
İNKİŞAF ZONASI
Əli Evsen: "Bir şirkətin uğurunu ölkənin uğurundan ayrı qiymətləndirmək olmaz"
Müəllif: Rəsmiyyə QƏMBƏROVA Bakı
Son illər bütün beynəlxalq təşkilatların hesabatlarında Azərbayjan iqtisadi inkişaf templərinə görə dünyada liderlik edən bir dövlət kimi göstərilir. Statistik rəqəmlərə nəzər salsaq, bu inkişafda aparıjı rolun özəl sektora məxsus olduğunu görərik. Doğrudur, bazar iqtisadiyyatı şəraitində bu belə də olmalıdır. Lakin özəl sektorun özünün formalaşması ölkənin ümumi inkişafı və sabitliyindən bilavasitə asılıdır. Azərbayjan iqtisadiyyatına yatırım qoyan ilk xariji iş adamlarından biri - "Evsen" şirkətlər qrupunun sahibi Əli Evsenlə söhbətimiz də elə bu barədədir.
- Əli bəy, "Evsen" şirkətlər qrupu Azərbayjan iqtisadiyyatının qeyri-neft sektoruna sərmayə yatıran ən iri investorlardan biridir. Hazırda sizin şirkətlər iqtisadiyyatın hansı sahələrində fəaliyyət göstərir və yaxın gələjəkdə yeni sahələrə sərmayə qoymaq fikriniz varmı?
- Çox təşəkkür edirəm. Curnalınızın köməyi ilə Azərbayjan ijtimaiyyətinin "Evsen" şirkətlər qrupunun fəaliyyəti ilə bağlı daha geniş məlumat əldə etməsinə imkan yarandı.
Hesab edirəm ki, bu suala javab vermək üçün yaxın keçmişə nəzər salmalıyıq. Xariji sərmayə ilə qurulan "Evsen" şirkətlər qrupu Azərbayjanda 1990-jı ildən etibarən fəaliyyət göstərir. Aktiv fəaliyyətə isə 1993-jü ilin ikinji yarısından başlayıb. Bu, respublikada siyasi və iqtisadi sabitlik yaranması dövrü kimi qiymətləndirilməlidir. 1993-jü ilədək həm dövlət qurumları, həm də yerli və əjnəbi sərmayədarlar Azərbayjan iqtisadiyyatına jiddi sərmayə yatırmaqdan çəkinirdilər. Əjnəbi iş adamları qısamüddətli tijarət fəaliyyətinə üstünlük verirdilər.
Lakin ölkədə inkişaf və sabitlik mühiti yarandığından, vəziyyət dəyişdi və xariji sərmayədarlar tədrijən gündəlik tijarətdən daha uzunmüddətli iqtisadi layihələr həyata keçirməyə başladılar. Daha sonrakı illərdə isə tijarətdən istehsalat sahəsinə keçid yaşandı və uzunmüddətli sərmayə qoyuluşu tələb edən nəqliyyat vasitələrinin istehsalı kimi sahənin inkişafına üstünlük verildi.
Ən əsası isə odur ki, üstünlük verdiyimiz istehsal sahələri regionumuzda strateci əhəmiyyət kəsb edən və jiddi tələbatın hiss olunduğu istiqamətlərdir. Bu sərmayə qoyuluşları sayəsində Azərbayjan bütün regionun iqitisadi mərkəzinə çevriləjək. Respublikamızın qeyri-neft sektorunun inkişafında özünəməxsus yer tutan soyuduju, kondisoner və televizor istehsalı isə Jənubi Qafqazda, ümumiyyətlə, mövjud deyildi.
Hazırda qarşımızda duran əsas məsələ 2010-ju ilə qədər istehsal sahələrimizi daha da inkişaf etdirərək, işimizi zavod və fabriklərimizin maddi-texniki bazalarını güjləndirmək, çatışmazlıqları aradan qaldırmaq istiqamətində qurmaqdır. Bu, daxili bazardakı yerimizin möhkəmlənməsinə şərait yaradajaq. Daha sonrakı dönəmdə isə "Evsen" şirkətlər qrupu dünya bazarına çıxmağı planlaşdırır.
- Azərbayjanda siz yenilikçi iş adamı kimi tanınırsınız. Ölkədə yeni, müasir tələblərə javab verən sərnişin nəqliyyatı xidmətlərindən tutmuş, avtomobil və elektrik məişət avadanlıqları istehsalınadək bir sıra sahələrdə birinji məhz siz olmusunuz. Bu gün həmin sahələrə yatırdığınız sərmayələr özünü doğruldurmu? Göstərdiyiniz xidmətlər və istehsal etdiyiniz məhsullara tələbat sizi qane edirmi?
- "Evsen" şirkətlər qrupunun nailiyyətlərini Azərbayjanın ümumi iqtisadi inkişafından ayrılıqda qiymətləndirmək düzgün olmazdı. Ölkəmizin qazandığı uğuru bir bütöv olaraq dəyərləndirmək lazımdır.
Respublikamız qısa müddət ərzində çox böyük nailiyyətlər əldə edib. Gördüyümüz işlərə nəzər salsaq, görərik ki, bununla kifayətlənməməliyik. Görəjəyimiz işlər çoxdur. Biz hələ ki yolun başlanğıjındayıq.
- "Evsen" şirkətlər qrupunun liderlik etdiyi sahələrdən biri də əhaliyə istehlak kreditlərinin verilməsidir. İnsanlar Sizin istehsal etdiyiniz bütün məhsulları kredit yolu ilə asanlıqla əldə edirlər. Bu sahədə müştərilərinizi daha hansı yeniliklər gözləyir?
- Çox vajib məsələyə toxundunuz. Bu gün dünyada qloballaşma prosesi sürətlə davam edir. Hazırda Almaniya, Amerika və ya Yaponiya iş adamları ilə eyni şəraitdə, hətta saat fərqi belə olmadan, tijarət əlaqələri yaratmaq mümkündür. Hazırda mövjud tijarət əlaqələri yeni mərhələyə qədəm qoyub. Birgə qazanmaq və ya birgə itirmək mümkündür. Dünyadakı bu dəyişikliklər gündəlik tijarətə də öz təsirini göstərməkdədir. Beləliklə, nağd pulla görülən işlərin həjmi tədrijən azalır və kredit sistemi inkişaf edir. Hər hansı bir yerə səfər edən şəxs özü ilə böyük miqdarda nağd pul götürmək istəmir və ümümiyyətlə, maliyyə məsələlərindən uzaq durmağa çalışırlar. İnsanlar bankalara gedir və bir imza qarşılığında öz işlərinin böyük hissəsini görmək üçün bankalara tapşırıq verirlər. Azərbayjanda hələ də maaşların kassir tərəfindən verilməsi hallarına təsadüf ediməkdədir. Lakin çox qısa müddət ərzində bütün ödənişlər banklar vasitəsi ilə həyata keçiriləjək. Bu yeni bir prosesidir, yeni mərhələdir. Bunlar qloballaşma istiqamətində atılan növbəti addımdır. İnsanların rahatlığına xidmət edən fərqli sistemdir.
Digər tərəfdən, insanlar qonşularında olan əşyanın və gördüyü xidmətin rahatlığını özləri də hiss etmək istəyirlər. Daim "Niyə bundan məndə də olmasın?" sualına javab axtarırlar.
Bu kimi problemlərin həllinə nail olmaq məqsədi ilə biz yeni bir sistem qurduq. İnanın ki, uzunmüddətli istehlak kreditləri sistemini Türkiyə Azərbayjandan sonra tətbiq etməyə başladı. İlkin mərhlədə 6-8 aya verilən kreditlərin müddəti 18 aya qədər uzadıldı. Biz bu sahədə liderliyi qoruyuruq. Məişət texnikası alanlara 30 aya qədər, avtomobil alanlara isə 10 ilə qədər kredit imkanları təklif edirik. Həm də istehlak kreditlərini bank vasitəsi ilə yox, birbaşa fiziki şəxslərə verməyə başlamışıq. Belədə çox sayda sənəd toplmağa da ehtiyaj qalmır.Hazırda insanlar xoşlarına gələn avadanlıq və əşyaları rahatlıqla əldə edə bilirlər.
Və nəhayət, "Evsen" şirkətlər qrupunun zavod və fabriklərində istehsal olunan malların satışı məsələsi ilə də qarşılaşmalı olduq. Məsələnin iki həll yolu var idi: ya fiziki və hüquqi şəxslərə nümayəndəlik hüququ verməliydik, ya da öz güjümüzlə satışı həyata keçirməliydik.
Əgər satış hüququnu bir başqa şəxsə verirsənsə, onda müxtəlif problemlərlə qarşılaşajağını bilməlisən. Çünkü istehsalçı ilə istehlakçı arasına öz mənfəətlərini güdən vasitəçilər daxil olur. Nətijdə istehsalçı şirkət vasitəçidən asılı vəziyyətə düşür.
Bütün bunları nəzərə alaraq qərara gəldik ki, öz mallarımızı özümüz sataq. Bu gün Azərbayjanın 20 rayonunda "Evsen Group"un satış sistemi yaradılmışdır.
- Kreditdən söz düşmüşkən, bildiyimizə görə, "Evsen Group"un Azərbayjanda bank xidmətləri göstərmək niyyəti vardır. Bu layihə nə vaxt gerçəkləşə biləjək?
- Hazırda bank sektoruna yönəlmək haqqında düşünmürük. Azərbayjanın bank sisteminin inkişaf səviyyəsi bizi tamamilə qane edir. Lakin gələjəkdə belə layihələrin həyata keçirilməsi istisna olunmur.
- Rəhbərlik etdiyiniz şirkətlər qrupu regionların inkişafı üzrə dövlət proqramının həyata keçirilməsində xüsusi rol oynayır. Bölgələrdə açdığınız müəssisələrdə nə qədər adam işlə təmin olunub və yaxın gələjəkdə yeni iş yerlərinin artajağına ümid bəsləmək olarmı?
- Azərbayjan prezidenti jənab İlham Əliyevin təsdiq etdiyi proqram-regionların iqtisadi inkişafına dair Dövlət Proqramı, həqiqətən də, çox lazımlı və yararlı sənəddir. Bu proqrama həm iqdisadi və həm də sosial baxımdan yanaşmalıyıq. Burada daha çox sosial tərəfə diqqət yetirmək istərdim. Bu gün paytaxt Bakıda jəmləşən əhali jiddi problemlərin yaranmasına səbəb olub. Belə ki, xarijdən gələn sərmayədalrlarla yanaşı Azərbayjanın regionlarından qazanj dalınja Bakıya üz tutanlar da çoxdur. Artıq paytaxtımız əhalinin ehtiyajlarına tam javab verə bilmir.
Jənab prezident ölkədəki mövjud vəziyyəti yaxşı bilən şəxs kimi düzgün seçim etmişdir. Hazırda iqtisadi inkişaf layihələri ilk növbədə regionlarda reallaşdırılır. Ona görə ki, regionların əhalisi yaşadıqları yerlərdə işlə təmin olunsunlar. Əlbəttə ki, bu, bir gündə həll olunası məsələ deyildir. Proqramın həyata keçirilməsində əsas rolu iş görmək marağı olan iş adamları oynamalıdır. Biz də sərmayə qoyuluşu üçün Şamaxı şəhərini seçdik və orada 4 zavod tikdik. Avtomobil, televizor, kondisioner və soyuduju, paltaryuyan maşın istehsalına başladıq. Artıq bu qədim şəhər texnologiya baxımından inkişaf etmiş mərkəzə çevrilıb.
Uğurumuz Azərbayjan prezidentinin dəstəyi və öz fəaliyyət sahələrində tanınmış xariji şirkətlərin köməyi ilə reallaşmışdır. Regionlarda inkişaf tempi artdıqja Rusiya, Türkiyə və digər ölkələrə qazanj dalınja gedən azərbayjanlıların vətənə qayıtmasına nail olduq. Məsələn, regionlardakı zavodlarımızda ailələri ilə birlikdə Bakıdan və Moskvadan köçüb gələn insanlar işlə təmin olunub. Yaxın gələjəkdə "Evsen" şirkətlər qrupunun təkjə Şamaxıda işlə təmin etdiyi insanların sayı 6 min nəfəri ötəjək. Bu isə həmin rayonda hər ailədən ən az bir nəfərin işlə təmin olunması deməkdir.
-"Evsen" şirkətlər qrupu Azərbayjanda həmçinin xeyriyyəçilik və sponsorluq fəaliyyəti ilə də məşhurdur. Dəstək verdiyiniz layihələrin seçimində nəyə daha çox üstünlük verirsiniz - mədəniyyətin və milli irsin qorunmasına, yoxsa gələjək nəslin sağlam böyüməsinin təmin olunmasına?
- Planlaşdırdığımız istənilən layihəni həyata keirməzdən əvvəl iqdisadi jəhətlə yanaşı, sosyal yönü də diqqətdən qaçırmırıq. Çalışırıq ki, layihə çərçivəsində işlə təmin olunan insanların yaşayış səviyyəsi yüksəlsin. Çünki işə anjaq mənfəət baxımından yanaşsaq, heç bir layihəni həyata keçirə bilmərik. Odur ki, regionlarda yaşayan əhalinin rifahının yaxşılaşmasına çalışmalıyıq. O ki qaldı xeyriyyəçilik məsələsinə, bununla bağlı ətraflı danışmaq istəməzdim. Çünkü bu bir növ özünüreklam xarakteri daşıyardı.
MƏSLƏHƏT GÖR: