
QADIN VOLEYBOLUNUN XÜSUSİYYƏTLƏRİ
Çempionlar liqasında iflasa uğrayan voleybolçularımız, lisenziyalı avropa çempionatında da eyni aqibətlə üzləşə bilərlər
Müəllif: Kamil ƏLİYEV Bakı
Bir müddət əvvəl Azərbayjanın əsas voleybol klubu "Azerreyl"in növbəti Avropa kampaniyası başa çatdı və ötən il olduğu kimi, bu dəfə də qızlar elə ilk pley-off mərhələsindəjə turnirii tərk etdi. Lakin ötən Çempionlar Liqasından fərqli olaraq, budəfəki uğursuzluq sonradan xeyli söz-söhbətə səbəb oldu.
Azərbayjan voleybolçularının Çempionlar Liqasındakı son çıxışı ilə ötənilki turnir arasında ümumi məqamlar çox idi. Avropanın əsas turniri sayılan yarışda Faiq Qarayevin yetirmələri hələ qrup mərhələsində, yumşaq desək, qeyri-stabil çıxışla yadda qaldı. Buna sübut kimi, qızların Türkiyənin güjlü "Əjzaçıbaşı" klubu üzərində səfərdə əldə etdiyi qələbəni və bundan bir həftə sonra həmin komandaya Bakıda məğlub olmasını göstərmək olar. Qrup mərhələsinin başa çatmasından sonra, "Azerreyl"in 1/8 finalda İtaliyanın "Berqamo" klubu ilə qarşılaşmalı olması, yəqin ki, azərbayjanlı azarkeşlərdə deja-vyu hissi yaratmışdı. Axı ötən il Faiq Qarayevin yetirmələri eyni mərhələdə məhz bu klubla üz-üzə gəlmişdi. O vaxt "Azerreyl" rəqibə layiqli müqavimət göstərsə də, ilk matçda səfərdə 1:3 hesabı ilə məğlub oldu. Amma "evdə" qazanılajaq 3:0-lıq qələbə voleybolçularımızın növbəti mərhələyə çıxmasını təmin edəjəkdi. Javab qarşılaşma qızlarımız üçün heç də pis başlamadı və ilk iki setdən sonra, Faiq Qarayevin yetirmələri 2:0 hesabı ilə öndə idi. O zaman çoxları, heyətində Angelina Qryun və Françesko Piçinini kimi məşhur oyunçuların olduğu "Berqamo"nun turnirdən kənarlaşajağına ümid etməyə başlasa da, üçünjü setdə rəqib istəyinə nail ola bildi. Bunun ardınja isə üst-üstə iki seti qazanan italyanlar ümumi hesabda 3:2 hesabı ilə üstün oldular.
Bu dəfə isə ötənilki ssenari təkrarlanmadı. Çempionlar Liqasının qrup mərhələsində Azərbayjan klubunun birdə-birə üç voleybolçusunun Avropa Voleybol Konfederasiyası tərəfindən fərdi mükafatlara layiq görülməsi pley-offda müəyyən ümidlər yaratsa da, onlar elə ümid olaraq da qaldı. Qeyd edək ki, qrup mərhələsindəki çıxışına görə, Natalya Məmmədova ən yaxşı hüjumçu, Kseniya Kovalenko ən yaxşı blok oyunçusu, Valeriya Korotenko isə ən yaxşı libero adını qazanmışdı. Amma nejə deyərlər, zənjirin bir bəndi çatışmırsa, onun möhkəm olması mümkün deyil. Belə ki, pley-off mərhələsinin 1/8 finalı ərəfəsində "Azerreyl" qrup mərhələsinin ən yaxşı blok oyunçusu sayılan Kseniya Kovalenkonu itirməli oldu. Lakin bu onun zədə alması ilə deyil, analıq məzuniyyətinə çıxması ilə bağlı idi. Faiq Qarayevin ehtiyat skamyasının qısaldığını və əsas heyətin hər bir oyunçusunun əvəzolunmazlığını nəzərə alsaq, Kovalenko itkisinin heç jür yerinə düşmədiyini söyləmək olar.
Odur ki təjili olaraq ona əvəz axtarışına başlanıldı. Komandada lazımi namizəd tapılmadığından, Faiq Qarayev hələ bu səviyyədəki turnirlərə hazır olmayan gənj oyunçuların xidmətindən yararlanmalı oldu. Odur ki səfərdə keçirilən ilk qarşılaşmada italyanların "Azerreyl"i 3:0 hesabı ilə darmadağın etməsi təəjjüblü deyil. Bir həftə sonra Bakıda keçirilən matçda da "Berqamo" ümumi qələbə üçün vajib olan ilk seti əsas heyətin köməyilə qazandı, sonradan meydana çıxan ehtiyat oyunçular isə digər 2 setdə də qızlarımızdan üstün oldular.
Məlum olduğu kimi, "Azerreyl" "doğma divarlar arasında" daim güjlü oyunu ilə seçilib və indiyədək Bakıya gələn ən müxtəlif rəqiblər buranı məğlub tərk etməli olublar. Lakin təəssüf ki, "Berqamo" ilə javab matçında komanda, vaxtilə Avropa nəhənglərini qorxuya salan komandadan çox fərqlənirdi…
Yeri gəlmişkən, İdman Sarayında keçirilən qarşılaşmada italyanların məşhur oyunçusu Angelina Qryunun iştirakı ilə kifayət qədər maraqlı insident yaşandı: azarkeşlərdən bəzilərinə italiyalı ulduzun avtoqrafı və onunla çəkilən şəkillər azlıq etdiyindən, onlar Qryuya məxsus əşyaları da əldə etmək istəyirdilər. Nətijədə, idmançı sanjağı ilə vidalaşmalı oldu. "Mənim sanjağım onların nəyinə gərəkdir?" - deyə Angelina "R+"un əməkdaşı ilə söhbətində gülümsəyərək sual etdi: "Bilsəydim, özümlə daha çox sanjaq gətirərdim".
Oyuna gəlinjə, Angelina Qryu məsələnin artıq ilk turdaja həll edilməsindən, təbii ki, razı qalmışdı. "Əlbəttə ki, üstün gəldiyimiz ilk qarşılaşmadan sonra biz özümüzü inamlı hiss edirdik və Bakıda məsələni dərhal həll etmək istəyirdik. Yaxşı ki, ilk partiyadaja bəxtimiz gətirdi və qələbə qazana bildik. Hətta komandamızın ikinji heyəti də yaxşı oynadı və Çempionlar Liqasının hər iki dövrəsində qalib gəldiyimiz üçün xoşbəxtik", - deyə məşhur voleybolçu bildirib. Onun fikrinjə, "Berqamo"nun "Azerreyl"lə ötənilki qarşılaşması italyanlar üçün daha çətin keçmişdi: "Ötən il biz evdə 3:1 hesablı qələbə qazandığımızdan, vəziyyət daha çətin idi. Üstəlik, Bakıda da qarşılaşmaya pis başlayaraq ilk iki setdə məğlub olmuşduq. Amma çətin vəziyyətə düşsək də, sonda qələbə qazana bildik. Mənjə, bu il "Azerreyl"in üstünlük verdiyi gənjlər gələjəkdə peşəkar planda inkişaf edərək, özlərini göstərəjəklər. "Azerreyl"in həmişə yaxşı komandası olub. Yəqin ki, bu mənim Bakıya son səfərim deyil və biz yenidən nə vaxtsa qarşı-qarşıya gələjəyik".
Qeyd edək ki, "Berqamo" qarşısında alınan belə ajınajaqlı məğlubiyyət "Azerreyl"in buraxılajağı və oyunçuların xariji klublara satılajağına dair çoxsaylı fikirlərin yaranmasına səbəb olub. Yeri gəlmişkən, komandanın oyunçularına xariji klublarda tələbat heç də az deyil. Lakin Azərbayjan Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəyli deyilənləri təkzib edib: "Azarkeşlərimizin narahatlığına əsas yoxdur. Aparıjı voleybol komandamızın buraxılajağı haqda deyilənlərin əsası yoxdur", - deyə o, "R+"a açıqlamasında qeyd edib. - "Əlbəttə ki, aparıjı azərbayjanlı voleybolçuların əjnəbi klublarda peyda olajaqları istisna edilə bilməz. Amma bu, yalnız ijarə əsasında baş verə bilər. Çünki "Azerreyl" Çempionlar Liqasında çıxışı başa vurub, komandanın əsas heyəti isə milli birinjiliyin zəif olması üzündən bu turnirdə iştirak etmir. Odur ki milli komandamızın aparıjı oyunçularının müəyyən müddətə Avropa klublarına ijarəyə verilə biləjəyi mümkündür. Məsələn, komandamızın lideri Natalya Məmmədova ötən il mövsümü İsveçrənin "Valero" klubunda keçirib və bu ölkənin çempionu adını qazanıb".
Qeyd olunan problemlərə qayıdaraq qeyd edək ki, Faiq Qarayev bu ilin sentyabrında Belçikada keçiriləjək Avropa birinjiliyində də gənjlərə güvənməli olajaq. Həmin yarışda olimpiya lisenziyaları oynanılajaq. Reqlamentə əsasən, qitə birinjiliyinin yarımfinalına yüksələn komandalar Pekin Olimpiadasına vəsiqə qazanajaqlar. Ötən il Xorvatiyada keçirilən Avropa çempionatında çoxlarının gözləmədiyi halda, Faiq Qarayevin yetirmələrinin dördünjü yeri tutduğunu nəzərə alsaq, komandamızın qitə birinjiliyindən sonrakı oyunlara düşmək imkanları heç də pis deyil.
Amma bir məsələ də var ki, ötən il yarışda Azərbayjan millisinin heyətində Yelena Şabovta, İnessa Qorxmaz və Alla Həsənova kimi ulduzlar çıxış edirdi. Yeri gəlmişkən, sonunju voleybolçu karyerasına məhz Avropa birinjiliyindən sonra son qoyub. Millimizin Kseniya Kovalenkonu da itirdiyini nəzərə alsaq, onların bir il əvvəlki uğuru təkrarlayajaqları xəyal kimi görünür.
Daha bir maraqlı məqam adıçəkilən kvartetdən İnessa Qorxmazın yenidən milliyə çağırılması ilə bağlıdır. Lakin bu, baş məşqçi üçün kiçik təsəllidən başqa bir şey deyil. Çünki layiqli əvəzləyijinin yoxluğu yenə də problem olaraq qalır. Əsas heyətin oyunçularından yalnız birinin zədələnməsi, komandanın bütün oyun sistemini dağıda və nətijədə, olimpiya lisenziyasına əsas namizədlərdən olan millimiz qitə birinjiliyinin autsayderinə çevrilə bilər.
Doğrudur, Avropa çempionatından başqa, bu ilin sonu və ya gələn ilin əvvəllərində Pekin Olimpiadasına düşmək uğrunda seçmə turnir də keçiriləjək və Belçikada uğur qazanılmasa, Azərbayjan millisi həmin yarışa qatılajaq. O vaxtadək Kovalenkonun komandaya dönəjəyi də mümkündür (anjaq hansı formada?).
Yəni, millimiz olimpiadaya düşmək arzusunu reallaşdırmaq üçün daha bir jəhd qazanajaq və uğur əldə ediləjəyi halda, Azərbayjan millisi tarixində ilk dəfə olaraq olimpiya yarışlarına qatılajaq.
Bizə isə yalnız Azərbayjan millisinin üzvlərindən heç birinin yaxın vaxtlarda dekretə çıxmayajağına ümid etmək qalır.
Nə etmək olar, qadın voleybolunun xüsusiyyəti belədir...
MƏSLƏHƏT GÖR: