15 Mart 2025

Şənbə, 00:31

TƏLƏBAT OLAN YALAN

"Erməni soyqırımı" mifinin şişirdilməsi kimə lazımdır?

Müəllif:

01.05.2007

Ermənistanda növbəti dəfə "erməni soyqırımı"nın ildönümünü həmişəki dəbdəbə ilə qeyd etməyə hazırlaşırlar. Erməni KİV-ləri ermənilərin və erməni lobbiçilərin üzdəniraq "soyqırım"ı ildönümünü  haralarda qeyd etməyə hazırlaşdıqları barədə müntəzəm xəbər verirlər. ABŞ Konqresində bədnam 106-cı düzəlişin müzakirəsinə hazırlıq aparılır. İrəvanda artıq 1915-ci il hadisələrini "soyqırım" kimi tanıyan parlamentlərin siyahısını tuturlar. Hələlik isə faşistlərdən nümunə götürən daşnaklar onların ənənələrinə sadiq qalaraq, "soyqırım qurbanları"nın xatirəsini məşəllərlə yürüş etməklə qeyd ediblər. 

Bütün bunlar Almaniyadakı 30-cu illərin canlı təcəssümü kimi görünürdü. Üstəlik, hər şey "istənilən soyqırımı" dərhal pisləməyə (çünki belə cinayətlərə bəraət qazandırmaq mümkünsüzdür) çağıranların moizələri fonunda baş verirdi.

Doğrudur, bu ərəfədə erməni lobbiçiləri xoşagəlməz sürprizlə üzləşdilər. Bir sıra KİV-lərin məlumatına görə, Avropa Birliyinin daxili işlər nazirləri irqçilik və ksenofobiyanın pislənməsinə dair Avropa layihəsi barədə razılığa gəliblər. BBC onların milli ədavətin və irqi ayrıseçkiliyin qızışdırılmasını blokun bütün 27 dövlətində cinayət kimi tanımaq barədə razılığa gəliblər. Sazişdə nəzərdə tutulur ki, istənilən qrupa münasibətdə dərisinin rəngi, irqi, milliyyəti və ya vətəndaşlığı üzündən zorakılığa və ya nifrətə çağırışlar, ən azı, 1 illik həbslə cəzalandırılmalıdır. 

Lakin əlamətdar olanı başqa şeydir. Məlumatlı mənbələrin iddiasına görə, AB ölkələri soyqırımın inkarının hamılıqla pislənməsi barədə razılığa gələ bilməyiblər.

KİV-lərdə, əsasən, Xolokostun inkarının pislənməsindən söhbət gedirdi. Bununla belə, yeni qanun layihəsi "genişləndirilmiş təfsir" imkanını istisna etmədiyindən, bir çox Avropa dövlətlərinin parlamentlərinin, 1915-ci il hadisələri barədə vahid rəyə gələ bilməyən tarixçilərdən fərqli olaraq, bunları "soyqırım" kimi tanıması həmin hadisələrin erməni versiyasından şübhələnənlərin də lap elə günü sabahdan cəzalandırılmasını tamamilə mümkün edir.  

Hər hansı bir halda, Türkiyədə nəşr olunan "Turkish Daily News "həmin ərəfədə xəbərdarlıq edirdi: Avropa Birliyi irqçilik və ksenofobiyaya görə cinayət məsuliyyəti barədə qanun layihəsi qəbul etməyə çox yaxındır, Ankarada isə bu qanunun "erməni soyqırımı"na da şamil olunacağından ehtiyat edirlər.

Həqiqətən, Xolokost, Ruandada soyqırım və s. məhkəmə qaydasında sübuta yetirilib, çoxsaylı sənədli şahid ifadələrilə təsdiqlənib. Buna baxmayaraq, bəzi ölkələrin tarixçilərin hökmünü gözləməyən parlamentləri 1915-ci ildə Türkiyə Ordusunun arxasında erməni qiyamlarının tarixini "erməni soyqırımı" kimi qəbul edirlər, Fransa parlamenti isə artıq "erməni soyqırımının inkarı"na görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi də qəbul edib.

Bu fonda Türkiyə hökuməti "Avropa" qanun layihəsinin digər AB ölkələrini də Fransanın nümunəsini davam etdirməyə məcbur edəcəyindən ehtiyatlanmaya bilməz. Bundan başqa, Türkiyə hökumətinin mətbuat katibi Cəmil Çiçək artıq qeyd edib ki, təklif olunan qanun layihəsi BMT konvensiyasına ziddir, fikir azadlığını və alimlərin araşdırmalar aparmaq hüququnu pozur.

Avropa dairələrində əmin edirlər ki, yeni qanun layihəsi heç də "erməni soyqırımı"nın inkarına görə cəza verilməsini nəzərdə tutmur. Buna baxmayaraq, Fransa qanunvericilərinin təşəbbüsü fonunda, Ankaranın narahatlığını tamamilə əsassız da adlandırmaq olmaz. 

Üstəlik, erməni-türk dialoquna çağırışlar artıq çoxdan səslənsə də, onu peallığa çevirmək heç cür alınmır. Avropa nazirlərinin yeni qanun layihəsini öyrənməyə başladıqları günlərdə Texasın erməni icması Dallasdakı Cənubi Metodist Universitetində (SMU) "Türk-erməni dialoqu" adlı konfransın keçirilməsinin əleyhinə çıxaraq, səbəb kimi, onun əsas məqsədinin "erməni soyqırımı"nın inkarı olduğunu göstərdilər.   

Bu azmış kimi, Amerika Erməni Milli Komitəsi (ANCA) dəqiqləşdirir: iki həftə əvvəl Ostində analoji konfrans keçirilib - "Osmanlı rəngarənliliyi və multikulturalizm". Yəni erməni mühitində "dialoq" dedikdə, təxminən, "Qarabağda dinc tənzimlənmə" kimi bir şey başa düşürlər - onların fikrincə, söhbət müstəsna olaraq, ermənilərin şərt və tələblərinin yerinə yetirilməsindən getməlidir. 

Lakin indi Niderlandın erməni təşkilatları federasiyası (FAON) artıq Hollandiya hökumətini Brüsselin soyqırımının inkarının kriminallaşdırılması barədə direktivilə razılaşmamağa çağırır, çünki sənədə "erməni soyqırımı" daxil edilməyib: " FAON bu məsələyə dair təcili məsləhətləşmələr keçirilməsinə və Hollandiya hökumətini "erməni soyqırımı barədə bəndin daxil edilmədiyi sənədin" (fərqləndirmə bizimdir - red.) dəstəklənməsilə bağlı hər hansı bir birmənalı addım atmaqdan hələlik çəkinməyə çağırıb: "XX əsrin Türkiyənin inkaretmə siyasətinə müvafiq olaraq, mütəmadi şəkildə rədd etdiyi ilk "soyqırımının" sənəddə öz əksini tapmaması cəfəngiyat və qeyri-məqbul bir haldır. Tarixi hadisələrə belə fərqli münasibət biabırçı diskriminasiyanın təzahürüdür və ermənilərin faciəsinə Avropanın qəbul edilməsi mümkünsüz olan etinasız münasibətini nümayiş etdirir. Üstəlik, bu, Avropanın Türkiyənin inkaretmə siyasəti qarşısında diz çökdüyünü göstərəcək, həm də o demək olacaq ki, Türkiyə Avropada "soyqırımını" inkaretmə ilə bağlı fəaliyyətində böyük uğurlar qazanıb". 

Lakin təəssüf ki, Brüssel və Dallasda baş verənlər ümumi mənzərəni dəyişmir: "erməni soyqırımı" barədə mübahisə müasir dünyamızda bütöv bir xalqı cinayətlə suçlamağın, peşmançılığını bildirməsini və cəzalandırılmasını tələb etməyin çox asan olmasına, həm də bu zaman heç kimdə "Bəs buna dair sübutlar haradadır?" sualının yaranmamasına tarixi bir örnəkdir. Həqiqətən, ən adi bir fərdin qətldə ittiham olunduğu "adi" məhkəmənin insanları qətlə yetiməyin prinsipcə yolverilməz olması barədə mühakimələrlə kifayətlənəcəyini təsəvvür etmək çox çətindir: məhkəmədə, əvvəlcə, bədbəxt hadisə, yaxud özünümüdafiə yox, məhz qətl hadisəsi baş verdiyini, qətldə məhz həmin konkret fərdin təqsirkar olduğunu və i. a. sübut etmək lazımdır. Bütöv bir xalqa ünvanlanan ittihamlardan söhbət getdikdə isə hər şey daha asandır: guya "soyqırım" baş verdiyini bəyan etmək kifayətdir. Sonra isə bu ittihama hətta şübhə ilə yanaşmağın belə "mənəviyyatsızlıq" olması barədə gurultulu bəyanatlar vermək kifayətdir. Ən ağrılısı isə odur ki, əvvəllər olduğu kimi, indi də Avropa siyasətçiləri yenə də erməni mifləri vasitəsilə öz problemlərini həll etməkdədirlər: Avropada Fransa və Almaniyanın lider mövqelərini qoruyub- saxlamaq, Türkiyəni AB-yə "buraxmamaq" üçün onlar hər iki tərəflə ikibaşlı oyun oynayırlar.

"Soyqırımına görə intiqam" nəzəriyyəsindən qaynaqlanan tamamilə real erməni terroru qurbanlarını isə yaddan çıxarmaq, Qarabağ müharibəsini də məhz "soyqırım" tezisinin doğurduğuna (Ermənistanda ermənilərin türkdilli dövlətdə yaşaya bilmədiklərinə birmənalı əmindirlər) fikir verməmək də olar.  

Lakin 1915-ci ildə məhz nə baş verməsi barədə mübahisələrin belə uzun müddət davam etməsinə baxmayaraq, indi artıq vəziyyət kökündən dəyişib. Bu yaxınlarda Türkiyə hökuməti 1915-ci ilə aid arxivlərini elmi araşdırmalar üçün açıq elan edib və Avropa dövlətlərini də belə bir addım atmağa çağırıb. Bundan başqa, Türkiyədə "daşnaksütun"un arxivlərinin də qaldığını xatırladırlar.  

Həqiqətən, Şərqi Anadoluda, əsasən, Rusiya emissarları və ermənilərin öz içindəki rusiyapərəst elementlər tərəfindən rəvac verilən erməni qiyamının yer alması barədə istənilən qədər danışmaq, yeni-yeni sənədli dəlillər ortaya qoymaq, o cümlədən erməni liderlərinin Avropa paytaxtlarına ünvanladıqları teleqramları təqdim etmək olar: "Biz sizin hücumunuzu gözləyirik, biz Türkiyəyə arxadan zərbə endirəcəyik" və i. a. arxivlərini açmaqla və erməni tarixçilərilə birgə komissiya yaradılmasına çağırmaqla, Türkiyə hökuməti bütün dünyaya kifayət qədər sadə və anlaşılan mesaj  ünvanladı: biz keçmişimizdən utanmırıq, biz heç bir cinayət törətməmişik və etmədiyimiz əməllərə görə üzr istəmək fikrində də deyilik".

Lakin Avropanın cavabı "erməni soyqırımı"nı inkarın cinayət  əməli kimi tanınması barədə qanun layihələri oldu. Erməni lobbiçiləri isə mübahisəni "siyasi" müstəvidə saxlamaq və 1915-ci ildə Anadoluda həqiqətdə nə baş verdiyinin elmi şəkildə araşdırılmasına heç bir vəchlə yol verməmək üçün dəridən-qabıqdan çıxırlar. 

Lakin Ermənistanda tarixi həqiqəti tam inkar da edə bilmirlər. Odur ki imkan daxilində, müvafiq piar qurmağa cəhd göstərirlər. Tarixçilərin "soyqırım" nəticəsində həlak olan ermənilərin sayının 1,5 mlrd nəfər kimi göstərilməsinin həddən artıq şişirdilmiş olmasını xatırlatmaları fonunda fransız jurnalisti Jan Ekiyan yeni aksiya keçiriləcəyini bəyan edib.  Ekiyanın yaratdığı internet saytında hər bir yuzer erməni versiyasına görə, "tarixi torpaqlarımız naminə həyatını qurban verənlərin" adlarını yaza bilər. Aksiya təşkilatçıları dil-boğaza qoymurlar: "Həlak olanların adlarını əbədiləşdirərik. 2015-ci il üçün "soyqırım" qurbanı olan bir milyon adamın adını qeydə almaq fikrindəyik. Erməni xalqına  zorakılığın dayandırılmasının vaxtı çatıb". Lakin məsələ ondadır ki, "həyatlarını torpaqlar uğrunda qurban verənlərin adları" deməklə, Ekiyan, sadəcə, ağzından söz qaçırıb və bununla da həm "ərazi məsələsi"nin mövcudluğunu və Anadoludakı separatçı qiyamlar faktını, həm də adları saytda yazılacaq adamların heç də "yalnız xristian olmalarına görə qətlə yetirilən məsum qurbanlar" olmadıqlarını etiraf edib. Üstəlik, İnternet saytında adlar siyahısı tarixçi üçün sübut deyil. Həm də ermənilərin tarixi saxtalaşdrmaq təcrübəsi də nəzərə alınmalıdır.  

Lakin aksiya təşkilatçılarının bundan heç çəkinmədikləri hiss olunur. Sadəcə, həm erməni, həm "erməniətrafı", həm də Avropa mühitlərində "erməni soyqırımı" artıq çoxdan yaxşı siyasi biznesə çevrilib.  Onun köməyilə diasporadan qrantlar alır, özlərinə və öz partiyalarına imic yaradır, parlament seçilir, kapital, o cümlədən tamamilə real maliyyə kapitalı toplayırlar. 

Bu mifin artıq bir neçə nəslin qanı bahasına başa gəldiyini isə heç düşünən də yoxdur. 


MƏSLƏHƏT GÖR:

449