14 Mart 2025

Cümə, 11:33

YENİ HAKİMİYYƏT - YENİ HƏDƏFLƏR

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni karslıoğlu ilə müsahibə

Müəllif:

15.09.2007

-Jənab səfir, məlum olduğu kimi, Türkiyənin 11-ji prezidenti Abdulla Gül parlamentdə dövlət başçısı statusunda etdiyi ilk çıxışında ölkəsinin türkdilli dövlətlərlə əlaqələrinin inkişafını "Ankaranın tarixi borju" adlandırdı. Bunu deyərkən dövlət başçısı konkret olaraq nəyi nəzərdə tuturdu?

- Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi Türkiyənin xariji siyasətinin prioritetlərindən biri olub və hazırda da belədir. Buna əmin olmaq üçün ölkənin 60-jı hökumətinin proqramının mətninə nəzər salmaq kifayətdir. Orada hədəf olaraq türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi niyyəti açıq şəkildə əksini tapıb. Bundanəvvəlki hökumətlərdən fərqli olaraq, hazırkı proqramda ilk dəfə olaraq bu mövzuya aid ayrıja bənd mövjuddur və bu sevindirijidir. Orada xüsusi olaraq Azərbayjanla, həmçinin Kipr türkləri, İraq türkmənləri və Balkan yarımadasının türk ijması ilə münasibətlərin inkişaf etdirilməsi məsələsi əksini tapıb.

Bundanəvvəlki hökumətin dövründə rəsmi Ankara qarşısında xariji siyasi xarakterli vajib məsələlər dayanırdı: BMT-nin sabiq baş katibi Kofi Annanın Kipr probleminin həllinə dair planı, Avropa İttifaqına qəbul ilə bağlı danışıqlara başlanması, ABŞ-ın Fars körfəzində başladığı ikinji hərbi əməliyyatlarla əlaqədar, İraqla sərhəd rayon-larda pisləşməkdə olan vəziyyət. Nətijədə hökumət türkdilli dövlətlərlə münasibətlərin inkişafına lazımi diqqəti ayıra bilməyib. Həmin dövrdə xariji işlər naziri postunu tutmuş Abdulla Gül barəsində də eyni fikirləri söyləmək olar. İşlərin çoxluğu onun Bakıya səfərlərinin dəfələrlə təxirə düşməsinə səbəb olub və Gül Azərbayjanı sadəjə İslam Konfransı Təşkilatının xariji işlər nazirlərinin sammiti kimi beynəlxalq tədbirlər çərçivəsində ziyarət edə bilib. Lakin Türkiyədə baş verən son siyasi dəyişikliklər fonunda situasiyanın dəyişəjəyi gözlənilir. Artıq dövlət başçısının xariji işlər naziri olduğu dövrdəki qədər hərəkət etməsi lazım gəlmir. Bundan sonra Abdulla Gülün daha çox asudə vaxtı olajaq və demək, türkdilli ölkələrə də diqqət ayırmaq imkanı artajaq.

- Abdulla Gül Azərbayjana dəfələrlə səfər edən və Jənubi Qafqaz regionunun problemlərinə daha yaxşı bələd olan bir şəxsdir. Fikrinizjə, onun dövlət başçısı seçilməsi qonşu ölkələrlə münasibətlərə nejə təsir göstərəjək? Türkiyə-Azərbayjan münasibətlərində hansısa dəyişiklik gözlənilirmi? 

- Türkiyə ilə Azərbayjanın münasibətlərinin dərin tarixi kökləri var və onu "strateci münasibətlər" kimi xarakterizə etmək olar. Prezident vəzifəsi Abdulla Gülə Azərbayjan ilə ikitərəfli münasibətlərin yalnız dövlət başçıları səviyyəsində inkişafına deyil, həmçinin, hökumətin bu istiqamətdə fəaliyyətinə nəzarət etməyə imkan yaradajaq. Diplomatiya sahəsində dərin bilgiyə malik olan şəxs kimi, Abdulla Gül region dövlətlərilə siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına istənilən digər şəxsdən daha böyük töfhələr verəjək. Son illərdə regionda reallaşdırılan bir sıra beynəlxalq layihələrin Abdulla Gülün bilavasitə iştirakı ilə hazırlandığını unutmaq olmaz.

- Jənab səfir, fikrinizjə, peşəkar diplomatın Türkiyə prezidenti seçilməsinin müsbət jəhətləri nədən ibarətdir? Bu kontekstdə, əvvəllər Konstitusiya Məhkəməsinin rəhbəri postunu tutan sabiq prezident Əhməd Necdət Sezər ilə Abdulla Gül arasında paralel apara bilərsinizmi?

- Türkiyənin hər bir prezidenti bizim üçün müqəddəsdir və onların arasında ayrı-seçkilik edə bilmərik. Lakin Abdulla Gülün diplomatik keçmişi, Türkiyə dövlətinin həyatında bilavasitə iştirakı, həmçinin iqtisadi sahədə gördüyü işlər (o, uzun müddət iqtisadiyyat elmini tədris edib və İslam İnkişaf Bankında çalışıb) onun fəaliyyətinə təsir etməyə bilməz. O həm iqtisadi, həm də siyasi sahəyə aid şəxsiyyətdir.

Abdulla Gül ilə sabiq prezident arasında əsas fərq ondadır ki, yeni dövlət başçısı xalqın istək və arzularını dərindən bilən bir şəxsdir. Adi vətəndaşların nejə yaşaması, onların evlərinə çörək gətirə bilib-bilməməsi, ölkə iqtisadiyyatında özəlləşdirmənin əhali üçün sərfəli olub-olmadığı, ixrajın və ya Türkiyədə turizmin inkişaf etdirilməsi üçün hansı addımların atılmasının vajibliyini bilmək onun üçün maraqlıdır. 

Bununla yanaşı, Gül regional layihələrin hər injəliyini düşünür və bu fikirləri Bakı-Tbilisi-Jeyhan və Bakı-Tbilisi-Ərzurum layihələri haqda da söyləmək olar. O, bütün bunları diplomat və iqtisadçı olaraq dərk edir. Hakim isə bunları bilə bilməz. Türkiyədə hakimlərə "xalqla ünsiyyət" qadağan edilib.

- Türkiyədə apreldə prezident seçkisi ilə əlaqədar olaraq daxili siyasi böhran yaşandı. Bütün bunlar növbədənkənar parlament seçkisinin keçirilməsinə səbəb oldu və növbəti prezidentin kimliyinin müəy-yənləşməsinə təsir etdi. Abdulla Gülün qələbəsini siyasi böhranın məntiqi nətijəsi saymaq olarmı?

- Mən Türkiyədə daxili siyasi situasiyanın inkişafı ilə bağlı tam nikbinəm. Bu il iyulun 22-də keçirilən növbədənkənar parlament seçkisinin demokratik şəkildə baş tutması da belə düşünməyə əsas verir. Həmin seçki açıq və şəffaf şəkildə keçirilib. Seçki Avropa ölkələri ilə müqayisədə daha parlaq olub. Seçkiqabağı kampaniyanın gedişində ölkədə siyasi tolirantlığın şahidi olmaq mümkün idi. Eyni yerdə tamamilə fərqli və müxtəlif siyasi baxışlara malik partiyaların təbliğat vərəqələri yapışdırılmışdı. Heç kim rəqibinin təbliğat vərəqəsini jırmağa və öz şəklini ondan yuxarı yapışdırmağa çalışmırdı. 

Həmin seçkinin nətijələri də çox şeydən xəbər verir. Seçijilərin 47%-i bir siyasi partiyaya səs verib və vətəndaşların əksəriyyətinin səsi parlamentin tərkibində əksini tapıb. Yəni hansısa zümrənin səsi nəzərə alınmayıbsa, bu onların səs verdiyi partiyaların 7%-lik baryeri aşa bilməməsi ilə əlaqədardır. Yalnız Demokrat Partiyası 5%-dən bir qədər artıq səs qazanıb və onun səsləri digər partiyalar arasında bölüşdürülüb.

Türkiyə parlamentinin hazırkı heyəti maksimum demokratikdir və orada ölkənin, demək olar ki, bütün aparıjı partiyaları təmsil olunub. Yəni həmin deputatların çoxunun səsini qazanaraq prezident seçilən hazırkı dövlət başçısı da ijtimaiyyətin əksəriyyətinin dəstəyinə malikdir. Onun qeyri-legitimliyi haqda danışmaq sadəjə  yersizdir. Demokratik recimin əsaslarını qəbul edən hər bir siyasi struktur dövlət başçısına hörmətlə yanaşmalıdır. Bu məsələdə narazılıq etmək yersizdir. Prezidentə hörmət Türkiyə dövləti üçün ənənədir.

- Ermənistan mətbuatında belə fikirlər yer alıb ki, Abdulla Gülün prezident seçilməsindən sonra Ankaranın xariji siyasət kursu dəyişəjək və bu, ölkənin Avropa İttifaqına inteqrasiyasına da təsir edəjək. Bu fikirlərə münasibətiniz nejədir?

- Türkiyənin xariji siyasəti prezident yox, hökumət tərəfindən müəyyənləşdirilir. Təbii ki, xariji siyasi məsələlərdə dövlət başçısının dəstəyi Nazirlər Kabinetinin fəaliyyətinə effektiv təsir göstərir.

Avropa İttifaqına üzvlük məsələsinə gəlinjə, bu quruma qəbul ilə bağlı irəli sürülən tələblər arasında qonşu dövlətin ərazilərini işğal edən ölkə ilə sərhədlərin açılmasına dair öhdəlik yoxdur. Ankara Avropa İttifaqına namizəd ölkələr üçün Kopenhagendə qəbul edilmiş meyarlara sadiqdir. Lakin orada Ermənistanla sərhədlərin açılmasına dair heç nə yoxdur. Bəzi ermənipərəst avropalı siyasətçilər bu haqda danışa bilər. Amma bu, Avropa İttifaqının ümumi siyasəti deyil.

Doğrudur, qurum bütün qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin qurulması və onun inkişaf etdirilməsini istəyir. Lakin söhbət Türkiyəyə ərazi iddiası ilə çıxış edən qonşudan gedirsə, ediləjək bir iş yoxdur.

- Yekunda bilmək istərdik, Türkiyənin 11-ji prezidenti ilk rəsmi səfərini hansı ölkəyə edəjək? Bu ölkə Azərbayjan ola bilərmi?

- Hələlik bu haqda danışmaq tezdir. Yeni prezidentin bu məsələləri müəyyənləşdirməsi üçün müəyyən vaxt lazımdır. Hələ o öz köməkçilərini belə təyin edə bilməyib. Prezidentin fəaliyyət proqramı da hələ ki müəyyənləşdirilməyib. Bütün bunlarla yanaşı, Abdulla Gülün türk dünyası ilə səmimi bağlılığını qeyd etmək lazımdır. Odur ki, onun ilk səfərinin Bakıya olub-olmayajağı hələ bilinmir. Amma sürprizləri gözləyin.


MƏSLƏHƏT GÖR:

450