
"ƏMİNLİYİN YÜZ GÜNÜ"
Nikola Sarkozi Fransa prezidenti postunda ilk imtahanını verdi
Müəllif: İrina XALTURİNA Bakı
"General olmaq istƏmƏyƏn əsgər pis əsgərdir". Bu, rus xalq məsəlini daim lider olmaq istəyən, hədəfinə doğru yolu inadla və kompromissiz addımlayan Fransa prezidenti Nikola Sarkoziyə aid etmək olar. Nəhayət o, istəyinə nail oldu - Yelisey Sarayının şəriksiz sahibinə çevrildi. Odur ki artıq bu yola nəzər salaraq, olub-keçənləri yekunlaşdırmağın əsl vaxtıdır. Çünki hər bir siyasətçi üçün kritik dövr olan hakimiyyətin 100 günü artıq arxada qalıb və etiraf etmək lazımdır ki, Sarkozi bu dövrü əzmlə keçib. Məhz bunun nətijəsidir ki, prezidentliyin ilk yüz günü ərzində onu artıq əvvəlkitək "Sarko-amerikalı" adlandırmırlar, onu həm də Rembo, Napoleonla müqayisə edənlər tapılır.
Bu qısa vaxt ərzində Sarkozi barəsində kitab da yazılıb: məşhur yazıçı Yasmin Rezanın prezidentə həsr olunmuş kitabı "Qürub, axşam və ya gejə: şöhrətpərəst, eqoist və qəddar" adlanır. Müəllifin sözlərinə görə, onun məqsədi Sarkozinin yalnız şöhrətpərəst, son dərəjə eqoist və sərt siyasətçi deyil, həm də zəif, uşaqlığa meylli olduğunu göstərməkdir. Amma bütün bu zəiflik və sadəliklə yanaşı, Sarkozi öz baxışları və əqidəsində möhkəm, olduqja enercili, ağlasığmaz jəsarət tələb edən addım atmağı bajaran siyasətçidir.
Adi fransızlar hazırda diqqətlə öz prezidentlərini izləyərək, Cak Şirakın son illərdəki passivliyi fonunda açıq-aşkar gözə dəyən fəallığın nə ilə nətijələnəjəyini gözləyirlər. Odur ki Sarkozinin reytinqinin hələ də yüksək səviyyədə qalması, tənqidi rəylərin isə yeni prezidentin aktiv fəaliyyəti fonunda itib-batması təəjjüblü deyil. Belə görünür ki, tənqid prezidenti o qədər də narahat etmir və o, fikirlərini reklam etməkdə və həyata keçirməkdə israrlıdır.
Beləliklə, söyləmək olar ki, Yelisey Sarayının hazırki sahibinin ölkənin birinji şəxsi postuna seçilməsi onda hər hansı dəyişikliyə səbəb olmayıb və prezident seçkiqabağı dövrdə əsas götürdüyü istiqamətdə yolunu davam etdirir.
Sarkozinin avqustun 27-də Fransanın diplomatik korpusunun illik, sayja 15-ji toplantısındakı çıxışı diqqəti çəkib. Orada Sarkozi ilk dəfə olaraq prezident kimi ölkənin xariji siyasətinin istiqamətləri ilə bağlı fikirlərini açıqlayıb ki, bu da, təbii ki, bütün dünya tərəfindən maraqla qarşılanıb. Bir sıra yerli və əjnəbi müşahidəçilər belə qənaətə gəliblər ki, Sarkozi əsası hələ Şarl de Qoll tərəfindən qoyulan xariji siyasət ənənələrindən üz döndərib. "The Daily Telegraph" yazır ki, hazırkı dövlət başçısı Qollun fövqəldövlətlərlə uzun sürən ittifaqları inkar edən "parlaq təjrid" vasitəsindən imtina əzmindədir.
Digər müşahidəçilər isə Sarkozinin xariji siyasət prioritetlərində hər hansı jiddi dəyişiklik görmür və hesab edirlər ki, o, sadəjə Cak Şirakla müqayisədə daha fəal, səmimi və sərtdir. Axı hazırka prezident də, özünün məşhur sələfi, general de Qoll kimi, "əzəmətli Fransa" qurmaq istəyir.
Hazırka beynəlxalq vəziyyəti Sarkozi tam ədalətli olaraq, "dramatik" sayır: "Belə təsəvvür yaranır ki, parçalanma prosesi gedir, dünyanın idarəolunması pozulub və eyni zamanda dünya hissələrə parçalanır".
Sarkozinin fikrinjə, qütbsüz dünya çoxqütblü dünya ilə əvəzlənsə də bu, qlobal miqyasda həmrəylik və fikir birliyinə gətirib çıxarmayıb. Əksinə, siyasi qarşıdurma forması alan gərginlik daha da güjlənib. Fransa lideri hesab edir ki, güj tətbiqi özünü doğ-rultmur (İraqdakı situasiya buna bariz nümunədir), beynəlxalq institutlar isə öz effektivliklərini sübut edə bilmirlər (Əfqanıstan və Darfurda baş verənlər deyilənlərə sübutdur). Bütün bunlar dünyaya, həmçinin Fransaya çoxsaylı problemlər gətirir. Sarkozinin fikrinjə, Fransanın bəxti onda gətirib ki, o, birləşmiş Avropanın tərkib hissəsidir, aparıjı oyunçulardan biri kimi beynəlxalq arenada sülh prosesinin nizama salınmasında böyük rol oynaya bilər. Məhz bu səbəbdən vahid Avropanın daha da möhkəmlənməsi Fransanın xariji siyasətinin "mütləq prioriteti"dir.
Bu məqamda Sarkozinin Avropanın vahid Konstitusiyasının qəbulu məqsədi ilə baza birlik razılaşması adlı sənədin hazırlanması və qəbuluna göstərdiyi səyləri də qeyd etməmək olmaz. Xatırladaq ki, vaxtilə sənədin qəbulu məhz Fransa və Hollandiyada keçirilən referendum nətijəsində iflasa uğramışdı. Bunun ardınja isə Yelisey Sarayının sahibinin daha bir məqsədi var: 2020-2030-ju illərdə Avropanın nejə olajağı və hansı məqsədləri qarşıya qoyajağını müəyyənləşdirmək üçün "ən yüksək səviyyəli" təşkilat olan "Müdriklər Birliyi"nin yaradılması. Bu istiqamətdə ilk qənaətlər və təkliflər artıq 2009-ju ildə, baza razılaşmasının qüvvəyə mindiyi və Avropa Parlamentinə növbəti seçkilər zamanı ortaya qoyulmalıdır. Sarkozinin fikrinjə, Avropa İttifaqının gələjəkdə həll etməli olduğu əsas problemlər ətraf mühitin mühafizəsi, immiqrasiya məsələlərinin həlli və etibarlı enerci təjhizatının təşkilidir. Fransa prezidenti eyni zamanda Ümumavropa Müdafiə Sisteminin ("Europe de la Defense") yaradılmasını da vajib sayır - bu planda hərbi birləşmələr arasında qarşılıqlı fəaliyyətin səviyyəsinin yüksəldilməsi, yeni silahlanma proqramlarının inkişafı və s. nəzərdə tutulur. Bu təkliflərin təməli rolunu isə 1989-ju ildə yaradılmış fransız-alman briqadası, Avropa Korpusu, həmçinin Ümumavropa Müdafiə Sisteminin yaradılmasına dair Fransa ilə Almaniya arasında 1998-ji ilin 4 dekabrında Sen-Maloda imzalanmış razılaşma oynamalıdır. Xatırladaq ki, hazırda Avropa Korpusunun tərkibinə 60 min nəfər hərbçi, 700 tank və 300 artilleriya qurğusu daxildir. Ekspertlərin bildirdiyinə görə, bu istiqamətdə Sarkozi öz ideyalarını 2008-ji ilin ikinji yarısında daha geniş təbliğ etməyə başlayajaq. Məhz həmin dövrdə Aİ-yə sədrlik Fransaya həvalə olunajaq.
Lakin bu məsələlərlə bağlı maraq doğuran məqam Vaşinqtonun baş verənlərə hansı reaksiyanı göstərəjəyi ilə bağlıdır. Bu, ABŞ-da Aİ ölkələrinin NATO-ya alternativ alyans yaratması təsiri bağışlamayajaq ki? Buna birmənalı javab vermək olar: xeyr. Sarkozi xüsusi olaraq qeyd edib ki, "hərbi Avropa"nın belə məqsədi yoxdur. "…NATO-nun 26 üzvündən 21-i Aİ-yə daxildir. Avropa İttifaqı ilə NATO-nu qarşı-qarşıya qoymaq mənasızdır. Bizə onların hər ikisi lazımdır", - deyə prezident qeyd edib.
O, Aİ ilə NATO-nun daha da yaxınlaşmasında maraqlıdır.
Bununla yanaşı, "Europe de la Defense"də əsas rolu Londonla Parisin oynayajağına şübhə yoxdur. Qeyd edək ki, onların birlikdə müdafiə büdjəsi qurumun digər 25 üzvünün büdjəsinin 2/3-ni təşkil edir.
Bütün bunlar Avropanın, demək, həm də Fransanın güjlənməsinə yönəlib. Axı yalnız qüdrətli dövlət prezidentin qarşıya qoyduğu belə məqsədlərə nail ola bilər.
Sarkozi əmindir ki, Fransa aşağıdakı işlərin öhdəsindən gələ bilməlidir:
a) "Əl-Qaidə"nin başçılığı ilə dünyada beynəlxalq terrorizmin əsas səbəbi olan Qərb və islam sivilizasiyaları arasındakı toqquşmaya mane olmaq;
b) Dünya əhalisi qarşısında dayanan qlobal istiləşmə, resursların tükənməsi, yeni xəstəliklərin meydana çıxması kimi problemlərin həlli yollarını öyrənmək;
v) Elə etmək ki, statuslarının tanınmasına çalışan "sabahkı nəhənglər" (Çin, Hindistan və Braziliya) "hamının maraqlarına uyğun olan oyun qaydalarına əməl etsin". Çünki onların özləri üçün hansısa istisnalar tələb etməsi, "idarəolunmaz çoxqütblülüyə" gətirib çıxara bilər.
Bəs Sarkozi qarşıya qoyulan bu hədəflərə nail olmaq üçün hansı vasitələrdən istifadə etməyi planlaşdırır? İlk növbədə terror təhlükəsinin, həmçinin Qərb və İslam sivilizasiyaları arasında qarşıdurmanın aradan qaldırılması üçün o, maraqlı dövlətlərin məxfi xidmətləri arasında "mütləq əməkdaşlıq" edilməsi təklifilə çıxış edir. Eyni zamanda, Sarkozi Afrika, Yaxın Şərq və Aralıq dənizi regionuna daxil olan Avropa dövlətlərinin təmsil olunduğu Aralıq dənizi Birliyinin yaradılması ideyasını yenidən aktuallaşdırıb. Xatırladaq ki, o bu ideyanı çoxdan irəli sürmüşdü.
Prezidentin çıxışından məlum olub ki, Paris Əfqanıstandakı səylərini də artırmaq fikrindədir. Həmçinin Pakistan hökumətinin "Taliban" yaraqlılarının nəzarətində olan ölkənin şimal hissəsində vəziyyəti düzəldə bilməyəjəyi halda Paris İslamabada qarşı daha sərt siyasət yürütməyi düşünür. Fransa islam dünyasındakı iddiasız ölkələri daha çox həvəsləndirməyi, onlara müasir texnologiyaların, həmçinin nüvə enercisinin əldə edilməsi sahəsində yardım etməyi düşünür. Bütün bunlar, təbii ki, Parisin ərəb-İsrail, Livan-Suriya münaqişələrinin həllində, həmçinin İraqdakı situasiya və İranın nüvə problemi ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılmasında daha fəal iştirakını da nəzərdə tutur. Sarkozi artıq açıq şəkildə nümayiş etdirib ki, o, İsraili və Fələstində Mahmud Abbasın rəhbərlik etdiyi "qanuni hökumət"i dəstəkləyir. O, bəyan edib ki, Qəzza zolağında radikal islamçıların rəhbərlik etdiyi "Həmasıstan"ın yaradılmasına mane olmaq üçün əlindən gələni edəjək.
Fransalı lider bildirib ki, onun ölkəsi Livanla münaqişənin aradan qaldırılması üçün Suriya ilə danışıqlara getməyə hazırdır.
O, Tehrana qarşı xüsusi sərtlik nümayiş etdirir. Sarkozinin fikrinjə, İrana beynəlxalq təzyiqləri artırmaq və iqtisadi sanksiyaları sərtləşdirmək lazımdır. Bununla əlaqədar Fransa prezidenti konkret olaraq belə deyib: "Bu, fajiəvi alternativdən qaçmağın yeganə yoludur: Tehranın nüvə silahı əldə etməsi və ya İranın bombalanması".
"İdarəolunmaz nəhənglər"ə gəlinjə, Sarkozi hesab edir ki, Almaniya, Yaponiya, Hindistan və Braziliya BMT Təhlükəsizlik Şurasına daxil edilməli, "Böyük səkkizlik" üzvlərinin sayı isə Hindistan, Çin, Braziliya, Meksika və JAR-ın hesabına 13-ə çatdırılmalıdır.
Müşahidəçilər Sarkozinin Rusiya haqqında sərt tonunu da diqqətdən kənar qoymayıblar. Söhbət Fransa liderinin Rusiya haqda səsləndirdiyi son ifadələrdən birindən gedir: "Moskva öz resursları ilə, ilk növbədə neft və qazı ilə oynamaqla dünya arenasına qayıdır və bunu çox sərt şəkildə həyata keçirir". Sarkozi əmindir ki, əgər dövlət "dünya nəhəngi"dirsə, o, "qəddar olmamalıdır".
Bir qədər təəjjüblü olanı onun bu fikirləri yalnız Rusiyaya aid etməsidir.
Fransız lider Türkiyəyə qarşı da mövqeyini yumşaltmayıb. Onun fikrinjə, Ankara Avropa İttifaqına imtiyazlı tərəfdaş kimi qəbul edilə bilər, lakin tamhüquqlu üzvlükdən söhbət gedə bilməz.
Beləliklə, Fransaya Nikola Sarkozinin rəhbərlik edəjəyi dövrdə Parisin xariji siyasət istiqamətləri bəllidir: Fransa dünyanın aparıjı ölkələrindən biri olaraq, Vahid Avropa ideyasına, Yaxın Şərq və Afrikada baş verən proseslərə təsir etmə imkanlarına nail olmağa, həmçinin ABŞ-la əməkdaşlığa üstünlük verməlidir.
Lakin hələlik bunlardan yalnız sonunjusu asan görünür. Belə ki, hazırda Parislə Vaşinqton kifayət qədər yaxın dostlardır. Ən azı o məlumdur ki, Sarkozinin rəhbərliyi dönəmində, ABŞ, Cak Şirak hakimiyyəti zamanı olduğu kimi, Amerikadakı "Free Fries" restoranlarında verilən məşhur French Fries kartofunun adını dəyişmək haqda düşünməyəjək.
Hətta baxmayaraq ki Fransa Amerikanın İraqdan qoşunlarını çıxartmaq haqda dəqiq qərara gəlməsini vajib sayır, iki ölkə arasında münasibətlər ən yüksək səviyyədədir. Bunu Vaşinqtonun özü də anlayır və bu səbəbdən o, müttəfiqindən injimir.
Üstəlik, hazırkı mərhələdə ABŞ üçün daha vajib olanı Fransanın İran məsələsində onu tam dəstəkləməsidir. Fransa isə ABŞ kimi, Tehrana qarşı hətta BMT-dən kənar sanksiyaların tətbiqini də vajib sayır.
Bu məqamda Sarkozinin məzuniyyətini ABŞ-da keçirmək qərarını da qeyd etmək lazımdır ki, bu isə adi fransızların heç də xoşuna gəlməyib. Sarkozi xanımı və oğlu ilə birlikdə Vulfboro şəhərjiyində, özünün kinoteatrı, çimərliyi və gəminin yan alması üçün limanı olan villada istirahət edib. Ölkə müxalifəti isə bütün bunlara, ilk növbədə isə, Fransanın istirahət zonalarına "xəyanət"ə görə, Sarkozini antimillətçilikdə ittiham edib.
ABŞ Fransanın dostudursa, Rusiya və Türkiyəyə isə Parisin münasibəti müəyyən mənada toxunursa, Avropa İttifaqının tərkibində Sarkozinin planlarına müəyyən təhlükə yaranmaqdadır. Onun Almaniya mətbuatına müsahibəsində də bu məqamı hiss etmək mümkündür.
Aydındır ki, Berlin Parisin yalnız Aİ-də deyil, həm də bütün dünyada liderliyiə "iddia"sına heyranlıqla yanaşa bilməz. "Berliner saytunq" hətta belə qənaətə gəlib ki, Sarkozi "zəif və hərdəmxəyaldır". Almanlarda müəyyən narahatlıq yaradan məqam məhz Sarkozinin iddiası ilə bağlıdır: son illər Almaniya kansleri Angela Merkelin Avropanın ən nüfuzlu siyasətçisi rolunu uğurla ijra etdiyi halda, Sarkozi, doğurdanmı, bu titula yiyələnmək istəyir? Fransa Almaniyanın Aİ-nin ən böyük dövləti olduğunu nədən unudur? Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun rəhbəri postuna Fransanın sabiq maliyyə naziri Dominik Stross-Kanın namizədliyinin irəli sürüldüyünü Almaniya siyasətçiləri yalnız mətbuatdan öyrəniblər ki, onlar çox güman ki, bunu tezliklə unutmayajaqlar.
Almaniya həmçinin hesab edir ki, Sarkozi və onun xanımı Sesil Liviyadakı bolqarıstanlı tibb bajılarının xilaskarı adını Berlinin əlindən alıb. Yeri gəlmişkən, məhz Sarkozinin parlamentdə tibb bajılarının azad edilməsi məsələsində onun xanımının rolunun araşdırılmasına mane olması prezidentin ölkədə Napoleonla müqayisə olunmasına rəvaj verib.
Bunun Sarkoziyə dərs olub-olmadığı hələ məlum deyil. Fransızlar isə hələ gözləyirlər və onları evlərinin içi çölündən daha çox maraqlandırır. Hazırda əhalinin diqqətdə saxladığı əsas məsələlərdən biri prezidentin ölkədə həftəlik iş saatının 35-dən artıq olmasına qoyulan məhdudiyyətin aradan qaldırmaq istəyidir. Dövlət başçısı əmindir ki, hamını işlə təmin etmək üçün iş saatının bölüşdürülməsi vajib deyil.
Prezident məmurların sayını iki dəfə azaltmağa da söz verib. Məlum olduğu kimi, N.Sarkozi Fransa iqtisadiyyatına ABŞ-ın azad bazar modelini tətbiq etmək arzusunu heç vaxt gizlətməyib. Halbuki, hazırda mövjud olan "sosial dövlət" modeli fransızların əksəriyyətini qane edir.
Beləliklə, Sarkozinin planları həm iqtisadiyyatda, həm də bütünlükdə jəmiyyətdə silkələnmələrə səbəb ola bilər. Bugünki Fransanın "yaralı yeri" çoxdur və onlar ölkənin xariji siyasi məqsədlərinə nail olmasına da təsir göstərə bilər. Məsələn, yeni prezidentin immiqrant problemini nejə aradan qaldırmağı düşündüyü məlum deyil.
Bəzi ekspertlər əmindirlər ki, jəmi bir ildən sonra N.Sarkozidən tamamilə başqa fikirlər eşitmək mümkün olajaq. Hələliksə o, özünə tam əmin və güjlüdür. Hələlik jiddi səhvlərə yol verilməyib və vajib məsələlər hələ qarşıdadır.
Yeri gəlmişkən, ABŞ-da olarkən Sarkozi özünün tərs xasiyyətini bütün dünyaya nümayiş etdirə bilib. Söhbət prezidentin Vinnipesok gölü ətrafında gəzən zaman onu lentə alan curnalistlərin əyləşdiyi qayığa hoppanaraq, fransızja onların üstünə qışqırmasından gedir. Xatırladaq ki, həmin insidentdən jəmi bir neçə saat əvvəl Sarkozi curnalistlərə mürajiət edərək onun ailəsilə birlikdə dinjəlməsinə imkan verilməsini istəmişdi.
Əgər prezident bundan sonra da Fransanın maraqlarını ailəsinin maraqlarını müdafiə etdiyi kimi - qətiyyətlə, jəld və həvəslə müdafiə edəjəksə, fransızlar nigaran qalmaya bilərlər …
MƏSLƏHƏT GÖR: