19 Dekabr 2024

Cümə axşamı, 18:38

GÜC VƏ BİRLİK RƏMZİ

Birinci Avropa Oyunlarının loqotipinin müəllifi Adəm Yunisov: "Mən başqa ölkədə yaşamaqla köklərimin əhəmiyyətini daha yaxşı başa düşmüşəm"

Müəllif:

16.06.2015

"Ba­kı-2015" Bi­rinci Av­ro­pa Oy­un­la­rı­nın lo­qo­ti­pin­də Azər­baycan üçün bütün əhə­miyyət­li rəm­zlər öz ək­si­ni ta­pıb. Mil­li bay­rağın rə­ng­lə­rin­də ya­ra­dıl­mış lo­qo­tip özündə na­rı, alo­vu, Si­murq qu­şu­nu və də­ni­zi əha­tə edir. Av­ro­pa Oy­un­la­rı­nın lo­qo­ti­pi­nin müəl­li­fi, İs­tan­bul­da ya­şay­an həm­və­tə­ni­miz Adəm YUNİSOV "R+"a müsa­hi­bə­sin­də lo­qo­ti­pin ya­ran­ma­sı, rəm­zlər ara­sın­da­kı əla­qə­lər ha­q­­da fi­k­ri və bir də həy­a­tı ba­rə­də da­nı­şıb.

- Adəm, əv­vəlcə oxu­maq üçün Türkiy­əyə yol­lan­dı­nız. La­kin so­nra­dan ora­da ya­şa­mağa və iş­lə­məyə baş­la­dı­nız. Hə­mi­şə­lik?

- Mən Azər­bayca­nı 1996-cı il­də An­ka­ra­da "kompüter pro­q­ram­laş­dı­rıl­ma­sı" ix­ti­sa­sı üzrə uni­ver­si­te­tə qə­bul olun­du­q­da tərk et­mi­şəm. Ge­ri dö­nəcəy­i­mi düşünürdüm. La­kin elə alın­dı ki, ora­da qal­ma­lı ol­dum. Bu­nun hə­mi­şə­lik ol­duğu­nu deyə bil­mə­rəm. Am­ma 20 il də az müddət dey­il.

Açığı, bi­la­va­si­tə ix­ti­sa­sım üzrə iş­ləyə bil­mə­mi­şəm. Da­ha doğru­su, ix­ti­sa­sım üzrə çox az müddət ça­lış­mı­şam. Təh­sil al­dığım il­lər­də yol­daş­la­rım­la bir­lik­də xüsu­si pro­qram­la­rın ha­zır­lan­ma­sı ilə mə­şğ­ul olur­dum. Pro­qram­lar ya­rat­saq da, on­la­rı sa­ta bil­mir­dik. Biz­ne­sin qa­nun­la­rı­nı bil­mə­məy­i­miz bu iş­də bi­zə ma­ne olur­du. Eti­raf edim ki, di­zay­ner­lə­rin işi mən­də uşaq­lı­q­dan ma­raq ya­ra­dır­dı. Bu sa­həyə hər za­man ma­raq gö­s­tər­mi­şəm. Bu sa­həyə aid xüsu­si ədə­biyyat oxuy­ur, bütün boş vax­tı­mı bu­na həsr edir­dim. Pro­qram tə­mi­na­tı­nın ha­zır­lan­ma­sın­da üzləş­diy­im uğur­suz­luq­lar­dan so­nra qə­rar qə­bul et­dim: kompüter pro­qram­laş­dı­rıl­ma­sı və di­zay­ner­liyi bir­ləş­dir­mək, əy­ləncə­ni gə­lir gə­ti­rəcək əsl pe­şəyə çe­vir­mək.

- Və han­sı iş­lə­ri gördü­nüz? Yə­qin ki, ye­ni biz­ne­sin əsa­sı­nı qoy­du­nuz.

- Mən əq­rəb bürcündə do­ğul­­mu­şam və bir işi ya­rı­da at­maq mə­nim bürcümə zid­dir. Hər hal­da, as­t­ro­loq­lar be­lə de­y­ir. "Ele­ment Vi­su­al Stu­dio" şir­­kə­ti­nin adı­nı dəy­iş­dik və fə­a­­liyyət pro­fi­li­mi­zi "Di­g­i­tal de­si­gn"a çe­vir­dik. Bu də­fə uğur qa­zan­dıq və Türkiy­ə­də­ki 15 il­lik fə­a­liyyə­ti­miz­də ki­fay­ət qə­dər müştə­ri əl­də et­dik. Be­lə­lik­lə, pe­şə­kar fə­a­liyyət Türkiy­ə­də qal­maq və iş­lə­mək qə­ra­rı­nın qə­bu­lun­da həl­le­dici amil ol­du.

- Ya­şayış ye­ri­ni­zi dəy­iş­məy­i­niz az­mış ki­mi, ix­ti­sa­sı­nı­zı da dəy­iş­di­niz. Bu, cid­di ad­dım­dır. Bu sa­hə­də uğur qa­zan­ma­nı­za nə kö­mək et­di?

- Di­zayn sa­hə­sin­də xüsu­si təh­si­lim yox­dur. Düşünürəm ki, bu sa­hə­də­ki uğur­la­rım da­ha çox müşa­hi­də, bu və ya di­g­ər as­pek­t­lə­ri fər­q­lən­di­rə bil­mək, qey­ri-stan­dart düşünmək və gör­mək baca­rığım­la bağlı­dır. Üstə­lik, mə­nim ki­mi şəx­slə­ri "iş xə­s­tə­si" ad­lan­dı­rır­lar.

Ha­ra­da ol­mağım­dan, nə iş gör­məy­im­dən ası­lı ol­may­a­raq, fi­k­rim da­im işin ya­nın­da­dır və bu is­tə­ni­lən lay­i­hə­nin re­al­laş­dı­rıl­ma­sın­da mə­nə kö­mək olur. De­mək olar ki, mən işim­lə ya­şayı­ram. Üstə­lik, bəx­tim çox gə­ti­rib ki, se­vim­li işim­lə mə­ş­ğ­ul olu­ram və bu mə­nə qa­zanc gə­ti­rir.

- Ma­raq­lı­dır, si­zi Ba­kı­da ke­çi­ri­ləcək Bi­rinci Av­ro­pa Oy­un­la­rı­nın lo­qo­ti­pi­nin ha­zır­lan­ma­sı üzrə ten­de­rə qo­şul­mağa nə va­dar et­di? Bu, Azər­baycan­la bağlı ilk iş təcrübə­niz idi?

- Qə­tiyyən. Mə­nə in­diy­ə­dək Azər­bayca­nın bir sı­ra şir­kət­lə­ri­lə əmək­daş­lıq et­mək, bir ne­çə lay­i­hə re­al­laş­dır­maq qi­s­mət olub. La­kin on­la­rın ha­mı­sı kom­mer­siya xa­rak­ter­li olub. Lo­qo­ti­pin ha­zır­lan­ma­sı ilə bağlı ten­der ha­q­da eşi­dən ki­mi, gücümü sı­na­maq fi­k­ri­nə düşdüm. Müsa­bi­qəyə cə­mi bir va­ri­ant gön­dər­dim və o, qə­bul olun­du. İlk də­fə təş­kil olu­nan və doğma Azər­baycan­da ke­çi­ri­lən Av­ro­pa Oy­un­la­rı­nın lo­qo­ti­pi­nin müəl­li­fi ol­maq­la qürur duy­u­ram. Bil­diy­i­mə gö­rə, bu ya­rı­şa xey­li adam qa­tıl­mış­dı - təx­mi­nən, 20 Av­ro­pa şir­kə­ti və bir çox yer­li təş­ki­lat­lar ten­der­də iş­ti­rak edir­di­lər.

- Lo­qo­ti­pin kon­sep­siy­a­sı­nı ha­zır­lay­ar­kən nə­lə­rə əsas­la­nır­dı­nız? Bəl­kə, id­man­la mə­ş­ğ­ul olur­du­nuz və si­zi bu ruh­lan­dı­rır­dı?

- Heç za­man pe­şə­kar id­man­la mə­şğ­ul ol­ma­mı­şam. La­kin sağlam həy­at tər­zi sürməyə ça­lı­şı­ram və ən azı mütə­ma­di ola­raq qa­çı­ram. Qa­çış za­ma­nı tək olu­ram və bu, nə qə­dər qə­ri­bə səs­lən­sə də, düşünmək, fi­kir­lə­ri­ni cəm­lə­mək üçün yax­şı im­kan­dır. Açığı, ək­sər uğur­lu lay­i­hə idey­a­sı məhz qa­çış za­ma­nı bey­ni­mə gə­lib.

Bəl­kə də, Av­ro­pa Oy­un­la­rı­nın lo­qo­ti­pi­lə bağlı qa­zan­dığım uğur Və­tən­dən kə­nar­da ya­şa­mağım­la bağlı­dır: məhz uzun müddət və­tən­dən uzaq ya­şa­maq­la kök­lə­ri­min əhə­miyyə­ti­ni, Azər­baycan ənə­nə­lə­ri­ni da­ha yax­şı an­la­mağa baş­la­mı­şam. Və­tə­ni­mi xa­ricdə nəy­in da­ha lay­i­qincə təm­sil edə bi­ləcəyi ha­q­da düşünmüşəm. Azər­bay­ca­nın bir çox dəy­ər­lə­ri var. La­kin əcnə­bi üçün on­la­rın heç də ha­mı­sı əhə­miyyət­li ola bil­məz.

Mə­sə­ləyə bu möv­qe­dən ya­na­şar­kən gə­ləcək lo­qo­tip üçün ilk fi­qur ki­mi na­rı seç­dim. Bu, həm azər­baycan­lı­la­rın çox sev­diyi mey­və, həm də güc və bir­liyi özündə əks et­di­rən çox­mə­na­lı sim­vol­dur. Azər­baycan­la ay­rıl­maz bağlı­lığı olan da­ha bir sim­vol Od­lar yur­du­nun rəm­zi sayı­lan alov­dur. Dünya ədə­biyya­tın­da ol­duğu ki­mi, Azər­baycan ədə­biyya­tın­da da Si­murq qu­şu da yer alır. Bu­nun­la ya­na­şı, han­sı sim­vol­lar­dan is­ti­fa­də et­mək yox, on­la­rı qra­fik ba­xım­dan necə əla­qə­lən­dir­mək ha­q­da düşünmək vaci­b­dir. Elə et­mək la­zım­dır ki, on­lar ay­rı-ay­rı­lı­q­da qal­ma­sın və bir-bi­ri­ni ta­mam­la­sın. Düşünürəm ki, lo­qo­ti­pin uğur qa­zan­ma­sı həm də onun­la bağlı­dır ki, onu tək rə­ng­də ve­rən­də də heç nə itir­mir.

Bu yer­də bir mə­qa­mı xa­tır­lat­maq ye­ri­nə düşər: Av­ro­pa Oy­un­la­rı­na ha­zır­lı­q­da is­ti­fa­də olu­nan bütün qra­fi­ka iş­lə­ri müxtə­lif mütə­xəs­sis­lər­dən, o cümlə­dən əcnə­bi­lər­dən iba­rət bütöv bir ko­man­da­nın işi­dir. Bu işə mən də gücüm ça­tan töh­fə­ni ver­mi­şəm.

- Ye­ri gəl­miş­kən, Av­ro­pa Oy­un­la­rı­nın per­so­naj­la­rı - Cey­ran qız və gənc Nar so­si­al şə­bə­kə­lər­də qı­zğın müza­ki­rə­lə­rə sə­bəb ol­du.

- Mə­nim ko­man­dam Cey­ran qı­zın gey­im di­zay­nı­nın ya­ra­dıl­ma­sı üzə­rin­də iş­ləy­ib. Bi­la­va­si­tə per­so­naj­la­rın ya­ra­dıl­ma­sın­da iş­ti­rak et­mə­mi­şəm. Da­ha doğru­su, mən bu iş­də öz va­ri­an­tı­mı tək­lif et­səm də, o, qə­bul olun­mayıb. Prin­sipcə, per­so­naj­lar­la bağlı müxtə­lif fi­kir­lər­lə ta­nı­şam. On­la­rın ara­sın­da tən­qi­di fi­kir­lər də var. Fi­k­rimcə, be­lə müza­ki­rə­lər ta­ma­mi­lə tə­bi­i­dir. Müəyyən tən­qid­lər­lə ra­zı­laş­maq olar. La­kin əmi­nəm ki, tən­qid­lər­də sər­hə­di ke­ç­mək ol­maz. Axı, bun­lar Ba­kı­da ke­çi­ri­ləcək Av­ro­pa Oy­un­­la­rı­nın per­so­naj­la­rı­dır və fak­ti­ki ola­raq on­lar Azər­bayca­nı təm­sil edəcək.

- Bəs, siz özünüz ha­zır­la­dığı­nız lo­qo­tip di­zay­nı ilə bağlı tən­qid­lər­lə üzləş­mi­si­niz­mi?

- Əl­bət­tə. Be­lə tən­qid­lə­rə da­ha çox so­si­al şə­bə­kə­lər­də rast gə­li­nir. Mən bun­la­rı yün­gül tən­qid ki­mi qiy­mət­lən­di­ri­rəm. Ha­zır­la­dığım lo­qo­tip­lə bağ­lı hər han­sı cid­di tən­qi­də rast gəl­mə­mi­şəm. La­kin mən hər za­man bütün su­al­la­rı məm­nu­niyyət­lə ca­vab­lan­dır­mağa, or­taya qoy­duğum işin məğzi­ni iz­ah et­məyə ha­zı­ram. Bir şeyi an­la­maq la­zım­dır: hər kə­sin xo­­şu­na gəl­mək mümkün dey­il. Sə­nin işin müxtə­lif görüşlə­rə ma­lik in­san­la­rın xo­şu­na gəl­məyə bi­lər. Bu­ra­da həm pe­şə­kar və es­te­tik as­pek­t­lər var, həm də işin məğzi­ni an­la­ma­dan tən­qid et­məyi xoş­lay­an in­san­lar. Mən hər kə­si baş­qa­la­rı­nın zəh­mə­ti­nə, uğur­la­rı­na hör­mət­lə ya­naş­mağa çağı­rı­ram.

- Bir mə­qa­ma da to­xun­maq vaci­b­dir. Av­ro­pa Oy­un­la­rı­nın lo­qo­ti­pi­nin ha­zır­lan­ma­sı üzrə ten­der­də məhz azər­­baycan­lı­nın qa­lib gəl­mə­si son də­rəcə ma­raq­lı­dır. Hal­bu­ki bu işə xa­ricdən bir çox təcrübə­li mütə­xəs­sis­lər cəlb olun­muş­du. Yə­qin ki, bu, gənc həm­və­tən­lə­ri­mi­zin cə­sa­rət­li ol­ma­la­rı­nın, uğur əl­də et­məyə ça­lış­ma­la­rı­nın vacib­liy­i­ni tə­s­diq­ləy­ən da­ha bir amil­dir... 

- Ta­ma­mi­lə ra­zıy­am və bu, heç də ten­der­də qa­lib gəl­mə­y­im­lə bağlı dey­il. Fi­k­rimcə, bu cür miqyas­lı lay­i­hə­lər­də azər­baycan­lı­la­rın hər bir uğu­ru xal­qa çat­dı­rıl­ma­lı­dır. Mən öz tə­rə­fim­dən bu ha­di­səyə ha­zır­lıq­la bağlı təd­bi­rə də­vət al­dığım üçün Av­ro­pa Oy­un­la­rı­nın Əmə­­liyyat Ko­mi­tə­si­nə min­nət­da­ram. Gənclə­ri hər za­man öz güc­lə­ri­ni sı­na­mağa çağı­rı­ram. Əl­bət­tə ki, re­s­pub­li­ka­da hər gün bu miqya­s­da təd­bir ke­çi­ril­mir. Am­ma hər hal­da, vax­ta­şı­rı be­lə təd­bir­lə­rin şa­hi­di olu­ruq. Müsa­bi­qə­lər­də, ten­der­lər­də hər za­man iş­ti­rak et­mək la­zım­dır. Be­lə müsa­bi­qə­lər­də məğ­lub ol­maq heç də sə­nin heç bir işə ya­ra­ma­dığı­nı gö­s­tər­mir. Bu, in­ki­şaf et­mək üçün sə­bə­b­dir. İn­sa­nın qar­şı­sı­na qoy­­duğu hər bir hə­dəf onu in­ki­şa­fa apa­rır.

- Han­sı həy­at tər­zi­ni ke­çi­rir­si­niz? Mə­i­şə­ti­niz nə­dən iba­rət­dir?

- Sa­də və sağlam həy­at tər­zi­nə üstünlük ve­ri­rəm. Ar­tıq qeyd et­diy­im ki­mi, se­vim­li işi­mi pe­şə­kar fə­a­liyyə­ti­mə çe­vir­mək­də bəx­tim gə­ti­rib. Bəx­tim həm də on­da gə­ti­rib ki, 13 və 3,5 ya­şın­da olan iki oğlu­mun ana­sı olan gö­zəl həy­at yol­da­şım var. Xa­nı­mım bi­rinci və so­nuncu mə­həb­bə­tim­dir. Dey­ir­lər ki, mən ro­man­ti­kəm. Fi­k­rimcə, bu, hə­qi­qət­dir. Qa­çı­şı, üzgüçülüyü, ve­lo­si­ped sürməyi se­vi­rəm. Piy­a­da gəz­mək im­ka­nı var­sa, heç bir hal­da av­to­mo­bi­lə əy­ləş­mə­rəm. Bütün bun­lar to­nu­sun də­s­tək­lən­mə­si­nə kö­mək edir.

- Azər­bayca­na qayıt­maq, bu­ra­da ya­şa­maq, iş­lə­mək niyyə­ti­niz var­mı?

- Bi­la­va­si­tə Azər­bayca­na kö­ç­mək niyyə­tim yox­dur. La­kin mən azər­baycan­lıy­am və ha­ra­da ya­şa­mağım­dan ası­lı ol­may­a­raq, bu, dəy­iş­məz­dir. Ək­si­nə, ar­tıq qeyd et­diy­im ki­mi, uza­q­da­san­sa, doğma olan­la­rı da­ha çox dəy­ər­lən­di­rir, da­­ha yax­şı ba­şa düşürsən. Tür­kiy­ə­də özümü son də­rəcə ra­hat hiss edi­rəm. Azər­bay­can­­lı­lar­la türklə­rin qar­daş ol­duq­la­rı­nı əbəs ye­rə de­mir­lər. Dün­yaya müna­si­bət­də ara­mız­da müəyyən fər­q­lər ol­sa da, ora­nın mə­də­niyyə­ti, men­ta­li­te­ti mə­nə çox ya­xın­dır. Bu­nun­la ya­na­şı, Və­tə­nim­lə əla­qə­ni heç za­man kə­s­mi­rəm. Əs­lən Nax­çı­van­da­nam. Va­li­deyn­lə­rim, böyük qar­da­şım, böyük bacım və ki­çik qar­da­şım Ba­kı­da ya­şayır, ora­da ça­lı­şır­lar.

- Ba­kı­da ofis aç­mağı­nız göz­lə­ni­lir­mi?

- Açığı, fi­k­rimcə, uğur­lu fə­a­liyyət, ye­ni müştə­ri­lə­rin cəl­bi üçün ofis vacib dey­il. Şir­kə­tin nüfu­zu­nun, po­pul­yar­­lığı­nın ar­tı­rıl­ma­sı üçün, bəl­­kə də, ofis la­zım­dır. Am­ma onun yox­luğu uğur­lu fə­a­liyyə­tə ma­neə dey­il.

- Söh­bə­ti­mi­zin so­nun­da bir su­al ver­mək is­təy­i­rəm: xa­ricdə ya­şay­an həm­və­tən­lə­ri­mi­zə nə ar­zu edər­di­niz?

- Azər­baycan dur­ma­dan in­ki­şaf edir. Tə­əssüf ki, bu pro­se­s­də bə­zi ənə­nə­vi as­pek­t­­lər unu­du­lur və yox olur. Ümid edi­rəm ki, müa­sir gənclik ke­ç­mi­şə aid bütün də­y­ər­lə­ri qo­ruy­ub sax­lay­a­caq.


MƏSLƏHƏT GÖR:

721