15 Mart 2025

Şənbə, 00:40

İSLAMA HÖRMƏT EDƏN DEMOKRAT

Türkiyənin yeni prezidenti Abdulla Gülün portretinə kiçik nəzər

Müəllif:

15.09.2007

Türkiyə parlamenti avqustun 28-də üçünjü jəhddə ölkənin yeni prezidentini seçməyə nail oldu və çox güman ki, o, Türkiyənin 7 illik səlahiyyət müddətli son dövlət başçısı olajaq: artıq bu ilin oktyabrında ölkə vətəndaşları konstitusiyaya dəyişikliklərə səs verə bilər. Yeni layihədə isə, məlum olduğu kimi, prezidentin 5 il müddətinə 2 dəfə seçilmək hüququ tanınır.

Türkiyədə seçki prosesi kifayət qədər daxili siyasi gərginlik atmosferində keçib. İndiyədək bu ölkədə heç kəs müxalifət və ordu rəhbərliyinin bu dərəjədə neqativ reaksiyası ilə üzləşməmişdi. Bəs ölkənin bu durumla üzləşən 11-ji prezidenti kimdir?

Abdulla Gül 1950-ji ilin 29 oktyabrında Türkiyənin Kayseri şəhərində anadan olub. Onun ixtisasja mexanik olan atası Əhməd Hadi Gül çox dindar adam olub. Güllər ailəsinin üzvləri yüz il boyunja Kayseridəki Güllük Kamiye məsjidinə gedib-gəliblər və Abdulla da təbii olaraq islam ənənələrinə uyğun şəkildə böyüyüb-başa çatıb.

Gül ali təhsilini İstanbul Universitetində alıb və burada o, iqtisadiyyat elmini mənimsəyib. Universiteti bitirən Abdulla Londonda, daha sonra isə Ekseterdə 2 illik təjrübə keçib. 1983-jü ilədək Abdulla Gül akademik karyerasını davam etdirib. O, Sakarya şəhərindəki universitetin yaradıjılarından biridir və orada müəllimlərin dərəjəsinin artırılması kurslarını aparıb. 1983-jü ildən 1991-ji ilədək Gül İslam İnkişaf Bankında çalışıb.

Hazırkı prezident hələ məktəbli olarkən Kayserinin islamçı milli hərəkatları ilə təmas saxlayıb. Tələbəlik illərində isə o, Türkiyə Milli Tələbə Birliyinə üzv olub. Jiddi siyasi karyerasına yalnız 1991-ji ildə başlayan Gül ölkənin islamçı Rifah Partiyasından Türkiyə Parlamentinə deputat seçilib. 1999-ju ildən partiyanın dəyişərək Ləyaqət Partiyası olmasından sonra da o, deputat mandatını qoruyub-saxlaya bilib. Daha sonra isə Gül hazırkı hakim Ədalət və İnkişaf Partiyasının qurujularından olub və hətta 2002-ji ildə həmin partiyadan deputat seçilib. Həmin ilin noyabrında partiyanın Siyasi Şurası onun baş nazir təyin edilməsi haqda qərar çıxarıb. Gül bir il ərzində hökumətə rəhbərlik etsə də, sadəjə kompormis şəxs sayılırdı. Çünki əslində onun bu posta təyinatında məqsəd qanunverijiliyə dəyişiklik edərək, Rəjəb Tayyib Ərdoğanın baş nazir seçilməsinə imkan yaratmaq idi. Bu dəyişiklikdən sonra Ərdoğanın baş nazir olması ilə Gül onun müavini və ölkənin xariji işlər naziri postunu tutdu. Bu postda o, Ankaranın Avropa İttifaqına qəbulu ilə bağlı danışıqlar apardı, həmçinin ölkəsinin Suriya, Mərkəzi Asiyanın türkdilli ölkələri və Qafqaz dövlətləri ilə münasibətlərinin normallaşması üçün xeyli işlər gördü.

2007-ji ilin 14 avqustunda Abdulla Gül Türkiyə prezidenti postu uğrunda mübarizəyə təkrarən qoşulduğunu rəsmən bəyan etdi. Lakin bu qərar Atatürk dövründən ölkədə dünyəvi dəyərlərin əsas qoruyujusu sayılan ordu rəhbərliyinin jiddi narazılığına səbəb oldu. Uzun sürən mübahisələrdən sonra, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Böyükanıt seçkiqabağı dövrdə bəyanatla çıxış edərək, ordunun siyasi proseslərə müdaxilə etməyəjəyini bildirdi. Bununla yanaşı, general açıq şəkildə vurğuladı ki, gələjək prezident hansısa hərbi tədbirdə çarşabdan istifadə edən xanımı ilə iştirak edərsə, bu, hərbçilərin xoşuna gəlməyəjək. 

Həmin vaxt Gülün bu "ultimatum"a javabı maraqlı oldu. "Mən anlaya bilmirəm ki, xanımımın geyimi mətbuat nümayəndələrini niyə belə maraqlandırır? Çarşabdan istifadə edib-etməmək şəxsən mənim xanımımın seçimidir. Xatırlatmaq istəyirəm ki, prezidentliyə onun deyil, mənim namizədliyim irəli sürülüb. Düşünürəm ki, bununla da hijab məsələsini qapanmış saymaq olar", - deyə həmin vaxt Gül bildirdi.

Öz növbəsində, Türkiyənin birinji ledisi Hayrunissə Gül isə hijabı çıxartmayajağını bəyan edib. Qeyd edək ki, vaxtilə İstanbul Universitetində oxuyan xanım Gül məhz çarşab geyiminə qoyulan qadağa üzündən ali təhsilini davam etdirə bilməyib.

Bu məqamda onu da qeyd edək ki, Ədalət və İnkişaf Partiyası dini məktəb məzunlarının digər məktəbi bitirən şəxslərlə eyni hüquqlara malik olması və ölkənin ali təhsil ojaqlarına buraxılmasını özündə əks etdirən qanun layihəsi hazırlasa da, sabiq prezident Əhməd Necdət Sezər ona veto qoyub. Odur ki son dəyişikliklərdən sonra sözügedən qanunun qəbul ediləjəyi gözlənilir.

Artıq yaxın zamanlarda Türkiyə  dünyəvi dövlət qurujuluğunun tərəfdarı olan generallar, hakimlər və böyük sahibkarların Çankaya sarayına, Ankaranın mərkəzindəki prezident iqamətgahına Ərdoğan və Gülün xanımları ilə birlikdə gəlməsinə nejə reaksiya verməsinin şahidi olajaq...


MƏSLƏHƏT GÖR:

361