14 Mart 2025

Cümə, 23:38

İKİ MEDAL VƏ BEŞ LİSENZİYA

Bakıda keçirilən güləş üzrə Dünya Çempionatında Azərbaycan millisi bu nəticəni göstərib

Müəllif:

01.10.2007

Bakıda keçirilən və azarkeşlərə çoxsaylı unudulmaz anlar bəxş edən yunan-Roma güləşi, sərbəst və qadınlar arasında güləş üzrə Dünya çempionatı başa çatdı. Təbii ki, burada ilk növbədə bizi maraqlandıran yerli idmançıların əldə etdiyi nətijələrdir. Onlar isə bir qızıl, bir bürünj medal, həmçinin Pekin Olimpiadasına beş vəsiqə ilə kifayətləniblər. 

Mundialın qəhrəmanı adını isə tərəddüdsüz olaraq Olimpiya çempionu, karyerasında ilk dəfə dünya birinjisi adını qazanan Fərid Mansurova (66 kq) vermək olar.

 

İkiqat məsuliyyət

Bu uğurun əhəmiyyətini anlamaq üçün bir faktı xatırlatmaq kifayətdir: Ötən əsrin 80-ji illərinin sonunda klassik güləş üzrə dünya çempionu fəxri adına məşhur  Azərbayjan pəhləvanı Kamandar Məjidov layiq görülmüşdü. İyirmi ildən artıq bir vaxt keçəndən sonra, ölkəmiz bu güləş növündə yeni dünya çempionu fəxri adına layiq görülən Fərid Mansurovun qələbəsini böyük iftixar hissi ilə qarşıladı. Çünki Fərid çiynindən aldığı zədənin aradan qaldırılması üçün sərasər iki il müalijə olunduğundan, bəzi bədxahlar onun bir daha  qaliblər kürsüsünə qalxmayajağı barədə fikir söyləyirdilər. Lakin Mansurov möhtəşəm qələbəsi ilə sübut etdi ki, onun siyahıdan silinməsi hələ tezdir və o, yeni uğurlar qazanmaq əzmindədir. 

Üçqat Olimpiya çempionu Aleksandr Karelinin Fəridin ünvanına söylədiyi fikirlər xüsusilə qiymətlidir: "Fəridin güləşməsi, onun məharətlə işlətdiyi fəndlər məndə  məmnunluq yaradır. Və o, gözlənilməz fəndləri ilə istənilən rəqibi çıxılmaz vəziyyətə sala bilir. Onu da deyim ki, doğma divarlar arasında çıxış etmək çox çətindir. Ona görə ki, bu  halda idmançı  əlavə psixoloci təsirlərə məruz qalır.  Yarış zamanı tamaşaçılar arasında respublika prezidenti İlham Əliyev jənablarının olması Fəriddə qələbə çalmaq ehtirasını daha  da artırdı  və o, var qüvvəsini səfərbərliyə alaraq qalib gəldi və Azərbayjan xalqına böyük sevinj bəxş etdi".

İdmançılarımız təkjə mükafatlar uğrunda deyil, olimpiya lisenziyası uğrunda da mübarizə aparırdılar. Reqlamentə görə, idmançılarımız hər çəki kateqoriyasından 8 atlet olmaqla  qarşıdakı Pekin  yarışlarına vəsiqə əldə edə bildi. Lakin F.Mansurov istisna olmaqla, digər "klassiklər"imiz doğma divarlar arasında uğur qazana bilmədilər. Xüsusilə, ötən ilin yekunlarına görə Azərbayjanın ən yaxşı idmançısı Rövşən Bayramovun (55 kq) yarışlarda onunju yeri tutması böyük məyusluq doğurdu. Tamaşaçılar yarışa erməni güləşçisi Roman Amoyan üzərində parlaq qələbə qazanmaqla başlamış Rövşən Bayramovdan birinjilik uğuru gözləyirdilər. Lakin Rövşən qaliblər kürsüsünədək olan yolu qət edə bilmədi. Onun belə çıxışı yalnız millimizin məşqçilər heyətini deyil, həmçinin Rövşənin potensialına bələd olan bir sıra digər ölkə millilərinin məşqçilərini də təəjjübləndirdi. "Açığı, mən Rövşənin belə zəif çıxışını başa düşə bilmədim. Ola bilər ki, o, formada deyil. Lakin əminəm ki, Bayramov olimpiya medalı qazanmağa əsas namizədlərdən biridir". Bu sözləri  Rusiya yığmasının baş məşqçisi Qoqi Koquaşvili  demişdi. Onun azərbayjanlı həmkarı Elçin Jəfərov da təəjjüb içərisində  idi. O, heç jür başa düşə bilmirdi ki, , yetirməsi təsəlliveriji görüşün başa çatmasına bir neçə saniyə qalmış, nejə oldu ki, rus rəqibi Nazir Mankiyev onu məğlubiyyətə uğratdı. "Rövşən erməni güləşçiyə qarşı döyüşə hazırlıqla bağlı böyük psixoloci yük altında idi. Mən şadam ki, o, Amoyana qalib gələ bildi. Amma bir müddət əvvəl Polşada keçirilən və Rövşənin qələbə qazandığı Qran-Pridə Bayramov Mankiyevlə də qarşılaşmışdı və ona heç bir şans verməmişdi. Hər halda, bu, idmandır və burada əvvəljədən nətijəni proqnozlaşdırmaq mümkün deyil". Həqiqətən də, idmanda proqnoz vermək çətindir və ən böyük idmançılar da bəzən finala yüksələ bilməyərək, yarışı yarı yolda tərk etməli olurlar. Buna bariz nümunə kimi Olimpiya çempionu Namiq Abdullayevin (55 kq) sözügedən dünya birinjiliyindəki çıxışını göstərmək olar. Əlindəki zədənin tam sağalmamasına baxmayaraq, döşək üzərinə çıxan Abdullayev artıq ikinji döyüşdə məğlub oldu, mundialda birinji yeri tutmaq arzusunu sonraya saxladı. 

Ondan fərqli olaraq, Çamsulvar Çamsulvarayev "gümüş" əldə edərək Pekin Olimpiadasına vəsiqə qazana bildi.

Sərbəst güləşdə isə Rusiya idmançıları ilə heç kəs rəqabət apara bilmədi və ruslar 7 qızıl medaldan 6-nı qazandılar. "Bizim əsası hələ SSRİ dönəmində qoyulmuş güjlü məktəbimiz var. Hələ o vaxt millidə Şimali Qafqazın yetirmələri yüksək nətijələr göstərirdi və vəziyyət indi də dəyişməyib. Biz istənilən qədər medal qazana bilməyəndə, yunan-roma güləşi üzrə millimiz köməyimizə gəlir və əksinə. Biz, ümumiyyətlə, maksimalistik və hazırda dünyanın ən güjlü komandasının Rusiya millisi olduğu heç kəs üçün sirr deyil. Millimizin yenidən zirvədə olması üçün əlimizdən gələni edirik və bizim üçün bu, prinsip məsələsidir", - deyə Rusiya yığmasının baş məşqçisi Dzambolat Tedeyev bildirib. 

Təbii ki, onun fikirləri ilə razılaşmamaq çətindir. Ona görə ki, bu millinin üzvləri mundialdakı çıxışları ilə bir il sonra Pekində keçiriləjək Olimpiadada yüksək nətijələrə nail olajaqlarına əmindirlər.

 

Vakansiyada kəsr

Azərbayjan ilk dəfə olaraq Olimpiadada qadın güləşçilər ilə təmsil olunajaq. Buna, Mariya Stadnikin (48 kq) mundialda 7-ji yeri tutması imkan verdi. İlk döyüşdə o, rumıniyalı Kristina Kroytor, daha sonra koreyalı Hyun Ji Kim, sonda isə Almaniya təmsilçisi Briqit Vaqner üzərində qələbələrlə xoş təsir bağışlasa da, finalda çempionatın gələjək qalibi Çixar İçoya məğlub olaraq, bürünj uğrunda mübarizəyə qoşuldu. Təsəlliveriji döyüşdə isə Mariya amerikalı Stefaniya Murat ilə qarşılaşdı. Birinji hissədə rəqib 2:1 hesabı ilə üstün oldu. İkinji hissədə isə heç-heçə qeydə alındı və beləliklə də amerikalı atlet  növbəti mərhələyə yolunu davam etdirə bildi. Mariya isə Pekinə vəsiqə ilə kifayətləndi. 

Onun komanda yoldaşları Yuliya Radkeviç (55 kq) və Olesa Zamulo (63 kq) da 8 və 7-ji yerləri tutaraq, Pekinə vəsiqə qazandılar. Odur ki qadınlardan ibarət yığmanın qarşıya qoyulan məqsədə çatdığını söyləmək olar.

Bəs Dünya çempionatına ev sahibliyi edən komanda üçün 4 lisenziyanı qənaətbəxş hesab etmək olarmı? Əlbəttə ki, komanda vakansiyanı doldura bilmədi və bu ilk növbədə "klassiklər"ə aiddir. Sərbəst güləş üzrə millidə isə, Ç.Çamsulvarayev istisna olmaqla, legionerlər özlərini yaxşı tərəfdən göstərməyi bajarmadılar. Xüsusilə, Əli İsayev (120 kq) bilavasitə lisenziya uğrunda döyüşdə Bolqarıstan idmançısına uduzaraq Olimpiadaya qatılmaq şansını əldən verdi. 

Beləliklə, bizə hazırkı legionerlərin daha yaxşı formada olmasını arzulamaq qalır və federasiya rəhbərliyi ilə məşqçilər korpusu bu istiqamətdə işləməlidirlər. 

Digər tərəfdən, finaladək yüksələ bilməyən bəzi idmançıların məğlubiyyətində obyektiv faktorların da rolu var. Məsələn, bu gün Ç.Çamsulvarayev 74 kq çəki dərəjəsində Rusiya millisinin məşhur üzvü Maxaç Murtazaliyevə rəqib olmaq güjündə deyil. Eyni fikri  finalda Özbəkistan pəhləvanı Artur Taymazova müqavimət göstərə bilməyən Hetaq Qazyumov (96 kq) haqqında da söyləmək mümkündür. Azərbayjan millsinin baş məşqçisi E. Jəfərovun dediklərindən:"Bir tərəfdən, yarışın burada keçirilməsi yaxşıdır. Lakin hakimlərin bizi sıxışdırması məndə belə bir təəssürat yaratdı ki, biz hansısa xariji ölkədə çıxış edirik. Bununla yanaşı, biz həm xarijdə, həm də doğma divarlar arasında qələbə qazana bilərik. Bəlkə də,  çempionat hansısa başqa ölkənin ərazisində keçirilsəydi, Rövşən Bayramov Olimpiadaya lisenziya əldə edə bilərdi". Bütün bunlarla yanaşı, komandanın potensialı idmançılarımızın qarşıdakı lisenziya yarışlarında uğur əldə edərək, Olimpiadaya vəsiqələrin sayını artırajaqlarını söyləməyə əsas verir.

Digər tərəfdən, lisenziyanın əldə edilməsi hələ Pekinə həmin vəsiqəni qazanan idmançıların gedəjəyi demək deyil. Məsələ ondadır ki, güləşdə digər idmanlardan fərqli olaraq, idmançılara  adları yazılmış bilet vermirlər. Ölkəyə  anjaq  onun idmançılarının təmsil olunajağı  bu və ya digər kateqoriya ayrılır. Bunu nəzərə alaraq məşqçilər qərargahı idmaçıların düzgün seçilməsinin  qayğısına qalmalıdır. Olimpiadaya ən yaxşı formada olan atletlər göndərilməlidir.

Sonda dünya birinjiliyinin kifayət qədər yüksək səviyyədə təşkil olunduğunu da qeyd etməliyik. Qonaqların səsləndirdiyi fikirlər də bunu sübut edir. Təbii ki, Azərbayjanın mundiala ev sahibliyi etməsi onun  beynəlxalq aləmdə nüfuzunu daha  da artırdı.  Axı hazırda idman siyasət kateqoriyasına daxildir. Buna görə də bu və ya digər ölkə məhz  idmaçılarının uğurlu çıxışı, yaxud böyük yarışları təşkil etmək bajarığı ilə  diqqət jəlb edə bilir. Azərbayjan isə indiyədək dəfələrlə  ən yüksək ranqlı yarışlar keçirməklə idman ölkəsi statusunu qazanıb. 

Lakin güləş üzrə mundial burada  xüsusi yer tutur. Çünki Azərbayjan hələ bu miqyasda, həm də lisenziya statusu daşıyan yarışa ev sahibliyi etməmişdi. 

Odur ki ölkə idmanının daha bir şanlı səhifəsinin açıldığını əminliklə söyləmək olar.


MƏSLƏHƏT GÖR:

403