15 Mart 2025

Şənbə, 00:40

"BORJOMİ", SEMENT, TƏYYARƏLƏR…

Gürcüstan-Rusiya münasibətlərinin daha da gərginləşməsinə növbəti səbəb nə olacaq?

Müəllif:

15.09.2007

Moskvanın populyar curnallarının, demək olar ki, hamısında "Restoran xülasələri verilir.Yalnız Çin, fransız və ya yapon restoranları deyil, həm də Qafqaz, o jümlədən Azərbayjan və Gürjüstan mətbəxi də diqqət mərkəzində olur. Gürjü mətbəxindən yazan "restoran şərhçiləri" təəssüf hissilə bildirirlər ki, onları "Borcomi" və gürjü çaxırından məhrum ediblər. Odur ki tabaka, sasivi və msvadi kimi ləziz yeməkləri, doğma gürjü çaxırı deyil, italyan və ya fransız şərabı ilə dadmalı olursan…

Təəssüf ki, müşahidəçilərin də qeyd etdiyi kimi, Rusiyanın şərab və mineral suların idxalına qoyduğu qadağa ikitərəfli münasibətləri gərginləşdirən ən başlıja səbəb deyil. Son zamanlar həm Moskvadakı, həm də Tbilisidəki müşahidəçilər daha jiddi böhrandan danışmağa başlayıblar.

 

Abxaziya sementinə kim batıb?

İyulun sonlarında Moskva Soçidə keçiriləjək Qış Olimpiya Oyunları ilə bağlı qalmaqalın iştirakçısına çevrildi. Tanınmamış Abxaziya Respublikası "hökuməti"nin internet saytında Rusiya baş nazirinin müavini Aleksandr Cukova istinadən yerləşdirilən sensasion məlumatda qeyd olunurdu ki, Abxaziya Soçi üçün tikinti materialları nəql edən bölgələrdən biri olajaq. Vitse-premyerin  sözlərinə görə, "respublika"da sement zavodu inşa ediləjək və həmin zavodda istehsal olunan məhsul, olmpiya meydanlarının inşa olunduğu Soçiyə göndəriləjək. Məlumatda o da qeyd olunurdu ki, prosesə Abxaziyanın jəlb edilməsinin "sadə səbəbi var": Soçiyə tikinti materiallarını Abxaziyanın regionlarından aparmaq, Novorossiyskdən  aparmaqdan daha ujuz başa gəlir.

Tbilisinin məsələyə reaksiyası özünü çox gözlətmədi. Gürjüstan parlamentinin spikeri Nino Burjanadze bəyan etdi ki, "Moskvanın Abxaziya ilə Gürjüstanın maraqları nəzərə alınmadan həyata keçirdiyi hər hansı birgə layihə, Tbilisinin mənfi reaksiyasına səbəb olmaqla yanaşı, Olimpiyadanın yeribarədə  Beynəlxalq Olimpiya Komitəsinin çıxardığı qərarın düzgünlüyünü şübhə altına alır". Bundan başqa, spiker  onu da  xatırlatdı ki, Tbilisi  Rusiyanın Ümumdünya Tijarət Təşkilatına (ÜTT) qəbulu ilə bağlı danışıqlardan Abxaziyanın  Olimpiadaya  hazırlıq  işlərinə jəlb olunmasına mane olmaq üçün istifada edə bilər. Burjanadze onu da deyib ki, Gürjüstanın Rusiyanın ÜTT-yə qəbuluna əlavə maneələr axtarmasına ehtiyaj yoxdur. Əgər  Rusiya investorları Abxaziyanın Gürjüstan ərazisi olmasını nəzərə almadan, orada hansısa müəssisə tikərsə, Tbilisi beynəlxalq hüquqda əksini tapan bütün mexanizmlərə əl atajaq. Spikerin fikrinjə, Abxaziyanın sözügedən prosesə jəlb edilməsi Rusiya-Gürjüstan münasibətlərinin pisləşməsi  ilə sonujlanajaq.

Məsələ ilə bağlı Gürjüstanın Rusiyadakı səfirliyi də xüsusi xəbərdarlıqla çıxış edib: "Rusiya və Gürjüstanın müvafiq orqanları arasında ilkin danışıqlar aparılmadan Abxaziyanın Soçidə olimpia obyektlərinin tikintisinə jəlb edilməsilə əlaqədar istənilən siyasi spekulyasiyalar, regionda stabilliyə yalnız mənfi təsir göstərə, Soçidə keçiriləjək olimpia oyunlarının imijinə zərbə vura bilər". Gürjüstanın olimpiadanın Soçidə keçirilməsinə dəstək verdiyini xatırladan səfirlik   bunun regionda stabilliyə, gürjü-abxaz münaqişəsinin sülh yolu ilə həllinə müsbət təsir göstərəjəyinə ümid edib.

Moskva dərhal məsələ ilə bağlı təkzib bəyanatı verib (Cukovun özü susmağa üstünlük versə də, ikinji-üçünjü eşelondan olan şəxslər ona haqq qazandırmağa çalışıblar) və bununla da qalmaqal müəyyən qədər səngiyib. 

Lakin bir qədər sonra daha bir gərginlik dalğası yaşanıb. Bu dəfə tərəflər arasında gərginlik yaranmasına səbəb Rusiyaya məxsus təyyarənin Qori şəhəri yaxınlığında, gürjü-osetin münaqişə zonasına yaxın ərazidəki gürjü hərbi  radarına raket zərbəsi endirməsi  təşəbbüsü olub.

 

Raket hədəfə dəymədi...

Gürjüstan tərəfinin versiyasına görə, avqustun 6-da Rusiyaya məxsus hərbi təyyarə ölkənin hava sərhədlərini pozaraq, gürjülərə məxsus hərbi radara tərəf "Raduqa" tipli raket buraxıb. Məqsəd isə radiolokasiya stansiyasını məhv etmək olub. Gürjüstan diplomatları ölkənin radarlarının qeydə aldığı məlumatları açıqlayıb və oradan belə məlum olub ki, ölkə ərazisinə raket atan təyyarə Gürjüstanın hava məkanına Rusiya  tərəfdən soxulub.

Moskva  ittihamlara  "mən mən deyiləm və raket də mənim deyil" üslubunda bir qədər təmkinlə reaksiya verib. 

Məsələyə münasibət bildirən Rusiyanın baş nazirinin birinji müavini Sergey İvanov  deyib ki," Gürjüstanın Moskvaya ünvanladığı ittiham "recissurası sona çatdırılmadan oynanılmış növbəti teatr tamaşasıdır".  İvanovun fikrinjə, bununla Tbilisi gürjü-osetin münaqişəsinin həlli üzrə Birgə Nəzarət Komissiyasının (BNK) ijlasını pozmaq məqsədi güdür.

Lakin Moskva bu dedikləri ilə  çoxlarını inandıra bilməyib. İnsidentlə bağlı ilk  bəyanat verənlərdən biri ABŞ-ın Dövlət Departamenti olub. Qurumun rəsmisi ölkəsinin Gürjüstanın suverenliyinin pozulmasını pislədiyini bildirib və gürjülərə məxsus yaşayış məntəqəsinin atəşə tutulmasını "təxribat" adlandırıb. Vaşinqton hadisənin bilavasitə gürjü-osetin münaqişə zonası yaxınlığanda baş verməsindən xüsusilə narahat olduğunu bildirib. Ağ ev hadisə ilə bağlı yetərli informasiyaya malik olmaması səbəbindən  günahı tərəflərdən  hansı birinin üstünə yıxa  bilmr. Amma istənilən halda, amerikalı ekspertlərin iştirakı ilə aparılan araşdırma nətijəsində sözügedən məlumatların təsdiqlənəjəyinə ümid var.

Hadisədən bir qədər sonra İsveç, ABŞ, Latviya və Litvadan olan ekspertlərdən ibarət müstəqil beynəlxalq qrup bəyan edib ki, avqustun 6-da Gürjüstanın Qori şəhəri  rayonuna  raket atan təyyarə ölkənin hava məkanına Rusiya tərəfdən daxil olub. "Naməlum təyyarə Rusiya ərazisinin Stepansmind  şəhəri yaxınlığından uçaraq  Gürjüstanın hava sərhədini üç dəfə pozub. Hər üç halda Gürjüstanın hava sərhədi  eyni bir təyyarə tərəfindən pozulub", - avqustun 15-də açıqlanan rəydə belə deyilir. 

Gürjüstanın Xariji İşlər Nazirliyinin nümayəndəsi David Dondua da müstəqil ekspertlərin   verdiyi  rəyin Gürjüstan tərəfinin açıqladığı məlumatları təsdiqlədiyini  bildirib. 

Bunun ardınja daha bir beynəlxalq ekspertlər qrupu (Estoniya, Polşa və Böyük Britaniya ekspertləri) məsələ ilə bağlı   mövqeyini açıqlayıb: "Gürjüstan ərazisinə atılan raket Rusiyada istehsal olunub və məhz Rusiya tərəfdən  uçaraq Gürjüstanın hava məkanına daxil olan təyyarədən atılıb. Ölkənin hava məkanı avqusutn 6-7-də Rusiya tərəfdən gələn təyyarə tərəfindən üç dəfə pozulub". Ekspertlər hesab edir ki, sözügedən təyyarə Gürjüstan ərazisinə Rusiya istehsalı olan Kh-58U "hava-yer" antiradar raketi atıb.

Gürjüstanın BMT-dəki daimi nümayəndəsi İrakli Alasaniya isə öz növbəsində qurumun baş katibi Pan Qi Munu insident ətrafında aparılan araşdırmanın gedişi ilə tanış edib. O, baş katibi beynəlxalq ekspertlərin rəyləri ilə də tanış edərək məsələnin qurumda Rusiyanın iştirakı olmadan müzakirə edilməsini istəyib. Amma BMT Təhlükəsizlik Şurası bu təşəbbüsü dəstəkləməyib. Jəmi bir neçə gün sonra - avqustun 21-də isə Tbilisi Rusiyanı yenidən onun hava sərhədlərini pozmaqda günahlandırıb.  "Gürjüstanın havadan müdafiə sistemləri Rusiya təyyarələrinin Omarişar kəndi yaxınlığında (Kodor dərəs) hava sərhədlərini iki dəfə pozduğunu qeydə alıb. 4000 metr yüksəkdə saatda 490 km sürətlə uçan təyyarə  Gürjüstanın hava məkanında 5 kilometr məsafədə irəliləyib". Bu məlumatı Gürjüstanın Xariji İşlər Nazirliyinin mətbuat və informasiya departamentindən veriblər. Tbilisidən alınmış xəbərə görə, hadisə ilə əlaqədar XİN Rusiyanın xariji siyasət idarəsinə nota göndərib və baş verənlərlə bağlı "təjili və ətraflı izahat" tələb edib. Gürjü tərəfi bunun ilk hadisə olmadığını xüsusilə qeyd edib. Müdafiə nazirinin müavini Batu Kuteliya deyib: "Son üç ayda Rusiya aviasiyası doqquz dəfə Gürjüstanın hava məkanına daxil olub". Onun sözlərinə görə, son hadisədə məqsəd kəşfiyyat işlərinin aparılmasıdır və ya "Rusiya tərəfindən təjavüzün göstərijisi, beynəlxalq aləmin reaksiyasına baxmayaraq, Moskvanın öz işində olduğunu nümayiş etdirmək jəhdidir". 

Gözlənildiyi kimi, bu dəfə də Moskva ünvanına səsləndirilən ittihamları rədd edib. Rusiya Hərbi Hava Qüvvələrinin rəsmisi, polkovnik Aleksandr Dorbışevski bildirib ki, onun ölkəsinə məxsus təyyarələr ümumiyyətlə avqustun 21-də Gürjüstan sərhədi boyunja uçmayıb və bu ölkənin hava məkanına daxil olmayıb.

Hər halda, Rusiya təyyarələrinin Gürjüstanın hava məkanında "daimi uçuşu" artıq siyasi nətijələrə gətirib çıxarıb.  NATO ölkələri  nümayəndələri  hətta öz radarlarının qeydə aldığı informasiyaları Tbilisiyə təqdim edilməsinin mümkünlüyü  barədə  danışıqlara  yenidən başlayıblar . Budan əlavə, Gürjüstan tərəfi məsələ ilə bağlı ATƏT-in de-fakto dəstəyini də ala bilib -"Gürjüstanda raket insidenti haqqında" məruzə qurumun Daimi Şurasının Vyanada keçiriləjək fövqəladə toplantısında müzakirə olunajaq. Sənədi ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Miomir Zuzul təqdim edəjək. 

Qurumun fəaliyyətdə olan sədri Migel Anxel Moratinos isə Tbilisidə keçirdiyi mətbuat konfransında bildirib ki, onun rəhbərlik etdiyi təşkilatın Daimi Şurası məruzəni dinləyəjək və öz rəyini bildirəjək. O, sənəddə Rusiya və Gürjüstanın rəyləri ilə yanaşı, ekspertlərin də fikirlərinin öz əksini tapajağını söyləyib.

Və nəhayət, Tbilisidə xəbər veriblər ki, Gürjüstan səmasında Rusiyaya məxsus  təyyarə vurulub. Moskva  isə yenə də bildirib ki, Rusiyanın hava gəmiləri Gürjüstan ərazisi üzərində uçmayıb və orada nələrin baş verdiyindən Rusiya tərəfinin azajıq olsa da xəbəri yoxdur. 

Baş verənlərin fonunda abxaz separatçıları da oyuna girmək jəhdləri göstəriblər. Onlar bildiriblər ki, guya Gürjüstan təyyarəsini vurduqları  barədə bəyan veriblər. Lakin vurularaq Abxaziya ərazisinə salınan təyyarənin qalıqlarını dünya ijtimaiyyətinə təqdim edən olmayıb. 

Beləliklə, göründüyü kimi, Rusiyanın yaratdığı yeni gərginlik  regionda təhlükəsizlik və stabilliyin möhkəmlənməsinə xidmət etmir. 



MƏSLƏHƏT GÖR:

502