
ETİRAF
Rüstəm İbrahimbəyovun "İbrus" Azərbayan Teatrı Mahaçqalada Beynəlxalq Teatr Festivalında iştirak edib
Müəllif: Valentina REZNİKOVA Mahaçqala
Sentyabrın 22-dən 29-na qədər Mahaçqalada Dağıstan teatr tarixində ilk dəfə Şimali Qafqaz və Qara - Xəzər dənizi hövzələri ölkələrinin Beynəlxalq teatr festivalı keçirildi. Bu forumda Azərbayjanı Rüstəm İbrahimbəyovun müəllif teatrı təmsil edirdi.
"İbrus" teatrının "İvan Buninin son döyüşü" adlı tamaşasına aidiyyəti olan hər kəsin bədii dəyərini və peşəkarlıq səviyyəsini qiymətləndirmək üçün Mahaçqala tamaşaçısına jəmi bir neçə saat kifayət etdi. İlk növbədə bu, əsərin və quruluşun müəllifi, Baninin əsərlərinin motivləri əsasında pyes yazmış Rüstəm İbrahimbəyov, aktyorlar, yeni səhnə əsərinin ifaçıları - xalq artisti Fuad Poladov, əməkdar artist Mehriban Zəki və Mələk Abbaszadə idi. Tamaşaçıların mühakiməsinə dahi rus yazıçısı İvan Buninlə Azərbayjan əsilli fransız yazıçısı Ümbül Banu (Ümm əl Banin) arasındakı platonik romanın tarixçəsinin bədii versiyası təqdim olundu.
Qürbətdə məşhurlaşan həmyerlimiz
Teatr Beynəlxalq festivala dəvət alanda hələ pyesin məşqləri gedirdi. Baş məşqlər truppanın festival önjəsi toplanışları ilə üst-üstə düşdü və ilk premyera Dağıstanda baş tutdu. Nobel mükafatçısı və onun daim "Allahın səma bağlarının qara qızılgülü" adlandırdığı şıltaq müsəlman xanımı arasındakı münasibətləri müəllif ikisaatlıq səhnə əsərində əks etdirib, jəzbediji intriqa məşhur həmyerlimizin yaradıjılığına və şəxsiyyətinə hədsiz maraq doğurur. Bu da təbiidir. Dünya şöhrətli Buninin həyat və fəaliyyəti tədqiqatçılar tərəfindən bütün injəlikləri ilə öyrənilsə də (Aleksey Uçitelin "Onun xanımının gündəliyi" filminə hamımız baxmışıq), Baninin şəxsiyyəti, həmçinin, onun yaradıjılığı yalnız indi həmyerlilərinə yaxınlaşmağa başlayır. Lakin bu gözəl xanımın rus dilinə tərjümə olunmuş əsərlərinin nəşri üçün çox əmək sərf etmiş Rüstəm İbrahimbəyovun xeyir-duası ilə Ümm əl Baninin (Ümbül Banu) yaradıjılığı indi Rusiyada da tanınır. Əsasını Baninin həyat tarixçəsinin təşkil etdiyi pyes "İvan Buninin son döyüşü" adlansa da, baş qəhrəman kimi məşhur həmyerlimizi təqdim edir. Dramaturq üçün bu çox prinsipial məqamdır, çünki Baninin həyatının müəyyən dövrünün səhnə versiyası da yazıçının adının özünəməxsus piarı deməkdir. Onun bir hissəsi də Baninin əsərlərinin tərjüməçisi Ülviyyə Axundovanın təklifi ilə Mahaçqaladakı M.Qorki adına Rus Dram Teatrının foyesində həmyerlimizin həyat və fəaliyyətinə həsr olunmuş fotoekspozisiya oldu. Fasilələrdə Avropa yazıçısı kimi şöhrət tapmış Şərq qadınını yaxından görmək və onun haqqında daha ətraflı məlumat almaq arzusunda olan tamaşaçıların çoxluğundan Ümm əl Baninin şəkillərinə yaxın düşmək mümkün deyildi.
Mahaçqala tamaşaçılarının və festivalın qonaqlarının adlı-sanlı həmyerlimizin yaradıjılığına olan marağından danışmağa dəyərmi? Çox təəssüf ki, bizdə, onun vətənində bu maraq dəfələrlə azdır - baxmayaraq ki yazıçının iki povesti ölkəmizdə iki dildə - Azərbayjan və rus dillərində çap olunub və yenidən nəşrə hazırlanır, lakin həmyerlilərimizin bir çoxu mədəni irsimizin bu məqamı ilə indiyədək tanış deyil.
Tamaşa haqqında
Beləliklə, Festival. Tamaşa. Tamaşaçılar. Zal doludur. Hamıya yer çatmır, çünki bilet almış tamaşaçılardan əlavə, Rusiyanın müxtəlif regionlarından gələn qonaqlar və Mahaçqalada təhsil alan tələbələr də əsərə baxmaq arzusundadırlar. Heç kim injiməsin deyə, "biletsizlərə" tamaşa zalının pillələrindən oturajaq əvəzinə istifadə etməyə ijazə verildi. Hamı əyləşən kimi tamaşa başlandı. Mehriban Zəki və Fuad Poladov səhnə və zalla dialoqda oyunun şərti kimi açıq teatr priyomunu - kənarlaşmanı təklif etdilər. Və aktrisa əlağajını zalda oturmuş aktyora uzadaraq onu oyuna jəlb edəndə, tamaşaçıları isə onun İvan Bunin olduğunu təsəvvür etməyə çağırıb, "Bənzəmə vajib deyil" deyəndə alqışlar qopdu. Amma qəribədir, Poladov ağ aktyor penjəyini personacın tünd rəngli sürtuku ilə əvəz edən kimi, rus teatr tənqidçisi Natalya Staroselskayanın təbirinjə, bu sürtukla birlikdə ruslar üçün həyatının daha bir naməlum səhifəsi açılan həmin insanın taleyini və xarakterini də əyninə geyindi.
Çox mürəkkəb xarakterə malik, münasibətlərinin son həddə çatdığı vəziyyətə düşən qadın və kişi arasında psixoloci duel iki saat aramsız davam edir. Qəhrəmanlardan hər birinin digəri üçün əlçatmaz görünən sirri var. Lakin onların hər ikisinin qarşılıqlı hisslərinin dostluqdan daha böyük olduğu şübhəsizdir. Kişinin hissləri daha alovludur. Qadının hissləri maraq və təmkindən toxunub. Kişi aşiq olub. Qadın onu Şərq nəjabəti, əsrarəngizliyi və xəsisliklə göstərilən diqqəti ilə jəzb edir. Kişi heç jür anlaya bilmir ki, vur-ğunluğu açıq-aydın görünən bu qadın niyə onu yaxına buraxmır. Uzun sürən romanlarda və ani yaxınlıqlarda qazandığı kişi təjrübəsi onu münasibətlərin fərqli inkişafına, qadın davranışının başqa stereotipinə, elə xarakterlərin də başqa, qadın tipinə alışdırıb. Banin onu ahənrüba kimi jəzb edir, amma şıltaqlığı və hər kəlməsinə gözlənilməz reaksiyası ilə fövqəladə qüvvə ilə özündən uzaqlaşdırır. Bunin heç jür anlaya bilmir - Banin nə istəyir? Görəsən, o özü bunu dərk edirmi? Bu gözəl müsəlman xanımı qojalmağa başlayan yazıçını sevirmi? Sevir. Bəs nədən roman platonik olaraq qalır? Bəlkə, Banin yazıçının arvadına dərin hörmət bəslədiyinə, onun hisslərini qorumağa çalışdığına və ona ajıdığına görə? Yoxsa Andre Massariniyə (onun Andrey Bolkonskisinə!) olan ilk məhəbbətinin xəyalı onun fantaziyasında elə kamildir ki, heç kim, hətta Buninin ədəbi dühası belə onunla rəqabət apara bilmir?
Mehriban Zəkinin ifasında Banin yazıçının qeyri-mükəmməl kişi xarakterinə daim yeni tələblər verir və öz təsəvvüründə əsl kişi davranışına uyğun gələn hərəkətlərə nail olmağa jan atır. Əlbəttə, komissar olsa da, zadəgan əsilli, mərd və gözəl, böyük intellektual və fövqəladə hərəkətlərə qadir diqqətli kavaler, hər şeyi: ürəyini, karyerasını, həyatını onun ayaqları altına atmağa hazır olan Andreni Banin heç zaman unutmayajaq. Və onu bütün həyatı boyu sevəjək.
Yaxın qohumu Gülnarın (Mələk Abbaszadənin ifasındakı təbiilik, ərköyün və yüngülməjaz qızın xarakterinin dəqiq ifadəsi festivalın münsifləri tərəfindən xüsusi qeyd olunub) dediyi gileyli sözlər də Andre haqqındadır. Bütün qadağalara rəğmən Andre ilə Rusiyaya qaçan Gülnar çox qısa müddətdən sonra ilk dəfə Baninin Parisdəki mənzilində görünür. Və qadınların münasibətində uzunmüddətli soyuqluq yaranır. Qısa zaman kəsimində ərdə olan Banin atasını sovet qazamatından xilas etmək üçün, əslində, özünü qurban verir və ömrü boyu bədbəxt qadın olaraq qalır. O heç kimi Andre kimi sevə bilmir. Və Mehriban Zəki təhtəlşüurda ilişib qalan və heç vəjhlə uzaqlaşmayan bu dəhşətli həsrətlə ağrını oynayır. Onun qəhrəmanı özü də bu dahi, ərköyün və qadın diqqəti ilə əhatə olunmuş qojaya verdiyi tələbləri tam dərk edə bilmir. O anjaq istəyir ki, yazıçı başqalaşsın. Əsl hərəkətlər etməyə qadir olsun. Onun naminə jəngavər öz ürəyinin sultanı üçün etdiyi kimi! Daxilində qəflətən uşaqlıq hissləri baş qaldıran qadın hej kimə inanmayan qızjığaz inadıyla onu İtaliyaya birgə səfərə dəvət edən (və deməli, onların münasibətləri - dəhşət! - yeni müstəviyə keçəjək) ahıl pərəstişkarından tələb edir: "Bileti göstərin!".
Yazıçı inamsızlığın doğurduğu təhqirdən artıq təhqirə dözə bilmir. Fuad Poladov mənalı aktyor vasitələrinin minimum miqdarı ilə bu səhnəni elə oynayır ki, sanki onun sinəsini yararaq kobud əllərlə ürəyini qoparırlar. Bu anı özünə qarşı qəddar və dəhşətli xəyanət sayan insanın bütün ağrısı, anlaşılmazlığı və peşmanlığı baxışlarından oxunur. Ədalətsiz şüb-hədən boğulan Bu-nin "Alın bu bileti!" - deyə bileti onun ayaqları altına atır. Və hər ikisinin xilas kimi jan atdıqları sevgi baş tutmur. O bu iki insana qanadları ilə toxunub, yaşana biləjək səadətin şirin dadını qoyaraq onlardan yan keçir. Bu, hər şeyi ujaldan "sevgi" adlı yalana çox ehtiyajları olan kişi və qadının kədərli tarixçəsidir.
Baninin başqa yolu var idimi? Uzaq Fransada, dünya injəsənəti idealları ilə tərbiyə olunan qadın asanlıqla öz bakılı əslini unudub, ruspərəstliyindən imtina etməyə bilərdi. Orada, qürbətdə kimin haralı olduğunun nə fərqi var? Axı fransızlar üçün bu qətiyyən maraqlı deyil. Amma onun özü üçün bu çox mühümdür - başqa heç kim yox, azərbayjanlı olmaq. Pyesin müəllifi üçün qəhrəmanının öz köklərinə, sevdiyi və unutmadığı torpağına, taleyinə ajıdığı xalqına vətənpərvər bağlılığını vurğulamaq çox önəmlidir. Onun xarakterinin güjü və özünəməxsusluğu, addımını inamla atmağa imkan verən daxili örnək məhz budur. Banin yalnız bu yolla yaşaya bilərdi. Yalnız bu yolla! Və onun antipodu kimi Gülnarın dualist surəti. Tamam fərqli tale. Başqa xarakter, erkən uşaqlıqdan özünün yalnız məhəbbət üçün doğulduğuna inanan qadının dünyagörüşü. Baninin bu mənəvi sapmaları ona qətiyyən lazım de-yil. Həyatın mənasını anlamaq və qür-bət ölkədə iş tapıb yaşamaq imkanı qazanmaq üçün aparılan axtarışlar da. Bu qədər əndişə və danışıqlar nəyə gərəkdir? Eh! İşləmək? Məgər o, kişidir? Kişilər işləməli və sevinməlidirlər ki, qadın onların qazandıqlarını töhfə kimi ayaqları altına atmağa izn verir. Bu da yaşamaq üsuludur. Bu da variantdır. Və Mələk Abbaszadə kişiləri kostyumuna uyğun şlyapa kimi dəyişən və həm də sevinjlə, ajgözlüklə həyatdan zövq alan birgünlük kəpənək mövqeyini - bu xarakteri çox parlaq yaradır. Aktrisa qəhrəmanına xas olan müsbət keyfiyyətləri də qətiyyən kiçiltmir. Bu, ürəyiaçıqlıq və demək olar ki, beyni intellektlə ağırlaşmamış insanın zahiri ağılsızlığı ilə qovuşan saf ürəkli sadədillikdir. Amma Gülnar - Abbaszadənin zəkası iti olmasa da, təbii tədbirliliyi və praktikliyi kifayət qədərdir. O, hisslərinin izharında sadə və səmimidir. Xüsusilə Baninə, öz böyük ailəsində üstünlük verdiyi tək adama münasibətdə. Bağlandığı, qadın səadəti və xoşbəxtliyinə dair təsəvvürlərinə uyğun şəkildə yardım etmək istədiyi yeganə insana qarşı.
Xüsusi stilistika
Premyeranın ertəsi günü - sentyabrın 27-də təşkil olunmuş müzakirədə Rusiyanın aparıjı tənqidçilərindən ibarət münsiflər heyəti Rüstəm İbrahimbəyovun quruluşunun özəl stilistikasını və aktyorların oyununu vurğuladı. Rüstəm İbrahimbəyovun yaratdığı teatrın postsovet məkanındakı bir çox teatrlardan müsbət yöndə fərqləndiyi qeyd olundu. Özündə Azərbayjan və rus teatrlarının ən yaxşı keyfiyyətlərini hifz etməklə yanaşı, o, tamaşaçılarla epatac oynama üsullarının, recissorun bajarıqsızlığını ört-basdır edən xırda təxribatların köməyi olmadan müasirləşə bilib. Teatr praktikləri və nəzəriyyəçilərinin fikrinjə, "İbrus" - Şərq və Avropa mədəniyyətlərini ehtiva edən teatrın universal modelidir. Onların qovuşması aktyorların hadisələri ani yaşama gedişində üç məkanda: keçmişdə, indidə və gələjəkdə mövjud olmaq bajarığı kimi ağlasığmaz nətijə verib. Bu, Banin rolunun ifaçısı Mehriban Zəkinin timsalında xüsusilə aşkar sezilir. Bəzi münsiflər təklif etdilər ki, belə teatrların tamaşalarını əyani vəsait kimi yaradıjı ali məktəblərin tələbələrinə nümayiş etdirmək lazımdır. Bəziləri təəjjüblənirdilər ki, belə bir teatr var və kommersiyalaşdırmanın təsirindən yan keçərək, tamaşaçılar üçün maraqlı olmaqda davam edir. Təxmin etdilər ki, bütün doğurduğu nətijələrlə birlikdə, ikidilli teatr faktı müasir injəsənətdə bir hadisə kimi araşdırılmalıdır. Deyilənlərə müxtəlif münasibət bəsləmək mümkün olsa da, şübhəsiz, bir şey çox xoşdur - teatrın injəsənətin bu növündə ən maraqlı hadisələrdən biri kimi qəbul edilməsi.
Beləliklə, festivala gətirilən tamaşa ən yaxşılardan biri oldu. Hadisəyə çevrildi. Diplom, iştirakçılara fərdi hədiyyələr - bütün bunlar təkjə Qafqaz qonaqpərvərliyinin təzahürü yox, həm də məharət və peşəkarlığın etirafıdır.
MƏSLƏHƏT GÖR: