15 Mart 2025

Şənbə, 00:45

DİKTATURA ƏVƏZİNƏ TERROR

İraq beynəlxalq koalisiyanın ölkə ərazisinə daxil olmasının növbəti ildönümünü qeyd etdi

Müəllif:

01.04.2007

Martın 20-də ABŞ-ın rəhbərliyi ilə beynəlxalq hərbi koalisiyanın (təxminən, 300 min nəfər) İraqa  daxil olmasından 4 il keçdi. Məlum olduğu kimi, həmin vaxt hərbi əməliyyatlara başlanmasının formal səbəbi Səddam Hüseyn reciminin kütləvi qırğın silahına malik olması, ən azı, onun yaradılması üçün vasitələr əldə etməsi, həmçinin, "Əl-Qaidə" terror şəbəkəsi ilə əlaqələrinin olması  göstərilsə də, sonradan bu faktlar təsdiqini tapmadı. Bununla da Vaşinqtonu İraqa bu ölkənin neft yataqlarına nəzarəti ələ keçirmək məqsədi ilə hüjum etməkdə günahlandıranların mövqeləri kifayət qədər möhkəmləndi. 

Axı bu Yaxın Şərq ölkəsi neft yataqlarının zənginliyinə görə, dünyada ikinji yeri tutur…

 

Pentaqonun hesablamaları

Hələ 2003-jü ilin martında amerikalıların əksəriyyəti İraqda müharibəni dəstəkləyirdi. Buna qarşı çıxanların etirazları isə kifayət qədər süst xarakter daşıyırdı. Lakin artıq ilin sonunda İraqa hərbi müdaxiləyə dəstək verənlərin sıraları kifayət qədər seyrəldi. 2005-ji ilin yanvarında ilk dəfə olaraq sözügedən müharibənin əleyhdarlarının sayı onun tərəfdarlarının sayını üstələdi. Elə o vaxtdan da Amerika ijtimaiyyətində İraq müharibəsinə qarşı çıxanların sayı getdikjə artır. 

Bunun əsas səbəblərindən biri, yəqin ki, artıq Yaxın Şərqdə həlak olan amerikalı əsgər və zabitlərin sayının 3 mini ötməsidir. 

Bəzilərinə isə təbii ki, 4 ildə müharibəyə 350 milyard dollardan artıq vəsaitin xərjlənməsi də təsir edir.

Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, Pentaqon müharibəyə başlanmazdan əvvəl İraqda bu qədər müddət qalajağını qətiyyən düşünmürdü. ABŞ Müdafiə Nazirliyinin ekspertləri hesab edirdilər ki, Səddam Hüseyn reciminin müqavimətini qırmaq üçün jəmi üç həftə kifayət edəjək. 

İlk baxışdan, onların proqnozları özünü tam şəkildə doğrultdu. Yəni, koalisiya qüvvələri 2003-jü il martın 9-da Bağdadı ələ keçirdi və bundan daha üç həftə sonra Jorj Buş İraq ərazisində əsas hərbi əməliyyatların başa çatdığını bəyan etdi. 

Lakin elə bu məqamdan sonra Pentaqon ekspertlərinin proqnozlarının doğrulma əmsalı da azalmağa başlandı. Həmin an, əlbəttə ki, prezident Buş da müharibənin 4 illiyi ilə bağlı danışmalı olajağını güman etmirdi. Amma İraqdakı diktaturaya olan nifrət ölkənin etnik, dini və siyasi qüvvələrinin birləşməsinə səbəb ola bilmədi. Əksinə, onlar arasında ziddiyyət həndəsi silsilə ilə artmağa başladı. Üstəlik, buraya Qərbdən gəlmiş "qonaqlar"a olan nifrət də əlavə olundu və vəziyyət daha da gərginləşdi. 

Bütün bunlar, artıq beşinji ildir İraqı tərk edə bilməyən amerikalılar üçün əsl tələ oldu.

Belə hesab olunur ki, İraqda zorakılığın artmasının daha bir səbəbi 2003-jü ilin yazında ölkənin silahlı qüvvələrinin buraxılmasıdır. Çünki bu qərar nətijəsində, çoxsaylı peşəkar hərbçi işsiz qaldı və onlar müxtəlif silahlı qrupların tərkibinə daxil oldular. Məsələn, radikal şiə lideri Müktəda əl-Sədr tərəfindən yaradılan "Mehdi Ordusu" əsas hədəf kimi qarşıya şiələrin düşməndən qorunmasını məqsəd qoyub. Özü də qruplaşma üzvləri "düşmən" dedikdə, həm yerli sünniləri, həm də Amerika hərbçilərini nəzərdə tutur. Ötən ilin noyabrında bu qrup İraqda sabitliyə jiddi təhlükə və maneə kimi qəbul edilməyə başlandı. Bağdadda dinlərarası zəmində törədilən çoxsaylı qətllərdə məhz "Mehdi Ordusu" günahkar bilinir. 

Bu silahlı dəstə, eyni zamanda, nüfuzlu siyasi qüvvə kimi də qəbul edilir və onun tərəfdarlarının mövqeyinin nəzərə alınmaması mümkün deyil.

 

Uçurumun kənarında 

Artıq İraqda növbəti terror aksiyasının törədildiyi haqda xəbərlər heç kəsi təəjjübləndirmir. Ən dəhşətlisi isə odur ki, hamı bu terror aktlarının qurbanlarının əksəriyyətinin dinj sakinlər olmasına da öyrəşib. 2007-ji il martın 1-də "Body Count" şirkətinin açıqladığı hesabata görə, müharibə başlanandan indiyədək həlak olan dinj sakinlərin sayı 60 mindən artıqdır. Bir çox ekspertlərin fikrinjə, hazırda İraq terrorçuların döyüş meydanına çevrilməklə yanaşı, həm də vətəndaş müharibəsinə səhnə olub. Söhbət hər şeydən əvvəl şiə-sünni qarşıdurmasından gedir və onlar hakimiyyət bölüşdürülməsi prosesi ilə yanaşı, neftlə zəngin ərazilərin nəzarətə götürülməsi uğrunda da bir-birləri ilə vuruşurlar. 

Bu qəbildən olan qarşıdurma xüsusilə 2006-jı ilin fevralında Samirə şəhərində şiələrin müqəddəs ojaqlarından olan "Qızıl Məsjid"in (Əl-Əsgəri) partladılması ilə daha da qızışıb. 

Bir müddət əvvəl isə İraqın Nazirlər Kabineti neftlə bağlı qanun qəbul edib. Sənədə əsasən, "qara qızıl"ın hasilatı və satışından əldə edilən gəlirlərin ədalətli bölüşdürülməsi nəzərdə tutulub. Lakin hələlik yeni qanunun ölkədə zorakılığın azalmasına hansısa təsiri nəzərə çarpmır. 

Digər tərəfdən, bu il fevralın əvvəlində ABŞ Komandanlığı və İraq Silahlı Qüvvələrinin elan etdiyi yeni strategiya da (əsasən, Bağdadın təhlükəsizliyinin təmin edilməsi sahəsində əlavə tədbirlər) özünü doğrultmayıb. Əksinə, bu qərar yaraqlıların yeni terror formaları "ijad etməsinə" səbəb olub. Məsələn, martda terrorçular xlorla dolu sisternləri partladıb və nətijədə, 350-dən artıq dinj sakin müxtəlif dərəjədə zəhərlənib. 

Bağdadın rayonlarının birində isə partlayışların törədilməsinə uşaqlar jəlb olunub. Amerikalı general Maykl Barberonun sözlərinə görə, blokpostların birində hərbçilər içərisində iki uşağın da olduğu bir avtomobili saxlayıblar. Maşında uşaqları görən hərbçilər sayıqlığı itiriblər. Bir qədər sonra həmin avtomobil Bağdad bazarlarının birində partladılıb. İçəridəki uşaqlarla birlikdə…

Yaranmış situasiya iraqlıları yalnız fiziki məhvlə bağlı təhlükə ilə üz-üzə qoymayıb. Onlar həm də bir çox kommunal xidmətlərdən yararlana bilmirlər. Belə ki, ölkə əhalisinin 88%-i avtomobil və ya evinin qızdırılması üçün yanajaq əldə edə bilmir, 88% enerci təjhizatından narazıdır, 60% iraqlı isə hesab edir ki, ölkədə vəziyyət "pis" və ya "çox pis"dir. Bu nətijələr bir müddət əvvəl "Bi-bi-si", "AVS News", "ARD" və "USA Today"ın sifarişi əsasında keçirilmiş sorğu zamanı üzə çıxıb. Araşdırma müəllifləri belə nətijəyə gəliblər ki, iraqlıların əksəriyyəti öz gələjəyi ilə bağlı son dərəjə bədbindir və onlar ölkənin parçalanmasını istəmirlər. 

Hələ 2005-ji ildə sorğuya qatılanların 64%-i bir ildən sonra həyatlarının müsbətə doğru dəyişəjəyinə ümid edirdisə, hazırda belə düşünənlər jəmi 35%-dir. 

Son sorğunun nətijələri göstərir ki, daha çox bədbin düşünjələrə qapılanlar, əsasən, İraqın mərkəzi rayonlarının sakinləridir. Buraya əhalisinin əksəriyyətini sünnilərin təşkil etdiyi Bağdad da daxildir. Kürdlərin məskunlaşdığı şimal ərazilərdə isə respondentlərin 54%-i ailə vəziyyətlərinin yaxşı olduğunu bildirib.

Beləliklə, bu sorğu bir daha şiələrlə sünnilər arasında vəziyyətin gərgin olaraq qaldığını üzə çıxarıb. 

Bununla yanaşı, dini mənsubiyyətlərindən asılı olmayaraq, rəyi soruşulanların böyük əksəriyyəti ölkənin dini və ya milli mənsubiyyətlərə əsasən parçalanmasının düzgün olmadığını bildirib.

İraqlıların 78%-i İraqda xariji ölkələrə məxsus hərbi qüvvənin saxlanmasına qarşıdır, özü də onlardan 69% hesab edir ki, xariji hərbçilər ölkədəki vəziyyəti daha da gərginləşdirir. Respondentlərin 35%-i koalisiya qüvvələrinin İraqı dərhal tərk etməsini istəyir. 

İraq hakimiyyət strukturları ilə bağlı vəziyyətə gəlinjə, sünnilərin əksəriyyəti (58%-i) hesab edir ki, ölkəyə güjlü və ömürlük lider rəhbərlik etməlidir. 

Şiələrin xeyli hissəsi isə (40%) islam dövlətinin yaradılmasını vajib sayır. 

Demokratiyaya gəlinjə, buna 41% şiə və 38% sünni tərəfdardır. Onların əksəriyyətinin fikrinjə, hazırda İraqı daxili müharibəyə sövq edən Suriya, İran və Səudiyyə Ərəbistanıdır. 

Bu sorğunun fonunda, təxminən, 2 milyonluq qaçqın ordusu böyük rəqəm hesab edilmir. BMT-nin məruzəsinə əsasən, onların əksəriyyətinin qida məhsulları və həkim köməyinə ehtiyajı var. Əhalinin əksəriyyəti isə işsiz olduğu üçün kasıblaşır.

 

Çətin düyün

Beləliklə, beynəlxalq koalisiya qüvvələrinin İraqa daxil olmasının nətijələri kifayət qədər mübahisəli xarakter alıb. Vaşinqtonun tənqidçiləri bu haqda danışarkən dönə-dönə xatırladır ki, müharibəyədək Bağdad dinj və kübar şəhər olub və orada insanlar, hətta gejələr belə küçədə rahat şəkildə hərəkət edə bilirdilər. Bundan başqa, müşahidəçilər bildirirlər ki, hazırda İraqda dini tolerantlıq yox dərəjəsindədir, yerli qadınlar isə amerikalıların buraya gəlməsinədək malik olduqları bir çox hüquq və azadlıqlardan məhrum ediliblər.

2003-jü il dekabrın 13-də həbs edilən Səddam Hüseynin edam olunması da eyni dərəjədə mübahisə doğurur. Həmin vaxt bütün dünya başında qırmızı beret olan səliqəli, bığlı hərbçini yox, qarışıq saqqallı, məzlum bir nəfəri gördü... Uzun illər İraqa rəhbərlik edən bu şəxs doğma Tikrit şəhəri yaxınlığındakı gizli zirzəmilərin birində gizlənsə də, ələ keçdi. 2006-jı il dekabrın 30-da isə  Bağdaddakı hərbi bazanın ərazisində edam edildi. 

Səddamın asılması prosesini əks etdirən videogörüntülərin ijtimaiyyətə nümayiş etdirilməsi əhali arasında jiddi təlaş, hətta intihar hallarına yol açdı. Yeri gəlmişkən, məhz koalisiya qüvvələrinin İraqa daxil olmasının 4-jü ildönümü günü İraqda daha bir sabiq dövlət adamı, eks-vitse-prezident Taxa Yasin Ramadan edam edildi. Xatırladaq ki, o, vaxtilə Səddam Hüseynin "sağ əli" sayılırdı.

Son zamanlar İraq müharibəsi haqda danışarkən, ölkədə vəziyyətin normallaşdırılması üçün prosesə İran və Suriyanın jəlb edilməsinin vajibliyi ilə bağlı fikirlər səslənir. Halbuki Vaşinqton bu ölkələrin hər ikisini terrorçuları dəstəkləməkdə günahlandırır. Amma Dəməşq və İranın prosesə jəlb olunması təklifi Beyker-Xemilton jütlüyünün rəhbərlik etdiyi İraqın öyrənilməsi qrupu tərəfindən irəli sürülüb. 

Buna baxmayaraq, xüsusilə də Tehranla öz "haqq-hesab"ı olan Ağ ev hələ ki bu məsləhətə əməl etməyə tələsmir. Aydındır ki, həm İraq problemi, həm də İranın nüvə proqramı ətrafında yaranmış gərginlik eyni çətin düyündə birləşir. Buraya ərəb-İsrail münaqişəsini, Livanda "Hizbullah" qruplaşmasının təsirinin getdikjə artmasını, Əfqanıstanda "Taliban" hərəkatının qarşısıalınmaz fəaliyyətini və bir sıra digər faktorları da əlavə etmək olar. 

Məsələn, Kərkük şəhərinin statusu ilə bağlı təyin olunan referendumun keçiriləjəyi vaxt yaxınlaşdıqja, ABŞ-Türkiyə münasibətlərində gərginlik artır. Ankara vəziyyətin belə gedişinin "İraq Kürdüstanı"nın yaradılması ilə nətijələnə biləjəyindən ehtiyatlanır və hesab edir ki, nətijədə, Türkiyənin özündə də kürd separatçıları yeni qüvvə ilə fəaliyyətə başlaya bilər.

Amma bütün bunlarla yanaşı, martın 12-də region ölkələri və Yaxın Şərq probleminə aidiyyəti olan dövlətlərin böhrandan çıxa biləjəklərinə müəyyən ümidlər də yaranıb. Söhbət İraqla qonşu ölkələr, ABŞ, BMT, İslam Konfransı Təşkilatı və Ərəb Dövlətləri Liqası da daxil olmaqla, 13 ölkənin iştirakı ilə keçirilən konfransdan gedir. Qeyd edək ki, həmin konfransda İraq sərhədlərinin qorunması, neft ixrajı və qaçqınlarla iş üzrə işçi qrupun yaradılması haqda razılıq əldə edilib.

Amma istənilən halda, İraqın gələjəyinin ABŞ-la bağlı olduğu aydındır. Vaşinqton hazırda kifayət qədər mürəkkəb durumda qalıb və onun İraqdan qoşunları çıxartması belə, çətin ki, İraqda situasiyanın düzəlməsi ilə nətijələnsin. ABŞ belə qərar verəjəyi halda, əksinə, vəziyyətin daha da qəlizləşəjəyi istisna olunmur. 

Lakin demokratlar prezident Buşa təzyiqləri davam etdirir, amerikalı hərbçilərin geri qayıdajağı vaxtın konkret göstərildiyi qanunun qəbuluna israr edir. 

Amma belə görünür ki, Buş bu "şərəfli iş"i özündən sonra Ağ evə rəhbərlik edəjək siyasi opponentlərinə miras qoyajaq. 

İraq xalqının taleyi isə qeyri-müəyyən olaraq qalır…


MƏSLƏHƏT GÖR:

380