
BAKI "ƏN GÜCLÜ ATLETLƏRİ" QƏBUL EDƏCƏK
Azərbaycan paytaxtı 2010-cu ildə bodibildinq üzrə dünya çempionatına ev sahibliyi etmək hüququ qazanıb
Müəllif: Zəki FEYZULLAYEV Bakı
Koreyanın Jeju şəhərində keçirilən bodibildinq üzrə Dünya çempionatı Azərbayjan üçün tarixi hadisə sayıla bilər. Burada söhbət məsələnin idman jəhətindən daha çox federasiyanın inzibati uğurundan gedir: 2010-ju ilin dünya çempionatını keçirmək məhz Azərbayjana həvalə olunub.
Beləliklə, dünya birinjiliyinin növbəti üç ili üçün təqvimi indidən hazırdır: çempionat 2008-ji ildə Bəhreyndə, sonrakı il Dubayda, 2010-ju ildə isə Azərbayjanda keçiriləjək.
Qarşıdakı üç ildə dünya birinjiliyinə ev sahibliyi edəjək paytaxtların adlarının indidən bəyan edilməsi beynəlxalq federasiya (IFBB) üçün nadir hadisədir. Qurum indiyədək bu jür "tələskənliyə" yol verməyərək, digər namizəd ölkələrin özlərini göstərməsi üçün imkan yaradırdı. Bakı ilə bağlı vəziyyət isə xoş istisna təşkil edib. Məsələ ondadır ki, Azərbayjan sonunjusu bu il olmaqla, artıq iki dəfə bodibildinq üzrə Avropa çempionatına ev sahibliyi edib və Rafael Santoxanın rəhbərlik etdiyi IFBB Bakının təşkilatçılıq qabiliyyəti ilə yaxşı tanışdır. Jejuda keçirilən konqresdə qurum rəhbərinin Avro-2007-in Bakıda yüksək səviyyədə keçirildiyini toplantı iştirakçılarının nəzərinə çatdırması, prezident İlham Əliyev və gənjlər və idman naziri Azad Rəhimov ilə görüşü barədə danışması əbəs yerə deyildi.
Azərbayjan Bodibildinq Federasiyasının prezidenti Rauf Bünyatəliyev məsələyə belə münasibət bildirib: "IFBB-nin seçimi təsadüfi xarakter daşımır. Azərbayjanda Gənjlər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin böyük turnirlərin təşkilinə nejə diqqətlə yanaşğıdı bizim hamımıza məlumdur. Bütün bunlar ölkə prezidenti İlham Əliyevin məsələyə yorulmadan diqqət yetirməsinin nətijəsidir. İki dəfə bodibildinq üzrə Avropa çempionatında iştirak etmək üçün Azərbayjana gələn qonaqlar da bunun şahidi olublar. Açığı, mən mundialın Bakıya verilməsi barədə İFBB-nin qərarından sevinjliyəm. Adamın fəaliyyətində, həyat pozisiyasında daim yadda qalan məqamlar olur. Buna görə də Azərbayjanda dünya çempionatının keçiriləjəyi faktı son dərəjə yüksək qiymətləndirilməlidir".
Maraqlıdır ki, Bakıda keçiriləjək dünya birinjiliyi ilə eyni vaxtda IFBB-də yeni prezident seçkisi də təşkil olunajaq. Amma bu seçki sadəjə formal xarakter daşıyajaq. Çünki R.Santoxa bodibildinq dünyasında inkaredilməz nüfuza malikdir və nüfuzunu daha da artırmağa çalışır. Məsələn, həvəskar kulturistlərin məşhur "Arnold Classic" turnirində iştirakına məhz şəxsən Santoxa nail olub. Qeyd edək ki, bu versiyanın yaradıjısı məşhur Arnold Şvarsneggerdir.
Santoxa Kaliforniyanın qubernatoru ilə prinsipial razılıq əldə edib və gələn ildən etibarən bu turnirdə Azərbayjan atletləri də iştirak edə biləjəklər.
Hazırki situasiyanı şərhini verən R.Bünyatəliyev bu addımın tarixi əhəmiyyət daşıdığını: "İstənilən yaxşı yenilik bu və ya digər işin xeyrinədir, onun gələjəyini və inkişafını təmin edir. Yenilik dünya səviyyəsində əhəmiyyət daşıdıqda isə onun mahiyyətini lazımınja qiymətləndirməmək mümkün deyil. Axı turnir böyük və hörmətli insan və idmançı, hətta, demək olar ki, müasirliyin rəmzi Arnold Şvarsneggerin adı ilə birbaşa bağlıdır. "Arnold Classic" əhəmiyyətinə görə, "Mister Olimpiya"dan sonra ikinji turnirdir. Məhz "Mister Olimpiya" Arnoldu indiki səviyyəsinə gətirib çıxarıb. O, "Arnold Classic"ə özü start verib. Artıq bu turnirdə həvəskarların da iştirakına yol açılması, həqiqətən də, tarixi əhəmiyyət daşıyır. Bu fakt dünya kultirizminin inkişafında həllediji rol oynayajaq. Diqqətə çatdırmaq lazımdır ki, hazırda həvəskar və peşəkar bodibildinq arasında dərin uçurum var. Bu iki tərəfin bir araya gələjəyi turnirin təşkili, fikrimjə, idmanın gələjəyi baxımından çox böyük əhəmiyyətə malikdir. Hər halda, bir səhnədə iki istiqamət - real və mənim fikrimjə, qeyri-real istiqamətlər nümayiş ediləjək. Üstəlik, turnir jiddi informasiya dəstəyi alajaq. Fikrimjə, həvəskar bodibildinq peşəkar kultirizmlə müqayisədə tamaşaçılar, adi insanlar tərəfindən daha həvəslə izlənilir və real sayılır".
Qeyd edək ki, son illər Azərbayjan bodibildinqçiləri beynəlxalq arenalarda kifayət qədər uğurlara imza atıblar. Buna bariz misal olaraq, Bakıda keçirilən Avro-2007-in nətijələrini göstərmək olar. Turnirdə Azərbayjan idmançıları komanda hesabında ikinji yeri tutub. Kifayət qədər yaxşı balanslaşdırılmış komandanın liderləri isə Anatolu Məsimov (65 kq) və Vüqar Verdiyevdir (85 kq). Məsimov Jejuda da mükafat əldə etmək üçün yaxşı imkanlara malik olsa da, səhhətində yaranan problem onu bu imkandan məhrum edib. "Hamı bilir ki, Anatolu çox istedadlı, eyni zamanda öz imkanlarının nümayiş etdirilməsində bəxti gətirməyən idmançılardan biridir", - deyə milli federasiyanın prezidenti qeyd edib və onu da deyib ki, "Anatolunun göstərijiləri hazırda dünyada bu çəkidə ona bərabər idmançının olmadığını söyləməyə əsas verir. Belə həjm və proporsiyaya malik idmançı yoxdur. Atletin yeganə problemi formasını keyfiyyətin yaxşılaşdırılması şərti ilə ən yaxşı səviyyəyə qaldırmaqdır. Daha bir problem isə turnirdəki sıx rəqabətdir ki, burada da hərdən hakimlərə təsir edə bilən federasiyaların rolu var. Biz idmançıların tərəzidə çəkilməsi prosedurunun gedişində yarışa qatılanların siyahısına baxan zaman bütün mütəxəssislər "qızıl"ın Braziliyadan olan dördqat dünya çempionu Santos və bizim Anatolu tərəfindən qazanılajağına əmin olmuşdular. Braziliyalı, ümumiyyətlə, Məsimovun formasına heyran qalmışdı və bunu gizlətmirdi. Həqiqətən də atlet əla formada idi. Lakin axşama yaxın o, birdən-birə iştahasını itirdi, daha sonra isə özünü pis hiss etməyə başladı. Onun bütün bədəni qıj oldu və vəziyyətin düzəldilməsi istiqamətində səylərimiz heç bir nətijə vermədi. Nətijədə, Anatolu düşdüyü vəziyyətdən çıxmaq üçün duzlu qarışıqlar qəbul etməyə başladı. Bu isə formanın itirilməsi ilə nətijələndi və bizdə idmançının səhnəyə çıxa biləjəyinə böyük şübhələr yaratdı. Lakin Məsimov heç vaxt mübarizədən çəkinməyib və bu dəfə də səhnəyə çıxmağa qərar verdi. Buna baxmayaraq, vəziyyəti ona pozalar göstərməyə imkan vermədiyindən, Anatolu yalnız müxtəlif duruşlar göstərdi. Ən tragikomik olanı isə üzərinə beş litr su tökən və heç bir poza göstərməyən Məsimov 10-11-ji yerləri bölüşdürərək, yarımfinala çıxa bildi. Bu onun nəyə qadir olduğunun göstərijisidir".
Ümumiyyətlə, bodibildinq idmanın kifayət qədər subyektiv növüdür. Burada idmançının hazırlıq vəziyyəti ilə yanaşı, hakimlərin qərarı da çox şeyi həll edir. Onların qiymətləndirməsi isə real vəziyyəti əks etdirməyə də bilər. Hərdən hakimlərin tanınmış bodibildinq ölkələrinin - Rusiya, İspaniya, Slovakiya, Polşa və digər bu kimi ölkələrin idmançılarına xüsusi diqqət ayırmasının şahidi oluruq. Bu isə, təbii ki, indiyədək "Avropada və dünyada" jiddi uğurlara nail olmayan ölkələr üçün çətinliklər yaradır. Elə A.Məsimov da debüt yarışında belə halla üzləşərək, qitə və dünya birinjiliklərində dördünjü yerlə kifayətlənməli olub. Bəzən hətta tanınmış liderlər də çətinliklərlə qarşılaşırlar. Məşhur idmançı Tahir Faxruttinovun fikirləri də bunu təsdiqləyir: "Rəqiblərdən yox, hakimlərdən ehtiyatlanıram". Odur ki idmançının uğur əldə etməsi üçün onun rəqibindən bir baş üstün olması lazımdır.
Maraqlıdır ki, R.Bünyatəliyev yarışlarda idmançılar qarşısında konkret tələblər qoymur: "Hər bir bodibildinqçi özünün yaxşı formasını nümayiş etdirməli və səhnədə özünü ən yaxşı tərəfdən göstərməlidir".
Buna görə də komanda doğma meydanda keçiriləjək dünya birinjiliyində yüksək nətijə göstərməsi üçün indidən hazırlığa başlamalıdır. Bünyatəliyev onu da deyir ki, "Biz dünya birinjiliyinə ev sahibliyi etmək ərizəsini kimlərəsə qonaqpərvərliyimizi nümayiş etdirmək və hədiyyələr paylamaq üçün verməmişik. Dünya çempionatını vətənimizdə ona görə keçiririk ki, qalib gələk və ən yüksək nətijələrə imza ataq. Əks halda, mən federasiya prezidenti kimi turniri uğursuz hesab edəjəyəm".
Hələlik yarışa 3 il var və indidən nətijələrin nejə olajağını proqnozlaşdırmaq tezdir.
MƏSLƏHƏT GÖR: