15 Mart 2025

Şənbə, 00:37

AKTUAL İTTİFAQ

Noyabrın əvvəlində bütün dünyanın diqqəti eyni zamanda həm Vaşinqton, həm də Bakıya yönəlmişdi

Müəllif:

15.11.2007

Türkiyənin dövlət başçısı Abdulla Gül prezident statusunda özünün ilk rəsmi səfərini noyabrın 6-8-də Azərbayjana etdi. Beynəlxalq ənənələrə əsasən, belə səfərin ediləjəyi ölkənin seçilməsi həmin dövlətlə müttəfiq münasibətlərin və xariji siyasətdəki strateci prioritetlərin göstərijisi sayılır. Gülün səfərində də bu ənənə qorundu. 

Ölkəmizi Türkiyə ilə sıx müttəfiq əlaqələri Azərbayjanın müstəqillik əldə etməsinin ilk illərindən bağlayır. Bu dövrdə hər iki ölkədə baş verən prezident və hökumət dəyişiklikləri tərəflərin bu birliyə sadiqliyinə heç bir təsir göstərməyib.

Abdulla Gülün Azərbayjana səfəri kifayət qədər dolğun keçdi. O, həmkarı İlham Əliyevlə məzmunlu danışıqlar apardı, həmçinin baş nazir Artur Rəsizadə, xariji siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov, Milli Məjlisin spikeri Oqtay Əsədov ilə görüşdü, Azərbayjan parlamentariləri qarşısında çıxış etdi. 

Daha sonra Türkiyə prezidenti səfər proqramına uyğun olaraq, Qafqaz Universitetinin yeni korpusunun açılış mərasiminə qatıldı, Qafqaz müsəlmanlarının dini lideri Hajı Allahşükür Paşazadə ilə bir araya gəldi. 

Bundan başqa, ilk dəfə olaraq xariji dövlət başçısı Azərbayjana səfəri zamanı ölkənin regionuna baş çəkdi. Gənjəyə səfər edən A.Gül burada şəhər rəhbərliyi, Azərbayjan Kənd Təsərrüfatı Akademiyasının kollektivi ilə görüşlər keçirdi, "Jümhuriyyət" muzeyini ziyarət edərək, orada Azərbayjan Demokratik Respublikası (1918-1920-ji illər) dövrünü  işıqlandıran eksponatlarla tanış oldu.

Səfərin yekunu olaraq, A.Gül və İ.Əliyev Türkiyə ilə Azərbayjan arasında strateci tərəfdaşlığa dair birgə bəyannamə imzaladılar. Bundan başqa, tərəflər arasında iki ölkənin ailələrin mühafizəsi sahəsindəki dövlət qurumları arasında əməkdaşlıq, qarşılıqlı iqtisadi imtiyazlar, turizm sahəsində əməkdaşlıq haqqında razılaşmalar, iki ölkənin uzunmüddətli iqtisadi əməkdaşlıq planı da imzalandı.

Ümumiyyətlə, Bakı ilə Ankara arasında münasibətlər dinamik şəkildə inkişaf edir. Bu gün Azərbayjanın xariji iqtisadi tərəfdaşları arasında Türkiyə birinji yer tutur. Türkiyəyə məxsus 2 mindən artıq şirkətin Azərbayjan iqtisadiyyatına qoyduğu sərmayənin həjmi 2,5 milyard dollara çatır. Neft layihələri nəzərə alındıqda isə, bu rəqəm təxminən 5 milyard dollara yaxındır. 

Bununla yanaşı, iki ölkə arasında əməkdaşlıq yalnız ikitərəfli layihələrlə məhdudlaşmır və regional, beynəlxalq səviyyələrə də çıxır. Azərbayjanın joğrafi mövqeyini nəzərə alsaq, Türkiyənin layihələrinin əksəriyyəti Bakının iştirakı olmadan reallaşa bilməz. Lakin Azərbayjanın həmin layihələrin reallaşmasına sadəjə razılıq verməsi də kifayət etmir. Bu səbəbdən Bakıda keçirdiyi mətbuat konfransı zamanı prezident A.Gül Türkmənistanı da Transxəzər qaz kəməri layihəsinə qoşulmağa çağırdı, həmçinin Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin reallaşdırılması istiqamətində işlərə tezliklə başlanmasının vajibliyini qeyd etdi.

Türkiyə prezidentinin Bakı səfəri region üçün adi olmayan bir vaxtda baş tutdu - Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi "dalana dirənib", PKK-nın Şimali İraqdakı bazalarından Türkiyə ərazisinə hüjumlarla bağlı böhran dərinləşir. Buna javab olaraq Ankara İraqla sərhəddə 150 minlik ordu kontingenti jəmləşdirib, terrorçuların bazalarını hərbi təyyarələr, vertolyotlar və ağır artilleriya vasitəsilə atəşə tutur. 

Üstəlik, hər an Türkiyə Silahlı Qüvvələri genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər. Artıq Türkiyə parlamenti hökumətə bu hüququ verib. 

Eyni zamanda, İran ətrafında da gərginlik artır və hələ də bu ölkənin rəhbərliyini uranın zənginləşdirilməsinin dayandırılmasına razı salmaq mümkün olmayıb.

Geniş şəkildə açıqlanmasa da, şübhəsiz ki, iki prezidentin görüşündə bu məsələlər əsas müzakirə obyekti olub. Məlum olduğu kimi, Azərbayjan ordunun müasirləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində genişmiqyaslı proqramın ijrasına başlayıb, ordu yenidən silahlandırılır, ölkənin hərbi sənayesi yaradılır. Şübhəsiz ki, bu işlərdə güjlü hərbi imkanlara malik olan, NATO-nun nüfuzlu üzvlərindən sayılan Türkiyənin də böyük rolu var. 

Terror təhlükəsinin artması ilə əlaqədar olaraq, Bakı-Tiflis-Jeyhan neft kəmərinin və Bakı-Ərzurum qaz kəmərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi sahəsində Azərbayjan, Türkiyə və Gürjüstanın birgə fəaliyyəti də aktuallıq qazanıb. 

Bundan başqa, Bakıdakı görüşlərdə tərəflər üçün Ermənistanla münasibətlərdəki çətinliklərlə bağlı kompleks halların müzakirəsi də vajib sayılıb.

Bu yerdə xatırladaq ki, Gülün Azərbayjana səfəri ilə paralel olaraq, Türkiyənin baş naziri Rəjəb Tayyip Ərdoğan Vaşinqtonda ABŞ prezidenti Jorj Buşla vajib danışıqlar aparırdı. Həmin danışıqlarda, təbii ki, əsas diqqət terrorçu PKK ilə mübarizəyə yönəldilmişdi. Xatırladaq ki, son zamanlar xeyli kəskinləşən bu problem noyabrın əvvəllərində İstanbulda ABŞ-ın dövlət katibi Kondoliza Rays, həmçinin Türkiyə ilə İraqın xariji işlər nazirləri Əli Babajan və Xoşiyar Zibari arasında keçirilən görüşdə də müzakirə olunub. Lakin həmin danışıqlarda tərəflər kompromis əldə edə bilməyiblər.

Vaşinqtonda aparılan danışıqlar isə ikili təəssürat yaradıb. "PKK terrorçu təşkilatdır. Onlar həm Türki-yənin, həm İraqın, həm də ABŞ-ın düşmənidirlər", - deyə Ağ evdə Ərdoğanla keçirdiyi görüşdən sonra ABŞ prezidenti Jorj Buş bildirib. Daha sonra o qeyd edib ki, "Türkiyə Amerikanın strateci tərəfdaşı və sadiq müttəfiqidir". 

Buş Ərdoğanla iki ölkənin kəşfiyyat və silahlı qüvvələr xətti ilə kürd terrorçularına qarşı birgə mübarizə məsələsini də müzakirə etdiklərini bildirib.

Türkiyənin baş naziri isə öz növbəsində deyib ki, kürd terrorçuları ilə mübarizə üçün Türkiyə, ABŞ və İraqın silahlı qüvvələrinin baş qərargahları səviyyəsində üçtərəfli mexanizm yaradılajaq: "Bizim üçün Albaniya, Kosovo və Əfqanıstanda olduğu kimi, strateci tərəfdaşlarımızla terrorizmlə mübarizədə birgə fəaliyyət göstərilməsi vajibdir". 

Bundan başqa, Ərdoğan Türkiyənin kürd əhalisinin bütün haqlarının tanındığını söyləyib. Onun sözlərinə görə, Türkiyə parlamentinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatlarının 75-i kürdəsillidir. Üstəlik, Böyük Millət Məjlisində 20 kürd deputat tərəfindən yaradılmış "Demokratik jəmiyyət" adlı müstəqil fraksiya da var. Əvvəllər kürd dilinin istifadəsi ilə bağlı mövjud olan bəzi məhdudiyyətlər də artıq aradan qaldırılıb. 

Odur ki PKK yaraqlılarının tez-tez öz hüjumlarına haqq qazandırmaq üçün guya Türkiyədə kürd azlıqların hüquqlarının pozulması barədə iddialarının heç bir əsası yoxdur.

Türkiyə ilə ABŞ-ın İraqın şimalında PKK-ya qarşı birgə və razılaşdırılmış əməliyyatlarının keçirilməsinin əhəmiyyətini qeyd edən Ərdoğan bununla yanaşı, təkbaşına hərbi əməliyyatlara başlayajaqlarını da istisna etməyib. Baş nazir hərbi əməliyyatın məqsədlərini dəqiq şəkildə göstərib: Türkiyənin İraqa ərazi iddiası və ya bu ölkənin bir hissəsinə nəzarət istəyi yoxdur, əsas məqsəd terrorçuların bazalarını məhv etmək və fəaiyyətini dayandırmaqdır. Anjaq Türkiyə Silahlı Qüvvələrinin sərhədboyu geniş əməliyyatlara başlaması, yəqin ki, gələn ilin yaz-yay aylarınadək baş verməyəjək. Çünki hələlik ABŞ-ın köməyi ilə PKK-nın fəallığının xeyli azaldılması imkanları, bunun İraq hökuməti və yerli kürd administrasiyasının rəhbəri Bərzaninin dəstəyi ilə edilməsinin mümkünlüyü ehtimalı hələ də qalır. Türk silahlılarından ibarət mobil qrupların İraqla tam sərhəddə jəmləşməsi və yaraqlıların bazalarına nöqtə-nöqtə zərbələrin endirilməsi isə kifayət qədər effekt verir.

Şübhəsiz ki, ABŞ sakitliyi ilə fərqlənən Şimali İraqda vəziyyətin qızışdırılmasını istəmir. Bununla belə, Vaşinqton bu dəfə qeyri-müəyyən vədlər verməklə, yaxud yaraqlılıarın əməllərini sözdə pisləməklə  kifayətlənə bilməyəjək. Amerikalılar Türkiyənin qanuni maraqlarını nəzərə almalı olajaqlar. Bu məsələdə ikili standartlara yol verilə bilməz. Elə olmamalıdır ki, bir terrorçu qrupla mübarizəyə, az qala, NATO-nun bütün potensialı jəlb edilsin, KFP  kimi digər terrorçu  təşkilata qarşı isə etinasızlıq göstərilsin. İkili standartın tətbiqi Şimali Atlantika Alyansına jiddi və bərpa edilməsi mümkün olmayan zərbə vura, onu zəiflədə bilər. Bunu Ankaranın NATO-dakı tərəfdaşları olan Böyük Britaniya və Almaniya kimi ölkələr də yaxşı anlayır və bir müddət əvvəl keçirilən məsləhətləşmələrdə də bu məqam qeyd edilib. 

Hələlik isə, Ankaraya Şimali İraqda genişmiqyaslı hərbi əməliyyatlara başlamaq  bəhanəsi verməmək üçün KFP əsirlikdə olan 8 türk əsgərini azadlığa buraxmışdır.

Türkiyəyə, Azərbayjana və digər türkdilli xalqlara istək bəsləməyən qüvvələrə qarşı müqavimət göstərmək üçün türkdilli xalqların və dövlətlərin həmrəyliyinə, birliyinə və əməkdaşlığına böyük ehtiyaj var. Türkiyə prezidenti Abdulla Gülün Bakıya səfəri ərəfəsində Azərbayjan  ijtimaiyyətinin  Bakının KFP-nı rəsmən terrorçu təşkilat kimi tanımasına dair tələbləri səsləndirilmişdi. Artıq Milli Məjlis bununla bağlı xüsusi qətnamə hazırlamışdır. BU HİSSƏ TƏZƏLƏNMƏLİDİR!!!

Təbii ki, yalnız "terrorçu" sözü ilə hər şey həll edilmir və bunun üçün ölkələrin xüsusi xidmət orqanları arasında daha sıx əməkdaşlığa ehtiyaj var. Amma istənilən halda, istər ermənilərin ASALA təşkilatı, istərsə də "Hizbullah" və ya PKK olsun, terrora qarşı türkdilli xalqların təşkilatları və jəmiyyətlərinin həmrəylik nümayiş etdirməsi vajibdir. Türkdilli xalqların dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının keçirilməsi də bu məqsədlə reallaşıb. Qeyd edək ki, belə qurultaylar 1993-jü ildən başlayaraq, hər il Türkiyədə keçirilirdi. 2006-jı ildə 10-ju dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında Azərbayjan prezidenti İlham Əliyev növbəti analoci tədbirin Bakıda keçirilməsi təklifi ilə çıxış etmişdi. Bu təklif bəyənildiyindən XI qurultay noyabrın 17-19-da Azərbayjanda təntənəli şəkildə keçirilmişdir.

Qurultayın işində dünyanın 30 ölkəsindən türkdilli xalqların 550 nümayəndəsi iştirak etmişdir. 

Bundan başqa, tədbirə Rusiya və onun regionları, Kosovo, ABŞ, Yunanıstan, Bolqarıstan və digər dövlətlərdən qonaqlar gəlmişdi. Onların arasında deputatlar, türk ijmalarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının, xariji ölkələrdə fəaliyyət göstərən Azərbayjan və Türkiyə ijmalarının təmsilçiləri vardı. 

Qurultayda Türkiyənin baş naziri Rəjəb Tayyip Ərdoğan və digər yüksək rütbəli qonaqlar da iştirak edirdilər.

Hələ iki onillik bundan əvvəl Türkiyə dünyada yeganə müstəqil türkdilli dövlət idi. Lakin dünya dəyişir. Hazırda Azərbayjan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan kimi dövlətlər də müstəqillik əldə ediblər. 

Beləliklə, biz tək deyilik. Qloballaşan dünyada qapalı etnik birliklərin dönəmi keçsə də, tarix, dil, elm sahələrində, həmçinin tarixin bəlalarında türkləri günahkar sayanlara qarşı mübarizədə əməkdaşlıq aktuallığını itirməyib. Odur ki zamanla ayaqlaşmaq üçün dövlətlərarası səviyyədə olduğu kimi, ijmalar, diasporlar, ijtimai birliklər və partiyalar səviyyəsində də daim mövqelər tutuşdurulmalı, əməkdaşlığın inkişafı üçün strategiyalar işlənməlidir.


MƏSLƏHƏT GÖR:

328