ATOM VARİANTI
Amea radiasiya problemləri institutunun direktoru, professor Adil Qəribov hesab edir ki, Azərbaycanda atom-elektrik stansiyasının yaradılması barədə düşünmək lazımdır
Müəllif: Səbirə MUSTAFAYEVA Bakı
Bu gün Azərbayjan təkjə iqtisadi və siyasi istiqamətdə deyil, elmi istiqamətdə də inkişaf edən dövlətdir. Elmi baxımdan əsaslandırılmış yanaşma həyat fəaliyyətinin bir çox sahələrinə tətbiq edilməlidir. Bununla əlaqədar, ölkənin akademik elitasının öhdəsinə qoyulan ən önəmli missiyalardan biri də Azərbayjanın enerci potensialının hesablanmasıdır. Burada AMEA Radiasiya Problemləri İnstitutu önəmli rol oynayır. İnstitut ölkədə MAQATE (Beynəlxalq Atom Energetikası Agentliyi) ilə birlikdə bir sıra çox önəmli layihə gerçəkləşdirib. Adıçəkilən qurumun direktoru Adil Qəribovla söhbətimiz də elə bu məsələlər barədə oldu.
-Məlumdur ki, MAQATE ilin sonuna qədər Azərbayjana maliyyə yardımı planını açıqlamağa hazırlaşır. Söhbət təqribən hansı məbləğdən gedir və bu yardım hansı layihələr üçün ayrılajaq?
-2002-ji ildən MAQATE üzvü olan Azərbayjan həmin təşkilatla müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Bunlar əsasən humanitar sahələri - səhiyyəni, ölkənin tənzimləyiji orqanlarının yaradılmasını və s. ehtiva edir. MAQATE konvensiyası çərçivəsində əməkdaşlığımızın digər əsas istiqamətləri Azərbayjanın radiasiya və nüvə təhlükəsizliyi, nüvə terrorçuluğu ilə mübarizədir.
Bu gün daha bir sevindiriji fakt MAQATE-nin Azərbayjandakı layihələrin həyata keçirilməsinə ayırdığı maliyyə yardımının ilbəil artmasıdır. Bunun əsas səbəblərindən biri ölkədə sabit iqtisadi və siyasi durumun bərqərar olmasıdır. MAQATE-nin 2 ilinin bir il kimi sayıldığını nəzərə alsaq, qeyd etmək lazımdır ki, ayrılan maliyyə yardımları həjminə görə keçən ildən Azərbayjanın qonşu dövlətləri arxada qoyduğunu demək mümkündür.
Hazırda Azərbayjanda MAQATE ilə birlikdə 5 layihə gerçəkləşdirilir ki, bunlardan ikisi səhiyyə ilə onkoloci xəstəlik ojaqlarının şüalandırılması üçün yeni tipli sürətləndirijilərin yaradılması ilə bağlıdır. Bu sürətləndirijilər digər orqanlara, sağlam hüjeyrələrə təsir göstərməyən istiqamətlənmiş nöqtəvi şüalanmanı təmin edən səmərəli avadanlıqdır. Layihə Azərbayjan üçün çox önəmlidir. Belə avadanlığın dəyəri 1 mln. 300 min dollar jivarında qiymətləndirilir. Bu məqsədlə vəsaitin bir hissəsini Azərbayjan, digərini isə MAQATE ayırıb. Bununla əlaqədar, Onkoloci Mərkəzin direktoru, akademik Jəmil Əliyevin böyük rolunu qeyd etmək istərdim. O, ölkəmizdə onkoloci xəstəliyi olan insanların ən yeni avadanlıqlardan istifadə ilə ixtisaslı yardım ala biləjəkləri xüsusi strukturun yaradılması üçün əlindən gələni edib. Bundan başqa, MAQATE Azərbayjana müxtəlif xəstəlikləri onların inkişafının erkən mərhələlərində aşkar etməyə imkan verən diaqnostik avadanlıq alınmasında da yardımçı olub.
Ölkənin radiasiya şəraitinin monitorinqi və radiasiya çirklənmələrinin aşkarlanması sisteminin təkmilləşdirilməsi həyata keçirilir. Bu layihələrə AMEA Radiasiya Problemləri İnstitutu, Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi də daxil edilib. Bu ildən etibarən, layihəyə Fövqəladə Hallar Nazirliyi (FHN) də qoşulub. Layihə çərçivəsində Azərbayjana 300 min dollar dəyərində müvafiq avadanlıq gətiriləjək və gətirilməkdədir. Bu avadanlıq Ekologiya Nazirliyi və FHN-ə ölkənin müxtəlif ərazilərinin daimi monitorinqini həyata keçirməyə imkan verəjək. Gələjəkdə bu sahədə kadrlar hazırlığı sisteminin genişləndirilməsi nəzərdə tutulur.
Bundan başqa, MAQATE ilə birlikdə Azərbayjanda sərhəd məntəqələri və gömrük keçidləri möhkəmləndirilməkdədir. Məqsəd sərhədlərdə monitorinq avadanlığının quraşdırılmasıdır. Artıq Astarada, Biləsuvarda və Bakı Dəniz Limanında belə qurğular var. Daha 4-5 sərhəd məntəqəsinin bu sistem üzrə modernləşdirilməsi nəzərdə tutulmuşdur. Yeni avadanlıq yüklərin arasında hətta aşağı radioaktivlikli materialların da aşkarlanmasını təmin edir. Avropa ilə Asiya arasında tranzit ölkə olan, həm də nüvə texnologiyaları işləyib-hazırlayan İranla sərhəddə yerləşən Azərbayjan üçün bu çox aktualdır. Məhz buna görə də MAQATE, ABŞ və NATO Azərbayjanın sərhədlərinin texniki baxımdan möhkəmləndirilməsinə böyük maraq göstərir. Bu, təkjə Azərbayjanın yox, bütün dünyanın təhlükəsizliyi məsələsidir. Daha bir layihə də tənzimləyiji orqanlar sisteminin möhkəmləndirilməsi və təkmilləşdirilməsi layihəsidir. Belə ki, indiyədək ölkədə vahid tənzimlyiji sistem yox idi. Bu gün həmin sistem üç təşkilatda - Ekologiya və Təbii Ehtiyatlar Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Sənaye və Energetika Nazirliyində inkişaf etdirilməkdədir. Tənzimləyiji sistemin işinin birləşdirilməsi və səmərəli təşkil olunması üzrə yenidənqurma işləri həyata keçirilməkdədir.
Bu il biz artıq MAQATE ilə 2009-2011-ji illərdə texniki əməkdaşlıq çərçivəsində layihələr üçün material toplamağa başlamışıq. Sonrakı 3 ilə 5 layihənin realizəsi üçün sifariş verilib. Bunlardan üçü institutumuzun iştirakı ilə həyata keçiriləjək. Birinji layihə Azərbayjanda nüvə tədqiqat reaktorunun yaradılması layihəsidir. Bu bizim ən böyük nailiyyətimiz olajaq. Axı hazırda Azərbayjan nüvə tədqiqatları istiqamətində heç bir strateci obyektə malik deyil. Halbuki belə obyektlər bütün ölkələrdə var. Məsələn, İstanbulda onlar universitet laboratoriyaları səviyyəsində fəaliyyət göstərir. Hökumət bu layihəni bəyənib. İştirak edəjəyimiz ikinji layihə Azərbayjanda tibbi maddələrin və qida maddələrinin sterilləşdirilməsi sisteminin həyata keçirilməsi layihəsidir. Onu da deyək ki, hazırda Azərbayjanda heç bir mobil sterilləşdirmə sistemi yoxdur. Kimyəvi sistem var, lakin o, bir çox qida maddələri üçün yararlı deyil. Unutmayaq ki, axı biz bu yaxınlarda quş qripi hadisəsi ilə üz-üzə qalmışdıq. Quru ərzaqlar, quru meyvələr ölkəmizə Şərq dövlətlərindən gətirilir. Radioaktiv sterilləşdirmə isə heç bir yerdə aparılmadığından, bu ərzaq məhsulları ilə Azərbayjana bakteriyalar və mikroblar da daxil olur. Tibbi avadanlıq isə köhnə, dədə-baba üsulu ilə sterilləşdirilir. Artıq MAQATE ilə bu barədə ilkin razılıq əldə edilib. Üçünjü layihə monitorinq sisteminin təkmilləşdirilməsinin davam etdirilməsilə bağlıdır. Dördünjü layihə Azərbayjanda tibb avadanlığının təkmilləşdirilməsinə yönəldiləjək. Hazırda yüksək energetik sürətləndiriji quraşdırılır, 2009-ju ilədək isə daha aşağı energetik sürətləndiriji - müxtəlif xəstəliklərin profilaktikası üçün zəruri avadanlıq quraşdırılajaq. Qeyd etmək istəyirəm ki, zərurət yarandığı hallarda biz öz layihələrimizdən tibbi layihələrin xeyrinə könüllü olaraq imtina edirik. Belə ki, bizdə onkoloci xəstəliklərin müalijəsi sistemi qənaətbəxş deyildir. İndi isə hər şey başqa jürdür.
Bütün bu layihələrin ümumi dəyəri çoxu 2-3 milyon dollar jivarında qiymətləndirilir, çünki ölkə hökuməti də onları maliyyələşdirir. Eyni zamanda, MAQATE kadr hazırlığı məsələsində də yardım göstərir. İnstitutumuz Azərbayjanda radiasiya tədqiqatları ilə məşğul olan yeganə müəssisədir. Odur ki bu sahənin mütəxəssislərini də barmaqla saymaq olar. Halbuki, indi onlara gömrük, sərhəd orqanlarının, tənzimləyiji orqanların da ehtiyajı var. Beləliklə, hazırda MAQATE ilə birlikdə müvafiq kurslar təşkil edilir, kadrların yenidən hazırlanmasına diqqət artırılır. Hər il institutumuzun əməkdaşları üçün MAQATE, ABŞ-ın iştirakı ilə 6 dəfə ikihəftəlik kurslar keçirilir. Həmin kurslarda hər dəfə 20-25 nəfər dinləyiji oxuyur. İxtisasa dair xüsusi dərsliklər nəşr edilir. Fikrimjə, 5-6 ildən sonra Azərbayjanda institutumuzun bazasında daimi fəaliyyət göstərən xüsusi kadr hazırlığı mərkəzləri olajaq.
-Hökumət MAQATE-nin iştirakı ilə Azərbayjanda atom-elektirik stansiyası yaradılmasını planlaşdırırmı?
-Bu, çox mühüm məsələdir. Dəqiq, elmi jəhətdən əsaslandırılmış təhlil əsasında deyə bilərəm ki, hazırda bu, yeganə çıxış yoludur. Azərbayjan hətta 2 mlrd. ton neftə malik olsa belə, atom elektrik stansiyasının yaradılması zəruridir. Axı 2010-ju ildən başlayaraq, ölkəmizdə hər il 50-54 mln ton neft hasil ediləjək. Fikrimjə, tezliklə - təxminən 10-15 ildən sonra energetiklərə elektrik enercisi əldə etmək üçün neftdən istifadə etmək sərfəli olmayajaq. Əgər bu gün elektrik enercisi əhaliyə əsl qiymətinə satılsaydı, inanmıram ki, insanlar onun pulunu ödəyə bilərdi. Statistikaya görə, 2010-ju ildən etibarən Azərbayjanda neft hasilatı azalmağa başlayajaq. Hasilatın pik səviyyəsi 2011-ji ilə təsadüf edəjək. Bu isə o deməkdir ki, 20-25 ildən sonra dünyanı gözləyən enerci böhranı təhlükəsi Azərbayjandan da yan keçməyəjək.
Bu yaxınlarda müvafiq strukturlarda alternativ enerci mənbələrindən istifadə üzrə Dövlət proqramının ijrası ilə bağlı toplantı keçirilib. Toplantıda külək enercisindən istifadə məsələsi müzakirə olunub. Lakin bu, böyük energetika üçün uşaq oyunjağıdır. Külək və ya günəş enercisi böyük energetika roluna iddialı ola bilməz. Təsəvvür edin ki, ən böyük külək qurğusu 1 meqavat elektrik enercisi hasil edir. Bu o deməkdir ki, Azərbayjanın ehtiyajlarının (5-6 min meqavat) ödənilməsi üçün hündürlüyü 40 m olan 6 min xüsusi qurğuya ehtiyaj var. Həm də onları bütün Azərbayjan üzrə yerləşdirmək lazımdır. Üstəlik, onlar aramsız işləməlidir. Lakin dünyanın heç bir yerində bu qurğular daim işləmir, çünki hərəkətə gəlmələri küləyin güjündən asılıdır. Bəli, dünya təjrübəsində belə qurğulardan istifadə nəzərdə tutulur. Lakin onlar başqa enerci mənbələri olan yerdə enerciyə qənaət sistemi rolunu yerinə yetirir. Bu o deməkdir ki, külək və günəş enercisindən istifadə yolu ilə nə qədər elektrik enercisi hasil olunsa, bir o qədər neft və nüvə mənbələrinə qənaət edilə bilər. Dünyanın heç bir yerində energetika təhlükəsizliyi külək və ya günəş qurğuları bazasında yaradılmır.
Hidroenercidən istifadə məsələsinə gəldikdə, deməliyik ki, ölkəmizdə onun mənbələri son dərəjə məhduddur. Şəmkir və Mingəçevir elektrik stansiyaları kimi möhtəşəm stansiyalar da daim elektrik enercisi hasil edə bilmir. Mütəxəssislərin hesablamalarına görə, bu növ enerci ehtiyatları 16-20%-dən çox deyil. Deməli, vəziyyətdən yeganə çıxış yolu atom-elektrik stansiyası yaradılmasıdır. Bunu heç də mənim şəxsi istəyim yox, tarixin obyektiv gedişi tələb edir. Belə təməl üstündə energetika təhlükəsizliyi sistemini qurmaq mümkündür. Hazırda bir çox ölkələr öz nüvə sənayesini genişləndirməyə hazırdır. İndiki zamanda Almaniyada elektrik enercisinin 26 faizi, Fransada isə 70 faizi nüvə energetikasının məhsuludur. Atom-elektrik stansiyasının əleyhdarları onu son dərəjə təhlükəli sahə sayır və nümunə kimi Çernobıl AES-i göstərirlər. Lakin başa düşmək lazımdır ki, həmin hadisə Sovet İttifaqının idarəetmə sisteminin qəzası idi. Çernobılda nüvə partlayışı yox, texnoloci partlayış baş vermişdi. 3 partlayışın hər birinin səbəbi texnoloci reqlamentə riayət edilməməsi idi.
Ən çox nüvə reaktoru Avropada təmərküzləşib. Avropa Birliyinin hər bir ölkəsində 20-30 nüvə reaktoru işləyir. Fransanın ən kiçik şəhərlərində də reaktorlar var. Bununla belə, nə partlayışlar, nə də qəzalar baş verir, çünki elmi jəhətdən əsaslandırılmış, təhlükəsiz yanaşma mövjuddur və o, atom energetikasının inkişafına yönəldilərkən həmişə əhəmiyyətli səmərə verir. Axı nüvə proseslərilə zarafat etmək olmaz.
- Lakin bu halda ortaya tullantıların zərərsizləşdirilməsi və təkrar emalı məsələsi çıxır?
- Ölkələrin bir çoxu nüvə təhlükəsizliyinə dair beynəlxalq öhdəliklərə əməl etmir. Beynəlxalq standartlara görə, reaktor quraşdıran ölkə onu xammalla təmin etməli, tullantıları zərərsizləşdirməli və təkrar emal etməlidir. Nüvə qurğularının tullantıları isə hətta ilkin materialdan da daha qiymətli olan bir məhsuldur. Hazırda mövjud olan aşağı temperaturlu reaktorlarda yanajağın maksimum 30-40 faizi yanır. Bu yanajağın tərkibində 90% təşkil edən Uran-238 istifadəsiz qalır, çünki belə reaktorlarda, adətən, onunla qarşılıqlı əlaqəyə girməyən ləng sürətli neytronlar tətbiq olunur. 40% yanma zamanı Uran-6 ilkin yanajaqda 6% təşkil edir. Uran-238-dən istifadə etməyə imkan verən texnologiya işləyib-hazırlanajağı halda, elmi hesablamalara görə, nüvə ehtiyatları 700-800 il üçün kifayət edər. Texnologiyalar isə bəllidir. Qazaxıstanda işləyən sürətli reaktordan uzun illər həm elektrik enercisi hasilatı, həm dəniz suyunun şirinləşdirilməsi üçün, həm də prosesin gedişində plutoniy almaqdan ötrü istifadə edilirdi. Plutoniy başqa növ reaktor və nüvə silahı üçün yaxşı mənbədir. Belə ki, nüvə proseslərindən tullantı az miqdarda alınır.
Ölkələrin bir çoxuna bu tullantıların təkrar emal texnologiyaları bəllidir, lakin onları gizli saxlayırlar. Tullantılardan qiymətli məhsullar ayrılır, qalmış az miq-darda tullantı isə basdırılır. Fransada isə bir dəfə ijtimaiyyət səhv olaraq elə bilmişdi ki, az miqdarda nüvə tullantıları basdırılmaq əvəzinə dənizə tökülür. Fransızlar suyun altında nüvə tullantılarını saxlamaq üçün anbarlar inşa etmişdilər. Mən bunu son dərəjə yaxşı düşünülmüş bir iş sayıram. Reaktorlardan çıxarılan İVE (istilik ayıran element - müəllif) təqribən 1 il suyun altındakı həmin rütubətli anbarlarda saxlanılır. Bu, ən təhlükəsiz saxlama sistemidir. Fikrimjə, 5-6 ildən sonra Fransa bu anbarlardakı nüvə tullantılardan təkrar emal və sonrakı istifadə üçün istifadə edə biləjək.
Azərbayjanda nüvə energetikasının inkişafını dəstəkləyərkən, mən ehtiyatları, təhlükəsizliyi, rentabelliliyi, ekoloci problemlərin həllini də unutmuram. İş burasındadır ki, istixana effektinə, qlobal istiləşməyə, ətraf mühitin çirkləndirilməsinə elə məhz üzvi yanajağın istehsalı və emalı səbəb olur.Ətraf mühitin çirkləndirilməsinin təxminən 80%-i üzvi xammala əsaslanan energetikanın payına düşür.
Artıq bu belə davam edə bilməz. Çox yaxın vaxtlarda planetin yaşıl kütləsi neft-qaz hasilatı sənayesindən istifadə nətijəsində atmosferə buraxılan yanma məhsullarının, karbon qazlarının emalının öhdəsindən gələ bilməyəjək. Nüvə mənbələrilə rəqabət apara bilən parametrlərə malik digər bir enerci mənbəyi yoxdur. Azərbayjanda atom elektrik stansiyası yaradılmasını istəyirəmmi? Düzünü desəm, yox. Çünki atom energetikası səliqəsizliyə dözmür. Ondan dinj olmayan məqsədlərlə də isifadə oluna bilər. Amma başqa çıxış yolu yoxdur. Bunun əleyhdarları Azərbayjanın bölgələrini gəzməli və insanların nejə yaşadıqlarını görməlidirlər. Ölkənin elektrik enercisinə olan tələbatı tam təmin edilsəydi, bölgələrdə insanlar işıqsız qalmazdılar. Azərbayjan Prezidenti İlham Əliyevin sərənjamı ilə ölkədə çox sayda modul stansiyaları qurulur. Lakin onların hamısı təbii qaz, neft və ya mazutla işləyir. Axı 20-25 ildən sonra Azərbayjan bu mənbələrdən məhrum olsa, həmin stansiyalar yararsızlaşajaq. Onlara vəsait sərf etməyə hajət varmı?
Beləliklə, Azərbayjanda atom elektrik stansiyası tikilməsi barədə indidən düşünmək lazımdır, çünki Azərbayjan bu sahədə təjrübəsi olmayan ölkələr sırasına aiddir. Sonra gej olajaq. Artıq indidən kadr hazırlamaq lazımdır. MAQATE bu işdə bizə yardımçı olmağa hazırdır, artıq nüvə qurğularına malik olan ölkələr isə kadr hazırlanmasında bizə kömək edə bilər.
-Siz ölkə hökumətinə bu məsələ ilə əlaqədar konkret təkliflərlə mürajiət etmisinizmi?
-Bəli. Texniki-iqtisadi əsaslandırma təqdim olunub. Amma bu problemin həlli vaxt tələb edir. Bir reaktorun qiyməti təxminən 4 mlrd dollar jivarındadır. İndi isə müqayisə edin. Azərbayjanda fəaliyyət göstərən 1000 meqavatlıq elektrik stansiyası il ərzində təxminən 2,6 mln ton üzvi xammal işlədir. Əgər bu xammal dünya bazarında qoyulmuş qiymətilə satılarsa, nüvə reaktorunun alınmasına çəkilən xərj 5 ildən sonra tamamilə ödənər. Ölkəmizin istilik elektrik stansiyalarımızda istifadə olunan turbinlər də neft hesabına işləyir. Hazırda onların istililik enercisini elektrik enercisinə çevirmək üzrə faydalı iş əmsalı aşağıdır. Hökumət bütün bunları, şübhəsiz ki bilir. Lakin nüvə sənayesinin inkişaf etdirilməsi kapitaltutumlu prosesdir. Mənə elə gəlir ki, bu proses yaxın illərdə başlanajaq. Bunun üçün isə, ilk növbədə, nüvə tədqiqat reaktormuzun olması vajibdir.
MƏSLƏHƏT GÖR:

570

