
LİTVA AZƏRBAYCANA AVROPAYA İNTEQRASİYADA KÖMƏK EDƏ BİLƏR
Azərbaycan prezidenti İlham Əliyevin Litvaya səfəri ərəfəsində bu ölkənin prezidenti Valdas Adamkus APA agentliyinə müsahibə verib
Müəllif:
-Azərbayjan prezidenti İlham Əliyevin Litvaya qarşıdakı səfəri iki ölkə münasibətlərinə nejə təsir edəjək?
- İyun ayında Azərbayjana səfərim zamanı hiss etdiyim hərarətli və dostyana atmosferi hələ də xatırlayıram. O vaxt Azərbayjan prezidenti ilə çox konstruktiv dialoqumuz oldu. Yaxın günlərdə İlham Əliyevi Vilnüsdə qəbul etməkdən böyük şərəf və məmnuniyyət duyajağam. Azərbayjanın prezidenti ilk dəfə Litvaya səfər edəjəyi üçün bunun tarixi səfər olajağına əminəm. Bu səfər bizə hazırda inkişaf etməkdə olan ikitərəfli əlaqələrimizin konkret elementlərini müzakirə etmək imkanı verəjək. Doğrudan da, son illərdə Azərbayjanla Litva arasında münasibətlərin çox uğurla inkişaf etdiyini söyləyə bilərik. Ölkələrimiz arasında tarixi əlaqələr əsrlərlə mövjud olub. Bizim çox intensiv sosial-mədəni əlaqələrimiz var və xalqlarımız arasında dostluq-tərəfdaşlıq münasibətlərinin mövjudluğu əlaqələrin inkişafına kömək edir. Biz Azərbayjanın Avropaya inteqrasiyasını, onun Avropa Qonşuluq Siyasəti və İPAP vasitəsilə NATO və Avropa Birliyi ilə münasibətlərinin institutlaşmasını dəstəkləyirik. Litva bu strukturlara inteqrasiya və islahatlar sahəsində təjrübəsini Azərbayjanla bölüşməyə hazırdır. Bu il ərzində ölkələrimiz səfir mübadiləsi həyata keçirib: Litva Azərbayjanda, Azərbayjan isə Litvada öz səfirliyini açıb və səfir təyin edib. İnanıram ki, prezident Əliyevin səfəri zamanı biz ümumi maraqlara aid olan bütün vajib məqamlara - regional əməkdaşlıq da daxil olmaqla, enerci təhlükəsizliyi, NATO və AB-yə inteqrasiya məsələlərində səylərimizin əlaqələndirilməsi məsələlərinə toxunajağıq. Avropaya enerci ehtiyatları ixraj edən ölkə kimi Azərbayjanın rolu artır və biz ümid edirik ki, bu istiqamətdə qarşılıqlı əlaqələrin genişləndirilməsinin vajibliyi vurğulanajaq. Səfər zamanı biznes forumun keçirilməsi də planlaşdırılır.
- Oktyabr ayında Vilnüsdə enerci forumu keçiriləjək. Bunu Krakov forumunun davamı da adlandırırlar. Rusiya Dövlət Duması həmin forumu anti-Rusiya xarakterli toplantı kimi qiymətləndirmişdi. Siz nejə hesab edirsiniz, forum bu jür dəyərləndirilə bilərmi?
- Mən enerci təhlükəsizliyinə dair Vilnüs konfransının anti-Rusiya xarakterli olması, hansısa ölkəyə qarşı yönəlməsi fikri ilə razılaşa bilmərəm. Sammitin məqsədi əsas enerci istehsalçıları, təjhizatçıları və tranzit ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın güjləndirilməsinin yolları və vasitələrini birlikdə tapmaqdır. Biz inanırıq ki, açıq dialoq, qarşılıqlı etimad və şəffaflıq uğurlu əməkdaşlığın bazis elementləridir. Konfransa Rusiyadan yüksək səviyyəli qonaqların dəvət edilməsi də toplantının bu ölkəyə qarşı yönəlməsinin mümkün olmadığının növbəti sübutudur.
- Krakov sammitində Ukrayna, Polşa, Litva, Gürjüstan və Azərbayjan Odessa-Brodı layihəsi üzərində işləyəjək birgə müəssisə yaradılması barədə razılığa gəlib. Bu məsələdə hər hansı irəliləyiş varmı?
- Mən inanıram ki, Odessa-Brodı-Plotsk-Qdansk boru kəməri layihəsi neft ixrajatçılarının diversifikasiyası üçün mühüm alternativlərdən biridir. Krakov sammitindən sonra Litva, Ukrayna, Gürjüstan, Azərbayjan, Polşa və Qazaxıstan nümayəndələrinin daxil olduğu hökumətlərarası qrup yaradıldı. Bu qrupun işi Odessa-Brodı-Plotsk-Qdansk layihəsinin həyata keçirilməsinə yönəlib. Odessa-Brodı boru kəmərinin funksiyalarının Polşanın Qdansk limanına qədər uzadılmasının texniki-iqtisadi qiymətləndirilməsi bu ilin sonuna qədər başa çatmalıdır. Biz Avropanın da maraq göstərəjəyi bu layihəni inkişaf etdirməyə və tezliklə reallaşdırmağa çalışajağıq.
- Transxəzər layihəsinin perspektivlərini, Mərkəzi Asiya neftinin Şərqi Avropaya nəqlində bu layihənin rolunu nejə qiymətləndirirsiniz? Litvanın bu layihədə marağı varmı?
- Avropa Birliyi Xəzər regionundakı ölkələrdən neft-qaz almaqda maraqlıdır. Bu regiondan çəkilən əsas neft-qaz boru kəmərlərinin Rusiya ərazisindən keçdiyi bizə məlumdur. Biz inanırıq ki, azad tranzitin təmin edilməsi Rusiya tərəfdən atılmış pozitiv addım, həm də ədalətli və səmimi tərəfdaşlığın göstərijisi olar. Bununla yanaşı, biz enerci ehtiyatlarının nəqli, Xəzər regionundan neft və qazın ixrajı ilə bağlı yeni infrastruktur layihələrini inkişaf etdirməliyik. Bu baxımdan neft və qazın nəqlini nəzərdə tutan Transxəzər tipli enerci layihələri böyük əhəmiyyətə malikdir. Bu layihələr Xəzər regionunun beynəlxalq geoenerci statusunu yüksəldir və Avropanın enerci təhlükəsizliyini artırır.
- Ölkələrimiz arasında tijarət dövriyyəsi bir o qədər də böyük deyil. Bunu artırmaq üçün nə etmək olar?
- Doğrudan da, tijarət dövriyyəsinin həjmi hələ azdır və bu göstəriji hər iki ölkənin inkişaf etməkdə olan iqtisadiyyatının potensialını əks etdirmir. Əlbəttə, bunun bir sıra səbəbləri var: böyük məsafə, mürəkkəb nəqliyyat əlaqələri, fərqli biznes şərtləri və s. Amma mən ümid edirəm ki, bu əngəllər sonda aradan qaldırılajaq. Şadam ki, Azərbayjan bizim Poti-İliçevsk bərə və dəmir yolu marşrutu vasitəsilə Qara dənizdən Klaypeda dəniz limanına qədər nəqliyyat marşrutu ilə bağlı təklifimizə maraq göstərdi. Fəal siyasi əməkdaşlıq sənaye, tijarət, daşınmaz əmlak, turizm, maliyyə xidmətləri kimi ümumi maraq doğuran sahələrə yönəldilməlidir. Litva biznesmenləri Azərbayjan və digər Qafqaz ölkələrinə çox böyük maraq göstərir. Azərbayjanın iqtisadiyyatı çox sürətlə inkişaf edir, lazımi iqtisadi islahatlar aparılır və iqtisadi müstəqillik artır. Biznes missiyaları, iş adamlarının ixtisaslaşmış sərgilərdə iştirakı iqtisadi əlaqələrin inkişafına kömək edə bilər. Ona görə də mən Azərbayjandan olan nümayəndələri Litvada keçirilən belə tədbirlərdə iştirak etməyə çağırıram. Hər iki ölkənin iş adamları bilik və təjrübə mübadiləsi apara bilər. Məsələn, litvalılar digər Baltikyanı ölkələr ilə, azərbayjanlılar isə Mərkəzi Asiya və Orta Şərq ölkələri ilə əlaqələr yaratmaq iqtidarındadır. Biz diplomatiyamız qarsında iqtisadi əməkdaşlığı güjləndirmək vəzifəsi qoymuşuq. İnanıram ki, bu ölkələrin hər birində səfirliklər açılması bu prosesdə mühüm rol oynaya bilər.
- Litvanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi nejədir?
- Dondurulmuş münaqişələr onlara jəlb olunmuş ölkələr üçün ağır problemdir və bütövlükdə regionun inkişafına əngəldir. Dağlıq Qarabağ münaqişəsi Jənubi Qafqazın regional potensialından tam istifadəni mümkünsüz edir. Sülh müqaviləsinin olmaması qonşu ölkələrin sabitlik və təhlükəsizliyi üçün təhlükə mənbəyidir. Litva bunu Avropa Birliyi ölkələrinə çatdırmağı çox istəyir və münaqişənin həllində daha artıq çalışqanlıq göstərməyə çalışır. AB-nin bəzi ölkələri bu prosesdə Minsk Qrupu vasitəsilə iştirak edir. Biz inanırıq ki, tərəflər arasında razılıq əldə olunduqdan sonra AB sülhməramlı missiyaya yardım göstərməklə münaqişədən sonrakı tənzimlənmə prosesində yaxından iştirak edəjək. Biz Avropa Birliyinin bu missiyasında da iştirak etməyə hazırıq. Ölkəmizin parlamenti Litva sülhməramlılarının xüsusi regionlarda, o jümlədən Jənubi Qafqazda yerləşdirilməsinə dair qərar qəbul etmişdir.
- Siz bu ilin iyununda GUAM-ın Bakı sammitində iştirak etmisiniz. Litva həmin təşkilatın üzvü olmaq istəyirmi?
- Biz Gürjüstan, Ukrayna, Azərbayjan və Moldovanın regionda demokratiyanın, stabilliyin artırılmasına və möhkəmləndirilməsinə nail olmaq üçün birgə səylərini bəyənir və dəstəkləyirik. GUAM-ın Bakı sammiti həmin təşkilata üzv ölkələrə gələjək əməkdaşlığı müzakirə etmək, eyni zamanda digər ölkələrlə tərəfdaşlıq münasibəti yaratmaq üçün böyük imkanlar açmışdır. GUAM Litva və bütövlükdə Avropa üçün demokratiya, enerci təhlükəsizliyi, nəqliyyat şəbəkələrinin inkişafı, "dondurulmuş münaqişə"lərin həllini tapması kimi həyati məsələlərin həlli ilə məşğul olduğundan, ölkəmizin GUAM-da müşahidəçi qismində iştirakını çox yüksək dəyərləndiririk.
MƏSLƏHƏT GÖR: