15 Mart 2025

Şənbə, 00:44

MARAQ ZONASI

Azərbaycanda innovasiya zonaları yaradılması layihəsi beynəlxalq donorları cəlb edir

Müəllif:

01.12.2007

Azərbayjan yüksək texnoloci informasiya iqtisadiyyatının xas olduğu postsənaye dövrünə sıçrayış ərəfəsindədir. Bu istiqamətdə irəliləməni texnoparkların - IT-texnikanın istehsal  və proqram təminatıı üzrə mərkəzlərin yerləşəjəyi regional innovasiya zonalarının (RİZ) yaradılması  dəstəkləməlidir. RİZ yaradılmasının Rabitə Nazirliyi (RN) tərəfindən işlənib-hazırlanan layihəsi artıq nazirliklərin əksəriyyətində ekspertizadan keçib və jari ilin sonuna qədər Milli Məjlisin müvafiq qanun qəbul etməsi mümkündür. Artıq dünyanın aparıjı IT-şirkətləri Azərbayjanın innovasiya zonaları layihəsində iştiraka hazır olduqlarını bildiriblər.

 

Beşinji element

Bu yaxınlarda Azərbayjanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib: "Son 4 il ərzində Azərbayjanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda orta illik artım tempi, təxminən, 30% təşkil edərək, dünya üzrə artım templərini 2,7 dəfə qabaqlayıb". Ümumdünya İqtisadi Forumunun dəyərləndirmələrinə görə, 2006-2007-ji illərdə ölkəmiz İKT-nin inkişaf səviyyəsinə görə xeyli  dərəjədə irəliləyərək, dünya ölkələri reytinqində 71-ji yeri tutub. 

Lakin bu sahənin önəmli nailiyyətlərinə baxmayaraq, hazırda ölkəmizdə İKT sənayesinin bütün istiqamətləri illik 0,5 mlrd dollardan bir az çox gəlir gətirir. Onun ÜDM-də yarım ilin nətijələrinə əsasən payı isə təxminən 2% təşkil edir ki, bu da sektorun potensial imkanlarına tam müvafiq deyil. Belə bir durum, qismən, ölkənin ÜDM-nin əsas hissəsini təşkil edən neft sektorunun sürətli inkişafı ilə izah olunur. Ə.Abbasovun dediklərindən: "Bu disbalansı aradan qaldırmaq üçün maksimum səy göstərmək - yaradılan innovasiya zonalarına aparıjı xariji və yerli IT-şirkətlərin  və beynəlxalq maliyyə təşkilatlarının investisiyalarını jəlb etmək üçün ideal biznes-iqlim formalaşdırmaq zəruridir". 

RİZ yaradılması layihəsi 5 əsas komponentdən ibarətdir: 1. Kiçik və orta innovasiya biznesinin inkişaf etdirilməsi üçün texnopark yaradılması.  Bu tədbirin  gerçəkləşdirilməsi üçün ötən ildən iş aparılmaqdadır. 2. Elektron avadanlıqları və proqram məhsulları istehsalı və ixrajı üzrə regional baza yaradılması. 3. Data jentre təşkili və ölkənin regional tranzit informasiya qovşağına çevrilməsi. 4. Formalaşmaqda olan informasiya jəmiyyəti üçün insan resurslarının hazırlanması və inkişaf etdirilməsi. 5. İqtisadiyyatın müxtəlif sahələrində İKT-nin tətbiqi üzrə təsirli mexanizm və strukturların yaradılması. Əslən azərbayjanlı olan məşhur alim, Kaliforniya Berkli Universitetinin professoru Lütfüzadə layihə təşkilatçılarına aşağıdakı təkliflə mürajiət edib: "RİZ layihəsi çərçivəsində tərkibinə sənaye sahələrinin təmsilçiləri olan az sayda ekspertlərin, yalnız Azərbayjanın deyil, qonşu ölkələrin, məsələn, Türkiyə və Rusiyanın da ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının alimlərinin daxil olduğu  elmi-texniki araşdırmalar və işləmələr regional mərkəzinin yaradılması optimal olardı". 

 

Diqqət mərkəzində nanotexnologiyalardır

IT-sıçrayışın ümumi konturlarını müəyyənləşdirən RİTN müvafiq strategiyanın və onun həyata keçirilməsinin dəqiq planının hazırlanmasına başladı. İZ layihəsinin hazırlanması idarəetmə və texnoloci konsaltinq üzrə "Booz Allen Hamilton" beynəlxalq şirkətinin dəstəyilə həyata keçirildi. Bu şirkət innovasiya zonalarının formalaşdırılmasında ən səlahiyyətli qurumlardan biri sayılır. Dünya üzrə 18 minə yaxın mütəxəssisi var. Dubay Əmirliyinin iqtisadiyyatının inkişaf strategiyasının hazırlanması və Malayziyada multimedia dəhlizinin yaradılması kimi uğurlu layihələri həyata keçirib.

İKT sektoruna investisiyalar jəlb olunması, ilk növbədə, texnoparklar yaradılmasını təmin etməlidir. Texnoparklarda  proqram təminatı yaradılajaq, güjlü kompüterlər və nootbuklar, çoxfunksiyalı rəqəmli qurğular yığılması həyata keçiriləjək, həmçinin IT sahəsində servis şirkətlərinin fəaliyyəti inkişaf edəjək. 

Nazirliyin digər məsləhətçisi -  "Global Resources" şirkəti texnopark bölməsini təbabət və biotexnologiyalar sahəsində avadanlıq və proqram təminatı işləyib-hazır-layanların jəlb olunması hesabına genişləndirməyi təklif edir.

RİZ strukturunun formalaşdırılması zamanı nanotexnologiyalara və ölkəmizin dünya elmi-texniki və istehsal proseslərində iştirakına xüsusi diqqət yetirilməsi təklif olunur, çünki bu istiqamət XXI əsrdə elm və texnikanın inkişafı üçün aparıjı rol oynayajaq. Elektronika, optika, rabitə, günəş energetikası, kvant və neyrokompüterlər yaradılmasını, həmçinin bioelektronikanın inkişaf etdirilməsini mümkün edəjək prinsipjə yeni yarımkeçirijilər istehsalı - bunlar nanotexnologiyaların inkişafının təqdim etdiyi imkanların yalnız jüzi bir hissəsidir. RİZ layihəsi çərçivəsində ölkəmizdə nanotexnologiyalar sahəsində elmi axtarışların aparılajağı nəzərdə tutulan araşdırma mərkəzinin, həmçinin yarımkeçirijilərin element bazasının yaradılmasında istifadə olunajaq istehsalat-tədqiqat müəssisəsinin meydana çıxarılması planlaşdırılır.

 

Sərmayədarlar üçün güzəştlər

Riz-lərə xariji sərmayədarların jəlb edilməsi və burada ixraja istiqamətlənən istehsal yaradılması üçün layihədə vergi, gömrük və digər güzəştlər nəzərdə tutulub. Bu barədə "Regional innovasiya zonaları: problemlər və həllər" beynəlxalq konfransının iştirakçılarına nazir Ə.Abbasov məlumat verib: "Bu zonalarda fəaliyyət göstərəjək müəssisə və təşkilatlar üçün vergi dərəjələri sıfır səviyyəsinə qədər azaldıla bilər". Onun sözlərinə görə, RİZ layihəsi üzrə hökumətə təqdim olunan təkliflər paketində monetar siyasətdə güzəştlərin tətbiqi, Azərbayjanda idxal-ixraj bankının (Eximbank) yaradılması, həmçinin burada istehsal olunan əmtəələr və xidmətlər üzrə dövlət sifarişlərinin həjminin artırılmasına dair məsələlər öz əksini tapıb.  

Hazırda innovasiya zonaları yaradılması layihəsi dünyanın "Microsoft", "Cisco Systems", "Hewlett Packard", "Intel" və b. aparıjı IT-şirkətlərinin həqiqi marağını doğurur. Artıq bu şirkətlər innovasiya zonalarının inkişafına texniki yardım göstərməyə və sərmayə yatırmağa hazır olduqlarını da açıqlayıblar.  Son 2-3 ayda RİTN rəhbərliyi ölkəmizdə İKT sektorunun inkişafını maliyyələşdirməyə hazır olan islam və Asiya inkişaf banklarının, Ümumdünya Bankının təmsilçilərilə kifayət qədər səmərəli danışıqlar da aparıb. Elektronika, kommunikasiya və kompüter avadanlığı istehsalına Jənubi Koreya, İsrail və Tailanddan jiddi yatırımlar gözləmək mümkündür. 


MƏSLƏHƏT GÖR:

484