
SERBİYA ÖZ QAPILARINI RUSİYA BİZNESİNİN ÜZÜNƏ TAYBATAY AÇIR
Kosovo problemində kremlin dəstəyi müqabilində
Müəllif: Roma NEYMAN Bakı
Kosovo münaqişəsinin həllində-irəliləyişə nail olmaq istəyən beynəlxalq vasitəçilərin səyləri hələ də bir nətijə vermir. Serbiya və Kosovo təmsilçiləri arasında danışıqların oktyabrda keçirilən növbəti raundu da nətijəsiz başa çatıb. Bundan başqa, Serbiya tərəfi hətta vasitəçilərdən biri olan ABŞ ilə qarşıdurmaya getməkdən belə çəkinməyib. Baş nazir Voislav Koştunisa Vaşinqton və NATO-nun Kosovo ilə bağlı siyasətini tənqid edb. Bu onun son aylarda ən kəskin çıxışı sayılır. Onun sözlərinə görə, ABŞ "kobud güj siyasəti yürüdür və açıq şəkildə Serbiyanın parçalanmasının tərəfdarı kimi çıxış edir".
BMT-nin problemin həlli üçün tərəflərə verdiyi müddətin başa çatmasına isə lap az qalır. Əgər dekabrın 10-dək münaqişə həllini tapmasa, böyük beynəlxalq qalmaqal yaşana bilər. Belə ki, ABŞ-ın və Avropa İttifaqının əksər ölkələrinin dəstəyini alan Kosovo albanları müstəqilliklərini birtərəfli qaydada elan etmək istəyir. Rusiyanın dəstəklədiyi Serbiya isə Kosovoya yalnız muxtariyyət verilməsini mümkün sayır. Vaşinqtonun bununla razılaşmaması isə situasiyanı son dərəjə gərginləşdirir. ABŞ artıq bəyan edib ki, Vaşinqton dekabrın 10-dan sonra problemin həlli ilə bağlı danışıqlar aparmaq fikrində deyil və BMT-nin müvafiq qətnaməsi olmasa belə, Kosovonun müstəqilliyini tanımağa hazırdır. Əslində pat vəziyyəti yaranmaqdadır: Kosovonun statusunun müəyyənləşməsi prosesinin ləngiməsi ölkəni idarə edən BMT administrasiyasına regionda inamın azalmasına və situasiyanın korlanmasına səbəb ola bilər.
Hələlik problemin uzun çəkən həlli prosesində yeganə qazanan tərəf Rusiyadır. Belqrada verdiyi siyasi dəstək müqabilində, Moskva kifayət qədər jiddi iqtisadi dividendlər əldə edib. Rusiyanın elektron KİV-nin məlumatına görə, Kosovo münaqişəsinin həllində Rusiyanın Serbiyaya dəstək verməsi, Belqrada bir neçə strateci obyekt bahasına başa gələjək. Belqrad həmin obyektləri ölkədə həyata keçirilən dövlət əmlakının özəlləşdirilməsi gedişində satışa çıxarmalı olajaq. Doğrudur, Rusiya rəsmiləri "dəstək müqabilində obyekt" razılaşması barədə deyilənləri təkzib edir, lakin faktlar bunun əksini göstərir: Serbiyanın BMT, ABŞ və Avropa İttifaqı ilə Kosovo problemi üzrə münasibətləri nə qədər gərginləşirsə, Belqradda rusiyalı biznesmenləri o qədər mehribanlıqla qarşılayırlar.
Qeyd etmək lazımdır ki, Serbiya rəhbərliyi ilə Rusiya şirkətləri arasında danışıqlar, məhz Moskvanın Kosovo münaqişəsi ilə bağlı Belqrada verdiyi dəstək və iki ölkə arasındakı yaxınlaşma fonunda başlayıb. Bu ilin iyununda Serbiya hökumətinin başçısı Voislav Koştunisa Sankt-Peterburqda keçirilən investisiya forumuna qatıldıqdan sonra, dərhal vətənə qayıtmaqdansa, bir müddət Rusiyada qalıb prezident Vladimir Putinlə danışıqlar aparmağa üstünlük verdi. "Mənim burada qalmağımda məqsəd Rusiyanın Serbiya iqtisadiyyatında mövjudluğu ilə bağlı müzakirələr aparmaq, bunun yollarını araşdırmaqdır", - deyə baş nazir bildirmişdi.
Görüşün nətijələri isə özünü çox gözlətmədi. İyulun ortalarında Rusiya BMT Təhlükəsizlik Şurasında Kosovoya dair qətnaməyə dəstək verməkdən imtina edərək, bölgənin statusu ilə bağlı qərarın Belqrad və Priştinanı qane etməyəjəyi təqdirdə, onun qəbuluna veto qoyajağını bəyan etdi. Elə həmin ay "Baza elementi" adlanan metallurgiya şirkətlər qrupunun rəhbəri Oleq Deripaska Serbiyanın baş naziri ilə görüşdü. Görüşdə Rusiya şirkətinin Serbiyaya, həmçinin RTB bor mis mədəninə investisiya qoymaq perspektivləri müzakirə edildi. Maraqlıdır ki, bundan bir neçə ay əvvəl Oleq Deripaskanın şirkəti RTB bor mədəninin satışı ilə bağlı tenderdən kənarlaşdırılmışdı. O zaman auksionun qalibi "Cuprom Romania" şirkəti olmuşdu. Londonun "Financial Times" qəzetinin yazdığına görə, apreldə Serbiya hökuməti həmkarlar ittifaqlarının etirazlarını və şirkətin 400 milyon dollar məbləğində dəyərə malik öhdəliklərə əməl etmək imkanında olmadığını əsas götürərək, tenderin nətijəsini ləğv etdi və tezliklə yeni auksionun keçirilməsinə qərar verdi (auksion bu ilin sonunda baş tutajaq). Artıq yeni tenderin qalibinin "Baza elementi" olajağı çoxlarında şübhə doğurmur. Hər halda, "Financial Times"in yazdığı kimi, Koştunisa artıq "Serbiyada Rusiyanın iqtisadi mövjudluğunun artajağına ümid etdiyini" bildirib.
Bu ilin avqustunda isə Koştunisa aeroflotun baş direktoru Valeri Okulovu qəbul edib. Rusiyaya məxsus aviaşirkət milli JAT Airways üçün 400 milyon dollar təklif edib. Qeyd edək ki, bu qurum hazırda iflas həddində olsa da, Rusiyanın marağını özünə jəlb edib. Çünki gələn il Serbiya "açıq səma" sisteminə qoşulajaq. Odur ki JAT-ın əldə edilməsi aeroflota Avropa bazarlarında maneəsiz fəaliyyət göstərmək imkanı yaradajaq.
Nəhayət, Moskva üçün ən jəlbediji sahə olan energetika sahəsində də jiddi "satınalma" situasiyası yaşana bilər. Hazırda perspektivdə Serbiyanın "Naftna Industrija Srbije" (NIS) enerci holdinqinin "Qazprom"un nəzarətinə keçməsi məsələsi müzakirə edilir. Oktyabrın əvvəllərində "Qazprom"un rəhbəri Aleksey Miller işgüzar səfərlə Serbiyaya gəlib və burada ölkə prezidenti Boris Tadiç, həmçinin baş nazir Voislav Koştunisa ilə "Qazprom"un NIS-in özəlləşdirilməsi prosesində iştirakına dair fikir mübadiləsi aparıb. Bu zaman qeyd edilib ki, Rusiya şirkətinin NİS-in özəlləşdirilməsi prosesində də iştirakına "vahid kompleks layihə"nin bir hissəsi kimi baxılmalıdır. Bu layihəyə habelə Serbiyada "Jənub axını" layihəsi çərçivəsində qaz nəqli sisteminin inkişaf etdirilməsi və qazın saxlanması üçün yeraltı anbarların yaradılması məsələləri də daxil edilmişdir. Belə ki, bütün bu layihələr eyni vaxtda həyata keçirilməlidir və həmin məsələ "Qazprom"un yaydığı press-relizdə də öz əksini tapıb. Rusiya monopoliyasının rəhbərinin sözlərinə görə, bu məsələ ilə bağlı qərar tərəflər arasında danışıqların davam etdiriləjəyi yaxın aylar ərzində qəbul olunajaqdır. Rusiyanın NEWSru.com informasiya saytının məlumatına görə, hazırda "Qazprom" Serbiyada üç nəhəng layihə həyata keçirir. Onlardan ən əsası "YugoRosGas" birgə müəssisəsidir (burada "Qazprom"un payı 75%-dir). Müəssisə Rusiya qazının ölkə ərazisinə nəqli və Serbiya əhalisinə satışı ilə yanaşı, həmçinin Dimitrovqrad - Niş - Poyate qaz kəmərinin tikintisi ilə də məşğuldur. O, Serbiya və Bolqarıstanın qaz nəqli sistemlərinin birləşdirilməsini nəzərdə tutur. Dəyəri 1 milyard dollardan artıq olan bu boru kəməri perspektivdə "Qazprom"un daha bir layihəsi olan "jənub axını"nın bir hissəsinə çevrilə bilər ( onun marşrutu Qara dənizin dibindən keçməklə Bolqarıstan, Serbiya, Majarıstan və Avstriya əraziləri üzrə uzanırr).
"Qazprom"un Serbiyada daha bir layihəsi, qeyd edildiyi kimi, yeraltı qaz anbarının tikintisidir. Şirkət layihəni Serbiyanın qaz nəhəngi olan "Srbijagas" ilə birlikdə reallaşdırajaq. Tikiləjək anbarın qaz tutumunun 800 milyon kubmetr olajağı bildirilir. Bu, Serbiyanın illik qaz tələbatının təxminən dörddəbirini təşkil edir.
Serbiyanın kütləvi informasiya vasitələrinin ölkə hökumətinin mənbələrinə əsaslanmaqla verdiyi informasiyaya görə, "Qazprom" layihədəki payının müqabilində "Srbijagas" şirkətinin Küveytə olan 370 milyon dollarlıq borjunu ödəməyi öz üzərinə götürüb.
Ümumilikdə, sadalanan obyektlərin hər biri Serbiya iqtisadiyyatının "ən ləzzətli tikəsi"dir. Onlar məlum daxili siyasi hadisələr səbəbindən (yanvardakı parlament seçkləri və uzun müddət hökumətin formalaşdırıla bilməməsi) hələ ki özəlləşdirilməyə çıxarılmayıb. Bu obyektlərin Rusiya biznesinə satılması (xüsusilə, "NIS"in səhmlərinin "LUKoyl"a satılması) nəinki Rusiya və Serbiyanın iqtisadi və siyasi yaxınlaşmasına səbəb ola, həmçinin Moskvanın Balkan regionunda mövqelərini daha da möhkəmləndirməsinə gətirib çıxara bilər.
MƏSLƏHƏT GÖR: