14 Mart 2025

Cümə, 23:29

AZƏRBAYCAN-AVROPA- AFRİKA-BRAZİLİYA "ŞORBASI"

2008-ci ilin Avropa Çempionatının seçmə mərhələsində yarışların bərpa olunacağı ərəfədə, futbol üzrə Azərbaycan millisi məhz belə təsir bağışlayır

Müəllif:

15.03.2007

Bu günlərdə futbol üzrə Azərbayjan milli komandası 2007-ji ildə ilk qarşılaşmalarına çıxıb. Qazaxıstanda keçirilən "Alma TV" turnirinə qatılan komandamız növbəti dəfə Azərbayjan vətəndaşlığı almış başqa millətin təmsilçilərinin milliyə axını ilə yadda qalıb.

22 futbolçudan ibarət millinin genişlənmiş heyətinə bu dəfə daha üç əjnəbi dəvət olunub və onlar Azərbayjan yığmasının 2008-ji il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qarşıdakı günlərdə Polşa (martın 24-ü) və Finlandiya (28 mart) ilə keçirəjəyi qarşılaşmalarda meydana çıxa bilərlər. Millimizin heyətinə qatılan "yeni azərbayjanlılar" 22 yaşlı nigeriyalı müdafiəçi, Bakının "Olimpik" klubunda çıxış edən Usim Nduka, Yevlaxın "Karvan" komandasının 25 yaşlı braziliyalı pleymeykeri Markus Ferreyra və 24 yaşlı serb hüjumçu, paytaxt "Neftçi"sinin şərəfini qoruyan Branimir Subaşiçdir. 

Beləliklə, ölkənin birinji komandasında çıxış edən əjnəbilərin sayı 9-a çatıb. 

Xatırladaq ki, Azərbayjan yığmasının hazırkı baş məşqçisinin dövründə komandada adları çəkilən futbolçularla yanaşı, rus Sergey Sokolov (bu müdafiəçinin məhz Azərbayjan millisində çıxış edən zaman dopinqdən istifadə etdiyi məlum olub və o, ilyarım müddətə futboldan uzaqlaşdırılıb) və Yeri Muzika, braziliyalılar Leandro Qomeş, Andre Ladaqa və Ernan Pereyra, həmçinin, ukraynalı Aleksandr Çertaqanov da forma geymək imkanı əldə ediblər. Maraqlıdır ki, artıq millinin heyətində qapıçıdan başqa bütün mövqelərdə əjnəbi oyunçular var.

Milli komandaya əjnəbilərin növbəti axını ijtimaiyyət və futbol dairələri arasında heç də birmənalı qarşılanmayıb. Əlbəttə ki, baş verənlərdən narazılıq edənləri anlamaq olar: milli komandanın heyətində birdən-birə 9 əjnəbi futbolçunun iştirakını "ağ etmək" saymaq olar. Belə ki, qarşılaşmaların birində Azərbayjan millisinin heyətində birdən-birə 8 əjnəbi idmançının meydana çıxajağı istisna deyil (onlardan Sergey Sokolov jəzalıdır). Belə halda heyətdə jəmi 3 yerli futbolçu olajaq (onlardan da biri qapıçı). 

Belə olan halda, Azərbayjan millisi eyni vaxtda dünyanın üç qitəsi - Avropa, Afrika və Jənubi Amerikanı təmsil edən dünya millisinə çevriləjək. 

Bir sözlə, tam absurd bir vəziyyət yaranır...

Amma problemi dərindən düşünən zaman milli komandanın baş məşqçisi Şahin Diniyevi başa düşmək olar. Yerli kadrların çatışmazlığı ilə üzləşən mütəxəssisin əjnəbi futbolçuların xidmətindən yararlanmaqdan başqa çıxış yolu qalmır. Məsələ ondadır ki, bu idmançılar dünya futbolunun ulduzları olmasalar belə, yerli futbolçuların əksəriyyətindən güjlüdürlər. 

Xatırladaq ki, Şahin Diniyev yığmaya əjnəbilərin jəlb edilməsinə səfərdə Ukraynadan alınan 0:6 hesablı məğlubiyyətdən sonra qərar verib. 2008-ji il Avropa çempionatının seçmə mərhələsinin Serbiya ilə keçiriləjək ilk qarşılaşması ərəfəsində baş məşqçinin heyəti açıqladığı vaxt ilk dəfə millinin tərkibində əjnəbi futbolçunun çıxış edəjəyi məlum oldu. Mütəxəssisin bu addımını həm də ona görə anlaşıqlı qarşılamaq olar ki, məhz bu il onun məşqçi karyerasında əsas oyunları olajaq. Söhbət, təbii ki, millimizin ən prinsipial rəqibi olan Ermənistan yığması ilə 2 matçlıq qarşılaşmalardan gedir.

Bundan başqa, Qazaxıstanda keçirilən beynəlxalq turnirdə iştirak zamanı millinin heyətinə 8 əjnəbinin çağırılması hələ heç də onların Avropa çempionatının seçmə mərhələsindəki qarşılaşmalara da dəvət alajağı demək deyil. Qazaxıstanda keçirilən oyunlar özünəməxsus "şorba" üçün "yerli və əjnəbi mətbəx" arasında optimal heyətin müəyyənləşdirilməsinə imkan verib. Odur ki nətijədə, azarkeşlər üçün "dadlı yemək"in hazırlanması, yəni millinin "Avro-2008"in seçmə mərhələsində la-yiqli çıxışının təmin olunması lazımdır.

"Alma TV" turnirinə gəlinjə, Qazaxıstanda Diniyevin yetirmələri birinji yeri tuta bilməsələr də, kifayət qədər layiqli oyun nümayiş etdirə bildilər. Millimiz turnirə Özbəkistan millisi üzərində 1:0 hesablı qələbə ilə başlayıb və bu, Şahin Diniyevin yığma komandanın baş məşqçisi kimi əldə etdiyi ilk qələbədir. Onu, həmçinin, bu il və ümumiyyətlə, son illər qazanılan ilk qələbə kimi də xarakterizə etmək olar. Yeri gəlmişkən, Özbəkistanla qarşılaşmada yeganə qolu Azərbayjan millisinin formasını ilk dəfə geyinən serbiyalı Branimir Subaşiç vurub. Həmin qol Şahin Diniyevin millinin başına keçməsindən sonra, komandamızın beynəlxalq arenada rəqib qapısından keçirdiyi ikinji top olub. Xatırladaq ki, ilk qolu Avropa çempionatının seçmə mərhələsində Qazaxıstan yığmasının qapısına braziliyalı Andre Ladaqa vurmuşdu.

Şahin Diniyevin yetirmələrinin bu il uğradığı ilk məğlubiyyət də "Alma TV" turnirində baş verib və komandamızı Qazaxıstan millisi üstələyəb - 1:0. 

Son qarşılaşmada isə Azərbayjan yığması ikinji qələbəsini qazandı: millimiz qırğızıstanlı həmkarlarını da minimal hesabla məğlub ediblər və bu oyunda uzun fasilədən sonra komandanın heyətində azərbayjanlı futbolçu - Ağdamın "Qarabağ" klubunun hüjumçusu Vaqif Javadov fərqlənib. Amma dərinə getsək, onun da yerli futbol məktəbinin yetirməsi olmadığı üzə çıxar. Məlum olduğu kimi, Javadov uzun illər ərzində Moskvanın MOİK klubunun əvəzediji heyətində forma geyib. Odur ki millinin heyətində hələ ki heç bir əsl azərbayjanlı futbolçu qol vurması ilə öyünə bilməz. 

Onu da qeyd edək ki, "Alma TV" turnirində Azərbayjan millisi yalnız Qazaxıstan yığmasını özündən irəli buraxaraq, ikinji yeri tutub.

Hazırda Şahin Diniyev üçün ən vajib olanı yaxın günlərdə Polşa və Finlandiyaya qarşı matçlarda meydana çıxajaq optimal heyətin müəyyənləşdirilməsidir. Məhz "Avro-2008"in seçmə mərhələsi çərçivəsində keçiriləjək rəsmi qarşılaşmalarda millinin heyətində aparılan eksperimentlərin nə dərəjədə uğurulu alındığı və ötən illə müqayisədə millinin oyununda hansı dəyişikliklərin baş verdiyi üzə çıxajaq.

Sonda Azərbayjan millisinin heyətində aparılan rotasiya əməliyyatlarına aidiyyəti olmayan, lakin ümumilikdə komandaya aid daha bir məqamı qeyd etmək istərdik. UEFA-nın yeni prezidenti Mişel Platini bir müddət əvvəl curnalistlərlə söhbəti zamanı bildirib ki, Azərbayjan və Ermənistan milliləri arasında qarşılaşmanın neytral meydanda keçirilməsi daha yaxşı olardı. Təbii ki, bu fikirlərin, hətta UEFA prezidentinin dilindən səslənməsi belə, hələ heç nə demək deyil və xüsusi olaraq bu problemin həlli ilə məşğul olan komissiya üçün hətta məsləhət xarakterli fikir kimi də qəbul edilə bilməz. Amma Avropanın ali futbol qurumunun rəhbəri məsələyə belə yanaşırsa, çox güman ki, qitənin əksər futbol məmurları da eyni mövqe ortaya qoyajaq. Bu isə Azərbayjan və Ermənistan yığmaları arasında qarşılaşmaların keçiriləjəyi anlamına gəlir. 

Amma bu oyunların "evdə və səfərdə" prinsipi ilə keçirilməsinə dair qərarın veriləjəyi halda, çox güman, onlar baş tutmayajaq. Çünki bu halda nə Azərbayjan millisi Ermənistana gedəjək, nə də rəqibi burada qəbul edəjək.


MƏSLƏHƏT GÖR:

462