
AVROPA OYUNLARININ QONAQLARI BAKI HAQQINDA
Müəllif: R+
Türkiyəli musiqişünas Alpay Ünsal (İstanbul):
"Azərbaycan nəhəng beynəlxalq tədbirləri sadəcə, möhtəşəm təşkil edir. Bu, istər idman sahəsinə aiddir, istər musiqi. Bakıya dəfələrlə səfər etmişik. Bu dəfə buraya idman bayramına - birinci Avropa Oyunlarına gəlmişik. Sanki başqa dünyaya - sevinc, gözəllik dünyasına düşmüşük. Avropa Oyunlarının açılış mərasimi xüsusilə xoşuma gəldi. Bizə əsl şou nümayiş olundu. Bu idman infrastrukturu, dizayn, burada izlədiyimiz yarışların təşkili dünyanın ən yüksək meyarlarına cavab verir. Demək olar ki, Azərbaycan bununla beynəlxalq yarışların təşkilində indiyədək mövcud olmuş standartlara meydan oxudu və qalib gəldi. O, dünyaya daha yüksək, daha mükəmməl və ideal standart nümayiş etdirdi. Dünyada sırf idman yarışları ilə yanaşı, təşkilatçı ölkələrin nüfuz yarışı da mövcuddur. Bu yarışda Azərbaycan çempion oldu. Bu, birmənalıdır. Ən sevdiyim idman növü gimnastikadır. Həyat yoldaşımla birlikdə bütün gimnastika yarışlarını izləyəcəyik. Ölkədə turistlər üçün əla şərait yaradılıb. Bu, xüsusilə təhlükəsizliklə bağlı belədir. Bakıya şəxsi avtomobilimizlə gəlmişik. Bir neçə gündür buradayıq və bir dəfə də olsun, maşınımızın qapılarını qıfıllamamışıq. Avropa Oyunlarının bütün təşkilatçılarına təşəkkürlər".
Йева Моравиек, парисли турист:
"Авропа Ойунлары заманы Азярбайъана баш чякмяк идейасы гызымдан эялиб. О, иши иля ялагядар артыг Бакыда олмушду. Мян дя юлкянизя 4-ъц дяфядир мямнуниййятля сяфяр едирям. Садяъя, бу дяфя Авропанын идман байрамынын дадыны чыхармаьа чалышырам. Артыг сярбяст эцляш йарышларыны излямишям. Полша вя Франса эцляшчиляриня азаркешлик едирдим.
Бурада туристляр цчцн бцтцн лазыми шяраит, йарышлары излямяк цчцн ялверишли имканлар йарадылыб. Билетляр баща дейил. Щяля бир чох мараглы йарышы изляйяъяйик. Йери эялмишкян, Азярбайъана сяфяр етмяк иедйасыны франсыз достларым щиддятля гаршылмышдылар: "Ора эетмякдян горхмурсунуз? Бу, мцсялман, аграр дювлятдир. Орада йерли инсанлар яънябилярля данышмыр, кцчялярдя инякляр долашыр". Бакынын нехя эюзял, мцасир шящяр олдуьуну онлара анлатмаг цчцн чох данышдым. Билдирирдим ки, бурада да инсанлар авропалылар гядяр цнсиййятъил, мещрибандырлар. Бурада мараглы, эюрмяли йерляр, тарихи мяканлар, ъцрбяъцр мемарлыг нцмуняляри, эюзял отелляр, булвар вар. Гызым ися онлара деди: "Бакы Дубайдан эюзялдир".
Чох шадам ки, Азярбайъан пайтахтындайам. Авропа Ойунлары авропалыларын Азярбайъаны даща йахындан танымалары цчцн надир имканлар ачыб".
Saşa Şpirelya və Jelko Posoviç (Zaqreb) - Avropa Oyunlarında Xorvatiyanı təmsil edən idmançılar:
"Asudə vaxtımız azdır. Odur ki, Azərbaycan paytaxtının görməli yerlərilə mümkün qədər çox tanış olmağa çalışırıq. Artıq Şirvanşahlar kompleksində olmuşuq, İçərişəhəri gəzmişik. Azərbaycan milli mətbəxinin xörəklərini də dadmışıq. Dənizkənarı bulvarınız əladır. Bakı və bakılılar haqda təəssüratlarımız çox yüksəkdir. Bizə bu şəhərin necə gözəl olduğunu danışmışdılar. İndi Azərbaycan paytaxtının necə gözəl, koloritli olduğunu öz gözlərimizlə görürük. Avropa Oyunlarının açılışın əlbəttə ki, bizi valeh etdi. Açılış mərasimindəki möhtəşəm şounu bir kəlmə ilə ifadə etmək olar - gözəllik! İdmançılar üçün burada əla yaşam, məşq, əyləncə şəraiti yaradılıb.
Təəssüf ki, yarışların sıx qrafiki ölkənin digər şəhərlərini də gəzməyimizə imkan vermir. Ümid edirik ki, gələn il buraya gəlib Azərbaycanın digər regionlarını da gəzəcəyik".
Mark Stanifoul, britaniyalı jurnalist:
"İlk növbədə, Azərbaycanın Avropa Oyunlarına ən yüksək səviyyədə hazırlaşdığını demək istəyirəm. Bu yarış bir çox parametrlərinə görə qitə turnirinə deyil, tammiqyaslı Olimpiya Oyunlarına bərabərdir. Bu, Bakıda təşkil olunmuş yarışa və gələcəkdə keçiriləcək Avropa Oyunlarına daha yüksək nüfuz qazandırır. Britaniyalı idmançının triatlon üzrə qızıl medal qazanmasına çox sevindik.
Azərbaycan paytaxtına valeh olmuşam. İçərişəhəri, Şirvanşahlar sarayını böyük maraqla gəzdim. Flay Tauer qüllələrinin görünüşü möhtəşəmdir. Bakının digər görməli yerlərinə də baş çəkməyi düşünürəm. Mütləq Şəkiyə və Qəbələyə gedəcəyəm".
MƏSLƏHƏT GÖR: