
YÜZ DƏRDİN BİR ÇARƏSİ
Tikinti meydançasındakı mümkün risklərdən necə sığortalanmaq olar?
Müəllif: Fəxri İMANOV Bakı
Bu gün Azərbayjanda əsl tikinti bumu müşahidə olunur desək, yəqin ki, heç kimi təəjjübləndirmərik. Ölkənin hər tərəfində genişmiqyaslı tikinti-quraşdırma işləri aparılır. Lakin çoxlarımız gözəl bir binanın yavaş-yavaş ujaldığını müşahidə edərkən, inşaatçıların nejə çətinliklərlə, hansı risklərlə qarşılaşdıqlarının fərqinə belə varmırıq. Təəssüf ki, bu risklərin mövjudluğu və onlardan sığortalanmağın yolları bir çox hallarda heç tikinti şirkətlərinin özlərini də maraqlandırmır. Nətijədə, onlar öz problemləri ilə təkbətək qalmağa məjbur olurlar. Lakin inşaat işləri zamanı meydana çıxa biləjək riskləri sığortalamaqla problemlərin həllinə birdəfəlik təminat almaq mümkündür. Bu barədə fikirlərini bizimlə "AzSığorta" şirkətinin direktor müavini Xəyal Məmmədxanlı bölüşür.
- Təəssüf ki, mətbuatda tez-tez müxtəlif tikinti meydançalarında baş vermiş qəza və bədbəxt hadisələr barədə xəbərlərə sarsılırıq. Lakin biz buna nə qədər təəssüflənsək də, yaranmış çətin vəziyyətdən çıxmaq və itkiləri ödəmək istənilən halda tikinti şirkətinin üzərinə düşür. Lakin əgər şirkət mümkün riskləri sığortalamayıbsa, o, vəziyyətdən təkbaşına çıxmağa məjbur olajaq. Məhz belə problemlərdən qaçmaq məqsədilə inşaat və quraşdırma risklərinin kompleks sığortası tətbiq olunur. İnşaat və ya quraşdırma işləri aparılarkən onlarla müxtəlif hadisələrin baş verməsi mümkündür. Birinjisi, sığorta obyektinə (işlərə, materiallara, qurğulara, avadanlıqlara, tikinti meydançasında mövjud olan əmlaka, müvəqqəti tikililərə, maşın və mexanizmlərə) zərər dəyə bilər. İkinjisi, sığortalı tərəfindən aparılan işlər zamanı üçünjü şəxslərin əmlakına və ya sağlamlığına zərər vurula bilər. Digər tərəfdən, inşaat-quraşdırma, sınaq işlərinin gejikməsi nətijəsində yaranan fasilə zamanı sifarişçinin proqnozlaşdırdığı gəlirin itirilməsi ilə əlaqədar itki və ziyanların mümkünlüyü də istisna deyil. Və nəhayət, layihədə çalışan işçilər bədbəxt hadisə nətijəsində həyat və sağlamlıqlarını, əmək qabiliyyətlərini itirə bilərlər. İnşaat və quraşdırma risklərinin kompleks sığortası isə bütün bu hallardan sığortalanmağa imkan verir.
- Hansı hadisələrin baş verməsi sığorta hadisəsi hesab olunur?
- Sığorta şəhadətnaməsinə əlavə olunan və sığortalıya təqdim edilən "İnşaat və quraşdırma risklərinin kompleks sığortası qaydaları" və sığorta şəhadətnaməsi ilə istisna olunmayan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində qəfildən və gözlənilmədən baş verən, 2-ji paraqrafda göstərilən zərərlərdən hər hansı birinin yaranmasına səbəb olan və sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini yaradan bütün hadisələr sığorta hadisəsi hesab olunur və sığortaçının ödəniş vermək öhdəliyini yaradır. Belə hadisələrə yanğın, partlayış, aşma, uçma, sürüşmə, işçilərin səhlənkarlığı və s. aid edilə bilər.
- Belə bir sığorta təminatının alınması sahibkarlara təxminən neçəyə başa gəlir?
- Bilirsinizmi, sığorta münasibətlərində fiksə edilmiş sığorta haqları və ya sadə dildə ifadə etsək, qiymət siyahısı olmur. Sığorta haqqı sığorta obyekti ilə əlaqədar sığortalının doldurduğu ərizə-anket formasında verilən məlumatlara və risqin xarakterinə görə müəyyən olunur. Sığorta haqqının hesablanmasında görülən işlər, layihənin xarakteri, sığorta məbləği, sığorta müddəti, franşiza məbləğləri və sığorta hadisəsinin başvermə ehtimalına təsir edə bilən bütün nəzərəçarpan hallara diqqət yetirilmir. Amma faiz nisbəti barədə danışsaq, bu məbləğ layihə dəyərinin təxminən 0,2-0,5 faizi arasında dəyişir. Sığorta haqqı müqavilə müddəti üçün müəyyən olunmaqla, nağd və ya köçürmə yolu ilə, birdəfəyə və ya hissə-hissə ödənilə bilər.
- Müqavilələr hansı müddəti əhatə edir?
- Sığorta müqaviləsi inşaat və ya quraşdırma işlərinin görüldüyü dövrü, eyni zamanda müqavilədə göstərilməsi şərtilə sınaq və zəmanət müddətlərini əhatə edir. Təminatlı sığorta inşaat materiallarının, avadanlıqların, maşın və mexanizmlərin tikinti meydançasına gətirilməsi, sığorta haqqında şəhadətnamənin rəsmiləşdirilməsi ilə başlayıb, tikinti-quraşdırma işlərinin, sınaq və təminat müddətlərinin qurtarması və obyektin istismara verilməsi ilə (lakin müqavilədə göstərilən müddətdən gej olmayaraq)sona çatır. Bu dövr 1 il, 18 ay, 24 ay, hətta bəzi layihələrdə 36 aya qədər davam edə bilər.
- Nəhayət, bu sığortadan kimlər istifadə etməlidir?
- Təşkilati-hüquqi formasından asılı olmayaraq podrat və ya subpodrat müqaviləsi əsasında inşaat-quraşdırma işləri həyata keçirən istənilən hüquqi və ya fiziki şəxs bu sığorta növü üzrə öz əmlak mənafelərini və işçilərin həyatını və əmək qabiliyyətini bədbəxt hadisələrdən sığortalaya bilər. Və ya layihədə iştirak edən ayrı-ayrı tərəflər, məsələn təjhizatçı, memar, lizinq şirkəti və digərləri öz gördükləri işi və ya göstərdikləri xidmətləri də sığortalamaq hüququna malikdirlər.
MƏSLƏHƏT GÖR: