
NORD STREAM KABUSU AVROPANI DOLAŞIR
Hollandiya "Qazprom"a yardıma tələsir
Müəllif: Roma NEYMAN Bakı
Baltikyanı ölkƏlƏrin müqavimətilə üzləşən Şimali Avropa qaz kəməri layihəsi təslim olmaq niyyətində deyil. Noyabrın 6-da Kremldə "Qazprom"la Hollandiyanın "Qazyuni" şirkəti arasnda imzalanan sazişə əsasən, sonuncu Almaniyanın E.ON və BASF şir-kətlərinin paylarının 24,5%-dən 20%-ə qədər azaldılması hesabına Nord Stream AG-də 9% pay əldə edib və bununla da həmin layihənin gerçəkləşdirilməsinə qoşulub. Rusiya-Hollandiya danışıqlarının nəticələrinə dair mətbuat toplantısında Rusiya prezidenti V.V.Putinin vurğuladığı kimi, "holland şirkətinin bu layihədə iştirakı onu, həqiqətən, çoxtərəfli edir və əlbəttə, gerçəkləşdirilməsi üçün daha yaxşı şərait yaradır". Həqiqətən, "Qazyuni" (N.V.Nederlandse Gasunie) Hollandiyanın qazın saxlanması və nəqli sahəsində ixtisaslaşan ən iri şirkətidir (qaz kəmərlərinin uzunluğu 12 min km-ə çatır, yeraltı qaz anbarlarının gücü 1,1 mlrd kub.m təşkil edir; 2006-cı ildə qaz tranzitinin həcmi 95 mlrd kub.m, gəliri isə $1,25 mlrd çox olub) və onun ŞAQK-də iştirakı həmin layihənin rəqabət mövqelərini gücləndirir.
Qeyd etmək lazımdır ki, imzalanan saziş düz bir il bundan əvvəl - 5 noyabr 2006-cı ildə "Qazprom"un sədri A.Millerlə "Qazyuni"nin prezidenti M.Kramer tərəfindən şirkətlərin Nord Stream və Balgzand Bacton Lane (BBL, gücü 20 mlrd kub.m olan qaz kəməri) layihələrində qaşılıqlı iştirakı barədə imzalanan çərçivə memorandumunun prinsiplərinə əsaslanır. Bir il əvvəl "Qazprom" "Qazyuni"nin Nord Stream layihəsinə daxil olmasının müqabilində BBL layihəsində 9% (layihənin tam dəyəri 600 mln avro), üstəlik, 450 mln avro pul əldə etməyt planlaşdırırdı.
Bütövlükdə, bu halda, söhbət iri paket sövdələşməsindən gedir ki, burada təkcə "Qazyuni" yox, tam bir sıra holland şirkəti iştirak edir. Hollandların Nord Stream layihəsində iştirakı müqabilində onlar "Qazprom"a Avropadaxili infrastruktur layihələrində iştirak təklif etməyə hazırdır (indiyədək Avropa Birliyi Rusiya şirkətinin bunlarda iştirakına son dərəcə könülsüz yanaşırdı). Məsələn, Hollandiyanın ən iri enerji şirkəti "Essent" "Qazprom"a Emshavendə (Niderland) maye qaz qəbulu terminalının, Benilyuks ölkələri və Almaniyada bir sıra qaz İEM inşasında paritet əsaslarla iştirak təklif etmək niyyətindədir.
Ekspetlər hesab edirlər ki, "Qazyuni"nin dəstəyini əldə edən Rusiya "Qazprom"un simasında layihənin gerçəkləşdirilməsi yolundakı siyasi poblemləri həll edir. Rusiyanın "Kommersant" qəzetinin qeyd etdiyi kimi, Amerikanın East European Gas Analysis agentliyinin direktoru Mixail Korçemkin "Qazyuni"ni Rusiyanın qaz monopoliyaçısının siyasi müttəfiqi adlandırır. Ekspert deyir: "Qazprom" üçün icazə alınması prosesini sürətləndirmək önəmlidir və Niderland bunda böyük yardım göstərə bilər". Qəzetin fikrincə, layihənin dördüncü iştirakçısı, ilk növbədə, "Qazprom"un AB-dəki yekun istehlakçılar bazarlarına çıxışı üçün əlavə zəmanət deməkdir. "Qazprom"un informasiya siyasəti departamenti başçısının müavini Ser-gey Kupriyanov da təsdiq etdi ki, "Qazyuni"nin qoşulması Nord Stream layihəsinin səviyyəsini ikitərəfli Rusiya-Almaniya layihəsindən Panavropa layihəsinə qədər yüksəldir. Həqiqətən, Çexiyanın ölkənin qazla təminatından narahat olan hökuməti də ŞAQK-a qoşulmaq imkanını nəzədən keçirməkdədir. Nəticədə, Almaniyanın "RWE" şirkəti artıq Çexiyadakı Krkoşone dağları ilə Almaniyadakı Vaydhaus şəhəri arasında qaz kəməri inşası planlarını artıq açıqlayıb. Kəmər Nord Stream-dan Almaniyaya ayrılan OPAL qaz kəmərinə qoşulmalıdır. Qaz kəməri çəkilməsi üçün mümkün marşrutlar da nəzərdən keçirilməkdədir - Usti-nad-Lab, Karlovı Varı, Plzen şəhərləri və Mərkəzi Bohemiya bölgələrində. Öz növbəsində, "Qazprom" İdarə Heyətinin sədr müavini Aleksandr Medvedev də Nord Stream-ın çəkilməsi başa çatan kimi, çexlərin qaza tələbatının təmin olunacağını vəd edib.
ŞAQK layihəsinin tərəfdarlarının sayı artsa da, onun gerçəkləşdirilməsi yolundakı maneələr hələ gündəmdə qalmaqdadır. "Financial Times": "İsveç Rusiyadan Almaniyaya çəkiləcək bu qaz kəmərinin marşrutuna dair mövqeyini daha da sərtləşdirib. Qəzet Avropa Komissiyasının hazırkı sədri Joze Manuel Barrozunun energetika məsələləri üzrə müşaviri Klaudia Kemferə istinadən bildirir ki, Stokholm "bu layihəyə dair şübhələrini açıqlamağa başlayıb və onun marşutunun dəyişdirilməsinə nail olmaq fikrindədir". K.Kemfer İsveçi ekologiya məsələlərinin narahat etdiyini deyib - layihənin indiki variantında Nord Stream dənizin dibilə İsveçin dəniz iqtisadi zonasından keçir. Ölkənin mövqeyi "Qazyuni" ŞAQK inşası üzrə konsorsiuma daxil olandan dərhal sonra Avropa Komissiyasında açıqlanıb. Digər Şimali Avropa dövlətləri də Stokholmla həmrəydir. Onların tutduqları mövqe nəticəsində, artıq Nord Stream-ın çəkilməsinə start verilməsi, minimum, yarım il sonraya - 2009-cu ilin iyul ayına qədər təxirə salınıb. Bunu layihənin icraçı direktoru Matias Varniq bəyan edib. Əvvəllər isə tikintini 2008-ci ilin axırlarında başlamaq, Baltik dənizinin dibinin təmizlənməsi, borunun çəkilməsi və sınaq da daxil olmaqla, bütün işləri 30 sentyabr 2010-cu ilə qədər başa çatdırmaq nəzərdə tutulurdu. Varninqin qeyd etdiyi kimi, layihə Rusiya, İsveç, Danimarka, Finlandiya, Almaniya və Baltika ölkələrinin mənafelərinə toxunduğundan, onların mövqelərinin razılaşdırılması, dürüst ekoloji ekspertiza və Baltikyanı ölkələrlə bağlı bütün məsələlərin gündəmdən çıxarılması üçün daha çox vaxt tələb olunur. Buna cavab olaraq, Rusiya şirkətləri borunun özünün çəkilməsi müddətini qısaltmaq qərarına gəliblər. Rusiyanın "Vedomosti" nəşrinin qeyd etdiyi kimi, Nord Stream-ın texniki direktoru Sergey Serdyukov tikintinin daha intensiv - 17 ay ərzində aparılacağını vəd edib: borular 4 ay tez düzüləcək, sınaqlara isə 4 ay əvəzinə, 2 ay sərf ediləcək. Daha sonra o, işin sutkada 24 saat ərzində aparılacağını vəd edib: bir boruçəkən gəmidə 380 fəhlə iki növbədə boruları, minimum, sutkada 2,5 km sürətlə düzməlidir. Hər briqada gəmidə 43 gün olacaq. Qış vaxtı fasilə də verilməyəcək. Əsas məsələ sahildən 240 km uzaqlaşmaqdır,- deyə S.Serdyukov qeyd edib.
Dekabr ayında Nord Stream səhmdarlarına yeni qrafiki təsdiq etmək təklifi vermək planlaşdırılır. "Qazprom"un məlumatına görə, hazırda Nord Stream-ın smetası 6 mlrd avrodan çoxdur. Almaniyanın E.On şirkətinin İdarə Heyətinin sədri Vulf Bernotat (yeri gəlmişkən, ekspert qiymətləndirmələrinə görə, şirkət Rusiyada $25-26 mlrd dəyərində qaz və enerji aktivlərinə sahibdir) bəyan edib ki, "bu xərclərin çoxalmasına gətirib çıxaran durum meydana çıxdığı halda, səhmdarlar onları mütləq araşdıracaqlar. Şübhəsiz, biz büdcəmizdə gözlənilməz xərclər üçün müəyyən məbləğ də nəzərdə tutmuşuq".
Nord Stream qaz kəmərinin inşası müddətilə bağlı rekord vurmaq niyyətindədir (analoji Langeland qaz kəməri 3 ilə tikilib) və ekspertlər hesab edirlər ki, podratçı mükafat ödəmək məcburiyyətində olacaq. Lakin mükafat barədə düşünməzdən əvvəl, ŞAQK layihəsi iştirakçıları Şimali Avropa və Baltik ölkələrinin həmin layihənin ekoloji təhlükəsizliyinə dair mövcud təşvişini aradan qaldırmaq sahəsindəki ağır məsələləri həll etməlidirlər.
MƏSLƏHƏT GÖR: