14 Mart 2025

Cümə, 22:46

PUTİNİN PLANI NƏDİR?

Dövlət başçısı Viktor Zubkovu baş nazir təyin etməklə prezident seçkisində intriqanı qoruyub-saxladı

Müəllif:

01.10.2007

Rusiyada payızın ƏvvƏlini siyasi hadisələr baxımından kifayət qədər məhsuldar saymaq olar. Əvvəljə ölkədə parlament seçkisinin keçiriləjəyi tarix müəyyənləşdi, daha sonra isə hökumətin istefası və yeni baş nazirin təyin edilməsi baş tutdu. 

 Beşinji çağırış Dövlət Dumasının tərkibinin müəyyənləşməsi ilə bağlı əsas  qalmaqallı dövr hələ qabaqdadır (bu dövr partiyaların seçkidə iştirak edəjək namizədlər siyahısını hazırlayaraq seçkiqabağı təbliğata başlaması zamanı yaşanajaq). Nazirlər Kabinetinin yeni rəhbərinin təyin olunması ilə bağlı  janlanma isə artıq bir qədər səngiyib. İndi hamı hadisələrin gələjək inkişafını gözləyir. Ona görə ki, Rusiya hakimiyyətinin yuxarı təbəqələrindəki yerdəyişmələrin gələjək hadisələrin anjaq "birinji seriyası" olduğu hamıya məlumdur…

 

"Qeyri-peşəkarlıq və korrupsiya"

Beləliklə, sentyabrın 14-də Rusiya prezidenti Vladimir Putin 2004-jü ildən Rusiya Maliyyə Monitorinqi Federal Xidmətinə rəhbərlik edən Viktor Zubkovun baş nazir təyin edilməsi haqqında fərman imzalayıb və  beləliklə də  Zubkov 1992-ji ildən sonrakı müasir  Rusiyanın tarixində  Nazirlər Kabinetinin sayja 9-ju başçısdır. Prezidentin fərmanından bir qədər əvvəlr əvvəl isə Dövlət Duması 381 səslə Zubkovun təyinatına dəstək verib.  Zubkovu yalnız Kommunist Partiyası fraksiyasından olan 47 deputat dəstəkləməyib, "Vətən" Millətçi-Xalq Birliyinin 8 üzvü isə bitərəf qalmağı lazım bilib.

Deputatlar Zubkovla tanış olmaq imkanı da qazanıblar: əvvəljə hər bir Duma fraksiyası nümayəndələri ilə ayrı-ayrılıqda ünsiyyətdə olan baş nazir postuna namizəd daha sonra  bütün deputatlar qarşısında çıxış edib. Həmin vaxt  hələ baş nazir vəzifəsinə namizəd (onun baş nazir təyin olunajağı heç kimdə şübhə doğurmurdu) olan Zubkov  söz verdi ki, yeni hökumət prezidentin mürajiətlərində göstərilən strateci oriyentirlərə uyğun olaraq  fəaliyyət göstərəjəkdir. Zubkov əsas diqqəti Rusiya üçün çox güjlü ənənəvi sahələrin - təyyarə və gəmiqayırma sahələrinin  qaldırılmasına, həmçinin hərbi-sənaye kompleksinin inkişaf etdirilməsinə yönəltmək fikrindədir. Təzə baş nazir  onu da deyib ki, ölkənin hazırkı makroiqtisadi siyasətinin qorunub saxlanmasının tərəfdarıdır. O, gələjəkdə vergilərin azaldılmasını vajib sayır, həmçinin hesab edir ki, Rusiya üçün prioritet istiqamət iki  bəla ilə mübarizə aparmaqdır. Bu bəlaların qarşısı alınmayajağı təqdirdə, ölkə  məhvə sürüklənə bilər. Zubkov əmindir ki, Rusiyanı "qeyri-peşəkarlıq və korrupsiya məhv edə bilər". Onun fikrinjə, hazırda ölkə ən çox məhz bu iki problemdən əziyyət çəkir. Məhz buna görə də baş nazirin korrupsiya və Milli Antiterror Komitəsinin yaradılması barədə qanunun  qəbul edilməsi təklifi qeyd-şərtsiz dəstəklənəjəkdir. Zubkov bəzi nazirliklərə ünvanlanan tənqidlərlə razılaşıb və hökumətdə  bəzi kadr dəyişiklikləri aparılajağını da bildirib.

 

Gözlənilməz qərar

Xatırladaq ki, Rusiya hökumətinin istefası son dəfə 2004-jü ilin 24 fevralında baş vermişdi. O zaman da ölkə prezident seçkilərinə hazırlaşırdı. Həmin vaxt Putin Mixail Kasyanovun hökumətini istefaya göndərmişdi. 2004-jü ilin 9 martında isə Nazirlər Kabinetinə rəhbərlik Mixail Fradkova həvalə edildi. Lakin o zaman baş nazirin dəyişməsi elə də jiddi aciotac yaratmamışdı. Çünki hamı bilirdi və əmin idi ki, prezident kürsüsü növbəti müddətə də V.Putinə qismət olajaq. İndi isə vəziyyət bambaşqadır. Kremlin yeni sahibinin kim olajağı hələ ki  bilinmir və bu məsələ hamını narahat edir. Bir çox ekspertlərin fikrinjə, Putinin "varisi" elə prezident seçkisi ərəfəsində hökumətə rəhbərlik edən şəxs olmalıdır. Odur ki Fradkovun istefası barədə xəbər yayıldıqdan dərhal sonra yalnız Rusiya yox, bütün dünya onun yerini kimin tutajağını maraqla gözləməyə başladı.

İlk baxışdan, hər şey sadə görünürdü. Adamlara elə gəlirdi ki, baş nazir kreslosunda hökumət başçısının birinji müavini Sergey İvanov, ya da prezidentin "daha bir potensial varisi" Dmitri Medvedev  oturajaq. Rusiya mətbuatı da bu məsələdə hansısa üçünjü şəxsin meydana çıxa biləjəyini gözləmir, yalnız İvanovla Medvedev arasındakı rəqabət əlamətlərinə diqqət yetirirdi. Məsələn, "Vedomosti" qəzeti bu ilin avqust-sentyabr aylarında mətbuatda Putinin Medvedevdən daha çox İvanovu önə çıxartdığını yazırdı. Bu səbəbdən də mətbuat İvanovu bu yarışın favoriti sayaraq, 2008-ji ilin prezident seçkisi ərəfəsində verilən proqnozun təsdiqlənəjəyini gözləyirdi.

Vladimir Putin isə hamını təəjjübləndirəjək qərar verməklə, gözlənilmədən "səhnə"yə indiyədək o qədər də populyar olmayan 66 yaşlı Viktor Zubkovu çıxardı. Bir qədər sonra prezident Zubkova üstünlük verməsinin səbəbini də açıqladı: Zubkov "çox yaxşı peşəkar, alijənab və sağlam düşünjəli insan"dır. 

Həqiqətən də, yeni baş nazirin xidmət dəftərçəsi müsbət təəssürat yaradır. O, əmək fəaliyyətinə  çilingər şagirdliyindən başlamış, daha sonra Leninqrad vilayətinin sovxozlarında və partiya orqanlarında rəhbər vəzifələrdə  çalışmışdır. 2004-jü ildən isə Zubkov "maliyyə kəşfiyyatı" adlandırılan Maliyyə Monitorinqi Federal Xidmətinə rəhbərlik etmişdir. 1990-jı illərin əvvəllərində Zubkov Sankt-Peterburq meriyasında Putinin rəhbərliyi altında xariji əlaqələr komitəsində çalışmışdır. Bir sözlə, o da məşhur "Leninqrad komandası"nın yetirməsidir.

 Putinin Mixail Fradkov barəsində dediklərinə görə o, heç bir təzyiqə məruz qalmadan baş nazir vəzifəsindən öz xoşu ilə gedib. Rusiyanın bütün əsas telekanalları Fradkovun istefası ilə bağlı təsirediji kadrları yayınlamışdı - Putinlə üz-üzə əyləşmiş Fradkov istefasını "ölkədə böyük siyasi hadisələrin yaxınlaşması və bununla əlaqədar prezidentə kadr siyasəti də daxil olmaqla, bütün qərarların verilməsində sərbəstlik yaratmaq istəyi" ilə əsaslandırmışdı. Putin isə etiraz etməyərək bildirmişdi ki, "artıq hamı birlikdə hökumət və idarəetmə strukturlarının seçkiqabağı dövrdə daha effektli işləməsi, onların ölkəni parlament və prezident seçkisindən sonrakı dövrə hazırlaması üçün nejə qurulması barədə düşünməlidir". 

Bir qədər sonra Kreml başçısıi etiraf etdi ki, əvvəljə prezident seçkisinədək hökuməti dəyişmək fikrində deyilmiş. "Belə bir ssenari də var idi ki, 2008-ji ilin mayınadək hökumət dəyişməsin və düzünə qalsa, mənim özüm elə bu ssenarini bəyənirdim. Amma hökumət üzvləri, hər şeydən əvvəl, insandır və belə gördüm ki, onlar artıq fəaliyyətlərini zəiflədərək, seçkidən sonrakı taleləri barədə düşünməyə başlayıblar. Mənsə istəyirəm ki, hökumət, həmçinin regional və federal hakimiyyətlər seçkiqabağı dövrdən tutmuş seçki və ondan sonrakı mərhələyədək, 2008-ji ilin mart və may ayları arasında da İsveç saatı kimi işləsin", - deyə Putin qeyd edib.

İlk baxışdan, hər şey sadə və məntiqi görünür. Amma hökumət başçısının dəyişməsinə böyük marağın kökündə, hökumətə kimin rəhbərlik edəjəyi yox, 2008-ji ilin martından sonra ölkəyə kimin başçılıq edəjəyi dayanır. Məsələnin hamını maraqlandıran tərəfi də  elə məhz bu məqamda ortaya çıxır.

 

Heç kimin gözləmədiyi hadisə

Artıq Viktor Zubkov Rusiyada keçiriləjək növbəti prezident seçkisində namizəd kimi iştirak edəjəyinin istisna olunmadığını bəyan edib. Bir qədər sonra isə Vladimir Putin də bunun mümkünlüyünü təsdiqləyib. Soçidə "Valday" diskussiya klubunun iştirakçıları ilə görüşdə o bildirib ki, "Əgər yarım il əvvəl prezidentlik üçün namizəd olmadığı, belə bir şəxsin tapılmadığı iddia olunurdusa, bu gün artıq prezidentlik postu uğrunda mübarizə apararaq qalib gələ bilən ən azı 5 namizəd var". 

Təbii ki, prezident bu 5 namizədin hər birinin adını çəkməsə də, yeni baş nazirin həmin siyahıda olduğuna şübhə yoxdur. Zubkovun prezidentliyə namizədliyini irəli sürməsinin mümkün olub-olmaması barədə suala isə Putin belə javab verib: "Rusiyanın bütün vətəndaşları kimi, Zubkov da öz namizədliyini irəli sürə bilər". Təbii ki, Putinin bu posta daha kimləri layiq bilməsi bu məqamda hamı üçün maraq doğururdu. Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovun fikrinjə, söhbət Sergey İvanov, Dmitri Medvedev, hökumət aparatının rəhbəri Sergey Narışkin və Rusiya Dəmir Yollarının və "Lokomotiv" (Mosçkva)futbol klubunun prezidenti Vladimir Yakunindən gedir.

Lakin bu, çoxsaylı versiyalardan yalnız biridir. Həmin versiyalardan bəziləri fantastik xarakter daşısa da, ağlabatanları da var. Məsələn, bəziləri əvvəlkitək prezident seçkisinin favoriti kimi İvanov və Medvedevin üzərində dayanır. Onların fikrinjə, Putin hələ ki, bu iki şəxsdən hansı birinin üzərində dayanajağını müəyyənləşdirməyib. Hökumətin istefasına gəlinjə, həmin ekspertlər hesab edir ki, bu, parlament seçkisi ərəfəsində hakim partiyaya müsbət xal gətirməyən lazımsız nazirlərdən sakit şəkildə yaxa qurtarmaq üçün lazım idi. Təsadüfi deyil ki, Zubkov da bildirib ki, "jamaatı qıjıqlandıran nazirlər yeni kabinetdə təmsil olunmayajaqlar".

Digər versiyaya əsasən Putin, həqiqətən də, "varis" seçimində Zubkova üstünlük verib və elə o da prezident seçiləjək. Yəni Putin Kremldə tam idarəolunan şəxsin qalmasını istəyir. Üstəlik, Putinə sadiq olan İvanovla Medvedev də daim yeni prezidentə "nəzarət" edəjəklər. Yeri gəlmişkən, bu iki şəxsdən birinin həmin dövrdə baş nazir olajağı da istisna edilmir (bəzi dairələr isə artıq Medvedevin komandadan kənarlaşdırılajağınıı bildirir). 

Beləliklə, 4 il dinjəlmək imkanı əldə edəjək Putin (işin görünən tərəfləri Zubkov tərəfindən həyata keçirləjək), 2012-ji ildə Kremlə qayıdajaq və Soçidə keçiriləjək Olimpiadanı məhz prezident kimi açajaq.

Bu variantda "alt versiya" da mövjuddur. Hadisələrin bu jür inkişaf edəjəyini düşünən ekspertlər iddia edir ki, Zubkov prezident seçildikdən bir müddət sonra səhhətilə əlaqədar (hər halda, onun 66 yaşı var) vaxtından əvvəl istefa verəjək və bundan sonra Vladimir Putin yenidən Kreml sahibi postuna qayıdajaq. İstənilən halda, Rusiya Konstitusiyasının bir nəfərin ardıjıl olaraq iki prezidentlik müddətində ölkəyə rəhbərlik etməsini qadağan edən maddəsinin tələbləri pozulmayajaq. Yəni Putin üçünjü dəfə "sələf-xələfindən" sonra prezident seçiləjək. 

Yeri gəlmişkən, ekspertlər artıq yeni baş nazirin elan etdiyi "korrupsiya ilə mübarizə"  məsələsii Zubkovun prezident seçilməsinə yardım göstərəjəkdir. Baş nazirin Maliyyə Monitorinqi Federal Xidmətinin rəhbəri postunda bu sahədə əldə etdiyi informasiyaların bu məqamda yerinə düşdüyünü də qeyd etmək lazımdır.

Bütün bunlarla yanaşı, Rusiya mətbuatı Putinin bütün çıxışlarını diqqətlə izləyir və məhz bu çıxışlar zamanı prezidentin təsadüfən (və ya bilərəkdən) bundansonrakı proseslər haqqında nəsə söyləyə biləjəyini gözləyir. 

Putinlə "Valday" diskussiya klubunda söhbətdən sonra Vaşinqtonun "Heritage Foundation" fondunun analitiki Ariel Koen "Reuters"ə bildirib ki, Kreml sahibi növbəti prezidentin fəaliyyət müddətinin bitməsindən sonra, yəni 2012-ji ildə yenidən dövlət başçısı vəzifəsini tuta biləjəyini istisna etməyib. Təbii ki, bu məlumat dərhal dünyanın informasiya agentliklərinin əsas xəbərlərindən birinə çevrilib. Lakin bir qədər sonra Putinlə Soçidəki görüşdə iştirak edən ABŞ-ın Dünya Təhlükəsizlik İnstitutunun Rusiya və Avrasiya proqramlarının direktoru Nikolay Zlobin məsələyə bir qədər aydınlıq gətirib. Onun sözlərinə görə, həmin görüşdə Putin 2008-ji ildə vəzifədən getdikdən sonra nə ilə məşğul olajağını hələ bilmədiyini söyləyib. Zlobin bildirib ki, prezident "2012-ji ilədək özünə hansısa maraqlı iş tapajağını" deyib. "Putin onu da bildirib ki, yeni prezident hazırki siyasətinin xalqın böyük hissəsi tərfindən dəstəkləndiyini nəzərə alaraq, onunla məsləhətləşməli olajaq", - deyə Zlobin qeyd edib.

Qərb curnalistlərinin nətijə çıxartmaqda tələskənliyə yol verdiklərini "Kommersant"ın xüsusi müxbiri Andrey Kolesnikov da bildirib - Soçidə qapılar arxasında keçirdiyi görüşdə Qərb curnalistləri ilə yanaşı, Kolesnikov da iştirak edib. Onun fikrinjə, Qərb mətbuatı "öz fikrini həqiqət kimi qələmə verib". "Putin özünün mümkün prezidentliyi haqqında sualı javablandırarkən bir qədər zarafata yol verib, Qərb curnalistləri isə nədənsə  bu zarafatları onun 2012 və ya 2016-jı ildə yenidən Kremlə rəhbərliyə qayıtmaq istəyi kimi qəbul ediblər. Lakin Putinin javablarında onun yenidən prezident olmaq istəməsinə dair konkret fikir yoxdur. Görüşün bəzi iştirakçıları, əksinə, belə qənaətə gəlib ki, Putin yenidən prezident olmaq istəyində deyil. Amma onu da vurğulayıb ki, Putinin böyük siyasətdən çəkilmək fikri yoxdurl və ölkədə siyasi proseslərə təsir edəjək, amma öz mövqelərini möhkəmləndirmək məqsədi güdməyəjək", - deyə Kolesnikov qeyd edib.

Şahidlərin sözlərinə görə, prezidentin Soçidəki iqamətgahında keçirilən görüşdə Putinin gələjəkdə prezident vəzifəsinə qayıtmasına dair söhbət "Qardaş-2" filmindəki ifadə ilə tamamlanıb. "Qələbəni güjlü olan yox, doğru olan qazanajaq", - deyə Kreml sahibi söhbəti tamamlayıb.

Nikolay Zlobinin sözlərinə görə, görüşdə Putin "Vahid Rusiya" partiyası haqqında da maraqlı fikir səsləndirib. O, partiyanın fəaliyyətinin davam etdirilməsinə yalnız onun qarşıya qoyduğuvəzifələrin öhdəsindən gələjəyi təqdirdə dəstək verəjəyini bildirib. Əgər bu, baş tutmasa prezident digər siyasi qüvvə olan sosial-demokratlara üstünlük verə bilər.Bəlkə də həmin qüvvə kimi "Ədalətli Rusiya" partiyası irəli çıxsın.

Bu baxımdan, ekspertlər parlament seçkisində "Vahid Rusiya"nın namizədlər siyahısına başçılıq edəjək siyasətçilərin kimliyinə diqqət yetirməyi vajib sayırlar. Çünki partiyanın qələbə qazanajağı təqdirdə, məhz siyahıya başçılıq edən siyasətçi Putin tərəfindən "varis" elan edilə bilər. Bu halda, Zubkov sadəjə hökumət başçısı kimi fəaliyyətini davam etdirərək yeni prezidentlə komanda yaratmalı olar.

 

Sürpriz gözləntiləri

Gözlənildiyi kimi, seçkiqabağı dövrdə "Vahid Rusiya" özünü kifayət qədər inamlı hiss edir. Ümumrusiya İjtimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) apardığı son tədqiqatların nətijələrinə görə, Dövlət Dumasına seçki sentyabrın ortalarında keçirilərsə, 7 faizlik baryeri yalnız iki partiya adlaya bilər - "Vahid Rusiya" (45%) və Kommunist Partiyası (8%). 

Onlara yaxın səs  faizini isə "Ədalətli Rusiya" və Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) toplaması mümkündür - 7%. 

Beləliklə, əgər dekabrın 2-dək situasiya dəyişməsə, qarşıdan gələn seçkidə "Vahid Rusiya" Dumada 380, kommunistlər isə 70 yer qazanajaq. Bununla yanaşı, çox güman ki, "Ədalətli Rusiya" və liberallar da parlamentə düşə bilərlər. Seçkinin nətijələrinə dair siyasətçilərlə sosioloqlar arasında fikir ayrılıqları olsa da, ümumi tendensiya qorunur: demək olar ki, hamı seçkidə "Vahid Rusiya"nın qələbə qazanajağına, onunla "Ədalətli Rusiya" arasında güjlü rəqabətin gedəjəyinə, həmçinin, sonunju ilə kommunistlərin də "jəngə girəjəklərinə əmindir. Eyni zamanda, əksəriyyət liberal partiyaların Dumaya düşə bilməyəjəyini düşünür.

Rusiyanın müasir tarixinin köhnə partiyalarından olan "Yabloko" sədrinin birinji müavini Sergey İvanenko sosioloqların gəldikləri nətijələri şərh edərkən bildirib ki, ÜİRÖM-in açıqladığı rəqəmlər reallığı əks etdirmir. Onun sözlərinə görə, "Yabloko" Dumada təmsil olunmaq üçün minimal baryeri aşmaq güjündədir. Lakin bunun üçün seçkinin nisbətən demokratik və ədalətli keçirilməsi vajibdir. 

Öz növbəsində RLDP-dən olan deputat, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinji müavini Leonid Slutski əmindir ki, ÜİRÖM-in əldə etdiyi rəqəmlər birmənalı olaraq "siyasi elektoratınqeyri- fəallığı səbəbindən meydana çıxıb".

Həqiqətən də, ölkədə seçki kampaniyası hələ fəal mərhələyə qədəm qoymayıb və həmin mərhələnin başlaması ilə maraqlı hadisələrin yaşanajağı da istisna olunmur. Ən azı, qarşıdan gələn seçkidə Dövlət Dumasında yeni və gözlənilməz simaların peyda olması mümkündür. Məsələn, artıq RLDP seçki siyahısına Britaniya prokurorluğunun Rusiya xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Aleksandr Litvinenkonun qətlində günahlandırdığı Andrey Luqovoyu daxil etmək fikrindədir. "Vahid Rusiya"nın namizədlər siyahısında isə ilk üçlüyə idmançı Svetlana Curovanın düşə biləjəyinə dair fikirlər var. 

Lakin bu partiyalardan heç biri Rusiya ordusundakı "dedovşina"dan əziyyət çəkərək "məşhurlaşmış" 20 yaşlı şikəst əsgər Andrey Sıçevin seçijilərə potensial təsiri ilə öyünə bilməz. Onunla Sağçı Qüvvələr Birliyi (SQB) Partiyası maraqlanır. Bu, yayda partiyanın liderləri Nikita Belıx və Boris Nemtsovun, həmçinin partiyanın seçki qərargahının rəhbəri Anton Bakovun əsgərə baş çəkməsi zamanı məlum olub. 

Qeyd edək ki, Andrey internet gündəliyində ölkənin silahlı qüvvələrində "dedovşina" ilə şəxsən mübarizə aparmaq istəyində olduğunu, onun hərbi qulluqda ikən orduya rəhbərlik edən Sergey İvanovun şəxsən gözlərinin içinə baxmaq arzusunu ifadə edib. Lakin çoxları SQB-nin tapıntısını müsbət qarşılamır və hesab edir ki, bu, şikəst əsgərdən seçkiqabağı kampaniyada "qanlı piar" kimi istifadə etmək deməkdir.

Beləliklə, Rusiyada sakit "siyasi hava" hökm sürənədək, dəryada hələ neçə-neçə "siyasi gəmi"  batajaq, neçəsi də səfərə çıxajaq. Hər şey  hələ indii-  parlament seçkisinə bir aydan bir qədər artıq, prezident seçkisinə isə yarım il qaldığı bir vaxtda  başlayır.

Vladimir Putin isə bütün baş verənləri yuxarıdan izləyir. Onun hərəkətlərini əvvəljədən proqnozlaşdırmaq, açıqlamalarından isə nə demək istədiyini müəyyənləşdirmək çox çətindir. Sentyabrın əvvəllərində Rusiyada baş verənlərdən belə bir nətijəyə gəlmək olar: prezident  bütün manevrlər üçün yalnız özünün ağlına gələ bilən geniş imkanlar yaradıb. Bəzi analitiklər bildirir ki, Kreml, əslində, "varis" əməliyyatına start verib. 

Putinin konkret olaraq nə düşündüyü isə Dövlət Dumasına seçkinin nətijələri bilindikdən və Zubkovun hökumətə rəhbərliyinin ilk nətijələri məlum olandan sonra aydınlaşajaq.


MƏSLƏHƏT GÖR:

448