19 Dekabr 2024

Cümə axşamı, 19:15

BALKAN ÜMİDLƏRİ

Çernoqoriya MOK-un prezidenti Duşan Simonoviç: "Bizim medallarla bağlı ambisiyalarımız su polosu yığması ilə bağlıdır"

Müəllif:

16.06.2015

Avro­pa Oy­un­la­rı­na ən böyük nüma­y­ən­də hey­ə­ti­lə qa­tıl­mış öl­kə­lər­dən bi­ri Çer­no­qo­riy­a­dır.

Çer­no­qo­riy­a­nın oy­un­lar­dan göz­lən­ti­lə­ri­ni, me­dal­la­ra olan ümid­lə­ri­ni öl­kə­nin Mil­li Olim­piya Ko­mi­tə­si­nin pre­zi­den­ti Du­şan SİMO­NO­VİÇ "R+"a müsa­hi­bə­sin­də açıq­layıb.

- Ba­kı­da ke­çi­ri­lən Bi­rinci Av­ro­pa Oy­un­la­rın­dan nə göz­ləy­ir­si­niz?

- Mə­nim göz­lən­ti­mə gö­rə, Ba­kı­da ke­çi­ri­lən Bi­rinci Av­ro­pa Oy­un­la­rı Köh­nə Qi­tə­nin id­man və mə­də­niyyət mo­za­i­ka­sı­nı ye­ni­dən for­ma­laş­dı­racaq, da­ha zə­ng­in edəcək bir ta­rix ya­şa­nacaq. Mən Azər­bayca­nın Av­ro­pa Olim­piya Ko­mi­tə­si­nin eti­ma­dı­nı tam doğ­rul­­dacağı­na, tu­rni­ri yüksək sə­viyyə­də ke­çi­rəcəy­i­nə, bu­nun­la da, Av­ro­pa Oy­un­la­rı üçün yüksək stan­dar­t­lar müəy­yən­ləş­di­rəcəy­i­nə heç bir şübhə et­mi­rəm. Bu təd­bi­rin təş­ki­li ilə biz qi­tə­miz­də bir­lik­də ye­ni ta­rix ya­ra­dı­rıq və bu, bi­zə gə­ləcək nə­sil­lər üçün son də­rəcə qiy­mət­li mi­ras ya­rat­maq im­ka­nı ve­rəcək. Biz Av­ro­pa Olim­piya Ko­mi­tə­si­nin Av­ro­pa Oy­un­la­rı idey­a­sı­nın həy­a­ta ke­ç­mə­si, bu ya­rı­şın Köh­nə Qi­tə­nin bren­­di­nə çe­v­ril­mə­si üçün han­sı id­di­a­la­rı or­taya qoy­duğu­nu, necə ener­ji xərclə­diy­i­ni gör­dük­də tur­ni­rə cid­di şə­kil­də ha­zır­laş­mağa baş­la­dıq. Biz "Qə­lə­bə dey­il, iş­ti­rak önəm­li­dir" şüa­rı­na çox hör­mət­lə ya­na­şı­rıq. La­kin oy­un­lar bi­zim üçün, ilk növ­bə­də, cid­di ya­rış sti­mu­lu ve­rir. Odur ki, Çer­no­qo­riya Mil­li Olim­piya Ko­mi­tə­si və id­man fe­de­ra­siy­a­sı nümay­ən­də hey­ə­ti­mi­zin ən yax­şı id­man­çı­lar­dan qu­rul­ma­sı, is­te­da­dı­mı­zı, po­ten­si­a­lı­mı­zı Ba­kı­da lay­i­qincə or­taya qoy­ma­sı üçün əlin­dən gə­lə­ni edib. Av­ro­pa Oy­un­la­rın­da Çer­no­qo­riya bay­rağı al­tın­da 10 id­man növündə 84 nə­fər ya­rı­şır: yüngül at­le­ti­ka, boks, dağ ve­lo­si­pe­di, cüdo, ka­ra­te, atıcı­lıq, üzgüçülük, ta­e­k­­van­do və su po­lo­su.

- Çer­no­qo­riya bu Av­ro­pa Oy­un­la­rın­da han­sı id­man növ­­lə­rin­də me­dal­la­ra ümid edir?

- He­sab edi­rik ki, Çer­no­qo­riy­a­nın Ba­kı­da nümay­iş et­di­rəcəyi çox şey var. Bi­zim me­dal id­di­a­la­rı­mız, ilk növ­bə­də, su po­lo­su ilə bağlı­dır. Bu, bi­zim üçün hənd­bol­la ya­na­şı, mil­li id­man növüdür. Av­ro­pa Oy­un­la­rın­da gənclər­dən iba­rət ko­man­da ya­rı­şacaq. Am­ma 2013-cü ilin Av­ro­pa Çem­pi­o­na­tın­da Çer­no­qo­riya məhz bu yaş həd­din­də Av­ro­pa çem­pi­o­nu ol­muş­du. O za­man Mal­ta­da biz Ba­kıya yol­lan­maq üçün se­ç­mə mər­hə­lə­si olan bu tur­nir­də qə­lə­bə əl­də et­miş­dik. Nümay­ən­də hey­ə­ti­miz­də cüdo­çu Srcan Mrva­le­viç var. O, ke­ç­miş dünya ikinci­si­dir və Lon­don­da ke­çi­ril­miş Olim­piya Oy­un­la­rın­da Çer­no­qo­riy­a­nın bay­ra­q­da­rı olub. On­dan hər za­man yüksək nə­ticə­lər göz­lə­ni­lir. Nümay­ən­də hey­ə­tin­də­ki di­g­ər cüdo­çu­lar da böyük tur­nir­lər­də me­dal qa­zan­mağın yol­la­rı­nı bi­lir­lər. Di­g­ər id­man növ­lə­rin­də ya­rı­şan id­man­çı­la­rı­mız­dan da böyük göz­lən­ti­lər var. Yüngül at­le­ti­ka­da yax­şı, per­spek­tiv­li yığma for­ma­la­şıb. On­lar­dan me­dal göz­lə­mək olar.

- Azər­bayca­nın bu ya­rı­şa ha­zır­lığı­nı necə qiy­mət­lən­di­rir­si­niz?

- Öl­kə­ni­zin Av­ro­pa Oy­un­la­rı­na ha­zır­lığı ilə ye­rin­də ta­nış ol­maq im­ka­nı qa­zan­mı­şam. Ya­rı­şın təş­ki­li Azər­bayca­na 2012-ci ilin de­ka­b­rın­da hə­va­lə edi­lib. La­kin bu, si­zi nə­in­ki ka­rıx­dır­mayıb, səy­lə­ri­ni­zi da­ha da məq­sədyönlü, ef­fek­t­li edib. Ba­kı­nın müa­sir Av­ro­pa pay­tax­tı­na çe­v­ril­mə­si, onun bütün at­ri­but­la­rı­nı özündə əks et­dir­mə­si mə­­ni tə­əccüblən­dir­di. Ba­kı­da olar­kən bu­ra­da in­şa edil­miş bütün id­man qu­rğ­u­la­rı­nın ən yüksək bey­nəl­xalq stan­dar­t­la­ra ca­vab ver­diy­i­ni gördüm. Am­ma mən­də ən yüksək tə­əssürat ya­ra­dan bu­ra­da­kı meh­ri­ban­lıq, qo­naq­pər­vər­lik olub. Azər­bay­can­da hər ad­dım­da bun­lar­la ras­t­la­şır­san. Son il­lər­də öl­kə­də id­ma­na, id­man in­fra­struk­tu­ru­na ya­tı­rıl­mış in­ve­s­ti­siy­a­lar in­san­da ən xoş tə­əssürat­lar ya­ra­dır. Bu, Olim­piya hə­rə­ka­tı­na ya­tı­rıl­mış in­ve­s­ti­siy­a­la­ra da aid­dir. Siz ar­tıq özünüzü dünya miqyas­lı bir ne­çə ya­rı­şın uğur­lu təş­ki­lat­çı­sı ki­mi gö­s­tər­mi­si­niz. Öl­kə­niz 2016-cı il­də "For­mu­la-1" ya­rı­şı­na ev sa­hib­liyi edəcək. Da­ha so­nra fut­bol üzrə 2020-ci il Av­ro­pa Çem­pi­o­na­tı­nın 4 mat­çı bu­ra­da ke­çi­ri­ləcək. Azər­bayca­nın məş­hur adı olan Od­lar yur­du dəy­i­şi­lə­rək Od­lar və id­man yur­du­na çe­v­ri­lə bi­lər. Əmi­nəm ki, Ba­kı Av­ro­pa Oy­un­la­rı­nın ilk ev sa­hi­bi ki­mi, gə­ləcək təş­ki­lat­çı­lar üçün yüksək stan­dar­t­lar müəyyən­ləş­di­rəcək. Siz 2024-cü il­də ke­çi­ri­ləcək Olim­piya Oy­un­­la­rı­na na­mi­zəd­liy­i­ni­zi irə­li sür­mək üçün sı­na­q­dan üzüağ çı­xacaq­sı­nız.

- Çer­no­qo­riya Av­ro­pa Oy­un­la­rı­nın açı­lı­şın­da yüksək sə­viyyə­də təm­sil olun­du.

- Açı­lış mə­ra­si­min­də Çer­no­qo­riy­a­nın yüksək döv­lət xa­dim­lə­ri iş­ti­rak edib - pre­zi­dent Fi­lip Vuy­a­no­viç və baş na­zir Mi­lo Cu­ka­no­viç. Siy­a­si nüma­y­ən­də hey­ə­ti­mi­zin tər­ki­bi ilə Av­ro­pa Oy­un­la­rı­nın nüfu­zu­na nə qə­dər hör­mət­lə ya­naş­dığı­mı­zı, Azər­baycan­la do­stluğu­mu­zu necə qiy­mət­lən­dir­diy­i­mi­zi, onun da­ha da möh­kəm­lən­mə­si­nə nə qə­dər ça­lış­dığı­mı­zı gö­s­tə­ri­rik. Ye­ri gəl­miş­kən, bu ya­rış­lar bi­zə Av­ro­pa­nın müxtə­lif bö­lg­ə­lə­rin­də öl­kə­mi­zin rek­la­mı üçün də yax­şı im­kan­lar ya­ra­dacaq.


MƏSLƏHƏT GÖR:

695