24 Noyabr 2024

Bazar, 15:57

DÜNYA TRENDİNİN DALĞASINDA

Azərbaycanın bütün mobil operatorları rabitənin dördüncü nəsil texnologiyalarını fəal şəkildə mənimsəyirlər

Müəllif:

07.07.2015

Son illər ünsiyyətin verbal olmayan formaları mobil rabitə sahəsində dominant mövqe əldə ediblər. Abunəçilərin internetə daha da çox cəlb olunması mobil operatorları ötürmə qabiliyyəti və sürətini artırmaqla, şəbəkə avadanlığını təkmilləşdirməyə məcbur edirlər. Məhz buna görə də bütün dünyada Azərbaycan daxil olmaqla, aktiv şəkildə LTE - şəbəkələri qurulur. Bu trendin inkişafı ilə əlaqədar olaraq yaxın iki ildə Azərbaycanın mobil operatorları VoLTE texnologiyasının xeyrinə GSM ənənəvi standartından imtina etməyi planlaşdırırlar.

 

Bir saniyədən də az

Voice over LTE-nin abbreviaturası hərfi olaraq LTE şəbəkələri vasitəsi ilə məlumat axını şəklində səslərin ötürülməsi mənasını bildirir. 2010-cu ildə GSMA assosiasiyası Multimedia Subsystem (IMS) standartlarına əsaslanan, səslərin internet-məlumatlar üzərindən ötürülmə üsulunu elan etdi. Bu texnologiyalar səs və digər məlumatların həcminə görə 3G şəbəkəsi ilə müqayisədə üç dəfə, ikinci nəsil ənənəvi GSM şəbəkələri ilə müqayisədə isə 6 dəfə çox həcmə malikdir. VoLTE-nin tətbiqi operatorlara 2G və 3G şəbəkələri səs trafikindən yükləməməyə, tezlikləri daha səmərəli istifadə etməyə, şəbəkə növləri arasında keçidlərdən imtina etməklə rabitənin keyfiyyətini yaxşılaşdırmağa imkan verəcək. Nəhayət, son dərəcə mühüm məqam, belə ki, bu gün operatorlar UMTS və ya GSM şəbəkələri arasında yenidən bağlanmalı olurlar - smartfon istifadəçisinin internet kanal və ya səsli zəng etməsindən asılı olaraq. Əhəmiyyətli digər bir məqam da ondan ibarətdir ki, VoLTE sistemi vasitəsilə birləşmə daha sürətlə baş verir - GSM-şəbəkələrdə standart 10 saniyəyə qarşı, təxminən, 1 və hətta daha az saniyə. VoLTE şəbəkələrində nitq ifadəsi və rabitə maneələrinə qarşı qorunmanın keyfiyyəti olduqca yüksəkdir, enerji istehlakı isə daha aşağıdır. Bu isə smartfon sahiblərinə şərtsiz olaraq akkumulyatorun enerjisinə qənaət etməyə imkan verəcək. Mühümdür ki, VoLTE istifadəçilərinin multimedia xidmətlərinin genişləndirilmiş paketini əldə etməyə, xüsusən - digər əlavələr qurmadan məlumat və fayllarla mübadilə etmək, bununla da, smartfonun operativ yaddaşının resursuna qənaət etməyə şərait yaradacaq.

VoLTE texnologiyası - mobil rabitə sahəsində nisbətən yeni sözdür və bu gün onun kommersiya istismarına bazarın subyektlərinin cüzi hissəsi qoşulub. Belə ki, 2014-cü ilin may ayında Sinqapurun "SingTel" şirkəti dünyada ilk kommersiya tamfunksional VoLTE-servisini təqdim edib. Eyni ildə rouminq sahəsində bu sistemin komponentlərinin istifadəsinə Cənubi Koreya və Çinin mobil rabitəsinin iki operatoru qoşulub. Bu günə qədər VoLTE texnologiyası ABŞ-dan olan "MetroPCS" şirkəti tərəfindən tətbiq edilib. VoLTE-nin inkişafı hazırda üstünlük təşkil edən səs trafikinin internet trafikinə keçməsi ilə bağlı ümumdünya tendensiyasına uyğundur. Artıq 2013-cü ildə adi zənglərdən gələn gəlir mobil operatorların bütün pul daxilolmalarının 50%-dən az hissəsini təşkil edirdi (dünya üzrə orta göstərici). Yaxın bir iki ilə olan proqnozlara görə, bu göstərici daha da azalacaq. Bir çox ekspertlərin fikrincə, 2020-ci ilə qədər internet kanal üzrə məlumatların ötürülməsi mobil telefoniyada dominantlıq edən trend olacaq. Bununla belə, VoLTE texnologiyası vasitəsilə bütün dünyada mobil şirkətlərin abunəçilərinin zənglərinin dörddə birindən çoxu həyata keçiriləcək. Dolayı yolla bu tendensiyanı bütün dünyada LTE modulu qurulmuş smartfon və digər mobil qurğuların istehsal və satışının xeyli artmış həcmləri təsdiqləyir. 

 

Azərbaycanda perspektivlər

LTE -şəbəkəsi Azərbaycanda necə inkişaf edir və ölkə dördüncü nəsil rabitə standartının mənimsənilməsinə nə dərəcədə hazırdır? Sanki hələ bu yaxınlarda, 2009-cu ilin dekabr ayında ölkədə "Azerfon" şirkətinin ilk 3G - şəbəkəsi işə düşdü, 2012-ci ilin noyabrında isə bu cür sistemlər digər mobil operatorlar - "Azercell Telecom" və "Bakcell" tərəfindən də buraxıldı. Lakin artıq elmi-texnoloji tərəqqi bazar iştirakçılarını LTE (Long Term Evolution) texnologiyasına əsaslanan növbəti nəsil səviyyəsinə 4G - şəbəkəsinin tətbiqinə tələsdirir. İnnovasiyanın tətbiqinin sürətli templərindən belə faktlar xəbər verir: artıq 2013-cü ildə Azərbaycan 4G mobil texnologiyasını ilk tətbiq etmiş dövlətlər sırasında Avropada doqquzuncu yeri və dünyada 37-ci yeri tuturdu. Söhbət ən kütləvi və perspektivdə daha gəlirli istiqamətdən gedir - özündə genişzolaqlı internet-kanallara yüksəksürtəli mobil çıxış, habelə yüksək keyfiyyətli radiorabitə texnologiyasını birləşdirən dördüncü nəsil standartlarının tətbiqi. Onların tətbiqi ilə, internetə ultragenişzolaqlı çıxış, Full HD video keyfiyyətinə baxış və axın rejimində musiqi də daxil olmaqla, multimedia əlavələrinin axın ötürülməsi mümkün olub. İnternet -messencerlərin vasitəsilə son dərəcə ucuz beynəlxalq zəngləri həyata keçirmək imkanlarını da qeyd etmək lazımdır.

Azərbaycanda ilk - rusiyalı operatorlar MTC və "Meqafon"dan sonra MDB-də üçüncü - 4G xidmətini "Azercell Telekom" göstərməyə başladı. Cari ilin may ayında şəbəkələrində dördüncü nəsil LTE-nin kommersiya xidmətinə "Bakcell" şirkəti başladı. 2016-cı ilin əvvəlinə bu xidmətlər paytaxt və Abşeron yarımadasının abunəçilərinə, 2018-ci ildən isə ölkənin əksər regionlarına əlçatar olacaq. Rəqiblərindən ölkənin üçüncü mobil operatoru "Azerfon" da geri qalmaq istəmir. Şirkətin baş direktoru Kent Maknilinin sözlərinə görə, şirkət yaxın vaxtlarda dördüncü nəsil texnologiyasının tətbiqinə başlayacaq.

Maraqlıdır ki, bu yaxınlaradək nisbətən bahalı olan 4G xidmətləri əsasən korporativ istifadəçilər tərəfindən tələb olunurdu. Lakin yerli operatorlar məlumatların ötürülmə xidmətlərini genişləndirərək, vaxtı qabaqlamaq üçün çalışırlar. Azərbaycanın üç operatorunun 4G standartı xidmətini təqdim etməklə, artıq yaxın zamanlarda genişzolaqlı internetin qiymətinin xeyli ucuzlaşacağını güman etmək olar.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), əlbəttə ki, operatorların bütün ölkə ərazisində dördüncü nəsil şəbəkəsinin inkişafına dair səylərini ancaq dəstəkləyir. RYTN-nin mütəxəssislərinin fikrincə, hazırda bütün Azərbaycanda 3G şəbəkəsi son dərəcə geniş yayılıb, lakin 4G standartında xidmətlər isə ancaq Bakı və Abşeron yarımadasında əlçatardır. "LTE-şəbəkəsinin genişləndirilməsi məqsədilə bazar iştirakçılarına yeni tezliklərin istifadəsinə icazə veriləcək. Biz 4G texnologiyasının Azərbaycanın ən ucqar guşələrinə yayılmasına və bütün vətəndaşların keyfiyyətli rabitə və genişzolaqlı internetlə təmin olunmasına yardım etmək niyyətindəyik", - deyə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib.

Birinci müavinin sözlərinə görə, yaxın zamanlarda ölkədə VoLTE texnologiyaları əsasında səsli xidmətlərin göstərilməsi mümkün olacaq. Bu istiqamətdə işlər artıq yerli operatorlar tərəfindən həyata keçirilir. Bundan başqa, İ. Məmmədovun fikrincə, LTE - şəbəkələrinin inkişafı ilə əlaqədar olaraq yerli mobil rabitə operatorları GSM şəbəkələrini yığışdırmağa başlayacaqlar. Bu təəccüblü deyil, çünki ənənəvi səsli rabitə xidmətlərindən əldə olunan gəlirlər məlumatların yüksək keyfiyyətli ötürülməsindən daxil olan gəlirlərin artması fonunda daim azalır. Daha doğrusu, yaxın illərdə LTE şəbəkələrinin inkişafı yerli mobil şirkətlərin gəlirliliyinin əsas aləti olacaq. Bu şəkildə, ənənəvi GSM texnologiyalardan imtina yaxın iki ildə baş verə bilər və bu, tam şəkildə ümumdünya tendensiyasına uyğundur.


MƏSLƏHƏT GÖR:

552