25 Noyabr 2024

Bazar ertəsi, 00:07

İDEAL OLMAYAN BİRLƏŞMƏ

Uyğun ölçülü geyim seçimi bu gün yalnız azərbaycan üçün deyil, avropa ölkələri üçün də aktualdır

Müəllif:

15.10.2007

Geyim bƏşƏriyyƏ-tin ən qədim ixtiralarından biridir. Onun əsas vəzifəsi bədəni xariji mühitin müxtəlif təsirlərindən qorumaqdır. Bununla belə,  geyimin bugünkü funksiyası estetik istiqamətlidir. Onun vasitəsilə insan öz stilini, dünyagörüşünü, həyat tərzini ifadə edir. Amma maraqlıdır ki, ölçüyə uyğun olmayan geyimin sağlamlığa ziyan  vurması haqqında heç də hamı düşünmür.

Məsələn, ayaqqabı seçimi xüsusilə çətindir. Məlumdur ki, tələb təklifi formalaşdırır, sonunju isə Azərbayjanda həddən artıqdır - həm keyfiyyətli, həm də bir qədər aşağı səviyyəli. Dəbdə olan butiklər və "tolkuçkalar" ayaqqabı ilə doludur. Lakin uyğun ölçünü tapmaq həmişə müşkül olur. Əsasən, bu çətinliklə daha çox enli pənjəli və kiçik ölçülü ayaqların sahibləri qarşılaşırlar. Misal üçün, 38 ölçülü enli pənjəli adam özünə rahat ayaqqabını həmişə tapa bilmir, çünki ayaqqabı onun ayağının eninə uyğun gəlmir. İstehlakçı 40 ölçülü  ayaqqabı almağa məjbur olur və onun içində "üzür". Amma nə etməli? Azərbayjana potensial alıjının təkjə ölçüsünə deyil, ayağının eninə də uyğun olan ayaqqabı gətirilmir. Bu problemlə daha çox qadınlar üzləşir, həm də təkjə ujuz bazarlarda deyil, bahalı mağazalarda da. Bundan başqa, "kiçijik"  ayaqqabılar da var və çoxlarının artıq anladığı kimi, onları çinlilər tikirlər.

 

Əndama yaraşmayan 

 

Geniş yayılmış digər problem uzunluqdur. İnsanın çəkisi  nə qədər çoxdursa, yubka və ya şalvar bir o qədər uzundur. Belə qüsurlar daha çox geniş istehlak mallarında rast gəlinir. Təəjjüblü deyil. Fabrikdə tikilmiş və əksərən Çin istehsalı olan mallarda ölçü problemləri nəzərə alınmır, boy və çəki amilləri, həmçinin keyfiyyət yada düşmür. Nətijədə, geyimin uzunluğu korreksiya ediləndə avtomatik olaraq dəbi də dəyişir, bu isə istehlakçıya həmişə xoş gəlmir. Şübhəsiz, istehsalçı ölçü ilə birlikdə sinə, bel və bud ölçülərini də qeyd edirsə, bu, istehlakçı üçün seçim və alış prosedurunu xeyli asanlaşdırır.

Mütəxəssislər iddia edirlər ki, geyim seçərkən  yaranan problemlər, hər şeydən əvvəl, burada vahid unifikasiyanın olmaması ilə şərtlənir. Amerikalılar bir sistemə əsaslanırlar, avropalılar isə başqasına. Azərbayjana gəldikdə, ölkəmizdə indiyədək ölçülərin "sovet şkalası"ndan istifadə olunur. Aydındır ki, bura gətirilən bütün paltarların "sovet" standartlarına uyğunluğunu yoxlamaq mümkün deyil. Lakin keyfiyyətsiz malları mümkün qədər azalmağa çalışmaq, hər halda, daha məqsədəuyğundur. Lakin heç də hamının buna imkanı olmadığı başqa məsələdir. Amma çıxış yolu var. Belə ki, Avropada artıq geyim ölçülərinin unifikasiyası problemi haqqında düşünməyə başlayıblar. Burada geyim ölçülərinin vahid standartı tətbiq olunmağa başlayır - bu ilin martında Milli Toxujuluq Assosiasiyasının (Unitex) yığınjağından sonra  İtaliya geyim istehsalçılarının nümayəndələri belə qərara gəliblər.

 EN 13402 adlandırılmış yeni normativ tezliklə bütün Avropa ölkələrində tətbiq ediləjək və bu standartların Azərbayjanda da istifadəsi pis olmazdı. Bu, təminatçılara ölkəmizdə hansı ölçü standartlarının üstünlük təşkil etdiyinə dair informasiya əldə etmək  imkanı   yaradardı.

Bununla yanaşı, başqa avropalılar kimi, italiyalıların da 50 il əvvəlkindən hündürboylu və artıq çəkili olduqlarını nəzərə alan Avropa normativ komitəsi standartların və ölçü kodifikasiyalarının yeni sistemini təklif edib. "Unitex"in prezidenti Lodoviko Jakker  qeyd edib ki, "Vahid Avropa ölçüsünün tətbiqi geyim alarkən yaranan qarışıqlıqlardan xilas olmaq üçün vajibdir. Bu tarixi qərar hamıya xeyir verəjək - geyim istehsalçılarına da, onu satanlara da, ən əsası isə istehlakçılara da".    

Böyüklər üçün ölçülər sistemi aşağıdakı elementlərdən ibarət olajaq: sinə və belin ölçüləri, malın uzunluğu. Uşaq geyim ölçülərində artıq mövjud boy ölçülərindən əlavə, sinə və bel ölçüləri də göstəriləjək; bu, jüssəli və ya kök uşaqlar üçün geyim seçimində çox vajibdir. 

 

Çox müxtəlif geyimlər

Qeyd etmək lazımdır ki, hazırda Azərbayjanda, əsasən, türk, Çin, Avropa və Amerika istehsalı olan geyimlər satılır. Və paltar etiketində ölçülərin təsnifatında istehlakçının qarşılaşdığı çətinliklər aşağıdakılardır: misal üçün, Amerika geyim ölçülərinin təsnifatı 8-dən 16-ya qədər rəqəmlərlə ifadə olunur. Bizim alıjımız isə Amerika istehsalı olan geyim etiketindəki 8, yaxud 12 rəqəminin nəyi ifadə etdiyini anlaya bilmir. Amerikanın 8 ölçüsünü Avropa standartlarına uyğunlaşdırsaq, bu, 36 ölçülü; 12 - 38 ölçülü; 14 - 40 ölçülü geyimə uyğun gəlir. Avropa istehsallı mallarda, bir qayda olaraq, 38, 40 və s. ölçülər göstərilir. Lakin çox vaxt alıjı bilmir ki, 36  (bizim 42-yə uyğun gəlir) - sinənin, belin və budun ölçülərinə uyğunlaşdırılıb. Yəni bu halda paltarı geyinmədən keçinmək olmaz. Buna görə istehlakçı üçün maksimum şərait yaratmaq lazımdır. Nadir hallarda malın üzərində ölçülərin bir neçə variantı göstərilir. Bu yalnız çox keyfiyyətli malda, yaxud alıjı üçün seçim və alış prosedurunu maksimal şəkildə asanlaşdırmağa jan atan şirkətlərin geyimlərində təsadüf olunur. Belə hallarda bəziləri, hətta anatomik həjmləri göstərirlər.

Qeyd edək ki, kütləvi istifadə üçün nəzərdə tutulmuş geyimlərin hazırlanmasında bütün hesablamalar tipik fiqurlar əsasında aparılır. Əlbəttə, hamının bədən ölçüləri müxtəlifdir, lakin müəyyən insan seçimini öyrənib,  daha çox rast olunan tipləri tərtib etmək mümkündür. Bu təkjə arıq və ya kök deyil, proporsiyalar və doluluq haqqında təsəvvür yaradan  bütöv bir ölçü və müqayisələr toplusudur.

Müəyyən olunmuş tiplər əsasında müvafiq manekenlər hazırlanır və  modelyerlər onların üzərində öz geyimlərini tikirlər. Həm də maneken mümkün disproporsiya və asimmetriyaları, bədənin hansısa özəlliklərini əks etdirmir,  bu, bir növ, orta ölçülü variantdır. Buna görə də biz saatlarla mağazaları gəzib, öz təkrarolunmaz bədənimizə uyğun geyim axtarırıq.

 

Qadınlar bir qədər kök olmalıdırlar

Bu mənada Azərbayjan standartlarına ən yaxın olan Rusiya ölçüləridir. Belə ki, Rusiyada beynəlxalq standartlara uyğun olaraq, geyim üç rəqəmlə markalanır: boy - sinənin ölçüsü (qadınlarda) və ya belin ölçüsü (kişilərdə). 164 - 96 - 104 markası geyimin 164 sm boy, 96 sm sinə və 104 sm bud ölçülərinə  malik  bədənli insan üçün nəzərdə tutulduğunu göstərir. Bu, paltarı geyinib-yoxlamağın gərək olub-olmadığını müəyyənləşdirməyə imkan verir. Həm də ikiyə bölünmüş sinə ölçüləri paltarın ölçüsünü bildirir. Nümunə gətirdiyimiz halda bu, 48 ölçülü paltardır (96 : 2 = 48). Bundan başqa, budların ölçüsü bədənin köklüyünü müəyyənləşdirməyə imkan yaradır. Standartlara görə,  köklüyün 4 qrupu var. 158 sm boyda və 96 sm sinə ölçüsündə budların ölçüsü birinji köklük üçün - 100 sm; ikinji köklük üçün - 104 sm; üçünjü köklük üçün - 108 sm; dördünjü köklük üçün - 112 sm təşkil edir. Rusiyada  ikinji köklük dərəjəsində 164 - 96 - 104 baza ölçüləri   hesab  olunur.

İspaniyanın səhiyyə naziri Elena Salqado isə hesab edir ki, geyim ölçüləri ispan qadınlarının real ölçülərinə uyğunlaşdırılmalıdır.

Normal ispan qadınları  ağır xəstə deyillərsə, 36 və hətta 38 ölçülü paltar  (42-44) geymirlər. Bundan əlavə, nazir izahat verib ki, "Əksər hallarda  ifrat arıqlıqla assosiasiya olunan ideal gözəllik modeli artıq tibbi problemə çevrilib. Bütün Avropada olduğu kimi, İspaniyada da əksərən orta yaşlı qadınlar arasında qida reciminin pozulması və çox təhlükəli dietik proqramlarla əlaqədar xəstəliklərin sayı artmaqdadır". Və konsepsiya çox sadə olduğundan - geyim qadın bədəninin ölçülərinə uyğunlaşmaq üçün böyüdülməlidir, qadın bədəni geyimə üyğunlaşmaq üçün sıxılmamalıdır - mümkün qədər qısa müddətdə 12 yaşdan yuxarı ispan qadınları arasında keçirilmiş antropometrik araşdırmaların nətijələrini təqdim edəjək komissiya yaradılıb.

İspaniya hökumətinin təşəbbüsünün nə qədər uğurlu olajağını görmək maraqlı olardı. Axı o təkjə insanların həyatlarını deyil, onların bədənlərini də əhatə edir - bu sahə isə siyasi müdaxiləyə yol vermir.  Geyim ölçülərinin reqlamentasiyası diskussiya hədəfinə çevriləjək. Azərbayjanın burada iştirakı heç də pis olmazdı. Axı bizdə yaxşı geyinməyi təkjə arıqlar yox, köklər də xoşlayır.


MƏSLƏHƏT GÖR:

419