
SEHRLİ NAĞIL NOVRUZ BAYRAMI
“Yeni gün” və əsas bayram - novruz bayramı yaxınlaşır
Müəllif: Nailə BƏNNAYEVA Bakı
Novruz Bayramı bizə minilliklər keçərək gəlib çatıb… Onun kökləri islamaqədərki dövrə gedib çıxır: atəşpərəstlər də Yeni ili yaz gejə-gündüz bərabərliyi günü - martın 21-də, gün doğandan sonra qarşılayırdılar. Fərvərdin ("Yeni gün") ərəfəsindəki gejə onlar diametri, təxminən, yarım metr olan dəyirmi piroq bişirirdilər. Xəmiri kişilər yoğururdular - bu, dünyanın yaradılması rəmzi olan xüsusi ayin idi. "Dünya"nın içinə qoyulanı - qaysı, gavalı, bal, qoz qatılmış kəsmiyi isə qadınlar hazırlayırdılar.
Piroqun üstündə zərdüştlüyün rəmzi - ortasında nöqtə olan səkkizguşəli ulduz düzəldirdilər. Yeri gəlmişkən, ortasında nöqtə olan çevrə (yaxud romb) qədim dövrlərdən solyar rəmz saylırdı. Təsadüfi deyil ki, həm astronomiya, həm də astrologiyada Günəşin rəmzi ortasında nöqtə olan dairədir, Novruz Bayramı günlərində isə stolun üstündə mütləq paxlava - ortası nöqtəli romb olmalıdır (hər bir ailənin özünün, kiçijik də olsa, fərdi Günəşi). Novruz Bayramında stolun üstünün ənənəvi olaraq nərgizlə bəzədilməsi də təsadüf deyil. "Tez oyanan" və bu mərasimin bir hissəsinə çevrilə bilən bitkilərin sayı kifayət qədər çox olsa da, qədim əjdadlarımız məhz nərgizi seçiblər, çünki bu gül də Günəşin qədim rəmzidir… Azərbayjanın həyat bəxş edən bu işıq mənbəyinə meylini burada İslamı bəzən, hətta ən sərt üsullarla bərqərar edən ərəblər də məhv edə bilmədilər. İslam Azərbayjan torpağında kök salandan və doğmalaşandan sonra, hər şey yerini aldı: Novruz Bayramı xalq bayramları sırasında yerini tutdu və hətta bəzi savadsız insanlar onu sırf dini, müsəlman bayramı kimi qəbul etməyə başladılar…
Zərdüştlükdən də qədim
Bir qədər də dərindən düşünsək, Novruz Bayramının köklərinin, hətta zərdüştlükdən də əvvələ aid olduğunu təxmin etmək olar! Məsələn, professor M.Təhmasib zahirən elementar görünən belə bir faktı qeyd edir: əgər atəşpərəstlərdə od müqəddəs sayılırdısa, deməli, ona sitayiş etmək, ondan qorxmaq lazım idi və bu halda, hamımıza yaxşı tanış olan bəzi mərasimlərin onların arasında yer alması inandırıjı görünmür - "ağırlıq-uğurluq"dan azad olmaq üçün insanların tonqal üstündən atılmaları, döl artırmaq üçün mal-qaranın alovun üstündən keçirilməsi, bərəkətli olması üçün süfrənin odda qızdırılması… Zərdüştün davamçıları üçün odla belə "kafirjəsinə" davranmaq, sadəjə, yolverilməz idi. Deməli, Novruz Bayramı bu dindən də daha qədimdir və dünyanın yaranması haqqında ibtidai baxışların əksidir.
Dəqiq məlum olanı odur ki, Novruz Bayramı astronomik Yeni ildir və o, Günəş Qoç bürjünə daxil olanda qüvvəyə minməklə, təbiətin janlanmasının, qışın hakimiyyətinin bitməsinin rəmzidir. Təbiət hər dəfə yenidən jalandıqda isə insan həyatı da janlanır. Təbii ki, qədim dövrlərin əkinçiləri və köçəri maldarları bunu daha əyani şəkildə görürdülər: yeni il yeni məhsul, heyvanların balalaması demək idi. "asfalt üstündə böyüyən", meyvə-tərəfəzi il boyu bazardan alan, əti supermarketlərin piştaxtalarında görməyə alışan bizlər isə fəsillərin dəyişməsini yalnız havaların dəyişməsi ilə və bunun ardınja, yeni moda kolleksiyalarının meydana çıxması ilə fərqləndiririk. Lakin buna baxmayaraq, hər dəfə yazda - mart ayında süfrəni 7 jür şirniyyat, plov, qızardılmış ət, yarmalardan bişirilmiş yeməklər, gur səməni, rənglənmiş (yaşıl və qırmızı - yazın və Günəşin rəngində) yumurtalarla bəzəyir, şam yandırırıq… Və həyatımızda böyük dəyişikliklər olajağını gözləyirik.
Novruz Bayramının minilliklərboyu sevilə-sevilə qorunub-saxlanan çoxsaylı ənənələri arasında gələn il üçün fal açmaq ənənəsi də var. Bu ənənəni kişilərin həddən artıq sadəlövh və səfeh şeylərə inanan hesab etdiyi qadın jinsi qoruyub-saxlayır. Əslində isə qadınlar bu sahədə, sadəjə, heç nədən çəkinmir və sadəlövh görünməkdən qorxmayaraq, səmimi şəkildə fal açırlar. Nətijəni isə o qədər də çox gözləmək lazım gəlmir. Doğrudur, bizim dövrümüzdə köhnə ənənələr yeniləşir və bunun səbəbkarı, ilk növbədə, elmi-texniki tərəqqidir.
Fala baxmağın ziyanı yoxdur
Qədim dövrlərdən bəri ən sadə mərasim belə idi: Novruz Bayramı ərəfəsindəki sonunju çərşənbə gejəsi (falların əksəriyyəti məhz bu faxt açılırdı) gələjək üçün çiy yumurta ilə fala baxırdılar. Yumurtanı gələn il arzusuna çatıb-çatmayajağını bilmək istəyən adamın yatağının altına (arzu bütün ailəyə aid olduqda isə yeməli şeylər olan dolabın altına) yerləşdirir, yanına da qırmızı və qara rəngli iki karandaş qoyurlar (qədimdə karandaş əvəzinə oxra və kömür parçaları). Səhər baxanda yumurtanın üstündə qırmızı ləkə olurdusa, deməli, narahatlığa əsas yoxdur, əgər qara ləkə olurdusa… Qonşum - rəssam Sevil evdəkilərin hamısının istehza etməsinə baxmayaraq, Novruz bayramlarının birində öz yatağının altına yumurta və… flomaster dəsti qoyur. Arzusu isə gələn il Türkiyədə fərdi sərgisini keçirmək idi. Səhər yumurtanın üstündə rəngbərəng xətlərdən ibarət müjərrəd kompozisiya, onun üstündən isə qırmızı flomasterlə yazılmış "Ana" sözünü görür. Əslində, bu heç də möjüzə deyildi, sadəjə, sevildən qabaq yumurtanı onun, güman ki, rəssamlıq istedadına malik olan 5 yaşlı oğlu ələ keçirmişdi. Möjüzə sonra baş verdi: Sevil həm fərdi sərgisini keçirdi (Türkiyədə olmasa da), həm də dünyaya bir qız da gətirdi, halbuki Novruz Bayramı ərəfəsində bu barədə heç düşünmürdü də…
Əzizə Jəfərzadənin "Hər yerdə səsim var mənim" romanında çox parlaq şəkildə təsvir edilən digər bir falabaxma da var. Xeyli qız bir yerə yığışır, stolun üstünə dəsmalla örtülmüş təmiz sudolu qab qoyulur və hər bir qız ora öz üstündəki bəzək əşyalarından nə isə - üzük, sırğa, sanjaq və s. atır. Sonra isə hər biri bir bayatı deyərək, növbə ilə oradan atılan əşyalardan birini çıxarır. Əşya kimindirsə, bayatıda haqqında danışılan da onun qismətidir. Bu falabaxmanın bizim dövrümüzdə də nə dərəjədə düz çıxdığı barədə jild-jild yazmaq olar. Yaxşısı budur, əksəriyyəti, təəssüf ki, birjə dənə də olsun bayatı bilməyən müasir qızların (yeri gəlmişkən, bu, ayrıja bir kədərli söhbətin mövzusudur) bu falabaxmanı nejə modernləşdirdikləri barədə danışım.
Subay rəfiqələrimin toplaşdığı belə məjlislərin birində sudolu qab ətrafında yaradıjılıqlarında məhəbbət haqqında çoxlu şeirlərə rast gəldiyimiz Nizami, Puşkin, Höte, Axmatova, Voznesenski və başqa dahi şairlərin şeirləri səsləndirilmişdi. Başqa bir dəstədə - "Məni jandan usandırdı…" tipli misraları hələlik (hər halda, ümid edirik ki, hələlik) məktəbdəki jansıxıjı və yoruju ədəbiyyat dərslərinin rəmzi olan yeniyetmə qızların toplantısında daha oricinal çıxış yolu tapmışdılar: qızların hər biri başqasının gətirdiyi mahnı disklərindən birini səsləndirirdi. Bunların baş verdiyi mənzilin sakini 14 yaşlı Jəmilənin rəfiqələrinin gülüş sədaları, divarları titrədirdi (müasir mahnıların mətnlərini xatırlasaq, bu heç də təəjjüblü olmaz).
Nəhayət, minilliklərdən keçərək, dövrümüzə qədər gəlib çatan, lakin indi güjlü tənəzzülə uğrayan daha bir falabaxma üsulu - qapıpusma. İldə bir dəfə özgə qapısını pusmaq, onun arxasında nədən danışıldığına gizlijə qulaq asmaq dəstəklənir, amma eşitdiklərin sənin gələn ildə başına gələnlər olajaq. Odur ki bunun məsuliyyəti də böyükdür. Həmin axşam yalnız yaxşı şeylərdən danışmaq tövsiyə olunurdu - bu həm danışanın öz evinə, həm də qapı arxasından qulaq asanlara səadət gətirərdi. Təəssüf ki, çoxmərtəbəli binanın çoxsaylı mənzillərinin qapısını pusmaq o qədər də asan iş deyil. Bəzi seyf qapıları, ümumiyyətlə, səs keçirmir, bəzlərinin arxasından isə yalnız ehtiraslı serial qəhrəmanlarının nidalarını, ya da son xəbər buraxılışlarını eşitmək olur. Lakin psixoloqların televizorun bir çox ailələrdə artıq əsl ailə üzvünə çevrildiyini iddia etmələrinə baxmayaraq, oradan səslənənləri ev sahiblərinin janlı nitqi saymaq olmaz, üstəlik, televizordan yalnız yaxşı şeylərdən danışmasını (heç olmasa, birjə gejəlik_ xahiş etmək də mümkünsüzdür.
Bununla belə, bu üsulla fala baxanların bəzilərinin indinin özündə də bəxtləri gətirir. Bir neçə il bundan əvvəl, İradə Novruz ərəfəsindəki son çərşənbə gejəsi televizorların bir neçə qapının arxasından səslənən gur səsindən bu falabaxma üsulundan artıq bezməyə başlasa da, son anda ev sahiblərindən birinin öz xanımına mürajiətlə dediyi sözləri eşidir: "Al, bu da sənin üzüyün! Evə gələn kimi onu tapdım!". Bir neçə gün sonra hələ də təəjjübdən özünə gələ bilməyən İradə təsadüfən həmin qonşu qadından o gün onların evlərində nə baş verdiyini öyrənir: səhər paltar yuyanda qadın nişan üzüyünü çıxarır, amma onu hara qoyduğunu unudur. Bütün günü onu axtarsa da, tapa bilmir. Axşam işdən qayıdan əri isə üzüyü dərhal tapır - o, elə göz qabağında idi… Qeyri-ixtiyari olaraq düşünürsən: bəlkə bu qəribə, az qala, mistik hadisə məhz artıq yaşa dolan, bu səbəbdən də ərə getmək arzusu ilə demək olar ki, vidalaşan İradənin arzusunda olduğu həmin sözləri eşitməsi üçün baş vermişdi? Bizə isə bundan sonra baş verənləri açıqlamaq qalır: dörd ay sonra İradənin Rusiyada tijarət biznesi ilə məşğul olan keçmiş sinif yoldaşı vətənə dönür və qəfildən ona elçi göndərir. O çox qısa müddətə gəldiyindən, jəmi üç həftə ərzində bir-birinin ardınja nişan da, toy da edirlər.
Odur ki qədim falabaxma üsulları heç də məhv olmur. Onlar, sadəjə, zamanın tələlərinə uyğun olaraq dəyişir. Fala baxın və xoşbəxt olun!
MƏSLƏHƏT GÖR: