19 Dekabr 2024

Cümə axşamı, 19:05

SÖZÜMÜZ SÖZDÜR!

"Azərbaycan istənilən mötəbər yarışı keçirə bilər", - Azad Rəhimov, gənclər və idman naziri

Müəllif:

16.06.2015

Bakı­da ke­çi­ri­lən ilk Av­ro­pa Oy­un­la­rı­nın təş­ki­li bu mö­tə­bər ya­rı­şın yüksək stan­dar­t­la­rı­nı müəyyən­ləş­dir­di. Fak­ti­ki ola­raq Ba­kı bu oy­un­la­rı Yay Olim­pi­a­da­sı, hət­ta on­dan da yüksək sə­viyyə­də təş­kil et­di. Ge­niş icti­ma­iyyət ha­zır­lıq pro­se­si­nin ge­di­şi ba­rə­də müntə­zəm ola­raq mə­lu­mat­lan­dı­rıl­sa da, bir çox­la­rı­nı hə­lə də "bu­na necə na­il ol­duq?", "nə qə­dər və­sa­it sərf et­dik?" və "Av­ro­pa Oy­un­la­rı­nın ke­çi­ril­mə­si bi­zə nə ve­rir?" ki­mi su­al­lar ma­raq­lan­dı­rır. İş qra­fi­ki­nin gə­rg­in ol­ma­sı­na bax­may­a­raq, gənclər və id­man na­zi­ri, "Ba­kı-2015" İlk Av­ro­pa Oy­un­la­rı Əmə­liyyat Ko­mi­tə­si­nin baş icra­çı di­rek­to­ru Azad RƏ­hi­mov su­al­la­rı­mı­zın ca­­vab­lan­dı­rıl­ma­sın­da yar­dı­mı­nı biz­­dən əsi­rg­ə­mə­di.

- Cə­nab na­zir, si­zi dünya ta­ri­xin­də ilk də­fə ke­çi­ri­lən Av­ro­pa Oy­un­la­rı­nın uğur­lu açı­lı­şı müna­si­bə­ti­lə tə­b­rik edi­rik. Bu möh­tə­şəm təd­bi­ri təş­kil et­mək nə qə­dər çə­tin ol­du? Mən, ümu­miyyət­lə, Oy­un­la­rı nə­zər­də tu­tu­ram...

- Bu gün Azər­baycan dünya­nın diq­qət mər­kə­zin­də­dir. Öl­kə­miz­də bütün sa­hə­lər­də in­ki­şaf var. Ba­kı­da dünya və Av­ro­pa çem­pi­o­nat­la­rı­nın ke­çi­ril­mə­si adət ha­lı­nı alıb. Bu mə­na­da ilk Av­ro­pa Oy­un­la­rı ki­mi mö­tə­bər ya­rı­şın məhz bi­zə hə­va­lə edil­mə­si öl­kə­mi­zə olan yüksək eti­ma­dın gö­s­tə­rici­si­dir.

Adə­tən, be­lə ya­rış­la­ra 7-8 il ha­zır­lıq olur. Biz isə bütün gördüklə­ri­ni­zi iki il­dən bir qə­dər ar­tıq müddə­tə həy­a­ta ke­çir­dik. Azər­baycan Re­s­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əliy­ev və Hey­dər Əliy­ev Fon­du­nun pre­zi­den­ti, Oy­un­la­rın Təş­ki­lat Ko­mi­tə­si­nin sə­d­ri Meh­ri­ban xa­nım Əliy­e­va­nın diq­qə­ti və də­s­təyi say­ə­sin­də bu gün Ba­kı Av­ro­pa­nın ən böyük id­man ya­rı­şı­na ev sa­hib­liyi edir.

Hər şey ilk də­fə olan­da həm çə­tin­dir, həm də mə­su­liyyət­li­dir. Bu­na bax­may­a­raq, bu gün Ba­kı ilk Av­ro­pa Oy­un­la­rı­nın stan­dar­t­la­rı­nı müəyyən­ləş­di­rir.

Av­ro­pa Oy­un­la­rı­nın yüksək sə­viyyə­də təş­ki­lin­də bi­zim ko­man­da şək­lin­də ça­lı­şacağı­mız çox vacib idi. Əmə­liyyat Ko­mi­tə­sin­də təcrübə­li əcnə­bi mütə­xəs­sis­lər­lə ya­na­şı, həmyer­li­lə­ri­miz də güclü ko­man­da for­ma­laş­dır­dı. Əha­liy­lə iş apa­rıl­dı. Nə­ticə­də, hər bir in­san bu oy­un­la­rın ke­çi­ril­mə­si üçün əlin­dən gə­lə­ni əsi­rg­ə­mə­di.

Bu ya­rış xal­qla­rı bir­ləş­dir­mək üçün çox yax­şı im­kan­dır. Bu, do­stluq fe­s­ti­va­lı, in­san­la­rın top­laş­dığı bay­ram, sağlam hə­y­at tər­zi­nin təb­liği­dir. Azər­baycan ilk Av­ro­pa Oy­un­la­rı­nın təş­ki­liy­lə is­tə­ni­lən kütlə­vi təd­bi­ri ke­çir­məyə ha­zır ol­duğu­nu sübut et­di.

Bu oy­un­lar həm də öl­kə­mi­zin Av­ro­pa xə­ri­tə­sin­də ye­ri­ni möh­kəm­lən­di­ril­mə­si ba­xı­mın­dan çox mühümdür. Çox tez-tez so­ru­şur­lar: "Azər­baycan ha­ra­da yer­lə­şir?" Ba­kı­da ke­çi­ri­lən 2012-ci il "Eu­ro­vi­si­on" ya­rış­ma­sın­dan və in­di­ki Av­ro­pa Oy­un­la­rın­dan so­nra in­san­la­rın ço­xu bu su­a­lın ca­va­bı­nı bi­ləcək.

- Bəs, bun­dan so­nra­kı Av­ro­pa Oy­un­la­rı­nı təş­kil edəcək öl­kəyə Azər­baycan han­sı kö­məyi gö­s­tə­rə bi­lər?

- Av­ro­pa Oy­un­la­rı­nın stan­dar­t­la­rı Azər­baycan­da müəy­yən­­ləş­di. Əg­ər bi­zə müraci­ət olu­nar­sa, biz kö­mək et­məyə ha­zı­rıq. İlk oy­un­la­rın mə­­şə­li qə­dim "Atə­şg­ah" mə­bə­din­də yan­dı­rıl­dı. Növ­bə­ti oy­un­­la­rın təş­ki­lat­çı­la­rı is­tə­sə­lər biz alo­­vun hə­min ta­ri­xi yer­dən gö­tü­rülmə­sin­də yar­dı­m­çı ola bi­lə­rik.

- Ya­rış ərə­fə­sin­də ma­liyyə ilə bağlı mət­bu­at­da çox­lu say­da mə­lu­mat­lar yayı­lır­dı. Ma­raq­lı­dır, ilk Av­ro­pa Oy­un­la­rı­nın təş­ki­li­nə nə qə­dər və­sa­it xərclə­nib?

- Ma­liyyə mə­sə­lə­lə­ri ilə bağ­lı ya­rış ba­şa ça­tan­dan so­nra da­nış­maq mümkündür. Sözsüz, kütlə­vi ya­rış­lar ke­çir­mək asan ba­şa gəl­mir. Çünki bu­nun üçün xüsu­si tə­ləb­lər olur. Adə­tən, kütlə­vi ya­rış­lar za­ma­nı ən çox və­sa­it kom­plek­s­lə­rin in­şa­sı­na xərclə­nir. Am­ma biz, əsa­sən, mö­vcud id­man qu­rğ­u­la­rı­na diq­qət yö­nəltdik, ora­da bər­pa iş­lə­ri apar­dıq. Biz "Cri­s­tal Hall" ki­mi çox­fun­k­siy­a­lı mər­kəz­dən is­ti­fa­də edi­rik. İn­di hə­min are­na­da Av­ro­pa Oy­un­la­rı­nın beş növü üzrə ya­rış­lar ke­çi­ri­lir. Ey­ni za­man­da ye­ni kom­plek­s­lər də tik­dik. Ancaq unut­maq ol­maz ki, are­na­la­rın in­şa­sı əv­vəlcə­dən plan­laş­dı­rı­lır­dı. Olim­piya Sta­di­o­nu, Su İd­man Mər­kə­zi və Atıcı­lıq Mər­kə­zi­nin in­şa­sı Av­ro­pa Oy­un­la­rın­dan əv­vəl nə­zər­də tu­tu­lur­du. On­lar bu ya­rış üçün ti­kil­məy­ib.

Əs­lin­də, bu oy­un­lar üçün üç ay­rı büdcə var. Bi­ri in­fra­struk­tur büdcə­si­dir ki, bu Ba­kı Şə­hər İcra Ha­ki­miyyə­ti­nin nə­za­rə­tin­də­dir. İkinci büdcə ti­kin­ti üçündür. Üçüncü büdcə isə əmə­liyyat xərclə­ri­nə ay­rı­lıb. Əmin­lik­lə de­mək olar ki, büdcə­ni is­raf et­mi­rik. Olim­piya Oy­un­la­rı­nın təcrübə­sin­dən mə­lum olur ki, plan­laş­dı­rı­lan büdcə nə­za­rət­dən çı­xır. La­kin biz və­sa­i­tin bir his­sə­si­nə qə­na­ət et­mək im­ka­nın­dayıq.

- Av­ro­pa Oy­un­la­rın­dan so­nra id­man kom­plek­s­lə­ri­nin ta­leyi necə olacaq?

- Bu qu­rğ­u­lar öl­kə­miz­də id­ma­nın in­ki­şa­fı­na də­s­tək olacaq. Su İd­man Mər­kə­zi bu növ­lə mə­şğ­ul ol­maq is­təy­ən­lə­rin ix­tiy­a­rı­na ve­ri­ləcək. Atıcı­lıq Mər­kə­zi və di­g­ər kom­plek­s­lər şə­hər sa­kin­lə­ri üçün iş­ləy­əcək. Av­ro­pa Oy­un­la­rın­dan so­nra Ba­kı­nın id­man in­fra­struk­tu­ru çox zə­ng­in olacaq. Ba­kı is­tə­ni­lən ya­rı­şı ke­çi­rə bi­lər. Bu­nun üçün ye­ni id­man qu­rğ­u­la­rı­na eh­tiy­ac ol­may­acaq. İlk Av­ro­pa Oy­un­la­rı za­ma­nı min­lər­lə id­man­çı, məşqçi, çox­lu say­da rə­s­­mi qo­nağı qə­bul et­məy­in öh­də­sin­dən gəl­dik. Oy­un­lar­dan so­n­ra kom­plek­s­lər boş ol­may­acaq. Hər bi­rin­də ye­ni nə­sil id­man­çı­lar ye­ti­şəcək.

- Mö­tə­bər ya­rı­şın təş­ki­li öl­­kə­mi­zin nüfu­zu­na müsbət tə­sir gö­s­tə­rəcək. İlk Av­ro­pa Oy­un­la­rın­dan so­nra Ba­kı­nın Yay Olim­piya Oy­un­la­rı­nı ke­çir­məyə na­mi­zəd­liy­i­ni ve­rəcəyi göz­lə­ni­lir­mi?

- Bu ba­rə­də in­di da­nış­maq tez­dir. Ha­zır­da bütün diq­qət Av­ro­pa Oy­un­la­rı­nın ke­çi­ril­mə­si­nə yö­nə­lib. Bi­zim işi­miz bağla­nış mə­ra­si­min­dən so­nra da da­vam edəcək. Hər bir qo­nağı, id­man­çı­nı yo­la sal­maq va­ci­b­dir. Am­ma təş­ki­lat­çı­lıq ba­xı­mın­dan Ba­kı­nın yüksək pe­şə­kar­lıq gö­s­tər­diy­i­ni de­mək olar. Əv­vəl­ki il­lər­də Bey­nəl­xalq Olim­piya Ko­mi­tə­si Ba­kı­nın kütlə­vi ya­rış­la­ra - Av­ro­pa Oy­un­la­rı ki­mi tur­nir­lə­rə ev sa­hib­liyi et­mə­diy­i­ni mən­fi cə­hət ki­mi qeyd edir­di. Bu gün əmin­lik­lə söy­lə­mək olar ki, Azər­baycan is­tə­ni­lən ya­rı­şı ke­çir­məyə qa­dir­dir. İlk Av­ro­pa Oy­un­la­rı öl­kə­mi­zin nüfu­zu­nu da­ha da ar­tır­dı.

Bu gün Ba­kı­da çox­lu say­da tu­rist­lər var. On­lar öl­kə­mi­zin mə­də­niyyə­ti, ta­ri­xi, mət­bə­xiy­lə ta­nış olur­lar. Bu tu­rist­lər öl­kə­lə­ri­nə qayı­dan­dan so­nra tə­əssürat­la­rı­nı bölüşəcək­lər. İlk Av­ro­pa Oy­un­la­rın­da 1500-dən çox me­dia əmək­da­şı ça­lı­şır. Oy­unlar çox­lu say­da öl­kə­də gö­s­tə­ri­lir. Bu ha­mı­sı öl­kə­mi­zin təb­liği və in­ki­şa­fı­nın gö­s­tə­rici­si­dir.

- Azər­baycan id­man­çı­la­rın­­dan göz­lən­ti­lə­ri­niz necə­dir? Sizcə, me­dal sayı­na gö­rə mil­li­miz ne­çənci yer tu­tacaq?

- Azər­baycan 2012-ci il­də Lon­don Olim­piya Oy­un­la­rın­da iş­ti­rak edən­də, ora li­sen­ziya qa­za­nan id­man­çı­la­rın sayı 53 idi. 50 nə­fər­dən çox olan hey­ət böyük ko­man­da sta­tu­su­nu da­şıyır. İd­man­çı­la­rı­mız açı­lış mə­ra­si­min­də böyük ko­man­da şək­lin­də bay­raq­la ke­çən­də çox se­vin­dik. "Ba­kı-2015" Bi­rinci Av­ro­pa Oy­un­la­rın­da­kı id­man­çı­la­rı­mı­zın sayı isə 291 nə­fər­dir. Görün, id­man­çı­lar üçün necə im­kan ya­ra­nıb. Pro­qnoz ver­mək id­man üçün yad əla­mət­dir. İna­nı­ram ki, id­man­çı­la­rı­mız Azər­bayca­nın id­man şə­rə­fi­ni lay­i­qincə qo­ruy­acaq.

- Han­sı id­man növü­nə da­ha çox ümid edir­si­niz?

- Biz bütün id­man­çı­la­ra gü­və­ni­rik. Am­ma ənə­nə­vi id­man növ­lə­ri­nin da­ha çox uğur qa­za­nacağı­na ina­nı­rıq. Gü­ləş­çi­lər hər za­man böyük na­iliyyət­lər­lə bi­zi se­vin­di­rib­lər. Ey­ni za­man­da bok­s­çu­lar və cüdo­çu­la­rı­mız da me­dal id­di­a­sın­da­dır­lar. Gim­­nast­la­rı­mız ya­rı­şa yax­şı ha­zır­la­şıb­lar. Avar­çə­kən­lə­ri­mi­zin də sözünü dey­əcəy­i­nə ümi­di­miz böyükdür. La­kin ya­rı­şın so­nu­nu göz­lə­mək da­ha yax­şı olar­dı.

- Son­da ilk Av­ro­pa Oy­un­la­rı­nın ta­ma­şa­çı­la­rı­na sözü­nü­­zü eşit­mək is­tər­dik...

- İlk Av­ro­pa Oy­un­la­rı ta­ri­xi ha­di­sə­dir. Bütün qi­tə­nin ar­zu­la­dığı ya­rış bi­rinci də­fə doğma Ba­kı­mız­da ke­çi­ri­lir. Bu, həm də id­man bay­ra­mı­dır. Mən şə­hər sa­kin­lə­ri­ni və qo­naq­la­rı bu bay­ram­da fə­al ol­mağa də­vət edi­rəm. İlk Av­ro­pa Oy­un­la­rın­da iş­ti­rak edən könüllülə­rə tə­şəkkür edi­rəm. Heç bir kütlə­vi ya­rış könüllülər ol­ma­dan ke­çi­ri­lə bil­məz. Bir ne­çə il­dən so­n­ra biz ha­mı­mız ilk Av­ro­pa Oy­un­la­rı­nın ke­çi­ril­mə­sin­də iş­ti­rak et­diy­i­mi­zi fəxrlə ya­da sa­lacağıq. Bütün xal­qı­mı­zı bu bay­ram müna­si­bə­ti­lə tə­b­rik edi­rəm. Ha­mı­nı id­man­çı­la­rı­mı­za də­s­tək ol­mağa çağı­rı­ram.



MƏSLƏHƏT GÖR:

666