində müəyyən qədər fasilə verərək, Xantı-Mansiyskə bir qədər dinjəlmiş vəziyyətdə gəlsəydi, ən yüksək yerlər uğrunda mübarizəyə hazır olardı. Lakin indiki situasiyada o, rəqibləri ilə mübarizədən daha çox, öz yorğunluğu ilə mübarizə aparmaq məjburiyyətində qaldı. Buna görə də onun turnirdə  yüksək yerlər tutajağına əminlik yox idi.  

Beləliklə, yarışa başlayan Şəhriyar Məmmədov ilk iki turda misirli Xaled Abdel Razik və xorvat Zdenko Kozula qarşı oyunda  öz dərəjəsinə söykənərək  qalib gələ bildi. Amma 1/16 finalda İvan Çeparinovla qarşılaşmada artıq bu nömrə keçmədi.

Qeyd edək ki, ambisiyalı bolqar şahmatçının  hazırda inkişaf tempi  çox yüksəkdir. Onun nümunə götürəjəyi şəxs var. Həmin şəxs sabiq dünya çempionu bolqar Veselin Topalovdur. Onu da bildirək ki, Çeparinov   Veselin Topalovun sekundantıdır və o, solo karyerasına heç də pis başlamayıb. 

Buna baxmayaraq, Şəhriyarın rəqibinin 1/8 finala çıxmasına  əngəl yaratmaq üçün yaxşı şansı var idi. Lakin ilk turda qara fiqurlarla oynayan Azərbayjan şahmatçısı zərbə mövqeyini hesablamadığından məğlubiyyətə uğradı. İkinji partiyada  da onun yol verdiyi səhvlər Çeparinovu özündən daha güjlü rəqibinə qalib gəlmək mövqeyinə çıxardı, lakin   Məmmədyarovun heç-heçə təklifini qəbul edən bolqar  iki oyunun nətijələrinə görə irəliləmək imkanı qazandı. 

Mətbuat konfransında Məmmədyarov dedi ki, özünün Xantı-Mansiyskdəki oyunda uğur qazana bilməyəjəyini  əvvəljədən hiss edirmiş. "Mixail Talın memorialında Qata Kamski və Vladimir Kramnikə məğlub olaraq, liderliyi biabırçı şəkildə əldən verdikdən sonra anladım ki, sanki şahmat taxtası arxasında əyləşən başqa bir Şəhriyardır. Mən səhvlərə yol verməyə başladım, özümə xas olmayan bu halla Dünya Kubokunda yüksək yerlərə iddia etmək mümkün deyildi", - deyə qrossmeyster bildirib. 

Məmmədyarovun sözlərinə görə, o, Xantı-Mansiyskdə qarşısına konkret  məqsəd qoymamış, turdan-tura adlamağa səy göstərmişdir. 

Şəhriyar sonda demişdir ki, "Əlbəttə, oyun mövsümü məni əldən salıb. Konkret nətijə əldə etmək istəyən adam bu qədər çox oynamamalıdır. Mən heç vaxt bu qədər çox oyun keçirməmişdim".

Yarışın ən təjrübəli iştirakçısı olan Teymur Rəjəbov isə silahı daha tez - artıq 1/32 finalda yerə qoymalı olub. Sözügedən turnirin Dünya çempionatı adlandırıldığı dövrü də nəzərə alsaq, bu, Teymur üçün beşinji analoci turnir idi. 2004-jü ildə Liviyada bürünj medala layiq görülən Rəjəbov, bu dəfə həmin nailiyyətini təkrarlaya bilmədi və  polşalı rəqibi Bartolomey Maçeiyə məğlub olaraq, turniri tərk etdi. Halbuki T.Rəjəbovun qələbə şansları pis deyildi, o, qalib gələ  bilərdi. Amma ikinji turda yol verdiyi kobud səhv bütün ümidləri puça çıxardı. 

Yeri gəlmişkən, T.Rəjəbov Dünya Kubokuna planlı şəkildə hazırlaşırdı və bu səbəbdən, hətta Moskvada keçirilən Mixail Tal memorialına da getməmişdi.

Sabiq dünya çempionu Veselin Topalovun menejeri Silvio Danailovun fikrinjə, həmyerlilərimiz psixoloci baxımdan üzülmüşdülər. "Belə yarışlarda əsəblərin möhkəmliyi əsas şərtlərdən biridir. Sakit oynamaq  lazımdır. Şahmatçı nətijə barədə düşünməyərək, öz oyununu oynamalıdır. Şəhriyar çox güjlü qrossmeysterdir. O, istənilən rəqibə qalib gələ bilər və bunu dəfələrlə sübut edib. Hər halda, Məmmədyarov bir neçə dəfə Veselin Topalovu da üstələyib və onun oyunu daim rəqiblər üçün jiddi problemlər yaradır. Düşünürəm ki, turnirin sərt qrafiki olmasaydı, partiyalar daha kompromissiz şəraitdə keçərdi", - deyə Danailov qeyd edib.

Xantı-Mansiyskdəki uğursuzluqlara baxmayaraq, həm Məmmədyarov, həm də Rəjəbov FIDE-nin təşəbbüsü ilə gələn il keçiriləjək Qran-pri yarışında şahmat tajı uğrunda mübarizə apara bilərlər. Beynəlxalq Şahmat Federasiyasının yeni ideyasına əsasən, Qran-prinin qalibi 2009-ju ildən başlayaraq, Dünya Kubokunun qalibi ilə iddia qarşılaşmasında görüşəjək. Bu isə şahmatçılarımızın yüksək titul uğrunda  əlavə şans əldə etməsi  deməkdir. 

Dünya Kuboku yarışında iştirak edən FIDE -nin prezidenti Kirsan İlümcinov son illər Azərbayjan şahmatçılarının professionallıq baxımından nəzərəçarpajaq  dərəjədə yüksəldiklərini bildirib. O deyib ki, "Şahmat aləmində gənj istedadlar nəsli  peyda olub. Onlar qısa müddət ərzində  beynəlxalq arenada  nüfuz qazana biliblər. Maqnus Karlsen, Dmitri Yakovenko və əlbəttə ki, Şəhriyar Məmmədov və Teymur Rəjəbov belə gənjlərdəndir".

O, gələn ildən keçirilməsinə başlanılajaq Qran-pri yarışı  haqqında da danışıb: "İki il ərzində bu seriyadan altı yarış təşkil olunajaq və qrossmeysterlərdən hər biri iştirak etmək istədiyi 4 yarışı sərbəst şəkildə seçə bilər. Bu sistem artıq FIDE-nin konqresi tərəfindən bəyənilib və təsdiqlənib. O, gələn ildən qüvvəyə minəjək".

 

Şans var

Artıq məlumdur ki, çempion titulu uğrunda Vişvanatan Anandla Vladimir Kramnik arasında keçiriləjək qarşılaşmada məğlub olan, həmçinin iddia oyununda rəqibinə uduzan idmançının Qran-priyə vəsiqə qazanajağı məlumdur. Bu, Vaselin Topalov, yaxud Xantı-Mansiyskdə keçirilən Dünya Kubokunun hələ aşkara çıxarılajaq  qalibi ola bilər. Habelə, Qran-pridə Dünya Kuboku yarışlarında yarımfinaladək irəliləmiş idmançılar da iştirak edəjəklər. Təbii ki, seçim FIDE-nin reytinq jədvəlinə əsasən də aparılajaq və məhz bu, Məmmədyarovla Rəjəbovun nüfuzlu turnirdə güjlərini  sınamaq imkanı qazanajaqlar.

Dünya Kubokunun keçirildiyi nokaut-sistemə qayıdaraq, qeyd edək ki, bir çox mütəxəssislər tərəfindən tənqid olunan bu sistemə münasibət bildirən FIDE prezidenti onun özünü tamamilə doğrultduğunu düşünür: "Bu qarşılaşmalarda ön plana yalnız ustalıq deyil, həm də oyunçunun psixoloci dözümlüyü çıxır. Duelə kim daha hazırdısa, o da qalib gəlir". 

İlümcinov onu da qeyd edib ki, federasiya revanş qarşılaşmasının keçirilməsi praktikasını aradan qaldırajaq. "Vişvanatan Anandla Vladimir Kramnik arasında keçiriləjək qarşılaşma bu siyahıda son oyun olajaq. Şahmat tajı uğrunda yalnız dünya çempionu ilə Dünya Kubokunun qalibi yarışajaq", - deyə ali qurumun prezidenti bildirib.

FIDE-nin mətbuat katibi Berik Balqabayevin fikrinjə  də azərbayjanlı qrossmeysterlərin   oyun səviyyəsi  yüksəkdir və ölkədə şahmatın inkişafın xüsusi diqqət yetirilir. Bu məsələyə FIDE-nin Konqresinin bir müddət əvvəl Türkiyədə keçirimiş toplantısındakı çıxışında qurumun prezidenti Kirsan İlümcinov da münasibət açıqlayıb. O, deyib: "Azərbayjan prezidenti İlham Əliyev 2008-2014-jü illərdə ölkədə şahmatın inkişafına dair proqramın hazırlanması  barədə sərənjam imzalayıb. Bu, təsadüfdən doğan bir hal deyil. Sizin qrossmeysterləriniz Teymur Rəjəbovun, Şəhriyar Məmmədyarovun, Vüqar Həşimovun, Rauf Məmmədovun uğurları nəzərə alınmaqla həyata keçirilib. Bu gənj şahmatçıların böyük perspektivi var və onların komanda üzrə Avropa çempionatında üçünjü yeri tutmaları da bunu bir daha sübut edir. Digər tərəfdən, Azərbayjanda qadın şahmatına da jiddi diqqət ayrılması sevindiriji haldır. Bu baxımdan Bakıda keçirilən beynəlxalq turnirə münasibət çox yüksək olub. Görünür, ölkənizdə şahmata çox diqqətlə, məsuliyyətlə və böyük hörmətlə yanaşılır ki, bu da öz nətijəsini verməkdədir. Hazırda Rəjəbov və Məmmədyarov FIDE-nin ilk onluğunda təmsil olunurlar. Azərbayjandan başqa, belə yüksək göstəriji ilə yalnız Rusiya öyünə bilər".


MƏSLƏHƏT GÖR:

399