
"MEQAFON" PROBLEMİ
Rusiya şirkətləri yenə beynəlxalq qanunları pozur
Müəllif: Alyona MOROZ Bakı
Rəsmi Bakı tərəfinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, bir sıra xariji şirkətlər hələ də Azərbayjanın işğal olunmuş torpaqlarında məskunlaşmış separatçılarla əməkdaşlığı davam etdirir. Həmin qurumlar arasında Rusiyaya məxsus şirkətlərin çoxluq təşkil etdiyini əminliklə söyləmək olar. Bu günlərdə Rusiyanın mobil rabitə operatorlarından olan "Meqafon" şirkətinin də qanunsuz fəaliyyətlə məşğul olması aşkarlanıb. Məlum olub ki, bu qurum 2002-ji ildən Dağlıq Qarabağın rabitə bazarında kifayət qədər uğurlu fəaliyyət göstərən "Qarabağ Telekom"la əməkdaşlıq qurmaq üçün jiddi səylər göstərir.
Bu gün "Meqafon" çoxmilyonlu abonentlərinə Qarabağ ərazisindəki yeganə rabitə operatoru olan "Qarabağ-Telekom"la rouminq xidməti qurmağa başlamışdır. Buna əmin olmaq çətin deyil: "Meqafon-Moskva"nın rəsmi saytına nəzər salmaq kifayətdir ki, orada "Qarabağ-Telekom"un adını görəsən. Saytda Dağlıq Qarabağ ayrıja ərazi vahidi kimi göstərilir. Lakin separatçılarla əməkdaşlıq edən digər mobil rabitə qurumlarından fərqli olaraq, "Meqafon"un saytında "DQR" tərəfdaş ölkələr sırasında ayrıja dövlət kimi göstərilməyib. Yəni şirkət Ermənistana aid edilib. Amma hələ bu da hamısı deyil. "Meqafon" özünün reklam çarxında yerləşdirdiyi xəritədə Azərbayjanın bütün ərazisini… Ermənistanın tərkibinə qatıb.
Toplananların yerini dəyişdikdə jəm dəyişmir
"R+"un artıq yazdığı kimi, "Qarabağ-Telekom"un təsisçisi erməniəsilli livanlı milyarder Pyer Fatuşdur. Onun rəhbərlik etdiyi bu qurum qısa müddət ərzində dünyanın 37 ölkəsindən olan 57 mobil operatorla beynəlxalq rouminq razılaşması imzalamağa nail olub. "Qarabağ-Telekom"ın qeyri-qanuni tərəfdaşları sırasında Ermənistan, Rusiya, Yunanıstan, Kipr, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, İtaliya, İran, Ukrayna, Latviya, Livan, Danimarka, İngiltərə və digər ölkələrə məxsus şirkətlər var.
Lakin Azərbayjanın məsələyə müdaxiləsindən sonra, "Qarabağ-Telekom"un digər şirkətlərlə rouminq razılaşması imzalaması və GSM beynəlxalq assosiasiyasına qəbulu haqda planları iflasa uğrayıb. Beləliklə, şirkət qeyri-qanuni şəkildə beynəlxalq rabitə xidməti göstərmək imkanından məhrum olub.
Bundan başqa, Azərbayjan tərəfinin mürajiəti əsasında "Qarabağ-Telekom" bir sıra assosiasiyalardan xarij edilib. Həmin səbəbdən də Ermənistan məsələ ilə bağlı dolayı yolla getmək qərarına gəlib. Belə ki, ölkədə "K-Telecom" (VivaCell brendi) adlı şirkət qeydiyyatdan keçirilib. Onun da rəhbəri həmin Pyer Fatuş, baş direktoru isə Ralf Eyrikyandır. Şirkətin təqdimetmə mərasimində Ermənistanın ədliyyə naziri David Arutyunyan deyib: "Azərbayjan Qarabağı ətraf dünya ilə rabitədən məhrum etmək istəsə də, biz buna imkan vermədik. Biz bu mübarizədə qalib gəldik. Odur ki "K-Telejom"un Ermənistanın telekommunikasiya bazarına daxil olması strateci maraqlarla bağlı məsələdir".
Bununla da Ermənistan hökuməti ona nail olub ki, 60-dan artıq ölkəyə məxsus şirkətlər artıq separatçılarla deyil, Ermənistanın bir nömrəli mobil rabitə qurumu ilə əməkdaşlıq etdiklərini düşünüblər. Artıq 2004-jü ilin noyabrında Ermənistan hökuməti "K-Telecom"u 900 mHz tezliyində mobil rabitə xidmətinin göstərilməsi uğrunda keçirilən tenderin qalibi elan edib. Beləliklə, "Qarabağ-Telekom"un rəhbəri Ralf Eyrikyan ona məxsus şirkətin Ermənistanın mobil rabitə bazarında ikinji qurum elan edilməsinə nail olub.
"Meqafon"la yanaşı, "Qarabağ-Telekom"un tərəfdaşlarının siyahısında "Rostelekom" və "MTS" ("Mobiltelesistemlər", Rusiya) də var. MTS-in saytında beynəlxalq rouminq bölməsinə daxil olarkən, Rusiyanın bu nəhəng şirkətinin Ermənistanın "Thuraya" və "ArmenTel" qurumları ilə yanaşı, "K-Telecom"la əməkdaşlıq etdiyi də məlum olur. 2005-ji il avqustun 3-də isə dünya səviyyəsində məşhur olan "Alcatel" "K-Telecom" üçün GSM/GPRS şəbəkəsinin yaradılması ilə əlaqədar çoxmilyonluq müqavilə bağlandığını bəyan edib.
Yəqin ki, bu jür nümunələrin çox olduğunu deməyə ehtiyaj yoxdur…
Bütün jəbhəboyu döyüş
Qeyd edək ki, 2003-jü ildən etibarən Azərbayjanın xariji işlər, həmçinin rabitə və informasiya texnologiyaları nazirlikləri "K-Telecom" və "Qarabağ-Telekom"un diskriditasiyası üçün çox işlər görüb. Arqument isə sadədir: məntiqi baxımdan heç bir şirkət Azərbayjanın ayrılmaz hissəsi olan və erməni işğalçıları tərəfindən zəbt edilən Dağlıq Qarabağda işləmək hüququna malik deyil.
Bu istiqamətdə görülən işlər artıq müəyyən uğurlara gətirib çıxarıb və bu, təbii ki, ümumilikdə Azərbayjanın diplomatik korpusunun səyi nətijəsində mümkün olub. Məsələn, Azərbayjanın Özbəkistandakı səfirliyinin bu ölkənin xariji siyasət idarəsinə ünvanladığı etiraz notasından sonra, yerli "Uzdunrobita" şirkəti "Qarabağ şirkəti" ilə əməkdaşlıqdan imtina edib. Bir müddət sonra - 2005-ji ilin mayında Azərbayjanın Kiyevdəki nümayəndəliyinin diplomatları Ukraynanın böyük mobil rabitə şirkəti olan "Kiyevstar" informasiya bülletenlərində və reklamlarında "Qarabağ-Telekom"un fəaliyyət göstərdiyi ölkənin adı kimi "Ermənistan"ın qeyd olunmasına son qoyub və ümumiyyətlə, şirkətin adını da reklamlardan və informasiya materiallarından çıxarıb.
Lakin təəssüf ki, bunlar separatçılarla əməkdaşlıq edən yeganə şirkətlər deyil. Onların sırasında "AS EMT" (Estoniya), "Bitel Ltd." (Qırğızıstan), "CosmOTE-Mobile Telecommunications S.A." (Yunanıstan), ETISALAT (BƏƏ), "Globe Telecom" (Filippin), "GSM Kazakhstan Ltd." (Qazaxıstan), "H3G" (İtaliya), "OMNITEL" (Litva), "Orange A/S" (Danimarka), "SwissCom Mobile Ltd." (İsveçrə) və digər şirkətlər də var.
Bununla yanaşı, "Qarabağ-Telekom" hələ də dünyanın müxtəlif ölkələri ilə rouminq razılaşması imzalamaqda davam edir və həmin dövlətlərin sırasında MDB üzvləri də var. Azərbayjanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə hadisələrin gedişini diqqətlə izləyir və baş verən qanunsuzluğun qarşısının alınması üçün əlindən gələni edir. Eyni zamanda, "Qarabağ-Telekom"la əməkdaşlıq edən şirkətlərə bu əməkdaşlığın qanunsuz olduğunu sübut edən bütün faktlar təqdim olunur. "Lakin hazırkı situasiyada biz səbirli olmalıyıq. Çünki bu problemi bir saat ərzində həll etmək mümkün deyil", - deyə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "R+"a bildirib.
Bununla yanaşı, etibarlı mənbələrdən məlum olub ki, nazirlik ölkənin mobil rabitə şirkətlərinə "Meqafon"la əməkdaşlıqla bağlı müəyyən tövsiyələr verib. Söhbət Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən separatçı şirkətə rouminq xidməti göstərən qurumlarla əməkdaşlıq məsələlərinə yenidən baxılmasından gedir. Qeyd edək ki, Azərbayjanın üç analoci şirkətindən ikisi - "Azərsell" və "Baksell" "Meqafon"la əməkdaşlıq edir. Bu qurumların təmsilçiləri qeyri-rəsmi söhbətlər zamanı əməkdaşımıza bildiriblər ki, hazırda onlar "Meqafon"la əməkdaşlıq məsələsini yenidən nəzərdən keçirməyə başlayıblar.
Səhvlərdən nətijə çıxarılmır?
Maraqlısı odur ki, bu, "Meqafon"la əlaqəli olan ilk insident de-yil. Şirkətin bir müddət əvvəl Rusiyanın, demək olar ki, bütün telekanallarında yayımlanan reklam çarxındakı xəritədə Azərbayjanın bütün ərazisi Ermənistanın tərkibinə aid edilib. Orada heç Azərbayjanın paytaxtı Bakı şəhəri də göstərilməyib, amma "Ermənistan" adlandırılan ərazidə onun müasir paytaxtı ilə yanaşı, orta əsrlərə aid Armavir şəhəri də əks olunub.
Bundan dərhal sonra Azərbayjanın Rusiyadakı səfirliyi "Meqafon" rəhbərliyinə mürajiət ünvanlayaraq, yanlışlığın düzəldilməsini tələb edib. Qurum da Azərbayjan tərəfinin tələbinə operativ reaksiya verib və bu il iyulun 18-dən sözügedən reklam telekanallardan ümumiyyətlə yığışdırılıb. Bununla yanaşı, "Meqafon" baş verən yanlışlığa görə üzr istəyib və səfirliyə ünvanladığı javab məktubunda "reklam çarxında əks olunan joğrafi xəritənin hazırlanması zamanı baş verən qeyri-dəqiqliyə görə, son dərəjə təəssüfləndiyini" bildirib.
Məktubda o da bildirilir ki, şirkət rəhbərliyi ona mürajiət etmiş Azərbayjan səfirliyinə minnətdardır, "baş verənlər xoşagəlməz anlaşılmazlıqdır və burada bilərəkdən Azərbayjanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq aləm tərəfindən tanınan sərhədlərini şübhə altına almaqdan söhbət gedə bilməz".
Lakin bütün bunlarla yanaşı, "Meqafon" "Qarabağ-Telekom"la əməkdaşlığı dayandırmayıb…
Qanunsuzluğa ədalətsiz münasibət
"Qarabağ-Telekom"a gəlinjə, o yaşayır və inkişaf edir. Əvvəla, "DQR"in mobil rabitə sahəsinə milyonlarla dollar vəsait qoyulur. Məsələn, separatçıların nəzarətində olan ərazidə İnternet-rabitənin qurulması da sözügedən "Qarabağ-Telekom" şirkətinin sayəsində mümkün olub. Bundan başqa, Xankəndinin (erməni separatçıların "Stepanakert" adlandırdığı şəhərin yox) avtomat telefon stansi-yalarının rəqəmsal sistemə keçməsi planı çoxdan hazırlanır. Bu "xeyirxah" işdə də "DQR hökuməti"nə hələ 2005-ji ildə bütün məktəbləri təmənnasız rabitə ilə təmin edəjəyi haqda öhdəlik götürən "Qarabağ-Telekom" kömək etməlidir. Bu şirkətin "xidmət"lərinə "qondarma respublika"nın bəzi rayonlarında reallaşdırılan humanitar layihələri" də əlavə etmək olar. Belə ki, "Qarabağ-Telekom" eyni zamanda "DQR"in infrastrukturunun inkişafı və dünya ilə iqtisadi əməkdaşlıq sahəsində "böyük işlər görür".
"R+"a verilən məlumata görə, Azərbayjan XİN-i bundan sonra da müxtəlif ölkələrə notalar göndərərək, onlardan Qarabağla əməkdaşlığa son qoyulmasını tələb edəjək. Ona görə ki, " bu əməkdaşlıq" "ölkəmizin ərazi bütövlüyünün pozulmasına dəstək vermək deməkdir. Azərbayjanın Rusiyadakı səfirliyi "Meqafon"un "Qarabağ-Telekom"la qeyri-qanuni əməkdaşlıq etməsini dərindən araşdırajağını və hər dəfə olduğu kimi, bu dəfə də qanunsuzluğun qarşısının alınması üçün lazımi tədbirlər görəjəyini vəd edib.
Yeri gəlmişkən, irəli sürülən ittihamlara "DQR hökuməti"nin nümayəndələrinin javablarında bildirilir ki, "Əvvəla, Bakının Dağlıq Qarabağın iqtisadi məkanında baş verən proseslərə maneə yaratmaq jəhdləri anlaşılan deyil, digər tərəfdən, DQR hökumətimizin səyləri optimal investisiya mühitinin yaradılmasına yönəlib və müxtəlif ölkələrə məxsus şirkətlər də bu fəaliyyətdən səmərə götürəjəklərinə əmin olduqları üçün bizimlə əməkdaşlıq edir". "DQR hökuməti"nin "mətbuat katibi" isə deyib: "Qarabağ-Telekom" dövlət qarşısında üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirən nəhəng investorlardan biridir. Bir məqamı da unutmaq olmaz ki, effektiv rabitə sistemi dövlətlər və xalqlar arasında münasibətlərin normal qurulması, qarşılıqlı inam atmosferinin yaradılmasıı üçün vajib amillərdən biridir. Buna mane olmaq isə ən azı insafsızlıqdır". Nejə deyərlər, şərhə ehtiyaj yoxdur…
MƏSLƏHƏT GÖR: