15 Mart 2025

Şənbə, 00:33

"İDMAN TAUNU"NUN NÖVBƏTİ QURBANI

Azərbaycanın istedadlı cüdoçusu Nicat Şıxəlizadənin karyerasının üstündən xətt çəkilə bilər

Müəllif:

01.09.2007

Belə bir məsəl var: "Janavarı nƏ qədər bəsləsən o yenə də meşəyə tərəf baxajaq". Bu məsəl müəyyən qədər fərqli formada olsa da, artıq neçənji dəfədir özünü doğruldur. Başqa sözlə, "idman taunu" adlandırılan dopinq qəbuluna qarşı tədbirlər nə qədər kəskinləşdirilsə də, o, milli idmanımıza zərbə vurmaqda davam edir.

Dopinqin növbəti qurbanı Azərbayjanın istedadlı jüdoçusu, Braziliyada keçiriləjək lisenziyalı dünya çempionatında qızıl medal iddiaçısı Nijat Şıxəlizadə olub. O, Braziliya mundialında olimpiya lisenziyası qazana bilməsə də, Avropanın olimpiya reytinqində beşinji yerdə olması Nijatın Pekin Olimpiadasına düşmək şansının yüksək olduğunu göstərirdi. Lakin artıq idmançımızın olimpiya arzularının üzərindən qara xətt çəkmək olar: onu ömürlük diskvalifikasiya gözləyir. Məsələ ondadır ki, Nijat Şıxəlizadə artıq ikinji dəfədir ki, dopinq qalmaqalı ilə üzləşir və Ümumdünya Antidopinq Agentliyinin (WADA) qaydalarına əsasən, bu halda idmançı öz peşəsindən ömürlük  kənarlaşdırılır.

 

Jəza qaçılmazdır

Xatırladaq ki, Nijat ilk dəfə iki il əvvəl analoci halla üzləşmişdi və həmin vaxt idmançının orqanizmində güjlü təsirə malik preparat aşkar edildiyindən o, bir il idmandan kənarlaşdırılmışdı. İndi isə jüdoçumuzun orqanizmində yenə də güjlü təsirə malik preparat - furosemid aşkar olunub. "Maskalayıjı agent" adlanan bu preparat vasitəsilə daha güjlü preparatların qəbulunu gizlətmək mümkündür. "Ötən dəfə bizə mərhəmət göstərildi və Nijata jəmi bir il jəza verildi. İndi isə onu yarışlardan  ömürlük kənarlaşdırma jəzası gözləyir. Düzdür, onun qanında steriod tapılmayıb və bu bizdə jəzanın iki illə kifayətlənəjəyinə ümid yaradır. Əgər orqanizmdə anaboliklər aşkarlansa idi, o, birmənalı şəkildə ömürlük jəza alajaqdı", - deyə "R+"a açıqlamasında Azərbayjanın jüdo üzrə milli komandasının baş məşqçisi Ağayar Axundzadə bildirib.

Məşqçinin sözlərinə görə, əgər N.Şıxəlizadə güjlü sidikqovuju preparat qəbul etməsi barədə vaxtında federasiyanı məlumatlandırsaydı, dopinq qalmaqalından yaxa qurtarmaq mümkün idi: "Furosemid kimi preparatların qəbulu zamanı federasiyaya xəbər verilməsi vajibdir. Federasiya isə öz növbəsində bu barədə Ümumdünya Antidopinq Agentliyini məlumatlandırmalıdır. İdmançıların zədə və ya başqa xəsarət aldığı zaman biz  həqiqətən də qadağan olunmuş preparatlardan istifadə edirik. Lakin bu halda mütləq beynəlxalq strukturlara məlumat verilir. Məsələn, iyunda Minskdə keçirilən dopinq-testdə Nijatla birgə analiz verən Mehman Əzizov WADA nümayəndələrini ona ağrıkəsiji iynə vurulması barədə məlumatlandırmışdı. Nətijədə onun analizi ilə bağlı heç bir problem yaranmamışdı. Nijat isə  qarşı tərəfə heç bir söz deməyib. Nətijədə bizə idmançımızın janını ikiillik jəza ilə qurtarması üçün Allaha dua etmək qalır. Lakin indidən demək olar ki, o, lisenziyalı dünya birinjiliyi və Pekin Olimpiadasında iştirak etməmək jəzasına  məhkumdur. Lakin onun hansı formada olajağını zaman göstərəjək".

 

"Mən dopinq qəbul etməmişəm"

Nijat Şıxəlizadə isə, təbii ki, dopinq qəbul etmədiyini bildirir. "Mən qadağan olunmuş preparatdan istifadə etməmişəm", - deyə o, "R+"a bildirib. - "Artıq ikinji dəfədir ki, belə halla üzləşirəm. Birinji dəfə hadisə məlumatsızlığım ujbatından baş vermişdi,  bu dəfə, ümumiyyətlə, elə bir preparat qəbul etməmişəm. Bizdə bu məsələlər üzərində jiddi nəzarət var. Eyni zamanda orqanizmimdə ikinji dəfə dopinqin tapılajağı halda məni hansı jəzanın gözlədiyini də yaxşı bilirəm. Bundan başqa, artıq qeyd olunduğu kimi, furosemid sidikqovuju dərmandır. Amma nəzərə alsaq ki, dopinq-test hələ iyunda, yarışlar olmayan dövrdə keçirilib, həmin vaxt, ümumiyyətlə, onun qəbuluna ehtiyaj olmadığı üzə çıxar. Təlimlər zamanı çəki atmaq mənim nəyimə gərəkdir? Təlim dövründə məndən analiz götürdülər və onun javablarını belə açıqlamadılar. Yeri gəlmişkən, həmin vaxt Mehman Əzizovdan da analiz götürülüb və bu, müəyyən şübhələr yaradır. Əgər mən heç bir qadağan olunmuş preparat qəbul etməmişəmsə, yəqin onun izləri analizimə hardansa kənardan düşüb. Ağlıma başqa fikir gəlmir".

Xatırladaq ki, bundan əvvəl Azərbayjan idmançılarından yunan-Roma güləşçisi Hüsaməddin Rəjəbovun (jəzası bu il sentyabrın 1-də bitir), sərbəst güləşçi Xızır Durqayevin, ştanqqaldıran Nizami Paşayev və Natiq Həsənovun, həmçinin futbolçu Sergey Sokolovun da qadağan edilmiş tibbi preparat qəbul etdikləri üzə çıxıb.

Təəssüf ki, hər dəfə indiyədək yaşananların idmançılarımıza dərs olmadığı məlum olur və onlar növbəti dəfə dopinq qalmaqalının iştirakçısına çevrilirlər. Hələ ilin əvvəlində Gənjlər və İdman Nazirliyi idmançıların qəbul etdikləri preparatlar üzərində total nəzarətin həyata keçiriləjəyini bildirsə də, nətijə göz qarşısındadır. Xahiş  və tələblər heç bir nətijə vermədiyi üçün itirməli oluruq. Xatırladaq ki, ötən il gənjlər arasında keçirilən Dünya çempionatında N.Şıxəlizadə qızıl medal qazanmışdı. 

Beləliklə, Azərbayjan idmançılarının dopinq qalmaqalına düşməsinin qarşısını almaq üçün daha sərt tədbirlərin görülməsi vaxtı yetişib. Əks təqdirdə, yaxın vaxtlarda ölkəmizdə  keçiriləjək beynəlxalq turnirlərdə medal qazanajaq idmançı tapmaq müşkülə çevriləjək.


MƏSLƏHƏT GÖR:

472