14 Mart 2025

Cümə, 23:29

ROTTERDAM TƏMƏLİ

Beş Azərbaycan idmançısı dzüdo üzrə Olimpiya lisenziyasına iddia edir

Müəllif:

15.10.2007

AzƏrbayjan dzüdoÇuları Pekin Olimpiadasında çıxış etmək hüququ verən lisenziya xalları uğrunda mübarizə aparırlar. Həllediji turnir Rotterdamda keçirilmiş Dünya Superkuboku oldu: komandamız uğurla çıxış edərək üç bürünj medal qazandı. Üçünjü yeri tutmuş Ramil Qasımov (66 kq), Elxan Məmmədov (90 kq) və Mehman Əzizov (81kq) medal qazanmaqla yanaşı, zəruri 30 xalı yığaraq Pekin Olimpiadasına düşmək üçün şanslarını əhəmiyyətli dərəjədə artırdılar. Əsas tərkibə yenijə daxil olmuş, lakin ən yüksək yerlərə iddia edən ilk iki idmançının uğuru daha diqqətəlayiqdir.   

 

Xallar uğrunda döyüş

Hollandiya startı və ya Rotterdam Trophy olimpiya lisenziyaları uğrunda mübarizə aparan əksər atletlərə xal baqacını əhəmiyyətli dərəjədə artırmaq üçün son imkan verdi. Həm  də Hollandiyaya lisenziyalar uğrunda  mübarizəni davam etdirən idmançılarla yanaşı, dünya çempionatının nətijələrinə görə minimum vəzifəsini yerinə yetirib Pekinə vəsiqə qazanan atletlər də  toplaşmışdı. Buna görə Dünya Superkubokunda iştirak komandamız üçün çox mühüm idi; artıq demək olar ki, startın nətijələrinə görə bir sıra atletlər xal baqaclarını əhəmiyyətli dərəjədə zənginləşdiriblər və Olimpiada-2008-də iştirak onlar üçün yalnız zaman məsələsidir.

Bilavasitə nətijələrə gələndə, turnirdən-turnirə uğurlarını artıran Ramil Qasımov (66 kq) haqqında danışmaq yerinə düşər. Bu kateqoriyada vəziyyət o qədər də sadə deyil, çünki uçqat Avropa çempionu Elçin İsmayılov  karyerasındakı bir illik pauzadan sonra, ona xas olan rəngarəng və jəsarətli döyüş üslubunu heç jür bərpa edə bilmir. O, Hollandiyada da artıq üçünjü döyüşdə uduzdu, Ramil isə əsas hissədə gələjək qalib Alim Qadanova uduzduqdan sonra təsəlli döyüşlərində güjünü sınadı. Bürünj medal uğrunda mübarizədə ilk iki  döyüşdə majar Şandor Tarabanı və moldovalı Marsel Trudovu udan Qasımov bilavasitə üçünjü yer uğrunda döyüşdə gürjüstanlı Revazi Zintiridislə qarşılaşmalı idi, lakin o, zədəli olduğuna görə tatami üzərinə çıxmadı.

Ümumiyyətlə, zədələr mövzusu turnirdə ən ağrılı problemlərdən biri oldu. Mövlud Mirəliyev (100 kq) çiynini zədələdi və finala gedən yolda Ukrayna atleti Andrey Bloşenkoya uduzdu. Rəqibi yarımfinala  çatsa da,  atletimiz zədəsini ağırlaşdırmamaq üçün yarışı davam etdirməkdən vaz keçdi. İndi superkubok sona çatan kimi Rotterdamda başlanan birgə təlimlərdə idmançımızın iştirakı sual altındadır. Yəqin ki, o hətta yaxın günlərdə keçiriləjək yarışlardan da imtina edəjək.

Medalçılardan danışanda iki həftə əvvəl dünya çempionatında yeddinji yeri tutmuş Elxan Məmmədovun inamlı çıxışını da qeyd etmək lazımdır. Hollandiyada o, yüksələn xətlə çıxış etdi. Əsas hissədə idmançımız  güjlü İsveçrə atleti Sergey Aşvanderə uduzsa da, təsəlli döyüşlərində çox yaxşı döyuşdü. Birjə faktı qeyd etmək kifayətdir ki, bürünj mükafatı qazanmaq üçün Elxan dörd dəfə tatami üzərinə çıxıb növbə ilə ispan David Peresi, rusiyalı Xasanbi Taovu, Latviyadan Yevgeni Borodavkonu və İsraildən Alon Sasonu məğlub etdi. Sonunju atleti həm də  ipponla udan idmançımız fəxri pyedestalda layiqli yer tutdu.

Mehman Əzizov isə Rotterdamda xarakter nümayiş etdirərək  çətin döyüşlər keçirdi. Əsas hissədə Çernoqoriya idmançısı Srdcan Mrvalceviçə  uduzduqdan sonra o, üç təsəlli görüşü keçirdi. Üçünjü yer uğrunda  2004-jü il Olimpiadasının gümüş mükafatçısı Roman Qotyukla doyüş  xüsusi dramatikliyi ilə fərqləndi. Əsas müddət heç-heçə başa çatdıqdan sonra  əlavə vaxtda uğur Mehmana yar oldu - o, ipponla qalib gəldi. Mehmanın sözlərinə görə, "Təqvim çox sərt tərtib olunub, axı Braziliya mundialından qayıdandan jəmi bir həftə sonra komanda Hollandiyaya yola düşdü. Fiziki və psixoloci yorğunluq özünü göstərir, çünki yükümüz çox böyük idi. Həm də lisenziya xarakterli dünya çempionatında yaxşı nətijə göstərməyin vajibliyi müəyyən iz buraxdı. Beləliklə, komandamız Rotterdama  gələndə güjünü tam bərpa edə bilməmişdi, ona görə də uşaqlar istədikləri kimi çıxış edə bilmədilər. Başqa nisbətdə özümü daha yaxşı göstərə bilərdim, axı mən Hollandiyada keçirilən Dünya Superkubokunda iki dəfə qələbə qazanmışam".

 

Əsas məsələ doqquzluqda qalmaqdır   

Qarşıda komandanı daha bir sınaq - oktyabrın 13-də Bakıda start götürən Dünya kuboku gözləyir, bundan sonra dzüdoçuların builki lisenziya marafonu başa çatajaq. Buna görə doğma divarlar arasında idmançılarımız maksimum nətijə göstərməyə çalışmalıdırlar, həm də qızıl medal qalibə lisenziya üçün altmış xal  gətirəjək. "Evdə divarlar da kömək edir. Amma uşaqları çətin sınaq gözləyir, belə ki, artıq otuzdan çox ölkə turnirdə iştirakını təsdiqləyib. Hamı anlayır ki, Bakı startları bu il reytinqi yaxşılaşdırmaq üçün son şansdır" - komandamızın məşqçisi A.Axundzadə belə düşünür.

Eyni zamanda, Rotterdam tatamisinin qəhrəmanlarından olan R.Qasımov etiraf edib ki, özünün bu yaxınlarda keçirilmiş Ümumdünya universiadasındakı qələbəsi ilə Superkubokun "bürünjü" arasında böyük fərq görmür: "Rotterdamdakı üçünjü yeri  qələbə kimi qəbul edirəm. Olimpiadaya  getmək uğrunda mübarizədə, mümkün qədər çox xal  toplamaq  baxımından, holland əyarlı "bürünj" həqiqətən qiymətsizdir. Amma mən ona Bakıdakı Dünya kubokunun qızıl mükafatını da əlavə etmək  ümidi ilə yaşayıram".  Ramil həm də vurğulayıb ki, uzaq Tailanddakı qələbə onun üçün çox əlamətdar olub: "Demək olar ki, mən indiyədək onun bəhrəsini görürəm; Rotterdamdakı uğurlu çıxışım da bunu sübut edir. Mən ən güjlü yarımqrupda idim. Rusiyalı Alim Qadanova uduzduğum görüşdə də  qələbəyə şansım var idi, hətta bir dəfə rəqibimi atmağa müvəffəq oldum, amma nətijədə uğur rusiyalıya qismət oldu. Həm də hər görüşdə mənə adaptasiya üçün bir qədər vaxt gərəkdir, bəzən isə bu, mümkün olmur".

Dzüdoçu, həmçinin, vurğulayıb ki, Rotterdamda qazandığı nətijə ona reytinq jədvəlinin doqquzunju pilləsində qərarlaşmaq imkanı verib. Və indi doqquz ən yaxşı atlet sırasında yer tutmağa çalışmaq lazımdır, bu isə medal qazanmaqdan daha çətindir.

Öz növbəsində, yığmamızın baş məşqçisi Ağayar Axundzadə etiraf edib ki, Rotterdamda onun yetirmələri qarşılarına qoyulmuş vəzifəni yerinə yetiriblər: "Əsas məsələ mümkün qədər çox dəyərli xal toplamaq idi ki, Pekinə getmək şanslarımız yüksəlsin. Buna tam nail olduq. Belə ki, Mehman Əzizov bürünj medal qazanaraq  öz çəki kateqoriyasında liderliyini növbəti dəfə sübut etdi. Amma R.Qasımov və E.Məmmədovun çıxışları hamımızı yaman sevindirdi. Onların qarşısında çox yaxşı perspektivlər açılır".

Pekinə iddialılar sırasında  olan E.Məmmədovun ilk nəzərəçarpan uğuru 2004-jü ildə keçirilmiş gənjlər arasında Avropa çempionatının bürünj medalı olub, bundan sonra o, Azərbayjan çempionatında qalib gəlib. Amma yığmanın əsas tərkibində atlet Paris Superturnirindəki çıxışından sonra möhkəmlənib. İlk uğurlu nətijəsi isə Polşada keçirilmiş Dünya kubokunda qazandığı bürünj medal olub. Sonra Braziliyada dünya çempionatında yeddinji yeri tutub, indi də Rotterdamda yenə ilk üçlüyü qapayıb.

"Çox sevinirəm ki, gənjlərdən yaşlı səviyyəyə keçidim nisbətən ağrısız  baş tutur. Amma daha yaxşı çıxış etmək üçün səhvlər üzərində işləməliyəm. Məsələn, hərdən dözümüm çatmır, yığmanın məşqçisi ilə bu haqda söhbət etmişik. Bəzən güjümü  yarışın sonunadək qoruya bilmirəm, ilk döyüşlərdən tam qüvvəmlə döyüşürəm. Bu komponentin yaxşılaşdırılması üzərində çalışıram, təlim-məşq toplanışları da köməyimə gəlir. Yeri gəlmişkən, superkubok bitəndən sonra təşkil olunan birgə məşqlər hamımızın xeyrinədir, çünki özümüzü  istənilən rəqiblə yarışda sınamaq, fəndləri təkmilləşdirmək, təjrübə toplamaq imkanı qazanırıq".

İndi  əsas vəzifə reytinqin ilk doqquzluğunda möhkəmlənmək və Pekinə vakansiya qazanmaqdır. Amma bunu demək etməkdən qat-qat asandır.


MƏSLƏHƏT GÖR:

403