
"MKT-ARAZ" DAĞILDI
Azərbaycanın futbol klublarının qeyri-balanslaşdırılmış formada maliyyələşdirilməsi acınacaqlı nəticələrə gətirib çıxarır
Müəllif: Teymur TUŞİYEV Bakı
Etiraf etmək lazımıdır ki, yerli azarkeşlər artıq futbolumuzda arzuedilməz sürprizlərlə qarşılaşmağa öyrəşib. Futbol üzrə 16-jı Azərbayjan çempionatının başlandığı ərəfədə İmişlinin "MKT-Araz" klubunun dağılmasını da belə hallardan biri hesab etmək olar. Xatırladaq ki, bu klub ötənilki ölkə kuboku yarışının gümüş mükafatçısı və UEFA Kuboku oyunlarının iştirakçısı idi.
Gözlənilməz xəbər
İmişli klubunun milli çempionatın ən stabil komandalarından biri olduğunu nəzərə alsaq, onun dağılması barədə xəbər açıq yay səmasında şimşək effekti verib. Qeyd edək ki, klub 8 min azarkeş tutumlu stadionu və məşq meydançası olan müasir bazaya malik idi. Lakin onun fəaliyyətini dayandırmasının səbəbi kimi, rəsmi olaraq klub rəhbərliyinin maliyyə çatışmazlığı ilə üzləşməsi göstərilir. Rəhbərliyin qərarı isə, təbii ki, yalnız azarkeşlərdə yox, həm də məşqçi korpusu ilə birlikdə klubun oyunçularında şok yaradıb. "MKT-Araz"ın baş məşqçisi İqor Nakoneçnı təəjjübünü açıq şəkildə belə ifadə edib: "Bu mənim üçün şokdur. Sadəjə, ayrı söz tapa bilmirəm. Bir neçə il ərzində biz döyüş qabiliyyəti olan komanda yaratmışdıq və Azərbayjan futbolunun favoritləri ilə bərabər mübarizə aparırdıq. Ötən mövsüm uzun müddət çempionatda liderlik etdik, kubok oyunlarında finala çıxdıq və tariximizdə ilk dəfə olaraq UEFA Kubokuna qatıldıq. Bu il isə komandanı daha yaxşı komplektləşdirmişdik və ötən mövsümlə müqayisədə daha böyük uğurlara nail ola bilərdik. Lakin birdən-birə klub göz önündə dağıldı".
Xatırladaq ki, UEFA Kubokunun ilkin mərhələsinin birinji turunda "MKT-Araz" Polşanın "Qroslin" klubuna bir top fərqi ilə məğlub olaraq turniri tərk edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma 0:0, Polşadakı oyun isə 1:0 "ev sahibləri"nin xeyrinə başa çatıb.
Futbolçulara gəlinjə, sıralarında milli komandanın üzvləri də olan idmançılar özlərinə tələm-tələsik yeni klub axtarmalı olublar. Xoşbəxtlikdən transfer pənjərəsi avqustun 31-də bağlanır. Odur ki futbolçular "MKT-Araz" rəhbərliyinə klubu sentyabrın ortalarında dağıtmadığı üçün "minnətdar" olmalıdırlar. Çünki belə olardısa, futbolçular işsiz qalıb, ən azı yarım il oyun təjrübəsi qazanmadan gözləməli olajaqdılar.
Xatırladaq ki, milli birinjilikdə bu jür start ssenarisinə ilk dəfə deyil təsadüf edilir. Hələ ötən il 15-ji Azərbayjan çempionatı ərəfəsində Gənjə şəhərinin eyniadlı klubu fəaliyyətini dayandırmışdı. Onu da qeyd edək ki, əvvəllər adı "Kəpəz" adlanan bu klub iki dəfə ölkə birinjiliyinin qalibi olmuşdu. Bundan əvvəl isə Azərbayjan çempionu olmuş daha bir klub - "Şəmkir" dağılmışdı.
Beləliklə, Azərbayjanın futbol xəritəsində daha bir region yoxa çıxdı, çempionat isə tərkibinə görə ambisioz "MKT-Araz"ın yarada biləjəyi intriqadan məhrum oldu.
Yeri gəlmişkən, ötən il "Gənjə"nin fəaliyyətini dayandırması səbəbindən ölkə birinjiliyində jəmi 13 klub yarışmışdı. Bu il də 13 rəqəmi aktual ola bilərdi (bu halda hər turda komandalardan biri oyuna çıxmayajaqdı). Lakin Azərbayjan Futbol Federasiyaları Assosiasiyası ikinji liqada yarışan "ABN-Bərdə"ni yüksək liqaya buraxmaqla bu problemi həll etdi. Amma bu da əvvəlki intriqanı qaytara bilməyəjək: bərdəlilərin güjlü heyətə malik "MKT-Araz"ı layiqinjə əvəz edəjəyinə inananların sayı o qədər də çox deyil.
Yenə də pul haqqında
Bəs İmişli klubunun gözlənilmədən dağılmasının səbəbi nədir? Javab birmənalıdır: Azərbayjan futbolunun problemi klubların, əsasən, bir sponsor tərəfindən maliyyələşdirilməsidir. O isə prosesi keyfi istədiyi kimi idarə edir. Faktik olaraq, həmin sponsor üçün futbol klubu sanki uşağın sevimli oyunjağıdır: istəsə onunla oynayır, istəməsə oynamır. İmişlinin "MKT-Araz" klubunun prezidenti də məhz belə edib.
Avropada isə tamamilə başqa təjrübə mövjuddur. Köhnə Dünya ölkələrinin futbol klublarına nəhəng maliyyə şirkətlərinin prezidentlərindən tutmuş, sadə mağaza sahibinədək bir neçə investor sponsorluq edir. Bu halda sponsorlardan biri maliyyələşdirmədən imtina edərsə, komanda müəyyən problemlərlə üzləşsə də, hər halda fəaliyyətini dayandırmır. Yəni klublar "MKT-Araz"ın üzləşdiyi kimi, gözlənilməz dağılma təhlükəsindən sığortalanır.
Bəlkə də çoxları deyəjək ki, "Bura Avropa deyil". Amma görəsən, milli futbolumuzun inkişafı naminə Avropa futbolunun müsbət aspektlərini niyə götürməyək?
Futbolumuzun az əhəmiyyət daşımayan digər problemi oyunçuların əmək haqqının yüksək olması və marketinq işinin olmamasıdır. Azərbayjanın bir sıra klublarında futbolçular Portuqaliya və Çexiya kimi Avropa ölkələrinin klublarındakı həmkarlarından daha yüksək əmək haqqı alırlar. Amma azərbayjanlı futbolçuların əksəriyyəti bu səviyyədə maliyyələşdirilməyə layiq deyil. Məsələn, bir müddət əvvəl Bakının "İnter" klubu çexiyalı Branislav Çervenk ilə müqavilə imzalayıb (yeri gəlmişkən o, Azərbayjan futboluna qatılan ilk çexiyalıdır). Çervenk bildirir ki, onun ölkəsində futbolçular Azərbayjandakı həmkarlarından az qazanırlar. Təəjjüblü deyilmi? Xüsusilə, Çexiya millisinin və eyni zamanda klublarının beynəlxalq və Avropa arenalarında əldə etdiyi uğurları nəzərə alsaq, bu faktın nə dərəjədə təəjjüblü olduğu bir daha anlaşılar. Milli klublarımız isə Avropa kuboklarında ortabab rəqibin öhdəsindən gələ bilmir. Azərbayjan millisi isə daim dünya və Avropa çempionatlarının seçmə mərhələsində qrup sonunjusu olur və yalnız bəzən Serbiya, Çernoqoriya və ya Finlandiya kimi millilərə üstün gəlməklə sürpriz edir.
Odur ki ölkə klublarının rəhbərliyi qiymət siyasətinə yenidən baxmalıdır. Əks halda, digər klubları da "MKT-Araz"ın taleyi gözləyə bilər.
Futbolda marketinq işinin əhəmiyyəti də çox böyükdür. Azərbayjan futbolunda kluba sərmayə qoyan sponsor oradan heç bir dividend qazanmır. Avropada isə bunun tam əksidir.
Nə qədər ki Azərbayjan futbolunun bossları futbolçuları xidmətlərinə görə qiymətləndirməyi və rəhbərlik etdiyi klubdan gəlir götürməyi öyrənməyəjəklər, milli futbolumuz Avropa və dünya futbolunda ən aşağı yerlərdə sürünəjək.
MƏSLƏHƏT GÖR: