15 Mart 2025

Şənbə, 00:37

"DƏYİRMAN ÖZ İŞİNDƏDİR, ÇAX-ÇAXI BAŞ AĞRIDIR…"

İranın nüvə proqramını nə dayandıra bilər?

Müəllif:

15.11.2007

Deyəsən, hadisələr yenidən təkrarlanır. Yenidən MAQATE-nin baş katibi Məhəmməd əl-Baradeyi və Avropa İttifaqının xariji məsələlər üzrə ali komissarı Havyer Solananın məruzələri gözlənilir. Bundan sonra isə BMT Təhlükəsizlik Şurası növbəti dəfə İranın "nüvə dosyesi"ni müzakirə edəjək və çox güman ki, onun ardınja Tehrana qarşı yeni və daha sərt sanksiyaların tətbiqini nəzərdə tutan daha bir qətnamə qəbul ediləjək. 

Daha sonra İran ənənəvi şəkildə beynəlxalq ijtimaiyyətin çağırışlarına məhəl qoymayajaq…

Son qətnamənin müddəti mayın 23-də başa çatsa da, Tehran hələ də sənəddə əks olunan tələblərə əməl etmir. Noyabrın 7-də jənubi Xorasan əyalətinin Birjand şəhəri sakinləri qarşısında çıxış edən İran prezidenti Mahmud Əhmədinecat bəyan edib ki, onun ölkəsi BMT Təhlükəsizlik Şurasının "yalan məruzələrə əsaslanan" qətnaməsinə əhəmiyyət vermir. "İran xalqı öz hüquqlarından, xüsusilə  nüvə sahəsindəki hüquqlarından bir addım da geri çəkilməyəjək…Bizə təzyiq göstərənlər səhvə yol verirlər. Çünki İran xalqı öz yolunu müəyyənləşdirib və həmin yolla şərəflə  irəliləyəjək".

Bütün bunların fonunda dünya mətbuatı  çox dəfələrlə olduğu kimi, yenə də guya ki, ABŞ-ın İrana hərbi müdaxiləyə dair dəqiq plan hazırladığı barədə yazajaq. Və iddia olunajaq ki, artıq yalnız bu müdaxilənin vaxtını müəyyənləşdirmək qalır. 

Müxtəlif müstəqil ekspertlər isə, əlbəttə ki, yenidən Fars körfəzində mümkün yeni müharibədə tərəflərin şanslarını qiymətləndirməyə başlayajaqlar.

Təbii ki, İranın nüvə proqramı ətrafında böhran əbədi olaraq davam edə bilməz. Bu məsələyə  diqqət  daim artır  və partlayış təhlükəli  Yaxın Şərq regionundakı digər problemlərdə  ilişib qalır. 

Görəsən, yaxın vaxtlarda bu məsələdə hansı dəyişikliklərin baş verəjəyini gözləmək olar? 

Əlbəttə ki, bu suala birmənalı javab tapmaq mümkün deyil. Əgər dünya mətbuatında bu ilin yayından başllayaraq  İrana dair müxtəlif proqnozlara  nəzər salsaq, yanılma ehtimalının nə qədər çox olduğunu görərik. Amma  müəyyən tendensiyaları müəyyənləşdirmək  mümkündür. Bunun üçün, Mahmud Əhmədinecatın Jənubi Xorasındakı, artıq qeyd edilmiş çıxışını əsas götürmək olar. Prezident digər fikirləri ilə yanaşı onu da bildirib ki, Tehran artıq nüvə proqramının ijrasında yeni mərhələyə qədəm qoyub və uranın zənginləşdirilməsi üçün 3 min sentrifuqa hazırlayıb: "İran xalqı artıq nüvə yanajağının sənaye istehsalı mərhələsindədir. İranın inkişaf lokomotivi irəliyə doğru hərəkət edir və onu dayandırmaq mümkün deyil".

Ekspertlərin fikrinjə, əgər İran prezidenti həqiqəti söyləyibsə, islam respublikası artıq 90%-dək zənginləşdirilmiş silah uranı əldə etmək iqtidarındadır. Bu da uzağı bir ildən sonra Tehranın iki atom bombası istehsal etmək üçün materiala malik olajağı deməkdir. 

Eyni zamanda bəzi ekspertlər onu da deyirlər ki, Əhmədinejad indiyədək  dəfələrlə bildirib ki, onun ölkəsində uranın zənginləşdirilməsi üçün kifayət sayda sentrifuqa vardır. O, belə bir məlumatı sonunju dəfə sentyabr və oktyabr aylarında vermişdir. Həmin vaxtda İrandakı sentrifuqaların sayı mini keçmişdi. Prezidentin bəyanatı MAQATE-nin avqustun 19-da açıqladığı hesabatla düz gəlmir. Həmin qurumun məruzəsinrdə  göstərilir ki,  İranın  1968 işlək sentrifuqası vardır, qalan 656 sentrifuqa isə sınaq və ya montac mərhələsindədir.

Beləliklə, hazırda İranın nüvə proqramının hansı mərhələdə olmasına dair dəqiq məlumat yoxdur. Dünyada MAQATE müfəttişlərinin İranda apardıqları işlərə inamın azalması fonunda bu, daha da təhlükəli görünür. Əlbəttə, MAQATE daim müxtəlif tərəflərin təzyiqi altındadır, lakin fakt faktlığında qalır. Məsələn, bir müddət əvvəl MAQATE-nin baş katibi bəyan etmişdi ki, 2007-ji ilin avqustu İranın nüvə proqramı üçün "geridönməzlik tarixi" olajaq. Lakin son günlərdə "CNN" telekanalına müsahibəsində əl-Baradeyi deyib: "Mənim İranda nüvə silahının əldə edilməsi istiqamətində işlərin aparılmasına dair hər hansı məlumatım yoxdur". 

MAQATE rəhbərinin fikrinjə, hətta Tehran bu istiqamətdə işlərə başlasa belə, İranın kütləvi qırğın silahı əldə etməsi üçün uzun illər  lazımdır. 

Bundan başqa, Məhəmməd əl-Baradeyi bildirib ki, İranın nüvə proqramı ətrafında  böhran yaradılması  qarşısı alına bilinməyən nətijələrlə  sonujlana bilər, buna görə də "fəal diplomatik səyləri davam etdirmək vajibdir".

Təbii ki, MAQATE-nin baş katibinin bu açıqlamaları Qərb  ölkələrinin böyük etirazına səbəb olub. Fransanın müdafiə naziri Erv Moren bildirib ki, onun ölkəsi əl-Baradeyinin fikirlərini təkzib edən məlumatlara malikdir. Nazirin sözlərinə görə, Paris Tehrana qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır. Hətta bu sanksiyalar Fransanın özü üçün zərərli olsa belə…

ABŞ Dövlət Departamentinin rəsmisi Şon Makkormak isə bildirib ki, " MAQATE rəhbəri "istədiyini danışa bilər. Biz MAQATE-nin fəaliyyətini dəstəkləyirik. Lakin İran və onun nüvə proqramına qarşı diplomatik addımlar beynəlxalq ijtimaiyyət tərəfindən atılmalıdır". 

Ağ ev rəsmisi Dana Perino fikirlərini daha aydın şəkildə ifadə edib: "İran uranın zənginləşdirilməsi ilə məşğuldur və burada bir məqsəd var: nüvə silahının əldə olunması".

Bütün bunlarla yanaşı, gözlənildiyi kimi, əl-Baradeyinin açıqlamasına ən sərt reaksiya İsraildən gəlib. Ölkənin Xariji İşlər Nazirliyi bəyan edib ki, "MAQATE İran atomu ilə mübarizəni dəstəkləmək əvəzinə, destruktiv element kimi çıxış edir və bu mübarizədən imtina edən ölkələrə haqq qazandırır". İsrail ekspertləri  hesab edirlər ki, əl-Baradeyi İranı tənqid etməkdən çəkinir. Ona görə ki, əl-Bəradayinin İraqda  kütləvi qırğın silahının yoxluğu barədə Ağ evi xəbərdar etməsinə baxmayaraq, ABŞ-ın İraqda apardığı müharibə nətijəsində  belə  silahın yoxluğu aşkara çıxarılmışdı. Belə oxşar vəziyyətin İranda da mövjud ola biləjəyi ehtimalı əl-Baradeyini rahat buraxmır.. Bu "yumşaqlıq" isə Tehrana istəklərinin həyata keçirilməsi üçün əlavə vaxt verə bilər. Məhz bu səbəbdən İsrailin baş nazirinin müavini, İranın nüvə proqramı ilə bağlı məsələyə məsul olan Şaul Mofaz, əl-Baradeyinin "dəvəquşu kimi, təhlükə anında başını quma soxmasını" bütün dünya və sülh üçün təhlükəli siyasət adlandırıb. Onun fikrinjə, bütün bunlardan sonra MAQATE-nin baş katibi tezliklə postundan istefa verməlidir.

Qeyd edək ki, yəhudi dövlətinin belə sərt reaksiyası dünyada ən güjlü kəşfiyyat sayılan İsrail kəşfiyyatının əldə etdiyi məlumatlardan da qaynaqlanır. Belə ki, İsrail Hərbi Kəşfiyyatının analitik şöbəsinin (AMAN) rəisi, briqada generalı Yosi Baydas bildirib ki, İran artıq 2009-ju ilin sonlarında nüvə silahı əldə edəjək. "Əhmədinecat recimi müəyyən daxili problemlərlə üzləşib. Lakin bu narazılıqlar hazırkı hakimiyyət üçün sabitliyi pozajaq dərəjədə deyil. Tehranda mühafizəkar dairələr getdikjə güjlənir", - deyə general qeyd edib.

Xatırladaq ki, avqustda MAQATE və Tehran arasında razılaşma əldə edilib. Razılaşma İranın nüvə proqramı ilə bağlı problemin mütəmadi olaraq, agentliyin suallarına javab vermək yolu ilə həllini nəzərdə tutur. İran MAQATE ilə əldə etdiyi razılaşmaya əsasən, bu ilin sonunadək qurumun bütün suallarına javab vermək öhdəliyi götürüb. "Altılıq" (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) isə MAQATE ilə İran arasında danışıqların davam etdiyini nəzərə alaraq, Tehrana qarşı yeni sanksiyaların qəbulu məsələsini noyabrın sonunadək təxirə salıb. Həmin vaxtadək əl-Baradeyi və Havyer Solananın məsələyə dair məruzəsi də hazır olmalıdır. 

İran tərəfinin bildirdiyinə görə, əl-Baradeyinin məsələylə bağlı məruzəsini BMT TŞ-yə təqdim etməsinədək danışıqlar davam etdirilməyəjək. İslam Respublikasının Ali Təhlükəsizlik Şurası rəhbərinin müavini Vaidi isə deyib ki, MAQATE-nin baş katibi sentrifuqa ilə bağlı məsələnin qapadılmasına razılıq verərsə, Tehran agentliyin suallarını bundan sonra da javablandırajaq: "Əks halda, biz bu prosesi davam etdirməyin mənası olduğunu düşünmürük".

Əgər əl-Baradeyi, həqiqətən də, məruzəsində sentrifuqa məsələsinin qapadıldığını bildirsə və "CNN"-ə müsahibəsindəki fikirlərini təkrarlasa, nejə olajaq? Axı İsrail və Qərbin onun müsahibəsinə reaksiyasından məlumdur ki, onlar baş katibin belə mövqeyi ilə razılaşmayajaqlar.

Beləliklə, aydındır ki, hazırda əsas məsələ Solana və əl-Baradeyinin nə deyəjəkləri yox, BMT TŞ-nin daimi üzvlərinin hansı mövqe tutajaqları  məsələsidir. Belə ki, bir müddət əvvəl ABŞ-a səfər edən Fransa prezidenti Nikolə Sarkozi bildirib ki, o, sanksiyaların effektivliyinə inanır və onların sərtləşdirilməsini vajib sayır. 

Almaniya kansleri Angela Merkel də hələ Amerikaya səfərdən əvvəl Tehrana qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarı kimi çıxış etmişdi. 

Merkelin mövqeyi Vaşinqton üçün daha əhəmiyyətlidir. Çünki ABŞ BMT Təhlükəsizlik Şurasında razılığın əldə olunmayajağı təqdirdə, Tehrana qarşı nəinki birtərəfli sanksiyaları sərtləşdirmək fikrindədir, həmçinin Avropa İttifaqını da belə addım atmağa çağırmağı planlaşdırır.

 Avropa ölkələrinin İran məsələsinə münasibətləri bu və digər  dərəjədə aydındır (qurumun bütün üzvlərinin İran məsələsində vahid mövqe nümayiş etdirəjəklərini söyləmək mümkün olmasa da). Anjaq Tehrana təzyiqləri artırmaq tərəfdarı olan bu ölkələr  Rusiya və Çindən dəstək almayajaqlarından nigarandırlar. Qərb ölkələri  qalmış vaxt ərzində  bu iki ölkənin dəstəyini almağa  jiddi-jəhd göstərirlər. Lakin Moskva zaman-zaman açıq bəyanatlar səsləndirir, Çinin mövqeyi isə qaranlıq qalır. Noyabrın əvvəllərində Çinə səfər edən ABŞ müdafiə naziri Robert Geyts guya ki, bu ölkə rəhbərliyindən İranın nüvə proqramı ilə əlaqədar Tehrana təzyiq ediləjəyinə dair vəd ala bilib. Lakin nejə və harda? Hər halda, bir müddət əvvəl Pekinə gələn İsrail xariji işlər naziri Sipi Livninin nəzərinə çatdırılıb ki, Çin hələ ki İrana qarşı sanksiyaların tətbiqinin vaxtının yetişdiyini düşünmür.

Moskva isə deyəsən, həmişəki kimi, İranla öz "oyun"unu oynayır. İranın Ali Təhlükəsizlik Şurasının rəhbəri, ölkənin nüvə proqramı ilə bağlı aparılan danışıqlara məsul Əli Larijaninin istefasından sonra bu barədə qeyri-müəyyən şübhələr daha da artıb. Onun yerinə İranın xariji işlər nazirinin Amerika və Avropa məsələləri üzrə müavini Sayed Jalilinin gətirilməsindən sonra çoxlarını "Bu nə üçün belə oldu?" sualı düşündürməyə başladı. Digər versiyalar arasında  Laprijaninin istefasının səbəbi kimi Rusiya prezidenti Vladimir Putinin İrana gəlməsi  göstərildi. Məlumdur ki, Xəzəryanı dövlətlərin  sammiti çərçivəsinə bajarıqla uyğunlaşdırılmış həmin səfər zamanı bağlı qapılar arxasında keçirilən digər görüşlər zamanı Kreml başçısının ayətulla Xamenei ilə  görüşü baş tutmuşdu. Ehtimal edilir ki, ayətulla  ilə söhbət zamanı Rusiya prezidenti  İranın nüvə proqramı ətrafında yaranmış böhranı tənzimləyə biləjək təklif irəli sürmüşdür. Eyni zamanda, digər mənbələrin verdiyi məlumata görə  Putinin təklifləri belə açıqlanır: əgər Tehran öz  mövqeyini yumşaltmasa, Moskva onu dəstəkləməkdən imtina edəjəkdir. Məlumata görə, Larijani Putinin bu ultimatumunu jəmiyyətə çatdırmaq  istəsə də, Rusiya prezidentinin səfərini "İran diplomatiyasının qələbəsi" kimi qələmə verən və bu səfərdən bir təbliğat kimi istifadə etmək istəyən Mahmud Əhmədinecat  buna imkan verməyib və Larijani vəzifəsindən uzaqlaşdırıldığına görə   bu "piar"a  əngəl törədə bilməyib.

Rusiya prezidenti ilə İranın dini lideri arasında aparılan danışıqlar İsrailin baş naziri Ehud Olmerti  çox maraqlandırdığından, o dərhal Moskvaya "jumub". İsrailin bəzi qəzetlərinin məlumatına görə, bu, Olmerti Moskvaya Putinlə Xamenei arasında "qeyri-adi müzakirələr"in aparılmasına dair kəşfiyyat məlumatı aldıqdan sonra, Kreml rəhbərliyi ilə görüşmək üçün getmişdi. Bundan bir qədər sonra isə Rusiyanın xariji işlər naziri Sergey Lavrov gözlənilmədən Tehrana səfər etmiş, İran prezidenti Mahmud Əhmədinecatla danışıqlardan sonra ölkəsinin mövqeyini bir daha dünya ijtimaiyyətinin nəzərinə çatdırmışdı: "İrana qarşı birtərəfli iqtisadi sanksiyalar Tehranın nüvə proqramı ətrafında yaranmış böhranı tənzimləyə bilməyəjək". 

Eyni zamanda, noyabrın 7-də Lavrovun müavini Sergey Kislyak Moskvanın İrana gizli təklif irəli sürməsi barədə xəbərləri rəsmən təkzib etmişdir. O demişdir ki,"Rusiya Tehrana heç bir gizli təklif verməyib. Moskva problemin diplomatik yolla həllini vajib sayır". 

Lakin Moskvanın, həqiqətən, "gizli təklif"inin olmadığını kim sübut edə bilər? Bəlkə Rusiya İranın həmin təklifləri qəbul etmədiyi üçün təkzib verir?

Bu arada - "Putinin təklifləri"nin olub-olmamasına dair müzakirələrin aparıldığı bir vaxtda, Səudiyyə Ərəbistanının xariji işlər naziri, Səudiyyə şahzadəsi Səud əl-Feysal ölkəsinin, həmçinin, Fars körfəzinin digər ərəb dövlətlərinin (Küveyt, Oman, Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri) adından Tehrana Yaxın Şərq regionundan kənarda uranın zənginləşdirilməsi üzrə konsorsiumun yaradılmasını təklif edib. Xatırladaq ki, bu təklif  bir il əvvəl İran rəhbərliyinə verilib, lakin qəbul olunmayıb. Tehran uranın zənginləşdirilməsi ilə məşğul olan zavodlarının ölkədən kənarda yerləşməsini qətiyyən qəbul etmir. Bununla yanaşı, ərəb dövlətlərinin eyni təklifi ikinji dəfə  irəli sürməsinin səbəbi  diqqəti xüsusilə çox jəlb edir. Görünür ki, ərəb dövlətləri İranın, həqiqətən, nüvə silahı əldə edə biləjəyindən hamıdan çox narahat olmağa başlayıb. Britaniyanın "Times" qəzetinin yazdığına görə, Bəhreyn şeyxi Salman Ben Xamada Ben İsa əl-Xəlifə Tehranın ünvanına açıq ittiham səsləndirərək bildirib ki, İran ya nüvə silahının istehsalı ilə məşğuldur, ya da onun əldə edilməsi üçün texniki potensial hazırlayır. Şeyx həmçinin deyib ki, istənilən silahlı münaqişə baş verəjəyi təqdirdə, bütün  region müharibəyə jəlb olunajaq, bu da onlarda böyük narahatlıq yaradır.

Beləliklə, göründüyü kimi, İranın nüvə proqramı ətrafındakı ziddiyyətlər əvvəllərdə olduğu kimi həll olunmamış qalır. Odur ki BMT Təhlükəsizlik Şurasının ijlasını gözləmək lazımdır. Axı KİV-in gözləri üçün görünməz, qulaqları üçün eşidilməz olan "pərdəarxası diplomatiya" bir an  belə fəaliyyətini dayandırmır.


MƏSLƏHƏT GÖR:

352