13 Mart 2025

Cümə axşamı, 08:03

BAKI-BUDAPEŞT : YENİ ƏMƏKDAŞLIQ İSTİQAMƏTLƏRİ

Azerbaycan-macarıstan əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qalxır

Müəllif:

01.06.2007

-Macarıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın perspektivlərini necə görürsü-nüz?

-Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın təməli uzunmüddətli ikitərəfli əlaqələrə əsaslanır. Neft-kimya və kimya sənayeləri sahəsində, əczaçılıq üçün xammal istehsalının qurulmasında, kimya və elektron avadanlığı istehsalında əməkdaşlıq hər iki tərəf üçün səmərəlidir. İqisadi məsələlərdə və cəlbedici investisiyalarda informasiya və təcrübə mübadiləsi, bir sıra sahələrdə birgə istehsal və təhqiqatların təşkili, birgə inkişaf yaxşı nəticələr verə bilər. Belə sahələrə  aid etmək olar:

-kiçik və orta istehsal - investisiya siyasəti, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat və nəqliyyat vasitələri sahələrində sahibkarlığın inkişaf etdirilməsi və tənzimlənməsi;

- Azərbaycan iqtisadiyyatının müasirləşdirilməsi proqramında iştirak. Buna kənd təsərrüfatının inkişaf etdirilməsi, sənaye və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bank və turizm, həmçinin xidmət sahələrində birgə araşdırmalar aiddir .

-Macarıstan hansı sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlıdır?

-Azərbaycanla əməkdaşlıq üçün ən güclü sahələrdən biri energetika sahəsidir. Bura neft məhsullarının və təbii qazın emalı, nəqli və saxlanması, sahilboyunun bərpası, yeni neft yataqlarının araşdırılması və inkişaf etdirilməsi, həmçinin, bərpa olunan enerji mənbələri aiddir. Birgə səylərin səmərəli nəticə verə biləcəyi daha bir sahə informasiya texnologiyaları və telekommuniksiyalardır. Azərbaycan neft ölkəsi olmaqla yanaşı, onun aqrar potensialı da çox böyükdür. Kənd təsərrüfatı məhsulları istehsalına, onların ixracı sisteminə, ərzaq məhsulları istehsalına müasir texnologiyaların tətbiqi, su ehtiyatlarından ətraf mühitin, flora və faunanın mühafizəsilə əlaqəli şəkildə səmərəli şəkildə istifadə, heyvandarlığın, o cümlədən quşçuluğun inkişaf etdirilməsi - bütün bunlar həm Macarıstanın, həm də Azərbaycanın maraq dairəsinə daxil olan sahələrdir.


MƏSLƏHƏT GÖR:

443