14 Mart 2025

Cümə, 22:46

GÜRCÜSTANDA DAHA BİR SİYASİ QALMAQAL

Gürcüstanın sabiq müdafiə nazirinin həbsi ölkədə daxili siyasi vəziyyəti gərginləşdirib

Müəllif:

01.10.2007

Gürjüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvilinin həbsi bu ölkədə yeni siyasi qarşıdurmaya səbəb olub. Xatırladaq ki, həbs olunmazdan əvvəl sabiq nazir Gürjüstan prezidenti Mixail Saakaşviliyə qarşı kəskin ittihamlarla çıxış edib. 

Belə ki, İ. Okruaşvili prezident və onun ətrafını hakimiyyəti ələ keçirməkdə və dövləti dağıtmaq üçün məqsədyönlü kampaniya aparmaqda ittiham edib. O iddia edir ki, "Saakaşvili bütün hədləri aşaraq, mənəviyyatsızlıq, ədalətsizlik, repressiya, oğurluq, insanların var-dövlətinin əlindən alınması və onların fiziki məhvini adi normaya çevirib". 

Okruaşvili bildirib ki, üç il əvvəl Daxili İşlər Nazirliyinə rəhbərlik edərkən, prezident Saakaşvilinin dayısı Teymur Alasaniyanı 200 min dollar rüşvət alması faktı üzrə yaxalasa da, "prezidentin təkidi ilə" buraxmalı olub. 

Bundan başqa, sabiq nazir əmin edir ki, vaxtilə Gürjüstan prezidenti ona dəfələrlə nüfuzlu şəxsləri aradan götürməyi tapşırmağa jəhd edib.

Sabiq müdafiə nazirinin həbsinə sanksiya verən Gürjüstan prokurorluğu isə artıq ona qarşı korrupsiyada ittihamı irəli sürüb. Baş prokurorun müavini Nika Qvaramiyanın sözlərinə görə, "Müdafiə Nazirliyində on milyonlarla dollarlıq mənimsəmə faktları aşkarlanıb". Bundan başqa, Okruaşvili çirkli pulların yuyulmasında da ittiham olunur. "Belə ki, Okruaşvili öz partiyası üçün 1 milyon 800 min dollar dəyərində ofis alıb. Alğı-satqını isə jəmi 250 min dollara rəsmiləşdirib" - deyə baş prokurorun müavini bildirib. 

Bu arada İrakli Okruaşvilinin özünün baş verənlərə reaksiyası məlum olub. Ona qarşı irəli sürülən ittihamları rədd edən keçmiş nazir vəkili vasitəsilə özünü siyasi məhbusl elan edib. Həbsindən əvvəl isə o, ABŞ-ın Gürjüstandakı səfiri ilə görüşüb və Amerikanın "Eurasia.net" internet nəşrinə müsahibə verib. Müsahibədə Okruaşvili bir daha bəyan edib ki, M. Saakaşvili ona ölkədə xüsusi nüfuzu olan şəxsləri, o jümlədən tanınmış iş adamı Badri Patarakatsaşvilini aradan götürməyi tapşırıbmış. 

Okruaşvilinin həbsinə ABŞ-ın reaksiyası da özünü çox gözlətməyib. Elə həmin gün ABŞ dövlət katibinin yardımçısı Metyu Brayza bəyan edib ki, "Əgər insan jinayət törədibsə, onun jəzasını çəkməlidir". Bununla belə həbsin detalları ilə tanış olmadığını deyən ABŞ təmsilçisi hər şeyin qanun çərçivəsində həyata keçirilməsinin vajibliyini vurğulayıb. 

ABQ təmsilçisindən fərqli olaraq rusiyalı ekspertlər daha qəti mövqe nümyaiş etdirib və bildiriblər ki, Okruaşvilinin həbsi Saakaşvili reciminin "ölümqabağı çapalamasıdır". 

Bu arada Gürjüstanın aparıjı müxalifət partiyaları ölkə əhalisini hakimiyyətə qarşı kütləvi aksiyalara dəvət edib. 


MƏSLƏHƏT GÖR:

439